Abġd tahġRLĠ


(Bir daha Ceyhun Hacıbəylinin doğum tarixi haqda)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə176/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   168   169   170   171   172   173   174   175   176

 
371 
 
(Bir daha Ceyhun Hacıbəylinin doğum tarixi haqda) 
 
«Azadlıq»  qəzetinin  24  iyul  sayında  qələminə  hörmət  elədiyim  sənətşünas 
Ziyadxan Əliyevin «Ceyhun Hacıbəyli neçənci ildə anadan olub?» məqaləsi dərc 
olunub.  Yazıda  filologiya  elmləri  namizədi  Abid  Tahirlinin  tədqiqatçı  Nazim 
Rizvanın «Azərbaycan diasporası tarixindən» kitabıyla bağlı «Ədalət» və «525-ci 
qəzet»də getmiş tənqidi məqaləsinə toxunulub. 
 
 
 
 
 
 
 
 
 
 
Aslan KƏNAN 
 
 
 
 
 
 
  «Azadlıq» qəzeti, 2 avqust 2002 
 
 
«Mars» jurnalının yeni sayı iĢıq üzü görüb 
 
«Mars»  ədəbi-bədii,  elmi-publisistik  jurnalının  növbəti  sayı  çapdan  çıxıb. 
Jurnalın yeni sayında da müxtəlif ədəbi janrlarda yazılan əsərlər dərc olunub. 
«Yubiley»  rubrikasında  xalq  yazıçısı  Elçinin  60  illik  yubileyilə  bağlı  Abid 
Tahirlinin «Söz və sənətkar qüdrəti haqqında düşüncələr» adlı yazısı verilib. 
 
 
 
 
 
 
 
 
 
 
«525-ci qəzet» 
 
 
 
 
 
 
 
 
 
  22 may 2003 
 
«Deyilən söz yadigardır» 
 
Bu  günlərdə  «Azərbaycan»  nəşriyyatı  filologiya  elmləri  namizədi  Abid 
Tahirlinin «Deyilən söz yadigardır» kitabını çapdan buraxıb. Müəllif bu kitabında 
ömrünü sənət inciləri sayılan atalar sözlərinin toplanmasına həsr etmiş bir insanın – 
Əbülqasım Hüseynzadənin həyat və fəaliyyətinin maraqlı, unudulmaz məqamlarını 
işıqlandırıb. 
Abid  Tahirlinin  yeni  çapdan  çıxmış  bu  kitabında  Ə.Hüseynzadənin  Üzeyir 
Hacıbəyov,  Rəsul  Rza,  Süleyman  Rüstəm,  Mehdi  Hüseyn,  Səməd  Vurğun, 
Nəriman  Nərimanov,  Mikayıl  Müşfiq,  Nazim  Hikmət,  Hüseyn  Arif  və  başqa 
şəxsiyyətlərlə ünsiyyəti ilə bağlı maraqlı məqamlar da yer alıb. 
 
 
 
 
 
 
 
 
 
 
«525-ci qəzet» 
 
 
   
 
 
 
 
 
 
   27 iyul 2003 
 
Tədqiqatçı Əbülqasım Hüseynzadə  
haqqında kitab çıxıb 
 
Tədqiqatçı-publisist,  filologiya  elmləri  namizədi  Abid  Tahirlinin  «Deyilən 
söz  yadigardır»  adlı  kitabı  çapdan  çıxıb.  Müəllif  kitabda  bütün  ömrünü  atalar 


 
372 
sözlərinin  toplanmasına  həsr  etmiş  Əbülqasım  Hüseynzadənin  həyat  və 
fəaliyyətinin 
maraqlı,  unudulmaz  məqamlarını  işıqlandırıb.  A.Tahirlinin 
bildirdiyinə görə, kitab 1985-ci ildə yazılsa da, müəyyən çətinliklər üzündən yalnız 
indi işıq üzü görə bilib. 
 
 
 
 
 
 
 
 
 
     Ülviyyə Tahirqızı 
 
 
 
 
 
 
«Üç nöqtə» qəzeti, 22 aprel 2003. 
 
 
Deyilən söz yadigardır 
 
Sözün  əsl  mənasında  ağlına,  müəllimliyinə  valeh  olduğum  bir  insanın  bu 
yaxınlarda  daha  bir  kitabı  işıq  üzü  gördü.  Həmin  insan  tanınmış  tədqiqatçı  alim, 
jurnalist-publisist,  filologiya  elmləri  namizədi  və  ən  nəhayət,  mübaliğədən  kənar 
olub  desək,  əsl  ziyalı  qələminin  sahibi  Abid  Həmid  oğlu  Tahirlidir.  Azərbaycan 
mühacirətinin əvəzsiz tədqiqatçısı Abid Tahirli bu dəfə oxucularına «Deyilən söz 
yadigardır»  adlı  maraqlı  bir  kitabı  hədiyyə  etdi.  Bu  kitabda  bütün  ömrünü  atalar 
sözlərinin  toplanmasına  həsr  etmiş  Əbülqasım  Hüseynzadənin  həyat  və 
fəaliyyətinin maraqlı, unudulmaz məqamları işıqlandırılmışdır. 
 
 
 
 
 
 
 
 
           
   Fazil TALIBOV 
 
 
 
 
 
 
 
 
Azərbaycan Jurnalistlər  
Birliyinin üzvü 
 
 
 
 
 
 
 
 
    «Kredo»qəzeti, 3 may 2003.
 
 
 
 
«Cəlil Məmmədquluzadə» mükafatları  
təqdim olundu 
 
Birinci  elmi  publisistik  məqaləyə  və  ya  əsərə  görə  nominasiyanın  qalibi 
«Azərbaycan mühacirət mətbuatı» kitabına görə Abid Tahirli elan edildi. 
 
 
 
 
 
 
 
 
 
«Yeni Azərbaycan» 
 
 
 
 
 
 
 
 
       23 iyul 2004 
 
 
Abid Tahirlinin kitabları Almaniyada  
kataloqa salınıb 
 
Tanınmış  tədqiqatçı,  filologiya  elmləri  namizədi  Abid  Tahirlinin 
Azərbaycan  mühacirət  problemi,  xüsusilə  mühacirət  mətbuatı  ilə  bağlı 
araşdırmaları ölkəmizdə olduğu kimi, xaricdə də böyük maraq doğurur. 


 
373 
Bu günlərdə müəllifin ünvanına Almaniyanın Halle şəhərinin məşhur Martin 
Lüter Universitetindən bildiriş daxil olmuşdur. Orada qeyd olunur ki, A.Tahirlinin 
beş  kitabı  –  «Azərbaycan  mühacirəti»,  «Sözlə  yarananlar,  sözü  yaşadanlar», 
«Əbilov,  Zeynalov  və  qardaşları»,  «Azərbaycan  mühacirət  mətbuatı»,  1-ci  hissə, 
«Azərbaycan  mühacirət  mətbuatı»,  2-ci  hissə  və  «Azərbaycan  mühacirət 
mətbuatında  publisistika»  kitabları  Lüter  Universiteti  kitabxanasının  kataloquna 
salınmışdır. 
 
 
 
 
 
 
 
 
 
AzərTAc 
 
 
 
                                                  «Azərbaycan» qəzeti, 2 dekabr 2005 
 
 
 
«Qobustan»ın yeni nömrəsi çapdan çıxmıĢdır 
 
Başqa  bir  araşdırıcı  –  Abid  Tahirli  özünün  «Mustafa  Haqqı  Türkəqulun 
publisistikası»  yazısında  əsasən  Azərbaycanın  milli  musiqisi,  onun  tarixi  və 
keçdiyi yolu tədqiq edən türkiyəli sənətşünasın yaradıcılığına toxunur. 
 
      «Qobustan» № 4, 2005 
 
 
«Orkun» Azərbaycan tədqiqatçısının  
əsərindən yazır 
 
 
Türkiyənin  «Orkun»  jurnalının  82-ci  (yanvar)  nömrəsində  Səbahəddin 
Şimşirin həmyerlimiz Abid Tahirlinin «Sözlə yarananlar, sözü  yaşadanlar» kitabı 
(Bakı,  2001-ci  il)  haqqında  resenziyası  dərc  edilmişdir.  «Azadlık  yolundan 
vesikalar»  adlanan  materialda  müəllif  Abid  Tahirlini  Azərbaycan  tarixinin 
tədqiqatçısı  kimi  təqdim  edir,  xatırladır  ki,  onun  çalışdığı  «Odlar  yurdu»  qəzeti 
1918-ci illə 1988-ci il arasında mənəvi körpü rolu oynamışdır. Qeyd edir ki, elə bu 
səbəbdən  də  1988-1991-ci  illərin  azadlıq  hərəkatına  həsr  olunmuş  bu  əsərin  ilk 
fəsli onun çalışdığı «Odlar yurdu» qəzetindən bəhs edir və «Milli azadlıq hərəkatı 
və «Odlar yurdu» qəzeti adlanır. 
Məqalə müəllifi nəşrin ayrı-ayrı bölmələrini təhlil etdikdən sonra bu qənaətə 
gəlir  ki,  kitab  Azərbaycan  tarixini  öyrənən  və  tədqiq  edən  hər  kəs  üçün  faydalı 
məlumat mənbəyidir. 
 
 
 
 
 
 
 
 
 
«Respublika» qəzeti 
 
 
 
 
 
 
 
 
       7 yanvar 2005 
 
 
«Azərbaycan mühacirət mətbuatı (1921-1991)»  


 
374 
kitabı nəĢr edilib 
 
 
«ÇİNAR-ÇAP»  nəşriyyatı  tanınmış  tədqiqatçı-publisist  Abid  Tahirlinin 
«Azərbaycan  mühacirət  mətbuatı  (1921-1991)»  kitabını  çap  etmişdir.  Qürbətdə 
qəlbi  sonadək  Vətən  eşqi,  Vətən  həsrəti  ilə  çırpınan  və  Azərbaycanın  istiqlalı 
uğrunda  mücadilə  aparan  mühacirlərin  müqəddəs,  unudulmaz  xatirəsinə  ithaf 
edilən  kitabda  onların  buraxdığı  qəzet,  jurnal,  kitab,  almanax,  bülleten  və  sair 
haqqında  məlumat  verilir,  həmin  materialların  Azərbaycanın  mətbuat  tarixindəki 
yeri və rolu dəyərləndirilir. 
 
 
 
 
 
 
 
 
 
 
     NƏZAKƏT 
 
 
 
 
 
 
      «Səs» qəzeti, 26 dekabr 2007. 
 
 
«Molla Nəsrəddin» Təbriz mühacirəti dövründə 
 
Filologiya  elmləri  doktoru  Abid  Tahirlinin  gəldiyi  nəticəyə  görə  «Molla 
Nəsrəddin»in  mühacirətdə  işıq  üzü  görən  nömrələri  mühacir  nəşrlərdir»  və 
«Azərbaycan  mühacirət  mətbuatının  tarixi  «Yeni  Qafqasiya»  ilə  yox,  «Molla 
Nəsrəddin»in 1921-ci ildə İranda buraxılan Təbriz nömrələri ilə başlanır». 
 
      Allahverdi Məmmədli
 
 
 
 
 
 
 
   filologiya elmləri namizədi 
 
 
 
 
 
 
      «525-ci qəzet», 28 oktyabr 2008 
 
 
 
 
 
 
 
 
 
Qalxansız hücum, yoxsa «aydınlaĢdırma»? 
 
Abid Tahirli. Mətbuatı müntəzəm izləyən hər kəsə bu imza məlumdur. O da 
məlumdur  ki,  A.Tahirli  həm  də  mühacirət  problemi  ilə  bağlı  bir  çox  ciddi 
tədqiqatların  müəllifidir.  ...A.Tahirli  və  onun  “Qalxansız  hücum”  adlı  cavab 
məqaləsi ilə bağlı fikirlərimi çatdırmaq istəyirəm. 
Birincisi,  şəxsən  mən  sahənin  mütəxəssisi  olsaydım,  A.Bayramoğlunun 
məqaləsinə  cavab  yazmazdım.  Mən  A.Tahirlinin  məqaləsini  oxumasaydım, 
A.Bayramoğlunun  «aydınlaşdırma»sı  ilə  bağlı  bu  qədər  yox,  bəlkə  bir  neçə  irad 
yazardım.  A.Tahirlinin  ona  cavab  yazması  məni  bir  qədər  ehtiyatlandırdı,  düzü, 
A.Bayramoğlunu bir qədər ciddi qəbul etməyə başladım. 
İkincisi,  əgər  A.Tahirli  A.Bayramoğlunun  cızma-qarasını,  yazdıqlarını 
«hücum»  hesab  edirsə,  o  zaman  onun  hücum  haqqında  təsəvvürü  məni 
təəccübləndirir. 
 
 
 
 
 
 
 
 
 
Qabib Əhmədov 
 
 
 
 
 
 
 
   
 
    «525-ci qəzet»  
  
 
 
 
 
 
 
 
 
 
   16 yanvar 2008 
 


 
375 
 
 
«Əmir Həbibzadə – 85» 
 
 
 
 
 
 
 
(TanınmıĢ alimin ömür yolu və fəaliyyəti  
haqqında kitab buraxılıb) 
 
Bakı  Dövlət  Universitetinin  nəşriyyatı  fizika-riyaziyyat  elmləri  doktoru, 
Əməkdar elm xadimi Əmir Həbibzadəyə həsr olunmuş «Professor Əmir Həbibzadə 
–  85»  kitabını  çapdan  buraxıb.  Kitabda  Əmir  Həbibzadənin  xatirələri,  eyni 
zamanda yubilyarın dostlarının, iş yoldaşlarının onun haqqında fikirləri toplanıb. 
Kitabın  baş  redaktoru,  tərtibçisi  Məmməd  Əlizadə,  elmi  redaktoru  isə 
filologiya elmləri namizədi Abid Tahirlidir. 
 
 
 
 
 
 
 
 
 
 Mirəvəz RƏHĠMOV 
 
 
Kitablardan sitatlar 
 
“Azərbaycanın  ictimai-siyasi,  ədəbi-mədəni  həyatında  iz  salmış 
C.Hacıbəylinin həyat və yaradıcılığının sistemli, ardıcıl tədqiqi ədəbiyyatşünaslığın 
aktual  problemlərindəndir.  Doğrudur,  Bəkir  Nəbiyev,  Ş.Qurbanov,  A.Tahirli, 
B.Ağayev, V.Sultanlı, X.İbrahimli və b. müəlliflər öz araşdırmalarında C.Hacıbəyli 
yaradıcılığına müxtəlif aspektlərdən münasibət bildirmişlər, lakin mühacirət dövrü 
irsinin ciddi tədqiqə ehtiyacı var. 
“C.Hacıbəyli  irsi  hələ  ötən  əsrin  80-ci  illərinin  sonundan  araşdırılmağa 
başlasa da, onun yaradıcılığı R.Abutalıbovun Parisdən gətirdiyi və S.Mümtaz adına 
Azərbaycan  Dövlət  Ədəbiyyat  və  İncəsənət  Arxivinə  verdiyi  sənədlərlə  
tanışlıqdan  sonra  daha  çox  marağa  səbəb  oldu:  M.Teymurov  və  A.Aslanovun 
tərtibi  ilə  C.Hacıbəylinin  rus  dilində  yazılmış  seçilmiş  əsərləri  buraxıldı,  1995-ci 
ildə  A.Tahirli  müəllifin  «Hacı  Kərim»  povestini  ilk  nəşrindən  84  il  sonra  təkrar 
nəşr  etdirdi,  müxtəlif  müəlliflər  C.Hacıbəyli  ilə  bağlı  mətbuatda  maraqlı 
materiallar  çap  etməyə  başladılar.  C.Hacıbəyli  irsi  ilə  tanışlıq  onun  zəngin  və 
maraqlı olduğunu üzə çıxarır (səh.6). 
Yeri gəlmişkən qeyd edək ki, Ceyhun bəy hələ Vətəndə ikən Azərbaycanın 
görkəmli  siyasət,  mədəniyyət,  söz-sənət,  elm  xadimləri  haqqında  xeyli  sayda 
məqalə  yazmış,  dərc  etdirmişdir.  Bu  mövzuya  C.Hacıbəylinin  tədqiqatçılarından 
professor  Şamil  Qurbanov  və  filologiya  elmləri  namizədi  Abid  Tahirli  müxtəlif 
illərdə qələmə aldıqları məqalələrdə toxunmuşlar (səh.9)”. 
 
 Ceyhun 
Hacıbəyli.  SeçilmiĢ  əsərləri    
(Bakı, «Elm», 2006, 98 səh. Tərcümə edən, 
tərtibçi  və  ön  sözün  müəllifi  Mirzəbala 
Əmrahov) «Ön söz»dən  


 
376 
“80-ci  ilin  sonlarında  yaranmış  «Vətən»  Cəmiyyəti  ayrı-ayrı  mühacirlərin 
Azərbaycanla  əlaqəsinin  yaranmasında  vasitəçi  olur,  həm  də  bu  cür  praktiki 
fəaliyyətlə  yanaşı,  mühacirət  probleminin  nəzəri  məsələlərini  ehtiva  edən 
araşdırmalar aparmağa cəhd göstərirdi. «Vətən» Cəmiyyətinin sədri, yazıçı Elçin, 
cəmiyyətin  əməkdaşı  Abid  Tahirli  Azərbaycan  mühacirətinin  tarixi  və  çağdaş 
problemlərinin  bəzi  məsələlərinə  geniş  ictimaiyyətin  diqqətini  cəlb  etməyə 
çalışırdı.  Abid  Tahirli  XX  əsr  Azərbaycan  mühacirətini  dörd  dövrə  bölürdü 
(səh.9)”. 
Xaləddin  Ġbrahimli.  Azərbaycan  siyasi 
mühacirəti  (Bakı,  «Elm»  nəĢriyyatı,  1996, 
303 səh.) «GiriĢ»dən 
 
 
 
“İ.Əfəndiyevin bədii yaradıcılığına ədəbi ictimaiyyətin diqqəti ətrafında heç 
bir giley ola bilməz. Bu diqqəti onun bədii yaradıcılığının yeniliyi, təzəliyi, bəzən 
qeyri-adiliyi,  tematikası  və  bir  də  ifadə  ustalığı  yaratmışdır.  Lakin  İ.Əfəndiyev 
yaradıcılığı ədəbi növün daha böyük bir sahəsi ilə də zəngindir ki, məhz bu cəhət 
müəyyən  qədər  tədqiqatdan  kənarda  qalmışdır.  Bu,  sənətkarın  publisist 
yaradıcılığıdır. İ.Əfəndiyevin publisistikası həm elmi tədqiqat üçün, həm də müasir 
publisistlərimizə  ədəbi  məktəb  rolu  oynayacaq  dərəcədə  qiymətli  irsdir.  Elə  buna 
görədir ki, Azərbaycan jurnalistikasının bir sıra qaranlıq məqamlarının, xüsusi ilə 
mühacirət  mətbuatının  istedadlı  tədqiqatçısı  kimi  tanıdığımız  Abid  Tahirli 
sənətkarın  publisist  yaradıcılığına  ayrıca  monoqrafiya  həsr  etmişdir.  Əvvəlcədən 
deyim  ki,  monoqrafiya  İ.Əfəndiyev  publisistikasının  bir  sıra  özünəməxsus 
cəhətlərini  aça  bilmişdir.  Bu  özünəməxsusluğun  əsasında  dayanan  ən  ciddi 
məqamlardan biri sovet ideoloji maşınının tələblərindən kənara çıxa bilmək, insanı 
robot  kimi  təsvir  edən  ənənəvi  publisistikadan  fərqli  olaraq,  onun  tale  yollarının 
gerçək  boyalarını  göstərməkdən  çəkinməmək,  stereotipləri  qıraraq  insana,  onun 
həyatına gördüyü, duyduğu real rakursdan baxmaq bacarığıdır (səh.4)”. 
 
Cahangir  Məmmədli.  «YaĢayan  və 
yaĢadan 
publisistika» 
adlı 
məqalədən  (Abid  Tahirli.  Ġlyas 
Əfəndiyevin  publisistikası.  Bakı, 
«Elm», 2005) 
 
 
“Abid müəllimin yaradıcılığı ilə tanış olan hər kəs mənimlə razılaşar ki, bu 
vaxta  qədər  Azərbaycanın  mühacirət  mətbuatı  bu  qədər  geniş,  ustalıqla 
araşdırılmayıb.  Bu  elə-belə  iş  deyil.  Belə  mövzunu  dolğun  tədqiq  etmək  üçün 
gərək  neçə-neçə  ölkənin  kitabxana  və  arxivlərində  mənbələri  axtarıb  tapasan, 
araşdırasan (səh.352). 


 
377 
A.Tahirlinin  ömür  yoluna  cüzi  işıq  salan  bu  qısa  sətirlər  qiymətli  alimin, 
pedaqoqun, tədqiqatçının, təcrübəli, istedadlı  yazıçının  geniş  fəaliyyətindən  xəbər 
verir. 
Bütün  yaradıcılığından  görünür  ki,  onun  səthi  məlumat  verməklə  arası 
yoxdur.  Ardıcıllıqla,  faktlara  söykənərək,  hərtərəfli  əhatə  olunmuş  məqalələri, 
eləcə  də  kitabları  oxunaqlıdır,  cəlbedicidir.  Elə  bu  səbəbdən  də  onun  yaradıcılığı 
təcrübəli qələm sahiblərinin diqqətini mütəmadi cəlb edir (səh.356). 
Abid  Tahirlinin  həyat  və  yaradıcılığı  haqda  100-dən  çox  məqalə  dərc 
olunmuşdur. Mən yuxarıda qeyd etmişəm ki, A.Tahirlinin yaradıcılığı çoxşaxəlidir. 
Buna daha bir misal. O, bir çox kitabların redaktoru, digərlərinin isə tərtibçisidir. 
Neçə-neçə  elmlər  doktoru,  elmlər  namizədlərinin  tədqiqatlarına  rəy  yazmış, 
opponentlik etmişdir (səh.357)”. 
Ramin  Məmmədov.  Qəbələ  ziyalıları 
(Bakı,  ġirvannəĢr,  2005,  452  səh.). 
«Azərbaycan 
mühacirət 
mətbuatını 
yaĢadan insan» adlı məqalədən     

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə