A. A. Baki- 009 Redaktor : Əməkdar elm xadimi professor M.İ.İsayeva Ali məktəb tələbələri üçün dərslik



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə30/35
tarix05.02.2018
ölçüsü1,04 Mb.
#25486
1   ...   27   28   29   30   31   32   33   34   35

127 

 

 



Şəkil  38.

  Okean maqnit anomaliyasına görə kaynozoy 

geomaqnit inversiya şkalası.  

 

4.5. Maqnitostratiqrafik qütbləşmə  şkalası, onun 



qurulma prinsipi və problemləri 

Stratiqrafik hüduduna malik olan geomaqnit inversiya 

şkalası maqnitostratiqrafik şkala adlanır. Geomaqnit şkalaya 

paleomaqnetizmin parlaq hadisəsi adlanır, tarixi kifayət qədər 

yaxşı öyrənilib, ona görə  də qütbləşmənin maqnitostratiqrafik 

şkalası yeganə paleomaqnit şkaladır ki, müvəffəqiyətlə  işlənir 

və tətbiq olunur. Maqnitostratiqrafik, yaxud paleomaqnit şkala 

dedikdə adətən maqnitostratiqrafik şkala kimi qəbul olunub. 

 Keçmiş SSSR-nin maqnitostratiqrafik kodeksi müzakirə 

olunanda aşağıdakı bölgülər təklif olunmuşdur: meqazona, 

qiperzon, superxron, ortoxron və subxron, 

nəhayət paleo-

maqnit anomaliyanın zaman  analoqunu 

ekskurs 


128

adlandırmağı təklif ediblər. 

Meqazona bütün həcmdə stratiqrafik şkalanın bir quru-

puna, qiperzon- sistemin, superzona otdelin, yaxud birneçə 

yarusun, ortozon-yarus, yaxud zonaya cavab verir. H.Votgins 

hesab edir ki, epizod geomaqnit qütbün nisbətən kiçik zaman 

müddətində tam qütb yerdəyişməsi adlandırıb və hesab edir ki, 

epizodun davam etməsi 10

4

-10


5

 il təşkil edir. 

Maqnit qütbləşməsinin ekskursu dedikdə elə qısamüddətli 

hadisə (10

4

 ildən az) başa düşülür ki, düzünə  və  əksinə 



maqnitlənən vəziyyətdən 60

0

 az və 120



0

-dən çox olmayaraq 

kənara çıxır və sonra ilkin vəziyyətinə qayıdır. 

Paleomaqnit şkala stratiqrafik şkala kimi qurulur, bu tam 

kəsilişlərdə ardıcıl olaraq paleomaqnit tədqiqatları aparmaqla 

həyata keçirilir. Regional paleomaqnit şkalanı müqayisə 

etdikdə paleomaqnit tədqiqatın dəqiqliyinə fikir vermək 

lazımdır. 

Beləliklə, paleomaqnit stratiqrafiyanın vacib problemlər-

indən biri paleomaqnit şkalanın ayrılma vahidini tapmaq üçün 

diaqnostik əlamətlərini axtarmaqdan ibarətdir. 

 

 

 

4.6. Azərbaycanın maqnitostratiqrafik şkalasının 

qurulması 

Keçmiş SSSR-də ilk paleomaqnit iş açıq-aydın  şəkildə 

stratiqrafik xarakterə malik idi, çökmə və vulkano 

gen süxur laylarının yaşlarına görə müqayisəsi və  tərkib 

hissələrinə ayrılması, minerallaşma  ərəfəsində geoloji 

cisimlərin yaşının təyin edilməsi məqsədini güdürdü. 

İlk ümumiləşmiş paleomaqnit şkalanın qurulmasına 1965-

ci ildə paleozoy hissəsinə A.N.Xramov və başqaları  cəhd 

göstərmişlər. Qafqazda isə T.A.İsmayılzadə  və A.Z. Həsənov 

paleomaqnit tədqiqatlar aparmışlar.  Şkalanın mezozoy 

hissəsinin qurulmasında T.Ə.  İsmayılzadənin, K.C. Nəsənova-

nın, M.İ.İsayevanın işlərini göstərmək olar.  

İlk dəfə olaraq Azərbaycan 

ərazisində paleogen 




129 

vulkanogen çökmə süxurlarında paleomaqnit тядqiqatlarını 

Talış  və Naxçıvan Muxtar Respublikası  ərazisində 

A.Z.Həsənov tərəfindən aparılmış, bu ərazilər üçün istinad 

maqnit stratiqrafik şkalası qurulmuşdur.  İlk olaraq paleosen 

yarusunu tərkib hissələrinə ayırmış bu sərhədin düzünə 

maqnitlənən zonanın daxilində olduğunu sübut etmişdir. 

Qurulmuş istinad paleomaqnit şkalası digər  ərazilər üçün 

qurulmuş paleomaqnit şkalası ilə müqayisə olunaraq, bu 

ərazilərdən çox uzaqlarda eyni yaşlı süxurlarda Türkmənistan, 

Tacikistan və AFR-də qurulmuş paleomaqnit şkala ilə 

müqayisə etdikdə düzünə və əksinə maqnitlənmiş zonaların bir-

biri ilə yaxşı uyğunluq təşkil etdiyini görürük (şəkil 39). 

130


 

 

Şəkil 39.

 Azərbaycan ərazisinin paleogen süxurlarının  

maqnitostratiqrafik şkalasının Türkmənistan, Tacikistan və 

AFR –in maqnitstratiqrafik şkalası ilə müqayisəsi.  

 

Üst təbaşirin xeyli intervallarının öyrənilmədiyini nəzərə 



alaraq ilk dəfə 1987-ci ildə A.A.Xələfli tərəfindən bu 

intervallar öyrənilmiş, maqnitostratiqrafik şkala tərtib edilmiş-

dir. Öyrənilən  

 



131 

kəsilişlərdə koyak-santon süxurları həm düzünə, həm də əksinə 

maqnitlənmişdir. Düzünə  və  əksinə maqnitlənən zonalar 

kəsilişdə qanunauyğun yerləşirlər və müəyyən stratiqrafik 

səviyyələr yaradırlar. Bu tədqiqat ların aparılmasında məqsəd, 

kəsilişləri bu və ya digər paleomaqnit zonalarla tərkib 

hissələrinə ayırmaq, müqayisə üçün kəsilişlərin sxemini 

qurmaq və  nəhayət, qurulmuş sxemlərin köməyilə konyak-

santon komplekslərinin ümumi kəsilişini yaratmaqdır. Qazax 

çökəkliyinin konyak kompleksindəki kəsilişlərin hamısında üç 

paleomaqnit zona müşahidə olunur. Kəsilişlərin alt və üst 

hissəsi düzünə maqnitlənən zona, orta hissə isə  əksinə 

maqnitlənən zona ilə  təsvir olunur. Düzünə maqnitlənən zona 

konyak çöküntülərinin üst hissəsini  əhatə edir. Tatlı, 

Əlibayramlı və Tovuz kəsilişində bir əksinə maqnitlənən zona 

ayrılır, bu zonalar bir-biri ilə yaxşı müqayisə olunur (şəkil 40). 

Əlibayramlı  kəsilişindən başqa qalan kəsilişlərdə düzünə 

maqnitlənən zonanın olması alt konyak çöküntülərinin olmasını 

sübut edir. Əksinə maqnitlənən zona isə orta konyak çöküntü-

lərinə uyğundur, bəzi kəsilişlərdə stratiqraflar bu hissəni üst 

konyak yarusuna aid edirlər. Ona görə  də bu kəsilişlərdə 

stratiqrafik sərhədlər bir - birinə uyğun gəlmir.Üst konyakda 

ayrılan düzünə maqnitlənmiş zona həm də alt santon yarusuna 

aid olduğundan bu zonanı  hər iki yarus üçün sərhəd zonası   

kimi qəbul edə bilərik. Göstərildiyi kimi  ayrılan zonaların 

həcmi və  vəziyyəti müxtəlif  ərazilər üçün uyğunlaşmır. Bu 

bizim fikrimizcə, Uerli stratiqrafik sxemlərin düzgün olmaması 

hesabına irəli gəlir. Hər iki yarus üçün ayrılan zonalar dəqiq 

nişangah rolunu oynaya bilər. Bizim tərəfimizdən ayrılan 

zonalar Şimali şərqi SSSR, Manqışlaq, Fərqanə və Türkmənis-

tanın paleomaqnit şkalası ilə yaxşı müqayisə olunur. 

 

132



 

 

Şəkil 40. 

Qazax çökəkliyinin Gec təbaşir süxurlarında 

paleomaqnit kəsilişlərin müqayisəli təhlili. 

 

Beləliklə, konyak-santon yarusları üçün qurulmuş paleo-



maqnit  şkala bir-birini əvəz edən düzünə  və  əksinə maqnit-

lənmiş zonalardan istifadə edərək konyak-santon çöküntülərinin 

kəsilişlərini müxtəlif  ərazilərdə regionlar üçün qurulmuş 

paleomaqnit  şkalalarla müqayisə edərək stratiqrafik kəsilişdə 

zonaların vəziyyətini müəyyənləşdirə bilərik. Kiçik Qafqazın 

Azərbaycan hissəsi üçün qurulmuş paleomaqnit stratip 

şkalasının bu ərazilərdən çox uzaqlarda yerləşən bu süxurlarla 

eyni dövrdə  əmələ  gələn süxurlarda qurulmuş paleomaqnit 

şkala ilə müqayisə edilməsi cəhdi göstərilmiş  və müqayisə 

olunaraq bizim ərazi üçün  istinad 

paleomaqnit 

şkalası 


qurulmuşdur. 


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə