Abġd tahġRLĠ


Azərbaycan mühacirətinin problemlərinə yeni baxıĢ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə169/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   165   166   167   168   169   170   171   172   ...   176

 
352 
Azərbaycan mühacirətinin problemlərinə yeni baxıĢ 
 
Azərbaycan  imperiya  caynağından  qurtulan  kimi  zaman-zaman  öz  doğma 
yurd-yuvasından  perik  salınmış  övladları  ona  doğru  pərvazlanmağa  başladılar. 
Yəqin  ki,  Yaqub  Zurufçunun  ayrılığın  özünü  belə  yandırıb-yaxan  «Ayrılıq» 
mahnısını,  qarmonçalan  Rəhmanın  ana,  yurd  həsrəti  ilə  göynəyə-göynəyə 
dilləndirdiyi  «Segah»ı  yaxşı  xatırlayırsınız.  «Vətən»  Cəmiyyətinin  nəşr  etdirdiyi 
«Odlar  yurdu»  qəzetinin  hər  yeni  nömrəsi  isə  qürbətdə  yaşayan  soydaşlarımızla 
aramızdakı  tikanlı  məftilləri  qırır,  torpağımızın  mühacir  balalarını  Vətənə 
səsləyirdi. 
«Odlar  yurdu»  qəzetində  əsl  vətəndaş  mövqeyi  ilə,  Vətənə  və  onun 
övladlarına  böyük  məhəbbətlə  dərc  olunan  yazılar  arasında  jurnalist  Abid 
Tahirlinin  məqalələri  böyük  maraqla  qarşılanırdı.  Taleyinə  mühacirlik,  qəriblik 
yazılmış  həmvətənlərimizin  yurd  yanğısını,  el-oba  həsrətini,  xaricdəki  həyat 
tərzini, fəaliyyətini oxuculara çatdırmaqla A.Tahirli onları addım-ba-addım Vətənə 
yaxınlaşdırırdı. 
Sonralar  siyasi  proseslərin  gedişatı,  hadisələrin  müxtəlif  istiqamətlərdə 
inkişafı  sübut  etdi  ki,  Vətən  üçün  onun  sərhədlərindən  kənarda  yaşayanlar  da 
mühüm  işlər  görə  bilərlər.  Təəssüf  ki,  o  illər  Azərbaycan  mühacirlərinin 
birləşməsi,  təşkilatlanması  üçün  artıq  öz  müstəqilliyini  qazanmış  dövlətimiz 
tərəfindən heç bir tədbir həyata keçirilmədi. Halbuki beynəlxalq aləmdə təklənmiş, 
qaniçən,  vəhşi  kimi  qələmə  verilən  azərbaycanlılar  üçün  bu,  hava-su  kimi  lazım 
idi. 
Mühacirlərimiz öz fəaliyyətlərini yaratdıqları cəmiyyətləri yaşatmaq və ara-
sıra  mədəni  tədbirlər  keçirməklə  məhdudlaşdırırdılar.  Mühacirətin  təşəkkülü  və 
mövcudluğu məsələləri isə yalnız jurnalist tədqiqatı ilə araşdırılırdı. Bütün bunlar 
nəticə etibarilə Azərbaycan diasporunun formalaşmasına mane olurdu. 
«Odlar  yurdu»  qəzetində  mühacirət  mövzusundakı  yazıları  ilə  oxucuların 
yadında qalan Abid Tahirli bu sahədə tədqiqat xarakterli ilk sanballı əsəri qələmə 
almağa  müvəffəq  olub.  Onun  «Azərbaycan  mühacirəti»  adlı  kitabı  bu  günlərdə 
nəfis  şəkildə  çap  edilmişdir.  Kitabda  Azərbaycan  mühacirətinin  təşəkkül  tarixi, 
coğrafiyası, həyat tərzi, sosial tərkibi, sayı, mədəniyyət mərkəzləri, mətbuatı, eləcə 
də qürbətdə məskunlaşan soydaşlarımızın Vətən yolundakı fəaliyyətlərindən ətraflı 
bəhs  olunur, mühacirətin problemləri zəngin qaynaqlar əsasında araşdırılır. 
A.Tahirli son yüz ildə mühacirətin formalaşmasını beş dövrə ayırır. I dövr – 
1905-1907-ci illərdəki təbəddülatlardan yaranan mühacirət, II dövr – 1915-1920-ci 
illərdə  ADR-in  süqutundan  sonra  yaranan  mühacirət,  III  dövr  –  30-cu  illərin 
repressiyalarından  yaranan  mühacirət,  IV  dövr  –  İkinci  Dünya  müharibəsindən 
sonra  formalaşan  mühacirət,  V  dövr  –  70-80-ci  illərdə  Türkiyə  və  İrandan  çıxan 
azərbaycanlılardan ibarət mühacirət. 
Kitabın  sonrakı  hissələrində  isə  soydaşlarımızın  qürbət  ölkələrdə  təsis 
etdikləri mədəniyyət mərkəzlərinin fəaliyyətləri barədə, Azərbaycan mühacirətinin 
problem  və  qayğılarını,  cəmiyyətdəki  mövqeyini,  mənəvi  dünyasını  əks  etdirən 
mətbuat haqqında söhbət açılır. 


 
353 
Oxucular  bu  kitab  vasitəsi  ilə  eyni  zamanda  xaricdə  yaşayan  bir  neçə 
həmvətənimizi də yaxından tanımaq imkanı əldə edəcəklər. 
 
 
 
 
 
 
 
 
 
 
Mətanət AĞAYEVA 
 
 
 
 
 
 
          «Xalq qəzeti», 13 iyun 2001 
 
 
Milli mətbuatımızın mühacir qanadı 
 
Azərbaycan  sərhədlərindən  kənarda  işıq  üzü  görən  mühacir  nəşrlər  milli 
mətbuatımızın  ən  dəyərli  nümunələrindəndir.  Təəssüf  ki,  bu  nümunələr  məlum 
səbəblər 
üzündən  nəinki  tədqiqatlardan  kənarda  qalmış,  hətta  sovet 
təəssübkeşlərinin  qərəzli  münasibəti  ilə  üzləşmişdir.  Xalqımızın  mühacir 
övladlarının həyatı ilə maraqlanan, fəaliyyətini araşdıran, bu sahədə sanballı elmi-
tədqiqat  əsərlərinin  müəllifi,  yazıçı-jurnalist  Abid  Tahirli  yenicə  çapdan  çıxmış 
«Azərbaycan  mühacirət  mətbuatı»  kitabında  öz  araşdırmalarını  ilk  dəfə  toplu 
şəklində oxuculara çatdırır.  
Azərbaycanda, Türkiyədə, Rusiyada, Almaniyada, Fransada, Polşada, ABŞ-
da,  Argentinada  və  neçə-neçə  yaxın-uzaq  məmləkətlərdə  son  nəfəsinədək 
Vətənimizin istiqlalı ideyasına sadiq qalaraq, onun uğrunda fəal ideoloji mübarizə 
aparmış  mücahidlərin  əziz  xatirəsinə  ithaf  etdiyi  bu  kitabında  müəllif  onların 
İstanbulda  çap  etdikləri  «Yeni  Qafqasya»,  «Odlu  yurd»,  «Azərbaycan  yurd 
bilgisi»,  Parisdə  və  Berlində  çıxardıqları  «Azərbaycan»,  «İstiqlal»,  Ankarada 
buraxdıqları  «Azərbaycan»  adlı  nəşrlərin  müəllifləri,  burada  dərc  olunan 
materialların sənətkarlıq xüsusiyyətləri barədə geniş məlumat verir. 
A.Tahirlinin  öz  tədqiqatlarında  gəldiyi  nəticə  belədir  ki,  ilk  mühacir  nəşr 
Mirzə  Cəlilin  1921-ci  ildə  Təbrizdə  çapını  davam  etdirdiyi  «Molla  Nəsrəddin» 
jurnalıdır.  Çünki  Mirzə  Cəlil  bir  dövlətdən  başqa  bir  dövlətin  ərazisinə  keçmək 
məcburiyyətində  qalmış,  deməli,  mühacirət  həyatı  keçirmişdir.  Kitabın  ilk 
bölməsində  müəllif  böyük  filosof,  şair  Əlibəy  Hüseynzadənin,  mühacirət 
jurnalistikasının  görkəmli  nümayəndəsi  Əhməd  bəy  Ağaoğlunun,  yazıları  «Le 
Fiqaro»,  «Le  Revue  des  deux  Monges»  və  s.  kimi  Fransanın  tanınmış  qəzet  və 
jurnallarında  dərc  olunan  Ceyhun  Hacıbəylinin  də  həyat  və  fəaliyyətinə  ümumi 
nəzər salır və onların mühacir mətbuatı tarixindəki xidmətlərindən söhbət açır. 
Kitabda  sözügedən  hər  bir  qəzet  və  jurnal  haqqında  müfəssəl  məlumat 
verilir. Onların yaranma səbəbləri, bu nəşrləri araya-ərsəyə gətirənlərin əziyyətləri, 
mövzuların rəngarəngliyi geniş şərh olunur. 
1920-ci  ilin  aprel  işğalından  sonra  qırmızı  imperiyanın  caynağından  zorla 
qurtulan  Azərbaycan  mücahidlərinin  əksəriyyəti  qardaş  Türkiyəyə  pənah 
aparmışdı. 
O  dövrdə  mühacirətdəki  qələm  sahiblərimiz  Azərbaycandakı  bütün 
hadisələri diqqətlə izləyir və bu eybəcərliklərə öz münasibətlərini nəşr etdirdikləri 
qəzet-jurnallarda bütün dünyaya çatdırırdılar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə