A bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix19.07.2018
ölçüsü0,68 Mb.
#56522
1   ...   21   22   23   24   25   26   27   28   29

51 

 

MiranĢah  və  MiranĢahın  oğlu  Ömər  Mirzənin  yanında  mötəbər  əmirlərdən  hesab 



olunurdu.  Lakin  bununla  bərabər,  ġəkidə  keçmiĢ  zamanlardan  hakim  olmuĢ  bir 

sülalənin də monqollar dövründə yaĢadığı bəlli olur. Bu nəslin son təmsilçilərindən 

XIX  əsrin  baĢlanğıcında  yaĢamıĢ  Fətəli  xanın  oğlu  Kərim  Ağa  tərəfindən  yazılıb 

ġəki qazısı Əbdüllətif Əfəndiyə aid edilən

155

 ġəki tarixində ġah Ġsmayıl zamanında 



ġəki hakimi olaraq xatırlanan Həsən Sultan (Həsən bəy), atası ġəkixan, onun atası 

Qutulxan,  onun  atası  Əlican  Candar,  onun  atası  Qara  KeĢiĢ  olmaqla  keçmiĢ 

keĢiĢlərə  gedib  çıxır  və  Həsən  Sultanın  üçüncü  atası  (ulu  babası  -  P.V.)  sayılan 

Əlican  Candarın  islamı  qəbul  etdiyi  göstərilir.  Lakin  səfəvi  tarixçisi  Ġskəndər 

MünĢiyə görə bu “Həsən bəy” qədimdən burada hökm sürmüĢ (-147-) ĢirvanĢahlar 

nəslindən  bir  sülaləyə  mənsubdur

156

.  Abbasquluxan  [Bakıxanov]  da  bu 



fikirdədir

157


. 1551-ci ildə ġah Təhmasib ġəki vilayətini həmin bu Həsən bəyin oğlu 

DərviĢ Məhəmmədin əlindən alaraq özünü də öldürtdü. Səfəvilər ġirvanda olduğu 

kimi, ġəkidə də yerli sülalələri hakimiyyətdən uzaqlaĢdırıb baĢqalarını təyin etmək 

yolunu  tutdular.  1578-ci  ildə  ġəki  osmanlıların  əlinə  keçdi.  Onlar  isə  yerli 

sülalələri himayəyə  götürdülər. Osmanlı və  sonra  (1606-da) ġah Abbas dövründə 

yerli  hakim  kimi  ġahmir  xan  göstərilir.  Bu  yerli  hakimlər  osmanlılar  və  Nadir 

Ģahın dövründə sünni əhalinin müdafiəçiləri kimi nəzərə çarpırlar  

Son  dövr  ġəki  xanlarının  həyatında  Gələsən-Görəsən  qalası  mühüm  rol 

oynamıĢdır.  Bu  qala,  oranı  dəfələrlə  ziyarət  etmiĢ  əmircanlı  Əbdüləli  bəyin  və 

Seqalın  dediklərinə  görə,  indiki  Nuxadan  8  km,  KiĢdən  bir  km  yuxarıda,  KiĢ 

çayının  sağ sahilində  olan  yüksək qayalardadır; əhəmiyyətli abidəsi qalmamıĢdır; 

qalanı  ġəki  hakimi  Hacı  Çələbinin  Nadir  Ģaha  qarĢı  [mübarizə  üçün]  tikdirdiyini 

rəvayət edirlər

158


. Amma bu qalanın, KiĢ qalası ilə bərabər, hələ 1551  -ci ildə (h. 

958)  səfəvi  Ģahı  Təhmasibin  ġəki  vilayətini  zəbt  etdiyi  vaxt,  keçmiĢ  zamanlarda 

                                                           

155


Risalə əvvəlcə Dorn tərəfindən “Bəhr-i Xəzər və ətrafına aid islam mətnləri” külliyyatında (Auszüge 

aus Muhammedanischen Schriftstelleru, S.Pütürburg, 1858) və son zamanlarda Bakıda, rusca tərcüməsi 

ilə birlikdə, “Azərbaycan tarixinə dair məqalələr” sırasında (Материалы  по истории Aзeрбайджана, 

вып.  1,  Баку  1920) nəĢr  olunmuĢdur.  Kitabın  yazılması  1829-cu ilin  may  ayının  25-də  (1244-cü  ilin 

ziqədənin 20-də) baĢa çatdırılmıĢdır. Müəllifin özünü axırıncı müstəqil ġəki xanı Səlim xanın qardaĢı 

Fəth Əli xanın oğlu olduğunu iki yerdə qeyd etməsinə baxmayaraq, Dorn və AĢmarin əsəri ġəki qazısı 

Abdulla Əfəndiyə aid etmiĢlər. Seqala görə (Kaвказиский вестник, 1902, №1, январь, c. 80) Fəth Əli 

xanın  ancaq  Kərim  Ağa  adlı  bir  oğlu  olmuĢdur.  Bunun  dörd  oğlundan  ikincisi  Mustafa  Ağa  rus 

ordusunda k o r n e t* rütbəsini almıĢ və 1895-ci ildə nurani yaĢında vəfat etmiĢdir. Mustafa Ağa Ģair və 

tarixçi olub türk və əcəm dillərində əsərlər və ġəki tarixi yazmıĢdır; Seqal da bu əsəri öz məqaləsində 

ixtisarla  vermiĢdir.  Buradan  aydın  olduğuna  görə,  Mustafa  Ağanın  əsəri  nəĢr  olunmuĢ  həmin  ġəki 

tarixindən  istifadə  edilərək  yazılmıĢ  və  orada  mövcud  olmayan  bəzi hissələr  [əsərə]  əlavə  edilmiĢdir. 

1829-cu ildə yazılan bu əsər, yəni nəĢr  olunmuĢ ġəki tarixi, hər halda Mustafa Ağanın atası Kərim Ağa 

tərəfindən  yazılmıĢdır.  Mustafa  Ağanın  qız  tərəfindən  nəvəsi  əmircanlı  Əbdüləlibəyin  dediyinə  görə, 

Kərim Ağa da məlumatlı Ģəxs idi. 

156


Ġskəndər bəy MünĢi, s.62:  Həsən bəy  ata-babadan oranın hakimləri nəslindən və ĢirvanĢahlar cah- 

cəlalından idi. (P.V.).   

157

Gülüstan-i Ġrəm, s. 81.  



158

Сегал, Kaвказиский вестник, 1902, №1, (январь), c. 784. 




52 

 

heç  bir  hökmdara  təslim  olmayan  qüvvətli  bir  qala  olduğu  göstərilir



159

.  Məncə 

Teymur  tarixində  “Gəl-Gör-Get”  adı  ilə  xatırlanan  qala  elə  Gələsən-Görəsən 

qalasından ibarət olmalıdır. Bunu Ġbn ƏrəbĢah xatırlayır. Onun yazdığına görə, bu 

qalanın  üç  tərəfi  qaya  olub,  ancaq  bir  tərəfdən  yolu  var  ki,  ona  da  min  bir 

çətinliklə,  bir  uçurum  üzərində  salınmıĢ  körpüdən  keçib  gedirlər.  Körpü 

götürüldükdə  kimsə  [qalaya]  çıxa  bilmir.  Bunu  Gürcüstan  səfəri  ərəfəsində 

Teymurun  Pir  Məhəmməd  adlı  bir  zabiti  Lührasb  adlı  qalabəyinin  (düzdarın) 

əlindən  böyük  fədakarlıqla  almıĢdır

160


.  Bu  Pir  Mehmet,  ehtimal  ki,  Teymurun 

1387-ci  ildə (17)  həmin  vilayətdə  olduğu  vaxt,  ġəki  dağlarında  fəaliyyət  göstərən 

əmir Mehmed Bərlas

161


 olmalıdır. “Gəl-Gör-Get” kəlməsi, Teymurun ġəki ətrafına 

gəldiyi vaxt buraların artıq türkləĢmiĢ olduğunu göstərir. 

Nadir  Ģah  1734,  1741-ci  illərdə  ġəki  və  Qəbələdə  olmuĢdur.  Yerli  sünni 

əhali  və  bəylər  Nadir  Ģahla  mübarizə  məqsədilə  birləĢərək  (-148-)  səfəvilərdən 

əvvəl bu ölkədə hakim olmuĢ sülalədən Hacı Çələbini

162


 rəhbər kimi tanıdılar. O, 

Nadir Ģahın təyin etdiyi Ģiə hakimini qəbul etmədi və “Gələsən-Görəsən” qalasında 

möhkəmlənib  Nadirə  qarĢı  müvəffəqiyyətlə  müqavimət  göstərə  bildi.  Eyni 

zamanda,  gürcülərlə  də  ciddi  müharibələrdə  oldu.  1759-cu  ildə  Hacı  Çələbinin 

vəfatından  sonra  ġəki,  Qəbələ  və  ƏrəĢ  müstəqil  oldular  və  yalnız  sözdə  Qacar 

sülaləsinin ali hakimiyyətini qəbul edirdilər. Bu dövrün xanlarından Hacı Çələbinin 

nəvəsi  Hüseyn  xan  və  onun  oğlu  Kor  Mehmed  Həsən  xan  və  qardaĢı  Mehmed 

Səlim xan mühüm Ģəxsiyyətlər olmuĢlar. Mehmed Səlim xan 1795-ci ildə hökumət 

mərkəzini  Gələsən-Görəsənə  köçürdü.  Qacarların  məğlubiyyəti  və  Qarabağ 

xanlarının  Rusiyaya  itaətinin  ardınca,  1805-ci  ildə  [ġəki  də]  Rusiyaya  tabe  oldu. 

Sonra üsyan qalxsa da, 1813-cü ildə Ģəhər tamamilə ruslar tərəfindən iĢğal olundu. 

Hal-hazırda  ġəki  -  Nuxa  Ģəhəri  bir  xan  sarayına  malik  qaladan  və  onun  ətrafında 

çoxlu  məhəllələrə  bölünmüĢ  “Ģəhər”dən  ibarətdir.  Qala  Ģəhərin  hündür  yerində, 

Yuxarı-baĢ,  Ağvan,  Sarıtorpaq  və  BazarbaĢı  ortasında  yerləĢib  dövrəsi  min  yüz 

metrə  qədər  daĢdan  düzəldilmiĢdir  və  kvadrat  Ģəklindədir.  BazarbaĢı  məhəlləsinə 

tərəf  bir,  Ģimala  tərəf  digər  bir  qapısı  var  və  bu  son  qapı  ruslar  dövründə  daima 

bağlı qalmıĢ və yalnız 1920-ci ildə Num PaĢa zamanında açılmıĢdır. Qalanın cənub 

qapısı  yanında  bir  came  məscidi  vardır  ki,  rusların  dövründə  kilsəyə  çevrilmiĢdi. 

                                                           

159


Ġskəndər  MünĢi,  62:  Gələsən-Görəsən  qalası  çox  uca  və  möhkəmdir  və  heç  bir  qüdrət  sahibinin 

kəməndi onun zirvəsinə düĢməmiĢdir (P.V.). 

160

Ġbn ƏrabĢah, s. 144: (ġahiqə qalası.... Onun adı güman edildiyinə görə, gəl, gör, getdir, yəni buyur 



gəl,  gör  və  qayıt...  Onun  üç  tərəfi  yüksəkliklərə  ucalan  hündür  qayalıqlarda  tikilib,  yolu  dördüncü 

tərəfdəndir.  Onunla  əlaqə  sarıdan  çətinlik  var  ki,  bu  da  cürbəcür  məĢəqqətlərdən  sonra  bu  qalanın 

qapısına çatmaq üçün sıldırım qaya üzərində salınmıĢ körpüdür. Həmin körpüyə qalxsan güclü qalanın 

giriĢ qapısını görəcəksən (P.V.). Bu topoqrafik məlumatın yerindəcə tədqiqə ehtiyacı vardır.  

161

Z.N.I,405.  



162

Hacı Çələbi, atası Qurban, onun atası ƏliĢan, onun atası Bağı bəy,onun atası DərviĢ Məhmeddir ki, 

sonuncu ġah Təhmasib tərəfindən öldürülmüĢdür. 

  



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə