Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə174/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   168   169   170   171   172   173   174   175   176

 
365 
münasib  hesab  etdim.  Çünki  məqalədə  çoxlarını  düşündürən  və  narahat  edən 
məsələlərə cavab tapmaq olur. 
 
 
 
 
 
 
 
 
 
Xeyrulla MƏMMƏDOV 
 
 
 
 
 
 
       «Ədəbiyyat qəzeti», 21 iyul 2000 
 
 
Gənc yazıçının ilk kitabı 
 
Bu günlərdə Dövlət Gənc Tamaşaçılar teatrında «Qovuq» kitabının təqdimat 
mərasimi keçirildi. 
Filologiya  elmləri  namizədi  Abid  Tahirli  əsər  haqqında  mərasim 
iştirakçılarına  ətraflı  məlumat  verdi.  Gənc  yazıçıya  bundan  sonra  da  gələcək 
yaradıcılıq yollarında uğurlar arzuladı. 
Şairlərdən  Əhməd  Qəşəmoğlu  və  Abbas  Abdulla,  Vaqif  İbrahimoğlu,  Liza 
Nağıyeva, Muğam Əliyev, Aqil Səmədbəyli, həmyerliləri adından Şəlalə Tahirli və 
başqaları  çıxış  edərək  kitabın  məziyyətlərindən  danışdılar,  Aygün  Həsənoğluya 
yeni yaradıcılıq müvəffəqiyyətləri arzuladılar. 
 
 
 
 
 
 
 
 
«Xalq qəzeti», 9 yanvar 2001 
 
 
 
 
 
 
 
 
Mirəvəz RƏHĠMOV 
 
 
 
 
 
 
 
«ġuĢa – Bakı – Paris» - Ġstiqlal mücahidinin tale yolu 
 
...Üzeyir  Hacıbəylinin  ev  muzeyində  Azərbaycanın  istiqlaliyyəti  uğrunda 
dönməz mücahidlərdən və milli yaddaşı mühacirətdə yaşadan ictimai xadimlərdən 
biri,  istedadlı  publisist  və  tədqiqatçı  Ceyhun  Hacıbəylinin  anadan  olmasının  110 
illiyinə həsr olunmuş yubiley mərasimi keçirilmişdir. 
...Ceyhun  Hacıbəylinin  ömür  yolunun  və  irsinin  ilk  elmi  araşdırıcısı, 
filologiya  elmləri  namizədi,  jurnalist  Abid  Tahirli  yubilyarın  bəlalı  taleyi, 
çoxcəhətli  ictimai,  elmi-mədəni  fəaliyyəti  barədə  aşkarladığı  diqqətçəkən 
məqamlardan  söhbət  açdı.  Məruzəçi  Ceyhun  Hacıbəylinin  milli  demokratik 
mətbuatımızın  müstəqillik  uğrunda  tarixi mübarizəyə  qoşulmasının  önündə gedən 
publisist  və  mətbuat  tariximizin  ilk  tədqiqatçısı  olduğunu  xüsusi  vurğuladı.  Əsrin 
əvvəllərində çıxan «Kaspi», «Baku», «İrşad», «Tərəqqi», «İttihad» kimi qəzetlərdə 
milli  oyanış  mövzusunun  aparıcı  müəlliflərindən  olan  Ceyhun  bəy  təsadüfi  deyil 
ki, Azərbaycan  Demokratik  Cümhuriyyətinin  rəsmi  nəşri  «Azərbaycan»  qəzetinin 


 
366 
yaradıcılarından  biri  və  ilk  baş  redaktoru  olmuşdu.  Ceyhun  Hacıbəyli  mühacirət 
illərində  redaktorluq  etdiyi  «Qafqaz»,  «Azərbaycan»  jurnallarında  və  «Azadlıq» 
radiostansiyasında da demokratik mətbuatımızın ənənələrini yaşatmışdı. 
 
 
 
 
 
 
 
 
 
       Tahir Aydınoğlu 
 
 
 
 
 
 
 
«Xalq qəzeti», 2 mart 2001. 
 
 
Tarixi sənədlər nə deyir? 
 
Azərbaycan  Respublikası  Nazirlər  Kabineti  yanında  Baş  Arxiv  İdarəsində 
Azərbaycanlıların Soyqırımı günü ilə bağlı böyük toplantı keçirilmişdir. 
Tədbirdə  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  məsul  işçisi  Abid 
Tahirli  Prezidentin  məlum  fərmanının  tarixi  əhəmiyyətindən  və  həmin  fərmanla 
bağlı həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır. 
 
 
 
 
 
 
 
 
 
Mirəvəz RƏHĠMOV 
 
 
 
 
 
 
 
«Xalq qəzeti», 1 aprel 2001. 
 
 
«Azərbaycan»ın ilk baĢ redaktoru 
 
Bu  günlərdə  dahi  bəstəkar  Üzeyir  Hacıbəylinin  ev-muzeyində  onun  kiçik 
qardaşı Ceyhun Hacıbəylinin anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley 
tədbiri  keçirildi.  Tədbirdə  C.Hacıbəylinin  tədqiqatçıları,  alimlər,  qohumları  və 
gənclər toplaşmışdı. 
Elmlər  namizədi  Abid  Tahirli  bir  tədqiqatçı  kimi  C.Hacıbəylinin 
yaradıcılığını  təhlil  etdi.  Bildirdi  ki,  onun  «Hacı  Kərim»  adlı  povesti  nadir  əsər 
kimi  uzun  illər  M.F.Axundov  adına  Dövlət  Kitabxanasının  xüsusi  fondunda 
saxlanılıb.  Azərbaycanın  faciələri  C.Hacıbəylinin  publisistikasında,  hekayə  və 
felyetonlarında öz əksini tapıb. 
 
 
 
 
 
 
 
 
 
           Rəsmiyyə Rzalı 
 
 
 
 
 
 
«Azərbaycan» qəzeti, 2 mart 2001. 
 
 
 
Ceyhun bəy Hacıbəylinin fondu zənginləĢir 
 
Ceyhun  bəy  Hacıbəylinin  yorulmaz  tədqiqatçısı, jurnalist-alim  Abid  Tahirli 
vaxtilə  Timuçin  Hacıbəylinin  ona  göndərdiyi,  Münhendə  rus  dilində  dərc  edilən 
«Naşe obşeye delo» (oktyabr 1962-ci il) mühacir qəzetində Ceyhun bəyin vəfatı ilə 
bağlı  verilmiş  nekroloqun  surətini  və  C.Hacıbəylinin  Bakıda  1995-ci  ildə  rus 


 
367 
dilində nəşr olunan «Hacı Kərim» («Qafqaz müsəlmanlarının həyatından etüdlər») 
povestini  (tərtibçi  və  ön  sözün  müəllifi  A.Tahirlidir)  Üzeyir  Hacıbəyovun  ev 
muzeyinə hədiyyə etdi. 
 
 
 
 
 
 
 
 
 
        Səadət Qarabağlı, 
 
 
 
 
    Üzeyir Hacıbəyovun ev muzeyinin direktoru 
 
 
 
 
 
 
«Respublika» qəzeti, 10 iyun 2001. 
 
 
 
Ev muzeyində təqdimat 
 
Mayın  19-da  Cəfər  Cabbarlının  ev  muzeyində  böyük  dramaturqun  yenicə 
çapdan  çıxmış  «Mənim  tanrım  –  gözəllik»  kitabının,  həmçinin  Xalq  yazıçısı 
Elçinin «Şəxsiyyət və istedad» («Cəfər Cabbarlının həyatı və yaradıcılığı haqqında 
düşüncələr») əsərinin təqdimat mərasimi keçirilmişdir.  
«Şəxsiyyət  və  istedad»  kitabında  C.Cabbarlının  həyat  və  yaradıcılığı 
haqqında  düşüncələr  həmçinin  rus  (çevirəni  Siyavuş  Məmmədzadə)  və  ingilis 
dillərində  (çevirəni  Turqut  Mustafayev  və  Kirsti  Barnet)  verilmişdir.  Kitabın 
redaktorları  Dilsuz  və  filologiya  elmləri  namizədi  Abid  Tahirlidir.  Məsləhətçiləri 
Sultan Hacıyev və psixologiya elmləri namizədi Vaqif Hüseynovdur. 
 
 
 
 
 
 
 
    «Ədəbiyyat qəzeti», 26 may 2001. 
 
 
 
 
 
 
Hamı Ramiz müəllimə təĢəkkür etdi 
 
...Üzeyir  Hacıbəylinin  ev  muzeyində  istedadlı  jurnalist,  tərcüməçi, 
tədqiqatçı,  ictimai  xadim  Ceyhun  Hacıbəylinin  anadan  olmasının  110  illiyi  ilə 
əlaqədar yubiley tədbiri keçirilmişdir. 
...C.Hacıbəylinin  yüzlərlə  elmi-publisistik  məqalənin  müəllifi  olduğunu 
söyləyən filologiya elmləri namizədi Abid Tahirli onun «Hacı Kərim» povestindən 
və digər əsərlərindən söz açdı. 
 
 
 
 
 
 
 
 
 
Qvami Məhəbbətoğlu 
 
 
 
 
 
 
        «Zaman» qəzeti, 1 mart 2001 
 
 
«Azərbaycan mühacirəti» 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə