N
əriman Nərimanov – 140
l
ərin, Nizamilərin tərənnüm etdiyi sosial ədalət və bərabərlik ideallarının
t
əmsilçisi idi.
Digər tərəfdən, Nərimanov böyük bir millətçi və vətənpərvər
idi.
Hansı isə bir qrupun, partiyanın maraqlarından deyil, ilk növbədə milli
ma
raqlardan çıxış edən, milli dövlətçilik idealını təmsil edən böyük bir
türkçü idi. O
, öz milli maraqlarını sosial-siyasi görüşləri ilə uzlaşdırmağa və
ictimai f
əaliyyətini də məhz bu kontekstdə qurmağa çalışırdı. Nərimanov
mü
əyyən bir məqamda, tarixin müəyyən bir en kəsiyində, müəyyən bir coğ-
rafi-
siyasi şəraitdə zamanın bir gerçəkliyi olan sosial-demokratik hərəkatın
v
ə daha sonra kommunist ideologiyasının təsir sferasında və bu hərəkatın
sosial-energetik
potensi
alından bəhrələnərək öz şəxsi əqidəsini və milli
ideallarını həyata keçirirdi.
B
əzən biz Nərimanovu bolşevik və ya leninçi kimi təqdim edənlərin
sad
əcə onu nə dərəcədə kiçiltdiklərinin fərqinə varmırıq. Bu böyük şəxsiy-
y
əti ideyası xaricdən, Rusiyadan qaynaqlanan bir hərəkatın kortəbii davam-
çısı və ya transferçisi kimi qəbul etsək, sonradan onun bəraəti naminə nə qə-
d
ər fikirlər söyləsək və faktlar gətirsək də, xeyri olmayacaq. Amma kommu-
nist ideolo
giyası xaricində milli ruhun təmsilçisi olan bir ədib və mütəfək-
kirin ictimai-siyasi t
əbəddülatlar dövründə sadəcə seyrçi
kimi qalmayaraq,
mövcud siyasi prosesl
ərdən milli istiqlalın bir vasitəsi kimi istifadə etmək
c
əhdləri tamamilə anlaşılandır. Bu başqa məsələ ki, həmin dövrdə milli is-
tiqlalın alternativ yolları var idi. Birincisi, xalqın müəyyən bir təbəqəsində
sosial
ədalətsizliyə qarşı mübarizə əhval-ruhiyyəsi və əhvalın Rusiyadakı
prosesl
ərlə əlaqəsinə, bölgədəki coğrafi-siyasi duruma
rəğmən ancaq milli
ma
raqlardan çıxış etmək və millətin müstəqil surətdə özünü idarə etmək hü-
ququnu real
laşdırmaq mövqeyi, – bu, Rəsulzadələrin, Əhməd bəy Ağayev-
l
ərin yolu idi; ikincisi, milli istiqlala sosial-demokratik hərəkat dalğasında,
ictimai
ədalətsizliyin aradan qaldırılması uğrunda
gedən mübarizə konteks-
tind
ə nail olmaq, – bu, N.Nərimanovun yolu idi. Maləsəf, o bu yolda tək idi
v
ə sadəcə xalqa güvənirdi. Düzdür, Sultanməcid Əfəndiyev, Həmid Sulta-
nov, Dad
aş Bünyadzadə və s. kimi şüurlu siyasi xadimlər Nərimanovu anla-
yır və onu müdafiə etməyə çalışırlardılar, amma Azərbaycan KP-də, xüsu-
s
ən Bakı təşkilatında gürcü eserləri və erməni daşnakları üstünlük təşkil
edirdi v
ə bəzi azərbaycanlıların da onların tərəfini saxlaması mübarizəni ol-
ma
zın dərəcədə çətinləşdirirdi. Lenin ideyaları, bolşevizm dalğalarında siya-
si h
ərəkata qoşulan R.Axundov, M.Hüseynov, Ə.Qarayev və s. nəinki nəri-
manovçu deyildil
ər, hətta Nərimanova qarşı mübarizədə anti-Azərbaycan
- 13 -
F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2
qüvv
ələri ilə birləşirdilər. N.Nərimanov onların bu mövqeyini “ifrat inqilab-
çılıq” və “ifrat beynəlmiləlçilik” adlandırırdı. Milli
məfkurə və istiqlaliyyət
idealla
rına yabançı olan və ideya-nəzəri tezisləri əslində öz hakimiyyət uğ-
runda mübariz
əsində sui-istifadə edən praktik bolşevizm nərimanovçuluğun
ən qəddar düşməni idi və kor-koranə surətdə onlara qoşulan bəzi “milli”
bol
şeviklər də onların təsiri altına düşürdülər.
Biz h
ələ indiyədək yetərincə araşdırılmamış nərimanovçuluq ideologi-
ya
sının təfərrüatına getmədən, sadəcə belə bir məqamı vurğulamaq istəyirik
ki, m
əqsəd və amal baxımından nərimanovçuluq milli-demokratik hərəkatla
eyni platformada dururdu. M
əqsəd milli istiqlal və sosial ədalət idi. Böyük
planda götürdükd
ə, Nərimanov daha çox dərəcədə Rəsulzadə ilə bir cəbhədə
idi, n
əinki Ə.Qarayev kimilərlə.
N.N
ərimanova bir bolşevik kimi yox, milli siyasi xadim kimi, xalqını
t
əmsil edən bir dövlət adamı kimi baxmaq
nümunəsini yüksək tribunadan
birinci d
əfə Heydər Əliyev bəyan etdi və onu həm felən, həm də xatirələrdə
heyk
əlləşdirdi. Necə dəyərlər, “zər qədrini zərgər bilər!”
N.N
ərimanovun millət və xalq qarşısında rolunu daha aydın təsəvvür
etm
ək, “millətçilərin” “arqumentlərinin” nə dərəcədə əsassız olduğunu gös-
t
ərmək üçün belə bir fikri eksperiment aparaq: fərz edək ki, o dövrdə Nəri-
manov yox idi. Bir milli istiqlalçılar var idi, bir də bolşeviklər. Onda hadisə-
l
ər hansı istiqamətdə cərəyan edə bilərdi? Xalq Cümhuriyyəti artıq qurul-
muşdu, hakimiyyət onların əlində idi və onlar nə edə bilərdilərsə,
etdilər
(b
əlkə də, daha nə isə edə bilərdilər, – amma bu, artıq başqa bir mövzudur).
Bol
şeviklərin gəlişi əslində xarici intervensiya idi və bu, Nərimanovlu
da olacaqdı, Nərimanovsuz da. Yəni, Rusiyanın işğalçı siyasətinin, XI Qızıl
Ordunun qar
şısını almaq mümkün idisə, bunu Nərimanov deyil, o vaxtkı iq-
tidar etm
əli idi. Mümkün deyildisə,
belə şayiələr buraxmaq ki, guya ordu-
nun d
əvət olunmasında Nərimanov da iştirak etmişdi, bunlar siyasi naşılıq-
dır, çünki rus ordusu üçün dəvət səbəb deyildi, bəhanə idi və bu bəhanəni
onlar h
əmişə uydura bilərdilər. Onsuz da həyata keçən bu prosesdə
S.Şaumyanla, S.Orconikdze ilə, S.M.Kirovla və bizim onlardan betər “mil-
li” bolşeviklərlə yanaşı, Nərimanovun da iştirakı olmasaydı, onda bütün er-
m
əni planlarının və rus imperialist siyasətinin tam həcmdə gerçəkləşəcəyinə
heç bir şübhə ola bilməzdi. Amma
bir böyük azərbaycanlı lazım olan mə-
qam
da lazım olan yerdə tapıldı və onların əksər planlarını pozdu. Bəs olma-
saydı, o da cümhuriyyətçilərin içərisində olsaydı və onlarla birgə mühacir
- 14 -