A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə27/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   149

 

84

lərində elmi terminologiyanın yaranma prinsipləri 



haqqında», H.Zeynallının «Türk dillərində elmi termino-

logiyanın sistemi haqqında» və s. mövzularda məruzələri 

dinlənilir. I Türkoloji qurultay termin yaradıcılığı 

məsələsində demokratik prinsiplərin rəhbər tutulduğunu 

göstərir, bu isə 20-ci illərdəki mürəkkəb dil mübahisələri 

kontekstində gərəkli iş idi. Lakin burası da məlum olur ki, 

məsələyə münasibətdə dörd meyil var: 1) ərəb-fars 

mənbəyini əsas götürənlər – islamlaşma tərəfdarları; 2) 

avropalaşma tərəfdarları; 3) türkləşmə tərəfdarları; 4) dia-

lekt materialını əsas götürənlər – «demokratlaşma» 

tərəfdarları. Bu meyillərin hər biri ayrı-ayrılıqda naqis idi

1



Lakin I Türkoloji qurultayın düzgün mövqe tutmasına 

baxmayaraq, 20-ci illərdə bu meyillər lüğət tərkibinin 

inkişafına təsir edirdi. 

20-ci illərdə Azərbaycan ədəbi dilini səciyyələndirən 

əsas xüsusiyyətlərdən biri lüğət tərkibində bir sıra ərəb-fars, 

türk (osmanlı) və rus mənşəli sözlərin vahid normaya 

uyğun işlədilməməsi idi. Bununla yanaşı, sosializm 

quruculuğu ilə əlaqədar baş verən ictimai proseslərə dair 

yeni sözlərin dilə daxil olması, daxili imkanlar əsasında 

yeni leksik vahidlərin yaranması və s. də bir proses kimi 

güclənməkdə idi. 

 

* * * 



 

Azərbaycanda inqilabdan sonra daxili imkanlar 

hesabına söz yaradıcılığı prosesi dilin zənginləşməsində 

böyük rol oynamışdır. Yeni yaranan    kənd  ö z ə k l ə r i  

fəaliyyətdədir  (K-12.04.1921);  Bütün dünya i ş ç i l ə r i , 

                                                           

1

 Bax: T.İ.Hacıyev. Azərbaycan ədəbi dili tarixi. II hissə, Bakı, «Maarif», 



1987, səh. 266-272. 


 

85

birləşin!  (K-12.04.1921);  Ə m ə k ç i  felyetonu yazılmağa 



başlayır 

(K-3.11,1926). Türkcə kəlmələr haqqında 

a r a ş d ı r m a l a r   yapılmışdır  (K-3.11.1926);  Oktyabrın 

doqquzuncu  i l d ö n ü m ü   günündə  hər  kəs  bu  doqquzillik 

yolu xəyali olaraq keçəcəkdir (K-4.02.1928);  Kəndlərdə 

ş u r a   s e ç k i s i  olan vaxtda yoxsul və o r t a   k ə n d ç i  

dövlətini özünə yaxın buraxsın (K-7.11.1926);  E l  

k ö m ə y i  komitələri yaradılmışdır (K-13.04.1921); 

Türküstanda ə k i n  kompaniyasına başlanmışdır (K-

4.04.1921);  Məktəblərdə  b ə d ə n   t ə r b i y ə s i   fənni 

keçiləcəkdir  (İM-1928, № 11-12); Azərbaycanda n e f t  

k o m i t ə s i n i n  xəbərləri yayılmışdır (K-4.04.1921) və s. 

İctimai-siyasi və mədəni hadisələrlə bağlı yaranmış 

bir sıra sözlər, xüsusən siyasi və iqtisadi sahədəki 

müvəqqəti hallarla əlaqədar yaranmış qolçomaq, özək, el 

köməyi, neft komitəsi kimi söz və söz birləşmələri sonralar 

müxtəlif səbəblərə görə öz işləkliyini itirmişdir. Məsələn, 

qolçomaq  sözü bir tarixizm kimi, ifadə etdiyi varlığın 

səhnədən çıxması ilə passivləşir – indi ya məcazi mənada 

işlənir, ya həmin dövrün siyasi təsərrüfat quruluşundan 

danışarkən xatırlanır. Yaxud özək və işçi sözləri bu gün də 

işlənir, lakin həmin dövrə məxsus terminoloji mənada 

deyildir, yeni məzmun kəsb etmişdir. Və ya el köməyi 

birləşməsi purizm prinsipi üzrə yaranmışdır, bu gün işlənsə 

də ilkin terminoloji vəzifəsini yerinə yetirmir. Sosialist 

təsərrüfatı, sosializm quruculuğu ilə bağlı anlayışları əks 

etdirən  işçi, əməkçi, araşdırma, ildönümü, seçki, bədən 

tərbiyəsi  kimi sözlər və birləşmələr bugünkü ədəbi 

dilimizdə də özünə möhkəm yer qazanmışdır. 

Ümumiyyətlə, götürdükdə, 20-ci illərdə purizm 

Azərbaycan dili üçün müsbət rol oynamışdır; ana dilinin 

nəinki konkret milli materialla zənginləşməsi, hətta bu 




 

86

istiqamətdə xüsusi söz yaradıcılığı prinsiplərinin müəy-



yənləşdirilməsi baxımından purizmin əhəmiyyəti böyükdür. 

Mədəni-tarixi prosesin inqilabi məzmunu, dil qurucu-

luğunun sürətlənməsi purizm axtarışlarını, əslində, 

istiqamətləndirirdi və heç şübhəsiz, həmin hadisənin 

mütərəqqi rolu bir də bununla müəyyən olunurdu. Əlbəttə, 

söz yaradıcılığı axtarışlarında milli zəminə, milli dilin 

imkanlarına istinad olunması sonrakı dövrlərdə də başlıca 

uğurlu prinsip idi ki, həmin prinsipin də həyatilik 

qazanmasında purizmin təsiri göz qabağındadır. 

20-ci illərdə puristlər tərəfindən bir sıra qondarma və 

uydurma sözlər də düzəldilmişdir ki, bunlar sonralar 

zamanın sınağından çıxa bilmədi və yaşamaq imkanını 

itirdi. Məsələn, Ə. Şıxlinskinin «Döyüş sözlüyü» adlı 

lüğətində  salıq, toqunaq, üstünc, yənəldici, cızğıc, 

kandırğac, bilməksiniz, düşünməksiniz, görüntü, öndül, 

tasarlayış

1

 və s. kimi sözlər vardır ki, sonralar onların heç 



biri lüğət tərkibinə daxil ola bilmədi. Bu dövrdə digər elm 

sahələrinə aid də qondarma terminlər meydana çıxmışdı. 

Məsələn,  yerbilik  (coğrafiya),  yulduzbilik  (astronomiya), 

subilik  (hidrologiya),  daşbilik  (petroqrafiya)

2

 və s. bu 



qəbildən idi. Bu tipli uydurma söz və terminlərə Qafur 

Rəşadın lüğətində də yer verilmişdi. Lüğətlə əlaqədar 

rəylərdə də hələ o zaman uydurma sözlər barədə kəskin 

etirazlar var idi. Belə rəy müəlliflərindən biri olan Ə. 

Cavad yazırdı: «Qafur Rəşad əfəndinin coğrafiya 

terminlərinə keçdikdə içərisində o qədər süni, məntiqsiz və 

yersiz kəlmələr icad edilmiş ki, dilə yardım etmək istəyən 

                                                           

1

  Bax:  Ə.Şıxlinski. Döyüş sözlüyü (təlimnamə və nizamnamələri və elmi-



hərbi kitabları çevirmək üçün yardımlıq), Bakı, 1926. 

2

 Bax: M.Ş.Qasımov. Azərbaycan dili terminologiyasının əsasları. Doktorluq 



dissertasiyası, Bakı, 1973, səh. 198. 


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə