A bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə25/29
tarix19.07.2018
ölçüsü0,68 Mb.
#56522
1   ...   21   22   23   24   25   26   27   28   29

53 

 

Num PaĢa gəldikdən sonra bir daha məscidə çevrilmiĢdir. ġimal qapısı tərəfdə isə 



böyük bağçalı və yonma daĢdan tikilmiĢ Xan sarayı vardır. Daxili çox bəzəkli olub 

divarlarında kitabələr, xanlar zamanına aid Ģəkillər olduğu söylənilir. Qalanın digər 

qismində rus əsgər qazarmaları, həbsxana və digər müəssisələr mövcuddur. RəĢid 

Əfəndioğlu bir də indiki Ģəhərin xaricində Göri-Çayın mənsəbində daha bir qədim 

qala  qalığının  olduğundan  xəbər  verir

163


.  ġəki  Ģəhəri  haqqında  osmanlı 

mənbələrində də  məlumat  vardır. 1581-ci ilin oktyabrın sonunda ġəki vilayətində 

olmuĢ  osmanlı  müəllifi  AĢıq  Çələbi  əsl  qəsəbəyə  rast  gəlməmiĢdir.  ġəki  hakimi 

ġahmir xandan “ġəki Ģəhərdir, yoxsa kənddir?” sorduqda, “Əvvəlcə ġəki bir Ģəhər 

idi. Lala Mustafa PaĢa ġirvanı aldığı zaman ġəki əhalisi əsgərlərin ehtiyacını təmin 

edə  bilməyib  Ģəhəri  tərk  edərək  dağlara  dağılmıĢlar.  Osmanlı  əsgərləri  də  qıĢda 

ġəkinin  taxta  evlərini  odun  əvəzinə  istifadə  etdiklərindən  Ģəhər  xarab  olmuĢ  və 

əhali  kəndlərdə  qalmıĢ  (-149-),  Ģəhərə  dönməmiĢlər”  cavabını  almıĢdır.  AĢıq 

Çələbiyə  görə,  bu  vilayət  çox  abad  və  məhsuldardır

164


.  Evliya  Çələbi  ġəkini 

ƏrəĢdən  iki  mənzil  Ģimalda  göstərir.  Onun  yazdığına  görə,  ġəki  “Bir  təpəcik 

üzərində, daĢdan [tikilmiĢ] gözəl qaladan ibarətdir. Gəncə qapısı və ġirvan qapısı 

adlanan  iki  qapısı  vardır.  Üç  min  ev,  yeddi  mebrablı  məscid,  karvansara  və 

hamamlara  malik bir qaladır”. Evliya  Çələbi burada  Mirzə Əlibəy camesi,  LağuĢ 

Əhmədbəy,  Üçüncü  Murad  camelərinin  olduğunu  söyləyir

165

.  Hal-hazırda  elm 



aləmində  olan  hakim  fikir  qədim  ġəki  Ģəhərinin  Nuxadan  baĢqa  yerdə  olması 

fikridir. Cənab Minorskinin söylədiyi bir rəvayətə görə, qədim ġəki indikı Nuxanın 

cənubi-qərbində ġəkili (ġhekili) adlanan kəndin yerində olmuĢdur

166


.    BaĢqaları 

isə  Ģəhərin  ancaq  1772-ci  ildə,  qədim  Ģəhərin  güclü  seldən  xarab  olduğu  vaxtda 

indiki yerinə  keçirildiyini, qədim Ģəhərin [isə] yenə eyni KiĢ çayının  (kənarında), 

hal-hazırda Carabad adlanan yerdə olduğunu söyləyirlər

167

. Minorskiyə görə, Nuxa 



kəlməsinə XVIII əsrdən əvvəl təsadüf olunmur

168


. CanaĢviliyə görə, indiki Ģəhərin 

yerində əvvəlcə Nux-Patis kəndi mövcud olmuĢdur

169

. Amma Kərim Ağa və oğlu 



Mustafa Ağanın tarix [kitablarında] Ģəhər keçmiĢ və yeni dövrlərdə ġəki və Nuxa 

adlarının  hər  ikisi  ilə  adlanmaqdadır.  Seqalın  və  Əbdüləli  bəyin  söylədiklərinə 

görə, Nuxa adı Nuxut kimi də tələffüz edilmiĢdir. Katib Çələbidə (s. 402) “ġirvan 

və  Gəncə  səmtlərinə  yaxın  Dağıstan  ərazisində  iri  bir  qəsəbə  kimi  böyük  Nuxud 

kəndi”  xatırlanır.  Məncə  bu  indiki  Nuxadır.  Katib  Çələbiyə  görə,  bu  Nuxadan 

Xaçmaza, oradan da Qbaya gəlirlər. Bu, əlbəttə, Qəbələ olasıdır; çünki eyni müəllif 

deyir:  “Nuxadan  Gəncəyə  gedən  yolun  üzərində  bir  mərhələ  məsafədə  Kiçi-

                                                           

163

И. Азкомстарис, III, 65. 



164

Mənazil əl-əvalim Nuri Osmaniyə nüsxəsi, №3032, vər. 271-272.  

165

E. Çələbi, U, s. 289.  



166

E.Ġ. “ġəki” məqaləsi 

167

Изв Азкомстартс, Ш, 72  



168

ĠE “ġəki” məqaləsi. 

169

Gürcü  Ģəhzadəsi  VaxuĢti,  Gürcüstanın  coğrafiyası,  ruscası  (Записки    Kaвказиского  отдела 



Русского географического общества, книжка XXIV,вып. 5, Тбилиси, 1904) s. 117 haĢiyə 


54 

 

Dəhənə  mövcuddur.  Ulu-Dəhənə  Kiçi  –  Dəhənədən  iki  mildə  (təqribən  4  km) 



Gəncə  yolunun  bir  tərəfində  qalır.  Həmin  Ulu-Dəhənədən  iki  dayanacaqda 

Xaçmas,  oradan  iki  mənzildə  Qba  yerləĢir”.  Bu  son  Qba  da  əlbəttə  Qəbələdən, 

Xaçmas,  Kiçi  və  Ulu-Dəhənə  isə  bu  gün  Nuxa-Gəncə  və  Nuxa-Qəbələ  arasında 

olan  kəndlərdən  olmalıdır

170

.  Buna  əsasən  (-150-)  Nuxa,  Nuxud  qədim  ġəki 



kəlməsinin  sinonimi  olaraq  XVII  əsrin  baĢlanğıcında,  ehtimal  ki,  hələ  XVI  əsrdə 

iĢlənmiĢdir.  Mustafa  Ağanın  tarixində  vilayət  mərkəzi  olan  ġəkinin  səfəvilərdən 

əvvəl Qutula xanın oğlu ġəkixan zamanında indiki Nuxanın 20 km cənubunda və 

indiki Ģose yolunun üzərində, hazırda Cəfərabad ilə Haybulaq arasındakı Aravətən 

kəndinə  köçürüldüyü  göstərilir

171


.  Həmçinin  Əbdüləli  bəy  ġıkinin  məĢhur 

alimlərindən  Əyri-Boyun  Əbdürrəhim  Qazının  vilayət  mərkəzinin  bir  zamanlar 

Turğut-Navur  yanında  olduğu  barədə  bir  rəvayətin  mövcudluğunu  bildirdiyini 

söyləyir.  Amma  bu  ġəki,  tarixçi  və  ravilərin  ümumi  qənaətinə  [görə],  Ģəhərin 

səfəvilər  və  osmanlılar  dövründəki  indiki  yerində  olduğu  mərkəzindədir.  Hal-

hazırda  bu  Ģəhər  Qafqaz  dağlarının  qollarından  birinin  alçaq  yamacının  sonunda, 

750  metr  yüksəklikdə  yerləĢir.  Əgər  Ģəhər,  Məqdisinin  dediyi  kimi,  bir  zamanlar 

düzən  yerdə  mövcud  olmuĢdursa,  bu  ancaq  XV-XVI  əsrlərdən  daha  əvvəlki 

dövrlərdə  ola  bilər.  Bununla  bərabər,  KiĢ  çayının  böyük  sellər  vaxtı  dağıntı 

törədərək ġəkinin ətraf məhəllələrini (bəlkə, bir vaxtlar iç qalasını da) baĢqa уerə 

köçürməyə məcbur etdiyi də məlumdur. 

Hal-hazırda  ġəkidə  mövcud  olan  Xan  sarayı  Kör  Mehmed  Həsən  xan 

tərəfindən  1797-ci  ildə  tikilmiĢdir

172


.  Sarayın  qısa  tarixini  Əfəndioğlu  RəĢid  bəy 

vermiĢdir

173

. Bura 1925-ci ildə həmin RəĢid bəy, ġərifoğlu, Tağıoğlu, Ġsmayıloğlu 



tərəfindən  tədqiq  edilmiĢdir

174


,  lakin  həmin  tədqiqatların  nəticələri  hələlik 

mətbuatda  nəĢr  olunmamıĢdır. Qalanın  inĢası,  Mustafa  xana  görə

175

  Hüseyn  xana 



(1765), digərlərinə görə

176


 Kör Mehmed Həsən xana (1790) aid edilməkdədir. Bu, 

əlbəttə, Ģəhərin iç qalasıdır. Evliya Çələbinin söylədiyi iki qapılı qala indiki qalanın 

yerində  daha  əvvəllər  mövcud  olmuĢ  bir  qala  ola  bilər.  ġəhərin  qədim  çöl  qalası 

RəĢid  bəyin  dediyi  Gör-Çayda  divarlarının  qalığı  qalmıĢ  qala  olmalıdır  ki,  [hələ] 

tədqiq  olunmamıĢdır.  ġəhərin  dabbağçılar  məhəlləsindəki  came  [məscidini]  də 

əhali  osmanlılar  dövrünə  aid  abidə  kimi  tanıyırmıĢ.  ġərifoğlu  Ģəhərdə  “Almalı” 

adlanan  alçaq  qaya  üzərindəki  camedə  onun  1692-ci  miladi  ilində  tikildiyini 

                                                           

170

Katib Çələbi ġirvan və Muğan məntəqələri haqqında [danıĢarkən] bizə məlum olmayan, ehtimal ki, 



rəsmi  marĢrutlardan  istifadə  etmiĢdir;  amma, bunları  öz  bildiyi  kimi  təsnif  edərək  yanılmıĢdır.  O,  bu 

marĢrutda da Xaçması Quba vilayətindəki Xaçmasla eyniləĢdirərək Qəbələni Quba oxumuĢ ola bilər.  

171

Кавказский вестник, 1902, № 1, с. 74.  



172

Изв. Азкомстарис, III, 65.  

173

Изв. Азкомстарис, III, 65.  



174

Изв. O.O. изуч. Аз., II, 67 

175

Кавказский Вестник, eyni I, s. 8  



176

Изв. Азкомстарис, III, с. 72.  




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə