19
dəki
künne, kuni (qotlarda),
kona/kuna (qədim skandinavlarda) formaları
da
*
gen
kökü ilə bağlıdır və «başçı»
anlamlı köniq sözü də bu yuvaya girir.
Lakin burqund, lanqobard german boylarında soy fara, soy üzvü isə fara-
manni adlanırdı. Diqqəti çəkən məqamlardan biri də budur ki, həmin fara
sözü «getmək, köçmək» anlamlı bara (fara
<
*bara) ilə izah olunur.
29
Bu
da türkcə
bar- (varıb-getmək) feilinə uyğun gəlir.
Roma dövlətinin m.ö.
VI əsrin sonuna qədər «çar dövrü» adlanan
çağlarında sosial-siyasi qurumlar bəzi terminlərdə əks olunmuşdur: patri-
arxal yönlü familiya adlanan soyların başında pater-familias və ya domi-
nus «sahib» dururdu, «uruqbaşı» və «uruq» anlamlı
patrisi termini böyük
familiyaların birliyini göstərir, demokratik seçimlə hərbi başçı, baş kahin
və hakim vəzifəsini daşıyan reks çar sayılırdı. Bəlli soylara daxil olmayan
gəlmələr (plebs) və kasıblar çox vaxt sahibkardan (patron) asılı olurdu.
Sonrakı monarxsız Respublika (res-publica «xalq işi») çağında isə senat
(senex «qoca») adlanan 300 nəfərlik ağsaqqallar şurası, komisiy adlanan
xalq məclisi və iqtidarın başında konsul vardı.
Beləliklə, Roma şəhərini
quran etrusklarda hakimiyət seçimlə idi, latınlar da bu ənənəni respublika
çağında saxladılar; konsullar seçki ilə senat və xalq məclisində seçilirdilər.
İlk Roma dövlətində etrusk gələnəyi kimi «imperium», hökmdar
üzərində xalq nəzarəti vardısa, artıq Roma imperiyası vaxtında bu dövlətə
tabe olan ərazilər o qədər genişləndi ki, Avropa, Afrika və Asiyanın bir
çox bölgəsi bu imperiyanın idarə olunmasına vergi verməli oldu. Təbii
ki, belə imperiyanın başında duran konsul demokratik institutlardan vaz
keçməli idi və belə də oldu.
Yunan toplumunda isə «soy» anlamında genos, «uruq» anlamında
fratri (qardaşlıq), «boy» anlamında fili, «bodun» anlamında demos termini
işlənirdi.
30
Eyni atadan
törəyənlərin
genos
qurumunda
daxili evlənməsi
qadağan idi,
burada oğulluğa götürmə, soydaşların vərəsəlik hüququ, baş-
çının seçimi, ərazi, iş və qəbiristanlıq ümumiliyi, hərbi və dini başçı filo-
basiley vardı. Fili qurumunda demos mühüm məsələləri
aqora adlanan
toplantıda müzakirə edirdi, ağsaqqallar şurası bule adlanırdı. Yunanlarda
soy-boy bölgüsü dövlət yaranandan sonra sosial təbəqə bölgüsü ilə əvəz-
lənir; xalq soylulara və əkinçi, sənətkar, əsgər zümrəsinə ayrılır.
29
Энгельс, 1982, 156.
30
Sonra «xalq» anlamı qazanan demos qabaqlar damos şəklində idi (ИДМ, 1982, 293).
20
Afinada şura yaranandan sonra soy-uruq qurumu boy təşkilatında
pozuldu. Əvvəlki qonşu boyların ittifaqı indi mərkəzi şura ilə idarə olu-
nurdu. Görünür, bu çağlarda aparıcı mövqeyə Afina əhalisi çıxıb baş el
olmuşdur və latınların reks sözündən fərqlənən el-başı anlamındakı basil
(basiley) sözü patrike sözünü əvəz etmişdir. Soylu, əkinçi, sənətkar və
əsgər kimi müxtəlif təbəqəyə ayrılan cəmiyətdə yalnız soylular hakimi-
yətə iddia edə bilərdi.
Avropa xalqları mərkəzləşmiş dövlət yaradana qədər boylar birliyi
(Confederation de tribus) mərhələsini
yaşamışlar.
Belə ki,
Sezarın german-
ları boy-soy bölgüsü ilə məskunlaşdırması bəllidir. Boy bölgüsü Şotlandi-
yada XVIII əsrin ortalarına qədər davam etmişdir. Avropada dövlətçilik
boy qurumu
>
ərazi təşkilatı
>
dövlət mərhələlərini ayrı-ayrı bölgələrdə
müxtəlif çağlarda keçirmişdir.
Yunan toplumunda boy qurumunun dağılmasına səbəb olan dövlət
qurumunun yaranması ilə kəndlinin öz torpağında arendatora çevrilməsi
prosesini dəqiq şərh edən F. Engels yazır: «Əvəllər, soy-uruq qurumlu
toplumda belə çevriliş mümkün deyildi».
31
Yunanıstanda m.ö.
VI əsrdə
müəyyən reformalar həyata keçirildi və
varlı-kasıb qarşıdurması bir az
səngidi.
32
«İntellekt dövrü»
adlanan bu çağlarda xeyli alim, yazar, filosof
yetişdi, «7 müdrik»dən biri də atası türk (saqa), anası yunan olan Anaxars
idi.
33
Yunanıstanda dövlət qulları müxtəlif ərazilərdə yerləşdirilir və on-
lara xüsusi təsərrüfat yaratmağa imkan verilirdi. Bu növ qulların istehsalı
dövlətdə hakim təbəqənin məhsulla təmin olunmasına yönəlmişdi. Belə
təsərrüfatla məşğul olanlar ilot adlanırdı.
34
Bu termin, yəqin ki, türklərin
elat sözü ilə bağlıdır.
Əgər Afina dövlətinin yarandığı çağlardan başlayaraq davam edən
varlı-kasıb qarşıdurmasına səbəb aşağı təbəqənin müflisləşməsi ilə mülki-
yət hüququnu itirmək idisə, türk toplumunda istehsalçı öz istehsal etdiyi
məhsulun sahibi idi. Boy qurumu bu adil düzəni yaşadırdı. İrokez toplu-
31
Энгельс, 1982, 126.
32
Afinada m.ö.594-də Solonun reforması ilə torpağı icarəyə götürənlərin borcu ləğv
olundu, 509-da isə zadəganlara böyük təpki göstərildi. 4 boylu Afina dövlətində 400
nəfərdən ibarət şura yarandı (4x100). Əhali varına-mülkünə (gəlirə!) görə gəliri çox,
orta, az olanlar və kasıblar üzrə 4 növə bölündü və 3 bölgəyə ayrılmış Yunanıstanın
(Attika) ayrıca başçısı (demarx), hesabdarı, 30 hakimi və kahini olan hər bölgəsində
özünüidarə üsulu tətbiq edildi.
33
Azər xalqı, 2000, 98-102.
34
ИДМ, Û, 41.