17
Atlı türklər kimi saqa boylarının ilk köçləri II minilin ortalarından
başlansa da, onların aktiv siyasi tarix səhnəsinə çıxması, sözün hərfi mə-
nasında, dəmir dövrü ilə başlanır. Konkret bir dövrü deyil, III minildən
İslamaqədərki çağları əhatə edən «Oğuz zamanında» deyimi hər dəfə iş-
ləndiyi konteksdə müəyyən tarixi dövrə aid olur. Türklərdə Oğuz xanın
İbrahim peyğəmbər çağında yaşaması inancı vardı
.
24
Lakin Oğuz obrazı
bir məqamda Ayın oğlu (onu Ay-kağan doğdu) kimi verilib, III minilin
ilk yarısında yaşamış ökuz (oquz) epitetli Bilqamıs ilə eyni (Zülqərneyn)
obrazdırsa, başqa bir konteksdə Kara-xanın oğlu kimi, oğuz boylarının
soybabasıdır. Bu baxımdan, Dədə Qorqud hekayələrində oğuzlar dövrü
anlamında işlənən «ol zaman» deyimində arxaik qat II minilin ortalarına,
sonrakı qatlar isə bir-birini əvəz edən Saqa, Hun, Xəzər və Səlcuqlar ça-
ğını əhatə edir və «Koroğlu» eposunda olduğu kimi, «Oğuznamələr» də
bu müxtəlif tarixi qatlara aid olayları eyni tarixi müstəvidə təqdim edir.
Ona görə də, eyni oğuz bahadırı həm arxaik qatda, həm də islamlaşma
çağı olaylarında iştirak etməli olur
.
Türklərin dövlətçilik tarixində önəmli rolu olmuş müxtəlif çeşidli
dini inancların
da
ayrı-ayrı
zamanlarda ortaya çıxdığını
görmək olur.
Belə
ki,
III
minildən İslamaqədər
davam edən
«bir tanrı» inamlı Tanrıçılıq
ilə
yanaşı,
bəzi bölgələrə başqa etnosların gətirdiyi
zərdüşti, məzdəki, mani,
musəvi (yəhudi) və
xristian dinləri də olmuşdur.
25
Azərbaycanda bir çox
türk boyu əsas türk dini olan Tanrıçılığı (Gök-Tanrı) saxlasa da, bəzi türk
boylarının, daha doğrusu, hun, alban, aran, ermən, xəzər, qıpçaq boyları
içində bəzi ailə və
soyların m.s.
I minildə musəvi,
xristian dinlərini
qəbul
etməsi bəllidir, lakin azər türklərinin zərdüşti, məzdəki və mani dininə ta-
pınması
haqqında
tarixi
bəlgə yoxdur.
26
İslamlaşma çağında
ulu
peyğəmbə-
rimiz Məhəmmədin (s.ə.s.) dinini qəbul etmiş türklər tanrıçı,
musəvi
və
xristian türklərlə iç-içə dini tolerantlıq mühitində
yaşamışlar. Xəzər dövlə-
24
KCN, I. 11; Bü görüşün arxeoloji bəlgəsi kimi, II minilin ortalarında meqalit tikililər,
Oğuz qalaçaları diqqəti çəkir.
25
Dədə Qorqud hekayələrində təkur (xan) və məlik (bəy) titulları ilə adı keçən Qara-
Tikan, Sunu-Sandal, Qıpçaq, Şöklü, Qara-Aslan, Qara-Təkur, Buğacıq, Baybecan bəy
və onların boyu xristianlığı qəbul etmişdilər.
26
Yerli Od kultu və Asar tanrıya inama dayanan, lakin pers mühitində formalaşdığı üçün
türk gələnəyindən
fərqlənən zərdüştilik, zərdüştiliyə dayanıb, atəşpərəstliyi önə çıxaran
və mal-mülk bərabərliyi, hətta arvadları bölüşdürmək adətini təbliğ edən məzdəki dini
də türklər üçün yad idi. Çünki etnik kökü baxımından, Məzdək fars (əcəm) idi və bunu
Nizamülmülk xüsusi qeyd edir: «Məzdək əcəmdir» (Siyasətnamə, 158).
18
tində dörd dinə tapınan ayrı-ayrı türk boylarının bir yerdə yaşaması bunun
bariz nümunəsidir. Tolerantlıq «din ayrı qardaş» deyimində də qalmışdır.
Əvvəlki minilllərdə daha sadə görkəmi olan Misir məbədləri artıq
m.ö.
I minildən başlayaraq möhtəşəmliyi ilə seçilir və idarəçilikdə onun
funksiyasının genişlənməsi görünür. Artıq hər beş adamdan biri, əkilən
torpağın isə üçdə biri məbədə aid idi. Çoxtanrılı Roma-Yunan tapınaq və
məbədləri də böyük imtiyaza malik idi. Bu durum xristianlıq çağında
Bizans
dövlətinin
məbədlərə
verdiyi
böyük
önəmlə
daha
da
artmışdı.
Türk
toplumundan fərqli olaraq, bu dövlətlərdə dini institutlar başqa dinlərə
qarşı barışmaz mövqe tutur və sadə xalqı yox, oliqarx və hakim zümrəni
müdafiə edirdi. Türklərin yeni-yeni ölkələr fəth etməsində başqa etnik
boylara və başqa dinlərə tolerant münasibəti də öz bəhrəsini verirdi, hətta
475-də rumlu çinovnik və feodalların talançı xislətinin artıq dözülməz hal
almasından bəhs edən yepiskop Salvian Marselli qeyd edirdi ki, rumlular
belə «varvarların (türklərin) zəbt etdiyi torpaqlara qaçır».
Dövlətçilik baxımından Ön Asiya xalqlarından xeyli geridə qalan
Avropa xalqlarında boy-soy qurumundan dövlət qurumuna keçid və haki-
miyətin irsi ötürülməsi m.ö. I minildə gerçəkləşdi. Aqressivliyilə seçilən
Asur, aqressiv olsa da, işğal etdiyi ölkələrdə tikinti aparıb, kanallar çəkən
Urartu və həmin minilliyin ortalarına qədər
mədəniyət mərkəzi sayılan
Babil dövlətindən uyğun bölmələrdə bilgi verilmiş və bu dövlətlərdə irsi
hakimiyət olması göstərilmişdir. Aşırı şovinizmi ilə seçilən Əhəmənilər
və bir neçə əsr sonra onu təqlid etməyə çalışan Sasanilər də hakimiyəti
seçimlə deyil, irsi yolla varisə verirdi: «Ərdəşir Babəkandan başlamış
əcəm şahlarının axırıncısı olan Yəzdgürdün dövrünə qədər şah oğlu şah
ola bildiyi kimi, vəzir oğlu da vəzir olmalı idi».
27
Sosial qurumu dövlət
quruluşuna transfer edərək insan azadlığına önəm verən türklərin dövlət-
çilik fəlsəfəsinin əsasında seçim dururdusa, Yunan-Roma dövlətlərinin
yaranmasında da ailə (klan) və boy qurumları önəm daşımış və Bizans
çağında bu gələnək hakimiyətin irsi ötürülməsi şəklində davam etmişdir.
Müasir genetika, geneologiya terminlərinin kökündə dayanan «soy»
anlamlı genos (yunan), gens (latın) sözü «qadın» anlamı ilə bağlıdır.
28
Ol-
sun ki, qədim türkcənin
kün (xalq) sözünə bənzəsə də, german dillərin-
27
Siyasətnamə, 142; Bu sözləri yazan Nizamülmülk həmin gələnəyin türk dövlətçiliyinə
gətirilməsində həm də şəxsi marağı vardı: özü bir neçə türk hökmdarının baş vəziri ol-
muşdu və özündən sonra bu vəzifənin oğluna keçməsi üçün çalışırdı.
28
Müqayisə et: gine (yunan), gin (hay), jena (rus), zənən (fars).