A bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə27/29
tarix19.07.2018
ölçüsü0,68 Mb.
#56522
1   ...   21   22   23   24   25   26   27   28   29

57 

 

ibarət  idi.  ġahzadə  VaxuĢti  buradakı  qəbilələri  monqol  adlandırır.  Hal-hazırda 



burada qıpçaq, cəlair, Ģeyxlər, əmircanlı, əlibəyli, inaxlı kimi qəbilə adları vardır. 

Müstəqil Ġlisu sultanı Əhməd Sulan 1803-cü ildə Beyləqan əhalisi ilə bərabər rus 

tabeliyini qəbul etdi. Axırıncı sultan Daniyal Bəyə ancaq Qurmux hövzəsi tabe idi. 

 Qurmuxun  qərbində,  hal-hazırda  Zaqatalanın  yanındakı  çay  gürcü 

mənbələrində Pipinet adlanır. Qəsəbə də bu adda idi. Kaxetiyanın gürcü hakimi V 

Levan (1520-1574) buraya Lək ləzgilərini dəvət edərək yerləĢdirdi və qəsəbə Car, 

Djar (yaxud Çari - P.V.) adını aldı

191


. Bunun beĢ-altı km cənubundakı Tala, kəndi 

ilə  bərabər,  Çarutilə  adı  ilə  tanınmıĢ  və  buradakı  ləzgilər  Nadir  Ģaha  qarĢı  ciddi 

müqavimət  göstərdiklərindən  (1739-cu  ildə)  darmadağın  edildilər.  Bu  hadisə  ilə 

əlaqədar ləzgilərin (Car, Carux, Əqzipər - P.V.) adlı istehkamlarının adı çəkilir

192



Qəsəbə və nahiyənin indiki adı, Minorskiyə görə, hələ səfəvilər dövründə istifadə 



olunmuĢ ad olmalıdır. 

Eyni zamanda Minorski bu kəlməni Zekat Əli [kimi] oxuyur. Amma mənim 

öyrəndiyimə görə, Tala və Tələ bu vilayətin ləhcəsində meĢə içindəki yüksək yerdə 

olan  məskən,  ev  mənasında,  Kazak  (Qazax)  sancağı  türkləri  ləhcəsində  isə 

ümumiyyətlə  “yüksək  alan”  (meydan)  mənası  kəsb  edən  türkcə  sözdür.  [Bu  söz] 

kitablarda  Tib  (P.V.),  tarixçi  Alidə  fəthə  ilə  Təl  (P.V.)  yazılmıĢdır.  Bu  tərəflərdə 

axırı  həmin  kəlmə  ilə  qurtaran  bir  neçə  kənd  adı  vardır.  Zaqatala  [adının]  yerli 

tələffüzü “Zakartala” [Ģəklindədir]. Görünür [bu ad] Zakar, yaxud Zakir adlı (-154-

)  birinə  mənsub  “alan”  və  ya  “məskən”  deməkdir.  Nahiyənin  Qanıq  çayına  yaxın 

yerlərində, Sarısu adlı vadidə, Ġti-Tala adlı kənd vardır. Rusların Balacar yanındakı 

Hacı-Həsən  kəndindən  baĢlayıb  ġamaxı,  Qəbələ  və  ġəki  istiqamətindən  Sığnağa 

gətirmək istədikləri və proyekt halında qalmıĢ dəmiryolunun qərb hissəsi həmin Ġti-

Talanın  yanında  Qanıqı  (Alazanı)  keçir.  Alidə  Ġttelə  yazılan  bu  ad  Evliya  Çəbbi 

tərəfindən Ġt-Tili oxunmuĢdur ki, uydurma deyilsə, [buranın] əhalisinin hələ Evliya 

Çələbinin  zamanında  monqolca  danıĢdıqlarını  göstərir.  Həqiqətən  bu  ərazilər 

tamamilə  monqollar  dövründə  gələn  qəbilələr  tərəfindən  məskunlaĢmıĢ  yerlərdir. 

[Onlar]  Evliya  Çələbinin  dövründə  də  qədim  dillərindən  bəzi  kəlmələri  qoruyub 

saxlamıĢ  ola  bilərlər

193

.  Bu  ərazinin  qərbindəki  Beyləqan-çay  nəhri  və  Beyləqan 



qəsəbəsi də (müasir Belokan - P.V.) gürcü mənbələrinə görə, çox qədimdir. Gürcü 

müəllifi  CanaĢvili  bu  çayı  və  qəsəbənin  adını  gürcü  dilində  izah  etsə  də,  belə 

olmayıb; Arran və Dərbənd tərəflərindəki Beyləqanlar (18) kimi [onun da] Arran 

və  yaxud  Yəhudi  Xəzər  mədəniyyəti  ilə  əlaqədar  bir  adın  olması  ehtimal  edilə 

                                                           

191


VaxuĢti, s. 117. 

192


Mirzə Mehdi xan, 159, 219, 220. 

193


Evliya  Çələbi  Dərbənddən  Dağıstan  yolu  ilə  Tiflisə  qayıdarkən  ġəki  və  Zaqatala  vilayətlərindən 

keçmiĢ  və  oralarda  monqolca  sözlər  də  eĢitmiĢ,  amma  bu  dili  qaytaqlara  aid  edərək  qarıĢdırmıĢdır. 

Qəbələ, ġəki, Zaqatala vilayətlərinin bəzi yerlərində monqol dilinin hakim olduğu coğrafi adlardan da 

məlum olur. Calut, Könqut, Tanqut, Cunut kimi monqol qəbilə adları ilə bərabər Zekrit, Sabalut, Zunut, 

Uxut, Ermənit kimi yerli adlar da monqolca cəm Ģəklini qəbul etmiĢlər.  



58 

 

bilər.  Əslində  bu  Beyləqanda  da  yəhudilər  yaĢamıĢdır



194

. Qanıq çayının Beyləqan 

nahiyəsi ilə üzbəüz cənub sahilində Qaraağac və Sığnaq nahiyələri vardır. Sığnaq 

qədim  yunan  mənbələrində  KanBuonun,  ərəblərdə  (Bəlazuri  və  baĢqalarında) 

Qambizan  adlanır.  Ərəblər  buranı  hələ  646-cı  ildə  fəth  etmiĢdilər.  Gürcü 

mənbələrinə görə, bu nahiyə, yaxud qəsəbə eyni zamanda Kisiqi və əhalisi Kitzili 

adlanmıĢdır

195


.  Qaraağacın  yanında  hal-hazırda  Tsarskie  Kolodtsi  adlanan 

qəsəbənin keçmiĢ adı Dedolis imiĢ. Qızıl Orda xanı Вərkə xan bu əraziləri özünə 

tabe  edərək  həmin  dövrdə  buralarda  (görünür  DəĢti-qıpçaq  tərəfdən)  bir  çox 

monqol  qəbilələri  və  xüsusilə,  Padar  qəbiləsini  yerləĢdirmiĢdir.  Dedolis  qəsəbəsi 

də  türkcə  TükürmiĢ  adlanmıĢ  ola  bilər.  Sığnaq  və  Qaraağac  da  о  zaman  intiĢar 

tapmıĢ olmalıdır. Sığnaq, yaxud yerli tələffüzə görə, Sığnax kəlməsi, Dorna görə, 

“təbii istehkam yeri”

196


 deməkdir. Bu söz, həmin  mənada Qafqaz  Azərbaycanının 

dağlıq  yerlərində,  osmanlı  və  Nadir  Ģaha  aid  tarix  kitablarında  çox  təsadüf 

olunur

197


.  Bu  (-155-)  kəlmə  “Qala”  mənasında  da  iĢlənilir.  Sır-Dərya  hövzəsində 

bu  adla  Sığnaq  Ģəhəri  olduğu  məlumdur.  ġahzadə  VaxuĢtinin  verdiyi  məlumata 

görə,  səfəvilər  dövründə  bu  vilayəti  idarə  edən  xanlar  indiki  Qaraağac  ətrafında 

böyük  saraylar  tikdirmiĢlər.  Qaraağacdan  Qubur  (Yora)  çayının  Kürə  töküldüyü 

уerə  qədər bütün bu ölkə, [əhalisinin] əksəriyyətini təĢkil edən padarların adı ilə, 

Upadar  adlanmıĢdır

198

.  Səfəvilər  dövründə  burada  “Ġyirmi  dörd  Qacar”  adlanan 



qəbilə  yerləĢdirilmiĢ,  amma  onlar  [sonradan]  həmin  ərazidən  geri  dönmüĢlər

199


Nadir  Ģah  bütün  bu  vilayəti  xaraba  qoydu.  [O,]  Padarlı  və  Muğanlı  qəbilələrini 

buradan köçürüb baĢqa vilayətlərdə və Xorasanda yerləĢdirdi. Hal-hazırda Qanıq - 

Qubur arası [ərazilər] Gürcüstana aiddir (-156-). 

 

 

ġərhlər və qeydlər 

 

(1)



 

-  Ə.Z.Vəlidi  kril  qrafikasında  olan  əsərlərin  adlarını,  texniki  səbəblər 

üzündən latın qrafiki ilə vermiĢdir. Tərcümədə həmin əsərlərin adlarının orijinalda 

olduğu kimi, yəni kril əlifbası ilə yazılması məqsədəuyğun sayılmıĢdır. 

(2)

 

- Ə.Z.Vəlidinin Bərdənin və Zəncanın Azərbaycana daxil olmaması və 



monqollar  dövründə  də  belə  olduğu  barədəki  fikri  birmənalı  qəbul  edilə  bilməz. 

Nəzərə  almaq  lazımdır  ki,  monqollar  dövründə  Azərbaycan  adı  ilə  təkcə  cənub 

əraziləri,  yəni  tarixi  Atropatena  ərazisi  deyil,  eyni  zamanda  vahid  Azərbaycan 

vilayəti nəzərdə tutulurdu. Belə ki, Azərbaycan həm vahid vilayətin, həm də onun 

bölündüyü  4  əyalətdən  birinin  adı  idi  (geniĢ  məlumat  üçün  bax:  V.Z.Piriyev. 

                                                           

194

VaxuĢti, s. 118. 



195

VaxuĢti, s. 120.  

196

Von Natur sehwer zugaengliche Ort (Dorn, Geschichte der Georgier, s. 335). 



197

Ġskəndər MünĢi, s. 62, 634, 635; Mirzə Mehdi xan, s. 145, 156. 

198

VaxuĢti, s. 117, 119. 



199

Ġskəndər MünĢi, s. 718,721. 

  



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə