A bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə21/29
tarix19.07.2018
ölçüsü0,68 Mb.
#56522
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

44 

 

“Çuxur Qəbələ”  kəndi  yanında  Qoçalançay  və  Qaraçay adlı  çayların birləĢdikləri 



yerdədir. Xarabalıq əvvəlcə Əfəndi oğullarından RəĢid bəy və PaĢa bəy tərəfindən, 

1925-1926-cı  illərdə  isə  ġərifoğlu,  Cəfərzadə  və  RəĢid  Əfəndioğlu  tərəfindən 

tədqiq  olunub  nəticələri  Azərbaycanı  tədqiq  cəmiyyəti  məcmuələrində  nəĢr 

olunmuĢdur

128

. Ġndiki xaraba yeri 15-20 hektar olsa da, ərazisi yerli əhali tərəfindən 



əkin  sahəsi  kimi  istifadə  olunduğundan,  abidələri  yaxın  vaxtlarda  dağıdılmıĢdır. 

Qala  divarının  bürc  və  qapılarının  qalığı  mövcuddur.  Qəbələ  Ģəhəri  Albaniya 

Ģəhərləri  sırasında  Strabonda  Xabalax,  Ptolomeydə  Xabalax  kimi  qeyd 

olunmuĢdur. Ġranda  Qubad ibn Firuzun  (488-531) hakimiyyətinin  sonlarına  yaxın 

sasani  ordusu  Araz  və  sonra  (-127-)  Kür  çaylarının  Ģimalına  keçərək,  NuĢirəvan 

dövründə  Dərbəndə  kimi  bütün  Albaniyanı  iĢğal  edincəyədək,  buralar  xəzərlərə, 

daha  doğrusu,  hunlara  tabe  [vəziyyətdə]  qalmıĢdır.  Bəlazuri  (s.  194)  Ģəhəri 

doğrudan-doğruya  Xəzər  Ģəhəri  kimi  göstərir  (Qəbələ  Ģəhəri  və  o  xəzərlərindir  - 

P.V.).  Ərəbcə  Dərbənd  tarixində  bu  məsələyə  aydınlıq  gətirən  mühüm  bir  qeyd 

vardır:  48-ci  səhifədə  [yazılır  ki]  ĢirvanĢah  Fəriburz  ibn  Salar  zamanında,  yəni 

1067-ci  ilin  iyun,  yaxud  iyulunda  (hicri  ilə  459-cu  ilin  Ģaban  ayında)  bu 

ĢirvanĢahın  xalasının  oğlu  LəĢgərsiyanı  Qəbələdə  Quni  (yaxud  Quin  -  P.V.) 

əhalisindən  bəziləri  öldürdülər.  ġirvanĢah  LəĢgərsiyanın  intiqamını  almaq  üçün 

Quni əhalisini qarət edib bir çoxlarmı öldürtdü, heyvan sürülərini apardı, kəndlərini 

dağıtdı.  Buradakı  quni  (-  P.V.),  yaxud  quin  (P.V.)  hərhalda  qədim  hunların 

qalıqlarından  ibarət  olmalıdır  ki,  [bu  da  onların]  Qəbələ  tərəfində  kəndlər  təĢkil 

edərək  yaĢadıqlarını  göstərir.  Göyçə  və  AğdaĢ  nahiyələrindəki  Xunlu,  Qoyunlu, 

Qoyun-keçidi kimi coğrafi adlar da, ehtimal ki, həmin qədim Quni, Quin adları ilə 

əlaqədar olmuĢdur. Ərəblər Qəbələni 646-cı ildə fəth etdilər. Qəbələ məntəqəsinə 

türk  ünsürlərinin  yerləĢdirilməsi  ilk  islamiyyət  dövründə  də  davam  etmiĢdir.  Ġbn 

Əsəm  əl-Kufinin  verdiyi  məlumata  görə,  Cərrah  ibn  Abdullah  əl-Həkəmi  722-ci 

ildə  (104  h.)  Dəmir  Qapını  (Dərbəndi  -  P.V.)  keçərək  Xəzər  Ģəhərlərini  tutduqda 

Dəmir  Qapıdan  [sonra]  ikinci  dayanacaq  olan  Tərğu  [məncə  -  P.V.  -  yəni  indiki 

Petrovski  =  Maxacqala

129

]  Ģəhərinin  əhalisi  olan  xəzərləri  Qəbələ  vilayətindəki  



Qassaniyə kəndinə köçürmüĢdür

130


. Bu iki kəndin indi harada olduğunu bilmirəm. 

ġirvanın  1578-ci  ilə  dair  osmanlı  idarə  bölgüsündə  Ğəssani  adlı  bir  livanın 

                                                           

128


Изв. Aзкомстарис, III, 68,073; Изв. O.O. Из. Aз., II (1926), c. 74-76; IV (1927), c. 174-184. 

129


Ġbni  Əsamda  Dərbənddən  6  fərsəxdə  olan  Ran  çayından  “Ġki  qalaya”  (Hüsneyn-P.V.)  gəlindiyi  və 

üçüncü  gün  Tərğuya  gəlindiyi  göstərilir.  Buradakı  Ran  indiki  Uluçay,  Ġki  qala  -  Qayakənd,  Bərğu  - 

Tərğu  isə  Maxacqala  olmalıdır.  Bələncər  Ģəhəri  Sulaq  çayı,  Səməndər  isə  Terek  çayı  hövzələrində 

mövcud olmuĢdur. Mən bunları baĢqa bir məsələ ilə əlaqədar izah etmək niyyətindəyəm.  

130

Ġbn Əhməd əl-Kufi, Topqapı Sarayı, Əhməd-i Sales (III Əhməd-P.V.) hissəsi, № 2956, s. 179



b

 Sonra 


onlar (Bərğu - ola bilər Tərğu, Yərğu əhalisi) sülh istədilər, əl-Cərrah onların istədiklərinə cavab verdi 

və onları Qəbələ deyilən rustaqa sıxıĢdırdı. Onları Qəssaniyə deyilən kənddə yerləĢdirdi (P.V.). Dornun 

nəĢr etdirdiyi farsca və cağatayca Təbəri iqtibaslarında  Qəsaniyə (P.V.) əvəzinə Həsameh, Həsamiyə ( 

P.V.);  alman  dilinə  tərcüməsində  Hasamah  yazılması  heç  bir  Ģəkildə  anlaĢılmır  (Dorn,  Tabarys 

Nachrichten über die Chasaren, s. 467, 513, 556). 



45 

 

olduğunu  demiĢdik.  Dal  Mehmet  Asəfi  PaĢanın  özünün  Qəbələ  qalasını  müdafiə 



etdiyinə  dair  məlumatında  Ğəssani  sancağı  adı  ilə  Qəbələyə  yaxın  bir  nahiyə 

göstərilir və bunun “Bəyi”nin də osmanlılara sadiq və inanılmıĢ bir Ģəxsiyyət, yəni 

sünni  olduğu  bildirilir

131


. Bu Qəssaninin Ġbn Əsamdakı Qəssaniyədən ayrı bir yer 

olmadığı  bəlli  olur.  Əgər  bu  kənd  hal-hazırda  mövcuddursa,  burada  qədim 

xəzərlərin  izlərinə  də  təsadüf  olunmalıdır  (-128-).  Qəbələyə  Ttirküstanın  Ģəhər 

əhalisindən də  mühacirlərin gəlib yerləĢdiyi məlum olur. Qəbələnin yan tərəfində 

hal-hazırda  Dizəxli  kəndi  vardır

132


.  Dizəx  Səmərqəndin  Ģimalında,  xəritələrdə 

Cizəx kimi yazılan Ģəhərin adıdır. 

Qəbələ  hələ  646-cı  ildə  xəlifə  Osmanın  vaxtında  Bərzicdə  Kür  çayını 

keçərək  gələn  Sultan  ibn  Rəbiə  tərəfindən  fəth  edilmiĢdi.  Görünür  bu  Ģəhərdəki 

[eləcə  də]  ġəki  və  Kaxetiyadakı  Qanbizanın  yerli  hakimləri  öz  ərazilərində 

muxtariyyətli  idarəçiliklərini  miihafizə  edə  bilmiĢlər.  Sonradan  da  Qəbələ  və 

ġəkidə xristian çoxluğu hakim idi. 

Məsudi  zamanında  Qəbələ  quldurlar  və  qarətçilər 

məskəni 

adlandırılırdı

133

.  ġəhər  hərçənd  ki,  müsəlmanlarla  məskunlaĢmıĢdı,  ətrafındakı 



bütün  əhalisi  qeyri-müsəlmanlardan  ibarət  idi.  Hakimi  Ənbəsəh  Ğur  adında  bir 

Ģəxs idi. Məqdisi (s. 376) Qəbələ haqqında “MöhtəĢəmdir, çayı Ģəhərin xaricindən 

axır. Camesi  isə  uzaqda  olub təpənin üzərində  yerləĢir”  xəbərini verir. Hüdud əl-

aləmdə  isə  yazılır:  “Qəbələ  ġəki,  Bərdə  və  ġirvan  arasında  zəngin  bir  Ģəhərdir. 

Buradan  çoxlu  qunduz  ixrac  olunur”  (vər.  33

b

).  Ġstəxrinin  Gotha  (C)  nüsxəsində 



Qəbələnin adı çəkilməyib, yalnız о zamankı hakiminin adı ilə Əbisəh (P.V.) yəni  

Ənbəsəh  (P.V.)  məmləkəti  kimi  adlandırılır.  Ġstəxri  ġirvana  qonĢu  olan  Lirandan 

bəhs  etdikdən  sonra  deyir:  “Ənbəsəhinin  ölkəsi  bir  vilayətdir.  Kəndləri  çox 

deyildir.  Möhkəm  qalası  vardır.  Vilayətin  arxası  (yəni  Ģimal  tərəfi)  Ləzgi 

məmləkətinə və dağlarına söykənir. Onlar Ənbəsəh ölkəsini müdafiə edirlər, çünki 

Ənbəsəh hakimi ilə münasibətləri yaxĢıdır”. [Müəllif] sonra ġəkidən bəhs edir

134



Ərəbcə  Dərbənd  tarixində  Qəbələ  və  nahiyəsi  haqqında  bəzi  məlumat 



mövcuddur: 981/2-ci ildə Qəbələ hakimi Əbd əl-Вər ibn Ənbəsəh adında birisi idi 

(s.  40).  Adından  anlaĢıldığına  görə,  müsəlman  idi.  ġirvanĢah  IV  Məhəmməd  ibn 

Əhməd  ibn  IV  Məhəmməd  Ģəhəri  onun  əlindən  aldı.  Əbd  əl-Bər  Kərzol  (yaxud, 

Kəzrol  -  P.V.)  adlı  bir  qalada  hakimiyyətini  mühafizə  edə  bilsə  də,  həmin  V 

Məhəmmədin qardaĢı ĢirvanĢah IV Yəzid 999-cu ildə bu Kərzolu da ələ keçirdi (s. 

                                                           

131

ġücaətnamə, Yıldız nüsxəsi, vər. 139



b

132



Изв. Азкомстарис, III, 69. 

133


Müruc, II, 68; Qəbələ ..... о quldur, səfil və əxlaqsız adamların sığındıqları yerdir (P.V. ). Məsudinin 

Paris nəĢrində Qəbələ (P.V.) kəlməsi Qilə (P.V.) Ģəklində yazıldığından fransızca tərcüməsində Kilah 

kimi verilmiĢdir. Karaulov (VIII. 57. 75) bunu Kilah Ģəklinə çevirmiĢ və

 

Qəbələyə həmsərhəd göstərilən 



Kürün  Ģimalındakı  Muğaniyyəni  də  Qanıq  (Alazan)  mənsəbindəki  Movakaniyə  adlandırıb  Məsudinin 

verdiyi  məlumatı qarmaqarıĢıq  bir  hala  salmıĢdır.  Ümumiyyətlə,  bu  adamın tərcümələri  istifadə üçün 

heç cür tövsiyə edilə bilməz. 

134


Ġstəxri, s. 193 və mündəricat (B.G.A, IV), s. 403, 405  


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə