A bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə28/29
tarix19.07.2018
ölçüsü0,68 Mb.
#56522
1   ...   21   22   23   24   25   26   27   28   29

59 

 

Azərbaycanın  tarixi-siyasi  coğrafiyası.  Bakı,  Müəllim,  2006,  s.  66).  Bu  fikri  az 



sonra müəllifin özü də təsdiq edir və yazır: “Azərbaycan istilahı daha geniĢ mənada 

Dərbəndə qədər Qafqaz Albaniyasını da əhatə edir” (bax: I, s. 3). 

(3)

 

-  Orijinalda  “Qudyal”  sözünün  üzərinə  xətt  çəkilmiĢ  və  əl  ilə  “Rubas 



çay” yazılmıĢdır. 

(4)


 

 - Müasir Gilgilə çayı nəzərdə tutulur. 

(5)

 

- Mətndə “Əs-ġeybani” səhvən “Əs-ġeybabani” kimi verilir. 



(6)

 

-  Müəllifin  azərbaycanlıların  ermənilərlə  qardaĢ  olmaları  fikri  çox 



qəribə səslənir və heç də həqiqətə uyğun deyildir. 

(7)


 

- Runas boyaq otunun bu ərazidə bitməsi barədə F.RəĢidəddin (1247-

1318)  xəbər  verir.  Müəllif  onu  “Dərbənd  runası”  adlandırır  və  Ģoran  torpaqların 

münbitləĢdirilməsi  üçün  əlveriĢli  ot  hesab  edir  (bax:  V.Z.Piriyev.  Fəzlullah 

RəĢidəddinin  “Asar  və  əhya”  əsəri  və  Azərbaycan  -  Azərb.  SSR  EA 

Xəbərləri,TFHS, 1998, № l, s. 69). 

(8)

 

-  Mətndə  müəyyən  uyğunsuzluq  nəzərə  çarpır:  müəllif  “Yevlax 



dəmiryolu  stansiyasından  Nuxaya,  QutqaĢendən  Nuxaya”  yazmaqla  fikir 

dolaĢıqlığı yaradır. Əslində “Yevlax dəmiryolu stansiyasından Nuxaya” olmalıdır. 

Çünki o, ƏrəĢ barədə məlumat verərkən “Yevlax dəmiryolu stansiyasından Nuxaya 

gedən Ģose yolu” ifadəsini iĢlədir (bax: III, s. 2). 

(9)

 

 - Müasir Hacı-Həsənli kəndi nəzərdə tutulur. 



(10)

 

- Orijinalda “Əl-Salma” sözünün üzərinə xətt çəkilmiĢ və müəllif onun 



“Əl-Sulami” oxunmasını məsləhət bilir (bax: III, s. 8). 

(11)  - “Kufi xətti ilə yazı” sözləri mətnə əl ilə əlavə olunmuĢdur. 

(12)  - Buradakı “?” iĢarələrinin hər ikisi mətnin Özündə 

vardır. 


(13)  -  Rusiya  EA  ġərqĢünaslıq  Ġnstitutunda  mühafizə  olunan  nüsxədə  bu 

cümlə mətnə əl ilə əlavə olunmuĢdur. 

(14)

 

–  “Qarabağ”  adlı  yerlər  Azərbaycandan  baĢqa  Qarsda,  ġimali 



Qafqazda,  Türkmənistanda,  Özbəkistanda,  Əfqanıstanda  və  s.  yerlərdə  də 

mövcuddur.  Azərbaycanda,  eyni  zamanda  “Surxab  Qarabağı”  (və  ya  “Kiçik 

Qarabağ”)  və  “Təbriz  Qarabağı”  adlı  yerlər  də  var  idi.  Kür  və  Araz  çayları 

arasındakı  Qarabağın  “Arran  Qarabağı”  adlanması  onun  digər  Qarabağlardan, 

xüsusilə  Xəzərin  Ģərqindəki  “Baqdis  Qarabağı”ndan  fərqləndirilməsi  ilə  də  bağlı 

ola bilər. 

(15)

 

-  Mətndə  səhvən  “1381-ci  il”  verilir.  Teymur  Qəbələdə  1387-ci  ildə 



olmuĢdur. Qəbələnin bu dövrdə dağıdılması, xarabaya çevrilməsi fikri sonralar da 

təkzib edilmiĢdir (bax: Ə.H.Rəhimov. Bədr ġirvaninin Qəbələyə həsr etdiyi Ģeir. - 

Azərb. SSR EA Xəbərləri, TFHS, 1973, № 2, s. 48-53). 

(16)


 

- Mətndə səhvən “1925-ci il” verilir. 

(17)

 

- Mətndə səhvən “1381-ci il” verilir. 




60 

 

(18)



 

-  Müəllifin  yazdığından  3  yerdə  -  Arranda,  Zaqataladan  qərbdə  və 

Dərbənd tərəfdə Beyləqan adlı məskənlərin olduğu anlaĢılır. 

 

Terminlər 

 

А 1 а с а - rəngarəng zolaqlı ipək parça. 



D irhəm- (ərəbcə - pul) müxtəlif mənalar kəsb edir: 1) 2,97 q. xalis gümüĢə 

bərabər qədim ərəb gümüĢ pulu kimi 695-ci ildən kəsilməyə baĢlamıĢ və ərəblərin 

baĢqa  ölkələrlə  ticarətində  iĢlənilmiĢdir;  2)  Ġraqda  50  filsə,  yaxud  dinarm  20\l-nə 

bərabər xırda pul vahidi olmuĢdur; 3) MərakeĢin pul vahidi kimi 100 dirhəm 16,43 

manata  bərabər  idi  (1978);  4)  Misir  və  Sudanda  qiymətli  metalların  çəki  ölçüsü 

olmuĢ  və  3,12  qrama  bərabər  idi  (bax:  Azərbaycan  Sovet  Ensiklopediyasi,  III,  s. 

471). 

Fərsəx  -  fərsəng,  pərsəng  -  qədim  uzunluq  ölçü  vahidi.  12.000  addım  idi 



(təqribən  6-8  km).  Bəzi  yerlərdə  hər  fərsəxdən  bir  daĢ  və  ya  ağacdan  iĢarə 

qoyulduğu üçün daş, ağас da deyilirdi. Müxtəlif ölkələrdə ölçüsü müxtəlif olurdu. 

Bəzi  yerlərdə  fərsəx,  hətta  9,5  km,  digər  yerlərdə  isə  5-6  km-ə  bərabər  idi  (bax: 

ASE,  IX,  s.  538).  Ə.Z.Vəlidinin  dediyindən  isə  1  fərsəxin  cəmi  5  km  olduğu 

anlaĢılır (bax: mətn, I, s. 6). 

Коrnet - fransızca “cometta” (bayraq, bayraq qaldıran zabit) sözündən olub 

XV-XX əsrin əvvəllərində bir sıra ölkələrin süvari qoĢunlarında kiçik zabit rütbəsi 

olmuĢdur. Əvvəllər rota bayrağını aparan zabit kornet adlanırdı. Rusiyada 1801-ci 

ildə təsis edilmiĢ, 1917-ci ildə ləğv olunmuĢdur (ASE, V, s. 513). 

QuruĢ - Türkiyədə 1687-ci ildən kəsilən gümüĢ sikkədir. Əvvəllər çəkisi 19, 

27  q.  olmaqla  pul  vahidi  rolu  oynamıĢdır.  1844  və  1916-cı  il  qanunlarına  əsasən 

xırda puldur. Türkiyə lirəsinin 100\1 bərabərdir, 40 paraya bölünür (bax: ASE, III, 

s. 282). 

Livа  -  Osmanlı  imperiyasında  əyalətə  tabe  olan  inzibati-ərazi  vahidi 

olmuĢdur.  Sinonimi  “Sancaq”  olan  liva  “mirliva”  (sancaqbəyi)  tərəfindən  idarə 

olunurdu  (bax:  Gəncə-Qarabağ  əyalətinin  müfəssəl  dəftəri.  Bakı:  ġuĢa,  2000,  s. 

572). 

Mənzil  -  uzunluq ölçü  vahididir və  Ə.Z.Vəlidinin  məlumatından təxminən 



22-23 km oldıığu anlaĢılır (bax: mətn, s. 64). 

Mərhələ  -  uzunluq  ölçü  vahididir.  Lakin,  onun  dəqiq  ölçüsünü 

müəyyənləĢdirmək çətindir. Ə.Z.Vəlidinin məlumatından mərhələnin heç də kiçik 

ölçü vahidi olmadığı anlaĢılır. Məsələn, müəllif ġabrandan - Niyazabada 1 mərhələ 



(bax:  mətn,  I,  s.  8),  Tiflisdən  Telaviyə  2  mərhələ,  Telavidən  ġəkiyə  2  mərhələ, 

ġəkidən Dərbəndə 5 mərhələ (bax: mətn, IV, s. 1-2) və s. olduğunu yazır. Təxmini 

hesablamalar 1 mərhələnin 25 km olduğunu deməyə imkan verir. 

Mil  -  ayrı-ayrı  vaxtlarda  müxtəlif  ölçülərdə  iĢlənmiĢ  uzunluq  vahididir. 

Böyük  Britaniyada  1  dəniz  mili  təx.  1,85  km,  1  quru  mili  təx.  1,6  km  olmuĢdur. 



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə