Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   26   27   28   29   30   31   32   33   ...   176

 
60 
Ona  görə  də,  hətta  bir  dəfə  yaradılmış,  mükəmməl  bir  işi  inkişaf  etdirə 
bilmirik. 
Hələ təşəbbüs tələb edən yeniliyin yaradılmasını demirəm. 
O zaman təsəvvür edin ki, mədəni səviyyəsi çox aşağı olan bir cəmiyyətdə, 
tərəqqiyə  hazırlanmamış  bir  cəmiyyətdə  insan  nə  qədər  nəhəng  və  azman,  mətin 
olmalıdır ki, öz təşəbbüsünü həyata keçirə bilsin. 
Haqqında  bəhs  olunan  cəmiyyəti  bu  titan  özü  belə  xarakterizə  edirdi: 
«çağırıram gəlmir, göstərirəm görmür, deyirəm eşitmir». 
Həsən bəydə  yoxsul,  kasıb  və  yetimlərə, özü  də  elm  və  maarifçiliyə  meylli 
adamlara digər qonşu xalqlarda olduğu kimi ictimai kömək göstərmək fikri yaranır. 
Sonra  nə  edir?  O, öz  məqsədinə  çatmaq  üçün  Nizamnamə  tərtib  edir,  onun 
təsdiqinə  nail  olur.  Daha  sonra  əlində  qəbz  Şuşa  bəy  və  xanlarının,  Şamaxı 
mollalarının,  Dərbənd  tacirlərinin,  Nuxa  kəndlilərinin  qapısını  döyür,  onları 
Qafqaz müsəlmanlarının ilk qəzetinə yardıma çağırır. 
Şübhəsiz, xeyirxah missioner onun müasiri olan cəmiyyəti yaxşı tanıyırdı. 
Odur  ki,  Həsən  bəy  təhqir,  kinayə,  istehzalardan    küsmür,  soyuq 
qəbullardan,  saxta  gülüşlərdən  incimir,  bütün  bunları  feodal  quruluşunun 
eybəcərlikləri, belə adamları isə cəhalətin qurbanları kimi qəbul edirdi. 
Qaranlıqlar üzərinə əsl ziyalı kimi  gedirdi. Onun məramı, məqsədi o qədər 
möhtəşəm, əzəmətli idi ki, hər cür şəxsi inciklik başlanan missiyanı yarımçıq qoya 
bilməzdi. 
Həsən bəy çörək qədər həyati  məsələlərdə belə öz şəxsi mənafeyini ictimai 
maraqlara qurban verməyə özündə güc, qüdrət tapdı. 
Qəzada ona qəti təklif edildi: ya xidməti Yekaterinoqradda – yəni Qafqazdan 
kənarda davam etdirməli, ya istefa verməli! Həsən bəy ikincini seçdi. 
Çünki mənsub olduğu xalqdan kənarda ona həyat yox idi. 
Həmin  vaxtdan  bizim  müsəlmanların  həyatında  çox  şey  dəyişmişdir. 
Adamların  ətrafda baş  verənlərə baxışları daha  real olmuşdur, fanatizm  öz  yerini 
bir qədər ağıla, səbrə vermişdir. 
Lakin  bütün  bu  dəyişikliklərə  baxmayaraq,  cəmiyyətin  baxışlarında  və 
münasibətlərində Həsən bəyin min bir əzabla əsasını qoyduğu müqəddəs planlarını 
şərəflə yerinə yetirə bildikmi? 
Fikrimcə, yox! 
Həsən bəyin sayəsində 30-40 il əvvəl təkamül qanunu bizi həyat tərzimizdə 
bir sıra dəyişikliklərə, ictimai proqrama yeni maddələr daxil etməyə məcbur etdi. 
Amma  nə  üçün  elə  həmin  təkamül  qanunu  tələb  olunan  islahatları  həyata 
keçirə biləcək yeni ləyaqətli missioner yetişdirmir? 
30-40  il  bundan  əvvəl  xeyriyyəçilik,  maarifçilik  cəmiyyətlərinə,  teatra, 
mətbuata  tələbat  olduğu  bir  halda,  niyə  indi  yeni  tələbatlar  yaranmır?  Hətta 
mədəni-ictimai həyatın əsaslı inkişafına aparan dəyişikliklər hiss olunmur. 
Mərhum  Həsən  bəyin  şəxsiyyəti  və  tərcümeyi  halına  aid  keyfiyyətlərdən 
danışmayacağam; bütün həyatını doğma Vətənə və ölkəyə həsr edən adamın hansı 
vəziyyətdə  bizi  tərk  etdiyindən,  dünyasını  dəyişdiyindən  danışmayacağam; 
müsəlman  cəmiyyətinin  bu  insanın  xatirəsinə  və  ondan  sonra  qalan  ailəsinə 
təəccübdoğuran  münasibətindən  danışmayacağam.  Həsən  bəyin  xatirəsini  heç 


 
61 
olmasa,  adi  qəbir  daşı  ilə  əbədiləşdirmək  fikrini  dəfələrlə  təkrarlayan  ziyalıların 
nümayəndələrindən  soruşmayacağam  ki,  bəs  fikirlərinizə,  ideyalarınıza  nə  oldu, 
niyə  onlar  söndü?  Şəxsi  məmnunluğun  rəhnini  ictimai  səadətdə  görən  mərhumun 
baxışlarında qalmamaq arzusu ilə bütün bu suallardan mən sükutla yan keçirəm. 
Həsən  bəyin  unudulmuş  xatirəsində  mən  əksinə  ucalığı,  yüksəkliyi,  təmiz 
bibliya təzahürü görürəm ki, ondan bütün həyatını xalqına həsr edən, əvəzində nə 
sağlığında, nə də vəfatından sonra mükafat almayan insan haqqında gözəl əfsanə 
yaratmaq  olar.  Elə  bil  ki,  Həsən  bəyin  həyatı  da,  ölümü  də  cəmiyyət  üçün 
qurbanlıq idi. Bu vəziyyətdə hansısa bir sirr, müəmma var. 
Biz o xalqıq ki, xan və müstəbidlərin zorakılığından bizi xilas edən cəngavər 
igidlərin şərəfinə şeir qoşur, onları minnətdarlıq hissi ilə yad edirik. Amma bu xalq 
həm də Həsən bəyin əhəmiyyətini, tarixi xidmətlərini dərk etmir, dəyərləndirmir. 
Kütlə belə böyük xadiminin qiymətini verməyə hazırlanmamışdır. 
Şübhəsiz, kütlə mədəniləşdikcə, insanların mənəvi sahədə göstərdiyi şücaəti 
qiymətləndirməyi  bacaracaqdır  və  o  zaman  böyük  əməkçinin  xatirəsinin 
əbədiləşdirilməsinin təntənəsi baş verəcəkdir. 
Mən  28  noyabrı  xatırlamaqla  cəmiyyətin  diqqətini  ona  yönəltmək  istərdim 
ki,  mədəni  həyatımızın  pioneri  sayılan  Həsən  bəyin  xatirəsinin  əbədiləşdirilməsi 
üçün  onun  əsasını  qoyduğu  və  bütün  ömrünü  sərf  etdiyi  ideyaların  həyata 
keçirilməsinə çalışaq. 
İndi  bizə  elə  gəlir  ki,  bu  məsələlərin,  islahatların  həyata  keçirilməsi  qeyri-
mümkündür. Lakin bunlar tamamilə realdır. Teatr,  mətbuat, ictimai xeyriyyəçilik 
Həsən  bəyin  dövründə  hansı  vəziyyətdə  idisə,  bu  problemlər  də  indi  o  şəkildə 
qarşımızdadır. Həsən bəy o vaxt həmin məsələlərin öhdəsindən gəldi. Amma indi 
deyəsən, şəxsi həyatın inkişafı və tərəqqisi çoxdan ictimai həyatı üstələyib. Bu isə 
qeyri-normal  təzahürdür.  Çünki  şəxsi  həyat  etibarsız  əsaslara  söykənir.  Şübhəsiz, 
xalq cəmiyyət tərəqqi edir. Əgər 30-40 il əvvəl mədəni həyat Həsən bəyin dili ilə 
bizə  ictimai  xeyriyyəçiliyin,  mətbuatın,  teatrın  yaradılmasının  zəruriliyini  diqtə 
edirdisə, indi cəmiyyət onların daha da təkmilləşdirilməsini və digər tələbləri irəli 
sürür. 
Bax, əhəmiyyətli 28 noyabr tarixi bizə bu yolu göstərir, bunu xatırladır. 
 
 
 
 
 
 
 
 
 
 
 
Dağıstani 
 
 
MÜSƏLMANIN QEYDLƏRİ 
 
Yeddi il 
 
Bu  gün  müsəlmanların  (azərbaycanlıların  –  T.A.)  mədəni-maarifçilik 
sahəsində pioneri sayılan Həsən bəy Məlikovun vəfatının 7 ili tamam olur. 
Bakılıların  pafoslu  nitqləri  və  təntənəli  mərasimlə  öz  xadimlərini  dəfn 
etdikləri həmin gündən vur-tut 7 il keçir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə