* * *
Baharlının “Qarabağnamə”sində deyilir ki, Şuşanın baş meydanın-
da 1759-cu ildə Pənahəli xan tərəfindən qamışdan iki qapılı məscid ti-
kilmiş, 1768-ci ildə isə onun yerində mərhum xanın oğlu İbrahimxəlil
xan tərəfindən daha möhtəşəm məscid ucaldılmışdır. Təxminən 100
ildən sonra elə bu yerdə onun qızı Gövhər Ağanın tapşırığı və vəsaiti
ilə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən daha bir məscid inşa
edilmişdir. Buna qədər mövcud olmuş Cümə məscidi binasının görü-
nüşü ilə o zaman Qafqaza səyahət edən rus rəssamı Vasili Vereşaqinin
çəkdiyi şəkildən tanış ola bilərik. Rəssamın çəkdiyi şəkildəki məscid
binası əzəmətlidir. Onun giriş hissəsi Səfəvi memarlığına xas olaraq
həddən artıq böyük baştağdan qurulmuşdur. Baştağın üzərində dam ör-
tüyü Avropa memarlığına məxsus ampir şəklində işlənmişdir. Bu məscid
binasının yerində tikilən Yuxarı Gövhər Ağa məscidinin fasadı isə üç
eyniölçülü tağla irəli çəkilərək binanın şimal, yəni ön hissəsi boyunca
uzanan eyvan şəklində həll olunmuşdur. Yeni binada Qurani-Kərimdən
ayələr, məscidin inşa tarixi və Gövhər Ağanın vəsiyyətnamələrini əks
etdirən çoxlu daş kitabələrə rast gəlmək olar. Binanın ikinci mərtəbəsi
və minarələrdəki ornament, eləcə də kitabələr məşhur Azərbaycan şairi
və nəqqaşı Mir Möhsün Nəvvab tərəfindən işlənmişdir.
* * *
Səxavəti və xeyriyyəçiliyi ilə ad çıxaran xan qızı Gövhər Ağa
məscidin bir hücrəsini mədrəsə etmiş, bura ibadətə gələn və ehtiyacı
olanlara həftədə bir dəfə yardım, məsciddə Quran oxuyan və azan verən
müəzzinlərə məvacib ayırmışdı. Gövhər Ağa vəfat edəndən sonra məscid
həyətində dəfn edilmiş, az sonra isə nəşi Məkkəyə aparılaraq orada tor-
pağa tapşırılmışdır.
1992-ci ildən bu günə qədər gözəl Şuşanın digər tarixi-mədəni
abidələri kimi, Yuxarı Gövhər Ağa məscidi də erməni işğalı altındadır.
Gövhər Ağa vəfat
edəndən sonra məscid
həyətində dəfn edilmiş,
az sonra isə nəşi
Məkkəyə aparılaraq
orada torpağa
tapşırılmışdır.
ŞUŞA RAYONU
67
SAATLI MƏSCİDİ (İNV № 355)
Saatlı məscidi 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabaği
tərəfindən tikilmişdir. Şuşa şəhərinin tarixini tədqiq edən Çingiz Qa-
carın yazdığına görə, Saatlı məscidinin yerində 1759-cu ildə Pənahəli
xanın tikdirdiyi məscid və mədrəsə olmuş, məhz bu mədrəsədə böyük
Azərbaycan şairi Molla Pənah Vaqif dərs demişdir.
* * *
Məscid Şuşanın Saatlı məhəlləsində tikildiyi üçün belə adlanır. Saat-
lı məhəllə məscidi olsa da, şəhərin digər məhəllə məscidlərindən həm
həcmi, həm memarlıq quruluşu, həm də dekorativ tərtibatı ilə seçilirdi.
Tədqiqatçı Rizvan Qarabağinin yazdığına görə, bura Kərbəlayi Səfixan
Qarabağinin tikdiyi son minarəli məscid olmuşdur. Sonrakı illərdə bu
gözəl sənətkarın tikdiyi məscidlərdə uca minarələr olmamış, onları da-
bura Kərbəlayi Səfixan
Qarabağinin tikdiyi
son minarəli məscid
olmuşdur.
İŞĞAL ALTINDAKI
TARİXİ-DİNİ
ABİDƏLƏRİMİZ
68
mın üstündə güldəstə formalı kiçik şərəfələr əvəz etmişdir. Amma me-
marlıq üslubundakı belə kəskin dəyişikliyin nə ilə bağlı olması heç yerdə
izah olunmur. Fasad yalnız divar və assimmetrik düzülüşə malik qapı və
pəncərələrdən ibarətdir.
Sonrakı illərdə bu
gözəl sənətkarın
tikdiyi məscidlərdə uca
minarələr olmamış,
onları damın üstündə
güldəstə formalı kiçik
şərəfələr əvəz etmişdir.
ŞUŞA RAYONU
69
* * *
Saatlı məscidinin interyer həlli bədii kamillik nümunəsi hesab oluna
bilər. Tavana dayaq olan dörd səkkizbucaqlı daş sütunlara minnətdar
olaraq ibadət zalı üçnefli məkana malikdir. Bunun nəticəsində zalda san-
ki sonsuz sayda tağ keçidlər yaranır. Divarların səthi həndəsi fiqurlar və
nəbati naxışlarla tərtib olunmuşdur. Tək minarə binanın arxa tərəfində
yerləşdirilmişdir. Belə ehtimal edilir ki, minarə məscidlə eyni vaxtda de-
yil, sonrakı illərdə ucaldılmışdır.
Belə ehtimal edilir ki,
minarə məscidlə eyni
vaxtda deyil, sonrakı
illərdə ucaldılmışdır.
İŞĞAL ALTINDAKI
TARİXİ-DİNİ
ABİDƏLƏRİMİZ
70
* * *
İstedadlı memarın tikdiyi bütün binaların divarında belə bir söz yazıl-
mışdır: “Qarabağdan olan Kərbəlayi Səfixan tərəfindən tikildi”. Əlbəttə,
bu daş imzalar sonrakı dövrlər üçün sənəd kimi böyük əhəmiyyət daşıyır.
Lakin bunsuz da memarın yaratdığı əsərlərə, məscidlərə, hətta, uzaqdan
baxanda belə, onun kim tərəfindən tikildiyi məlum olur – memar Qara-
baği.
ŞUŞA RAYONU
71