A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə16/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   149

 

49

dılmasından ibarətdir (mətbuatda apostrofun tamamilə 



atılması barədə mülahizələr əksini tapır). 

60-cı illərdə əvvəl ədəbi-bədii dildə, bir qədər sonra 

isə publisist üslubda folklor ifadə tərzinə – xalq dilinə 

qayıdış rəsmi şəkildə təsdiq edilib orfoqrafiya qaydalarında 

təsbit olunmasa da, yazı dilində müəyyən demokratizm 

meyillərinin meydana gəlməsi ilə nəticələnir; bir sıra 

hallarda isə dialekt tələffüz xüsusiyyətləri yazıya ayaq açır, 

təbliğ olunur. Doğrudur, 80-ci illərin əvvəllərindən etibarən 

bu prosesin ifrat şəkil alması dayanır, lakin bununla belə, 

fonetik-orfoqrafik normaya demokratizm ab-havası da 

gəlir. Sözlərin, xüsusilə şəkilçilərin tələffüzündə orfo-

qrafiyaya təsir edə biləcək dəyişikliklər baş verir. Lakin 

məsələ burasındadır ki, fonetik-tələffüz mühitindəki 

təbəddülat orfoepiya qaydalarının yaradılmasına, başqa 

sözlə, fonetik-tələffüz normasının tam təsbit olunmasına 

təsir etmir. İndiyə qədər bu sahədə nəyin norma, nəyin 

qeyri-norma olduğunu, demək olar ki, dil stixiyası müəy-

yən edir. 

Əlbəttə, 60-80-ci illərdə orfoqrafiya qaydalarının tez-

tez müzakirə olunmaması əsasən stabil qaydaların yaran-

maqda olduğunu göstərir. Orfoepiya sahəsində isə 60-70-

80-ci illərin fonetik-tələffüz təcrübəsi əsasında yeni stabil 

orfoepiya qaydaları yaratmaq mümkündür. 

Sovet dövründə ədəbi dilin fonetik normasının 

inkişafı onun orfoqrafik-yazı, eləcə də orfoepik-tələffüz 

normasının inkişafı ilə bağlıdır; əslində, bu qanuna-

uyğunluq ədəbi dilin sovet dövründəki kütləviliyindən irəli 

gəlir, elə bu kütləviliyin nəticəsidir ki, orfoqrafik-yazı 

mühiti orfoepik-tələffüz mühiti ilə əlaqədə inkişaf edir. 

Qrammatik normanın inkişafı. Azərbaycan ədəbi 

dilinin qrammatik norması XVIII əsrin ortalarından 



 

50

etibarən milli əsaslar üzərində, başqa sözlə, xalq-folklor 



dilinin qrammatikası əsasında yenidən qurulur. Qrammatik 

normanın milliləşmə-xəlqiləşmə istiqamətində inkişafı XIX 

əsr boyu davam edir. XX əsrin əvvəllərində isə burjua 

mədəniyyətinin çiçəklənməsi ilə ədəbi dilin qrammatik 

norması demokratik və qeyri-demokratik istiqamətlərdə 

funksionallaşmaq imkanı qazanır. 

Sovet dövründə ədəbi dilin morfoloji normasında elə 

bir dəyişiklik müşahidə edilmir; bəzən morfonoloji 

normadakı təbəddülatların tədqiqatçılar tərəfindən mor-

foloji normanın inkişafı kimi qəbul edilməsi diqqəti cəlb 

edir

1

, lakin bu, şübhəsiz, düzgün deyil. 



A. Əlizadə 20-30-cu illərdə sormaq  felinin yönlük 

halla işlənməsi (çıxışlıq hal əvəzinə) faktına istinad edərək 

belə bir nəticəyə gəlir: «Göründüyü kimi, 1920-1940-cı 

illər müddətində ismin yönlük halı müxtəlif mənalarda 

işlənmişdir. Son zamanlarda isə ismin yönlük hal şəkilçi-

sinin qrammatik əlaməti sabitləşmişdir»

2



İsmin yönlük hal şəkilçisinin qrammatik əlaməti bir 



neçə əsr bundan əvvəl (ən geci XVII-XVIII əsrlərdə) 

sabitləşmişdir; 20-30-cu illərdə qeyd olunan hadisənin 

mövcudluğuna gəldikdə isə, bu, arxaik normativliyin 

dirçəldilməsindən ibarətdir, canlı hadisə deyil (bu cür 

faktların fonetik səviyyədə də mövcudluğunu qeyd 

etmişdik). 40-cı illərdə bu vəziyyətin prinsip etibarilə 

aradan qalxması da, şübhəsiz, yönlük halın inkişafı deyil, 

sadəcə olaraq «yönlük hal+sormaq (soruşmaq)» mode-

lindən, yəni arxaik norma faktından imtina edilməsidir (bu 

qəbildən olan başqa faktlarda olduğu kimi). 

Sifətin dərəcə şəkilçilərindən -mtraq, -sov (soy), qaç, 

                                                           

1

 Azərbaycan ədəbi dili tarixi (sovet dövrü), səh 225-253 



2

 Yenə orada, səh. 239. 




 

51

takım, fəzlə kimi kəmiyyət mənalı morfemlər, bölgülü 



saylar  (birər, ikər, onar…) 20-30-cu illərdə müəyyən 

işləkliyə malik olmuş

1

, mərhələnin morfoloji norma 



mühitində diqqəti cəlb etmişdir. 

Felə məxsus arxaik əlamətlərdən bəziləri sovet 

dövründə – ədəbi dilin inkişafının birinci mərhələsində 

funksionallaşmaq imkanına malik olmuşdur; buraya 

aşağıdakılar daxildir: 

a) əmr şəklinin I şəxs təkini ifadə edən -ayım, -əyim 

şəkilçisi (bu şəkilçinin XVIII əsrə qədər ədəbi dildə 

işlədildiyi qeyd edilmişdir, sonralar bir qayda olaraq 

işlənməmişdir)

2



b) əmr şəklinin I şəxs cəmini ifadə edən -alım, -əlim 

şəkilçisi (bu şəkilçi də XVIII əsrdən etibarən normativliyini 

itirmişdir)

3



c)  -malı, -məli şəkilçisinin funksionallığı artır; -malı,  

-məli şəkilçisi başqa üslublara nisbətən mətbuat üslubunda, 

əsasən, çağırış xarakterli məqalə başlıqlarında, konfrans, 

qurultay, plenum və idarə iclaslarının sərlövhə və 

qərarlarında daha çox işlənir»

4



Felə məxsus qrammatik kateqoriya əlamətlərindən 

aşağıdakılar 20-30-cu illər Azərbaycan ədəbi dilində türk 

dilinin faktı kimi işlənmişdir: 

  xəbər şəklinin I şəxs təkinin inkarı -mam, -məm 



forması ilə düzəlir (düşünməm, sığınmam, istəməm və s.)

5



  xəbər şəklinin indiki zamanını bildirmək üçün -yor 

forması işlənir (kəliyorum, yazıyorum və s). 

                                                           

1

Azərbaycan ədəbi dili tarixi (sovet dövrü),  səh. 240-244. 



2

 M.Rəhimov. Azərbaycan dilində fel şəkillərinin formalaşması tarixi, Bakı, 

Azərb.SSR EA nəşriyyatı, 1965, səh 47. 

3

 Yenə orada, səh. 52. 



4

  Yenə orada, səh. 249. 

5

 Yenə orada, səh. 249. 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə