Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə129/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   125   126   127   128   129   130   131   132   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
236 
Chenopo-
dium bothrys 
Efir yağı, 
saponinlər, 
flavanoidlər, 
alkaloidlər, yağ 
turşuları 
Xalq 
təbabəti 
 
 
Ekspe-
riment 
 
Home-
opatiya 
Yerüstü 
orqanlar 
 
 
Yerüstü 
orqanlar 
 
Yarpaq-
lar 
Diuretik, qızdırma 
əleyhinə, 
antihelmint, 
hipotenziv, astma 
əleyhinə 
Antibakterial, 
protistat, fitonsid
antihelmint 
Tibbdə tətbiq 
olunur, antimikrob 
aktivlik nümayiş 
etdirir 
Dəri xəstəlikləri, 
miqren, mədə-bağırsaq 
xəstəlikləri, 
soyuqdəymə, qadın 
xəstəlikləri, beyində 
qan dövranını 
normallaşdırır, 
gərginliyi və 
başgicəllənməni 
götürür 
Anthemis 
rigescens  
Seskviterpen 
lak-tonları, 
poliaseti-len, 
sianogen, aro-
matik 
birləşmələr 
Xalq 
təbabəti 
Çiçəklər 
Antihelmint 
 
– 
Erigeron 
canadensis 
(=Conyza 
canadensis) 
Efir yağları, 
flava-noidlər, 
alkaloidlər, 
steroidlər, C 
vita-mini, 
aromatik 
birləşmələr, 
fenol-karbon 
turşuları, aşı 
maddələri, ka-
rotinlər, 
saponinlər  
Xalq 
təbabəti 
Koreya 
təbabəti 
Home-
opatiya 
Alman 
xalq 
təbabəti 
Yerüstü 
orqanlar 
 
Köklər 
 
Köklər 
 
Yerüstü 
orqanlar 
Diuretik, hemos-
tatik, soyuqdəymə 
əleyhinə 
Diuretik, istilik-
salan, analgeziya-
edici 
Hemostatik 
Qanyaradıcı 
Assit, dizenteriya, göz 
xəstəlikləri, 
dermatozlar, tük 
böyüdən, diabet, 
diaerija 
 
Radikulit, artrit, 
podaqra, nevral-giya
beri-beri, hepatit, 
hiper-toniya, baş ağrısı 
 
 
 
 
KSĠLOTROF GÖBƏLƏKLƏRĠN HĠDROLĠTĠK TƏSĠRLĠ FERMENTLƏRĠNĠN  
KATOBOLĠK AKTĠVLĠYĠNĠN TƏYĠNĠ AKTĠVLĠYĠ 
 
Xəlilli Z.M. 
Sumqayıt Dövlət Universiteti 
 
Proteolitik  aktivliyin  öyrənilməsi  zamanı  aktiv  produsentin  seçilməsi  üçün  tədqiqat  obyekti  kimi 
bazidiomisetlərin  afilloforoidli  nümayəndələrindən  istifadə  edilməsi  məqsədəuyğun  hesab  edilmişdir  ki, 
belə bir seçimin edilməsi də aşağıda qeyd etməyə çalışdığımız  səbəblərlə bağlıdır.  
Birincisi, proteolitik aktivliyini tədqiq  edilən göbələklər arasında ksilotrofların da nümayəndələri 
yer  alır  və  bunlar  əsasən  bazidiomisetlərin  aqarikoidli  göbələklər  sırasının  nümayəndələridir,  yəni 
afilloforoidli göbələklər bu aspektdə aparılan tədqiaqtlara az miqdarda cəlb edilib və onların proteolitik 
ferment sistemi ilə əlaqədar olan bir sıra məsələlərə aydınlıq gətirilməyibdir. 
İkincisi,  bu  göbələklərin  Azərbaycanda  80-ə  yaxın  növü  yayılıbdır  və  onların  bir  sıra 
nümayəndələri yüksək hidrolitik aktivliyə malikdir və onlar, sellülolitik, ksilanolitik, pektolitik və s. kimi 
fermentlərin aktiv prrodusentləri kimi ciddi perspektivlər vəd etməklə yanaşı, eləcə də onlar bitki mənşəli 
tullantılarfın  ekoloji  cəhətdən  təhlükəsiz,  iqtisadi  aspektdən  səmərəli  yolla  utilizasiyasına  imkan  verən 
biotexnoloji  göstəricilərə  malikdirlər.  Analoji  yanaşmanın  proteolitik  fermentlər  üçün  keçərli  olmasını 
nəiinki təsdiq etməyə, eləcə də inkar etməyə imkan verən tədqiqat materialları yoxdur. 
Nəhayət,  sonuncusu,  bu  göbələklərin  meşə  ekosistemlərində  baş  verən  deqradasiya  prosesinin  ən 
aktiv iştirakçıları olmaqla, bazidili göbələklərin növ tərkibinə görə zəngin, ekolo-trofik əlaqələrinə görə 
rəngarəng olan bir qrupudur və əksər nümayəndələri ksilotroflara aiddir. 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
237 
Məhz bu səbəblərə görə aktiv produsent seçiminin ilikin mərhələsində məhz Azərbaycanın ekoloji 
cəhətdən  müxtəlif  ərazilərindən  təmiz  kulturaya  çıxarılmış  bazidili  göbələklərin  afilloforoidli 
nümayəndələrindən istifadə edilmişdir. 
Məlum  olduğu  kimi,  göbələklərin,  ö  cümlədən  ksilotrof  makromisetlərin  sintez  etdiyi  bu  və  ya 
digər fermentin  aktivliyini öyrənmək üçün aqreqat halı müxtəlif (maye və bərk) olan qidalı mühitlərdən 
istifadə edilir ki, bu şəraitlərin hər birinin də özünəməxsus üstünlük   və ya çatışmamazlıqları vardır. 
Sintez  və  ifraz  prosesləri  arasındakı  əlaqəni,  eləcə  də  bu  proseslərin  tənzimlənməsi  mexanizmini 
başa düşmək üçün hər hansı bir fermentin həm sintezdən sonra hüceyrə daxilində qalan, həm də ondan 
xaricə  ifraz  olunan  hissəsinin  miqdarını(aktivliyə  görə)  dəqiqləşdirmək  çox  vacibdir.  Bu  məsələnin 
aqreqat halı bərk olan (BFF) mühitdə  həll edilməsi çox çətindir ki, bunun da bir sıra səbəbləri var. Həmin 
səbəblərdən  biri  ondan  ibarətdir  ki,  göbələklərin  fiziki  halı  bərk  olan  substratlarda,  xüsusən  də 
liqnosellüloza  tərkiblilərdə  becərilməsi  zamanı  onların  mitseliləri  substratın  dərinliklərinə  daxil  olur  və 
onu  oradan  ayırmaq  praktiki  olaraq  mümkün  deyil.  Bu  da  ümumi  aktivliyin  (hüceyrəxarici  və  hüceyrə 
daxili  aktivliklərin  cəmi)  təyinində  ciddi  problemlər  yaradır.  Digər  tərəfdən,  göbələklərin  sintez  etdiyi 
fermentin  müəyyən  (bəzən  kifayət  qədər  əhəmiyyətli)  hissəsi    istifadə  olunmayan  substratın  səthində 
adsorbsiya olunur və həmin məhlulda olan aktivlik həqiqi aktivliklə müqayisədə aşağı olur. Bütün bunlar 
isə    fermentlərin  aktiv  produsentlərinin  seçilməsi  üçün  nəzərdə  tutulan  eksperimentlərin  duru  qidalı 
mühitdə aparılmasını daha məqsədəuyğun edir. 
 
 
ÇÖRƏK-KÖKƏ MƏMULATLARININ FUNKSĠONAL XÜSUSĠYYƏTLƏRĠNĠN 
YÜKSƏLDĠLMƏSĠ YOLLARI 
 
İsmayılov E.Q. 
Azərbaycan Dövlət Aqrar Universiteti 
 
Səmərəli  qidalanma  haqqında  müasir  fikirlərə  görə  qida  məhsulları  yalnız  yüksək  qida  dəyərinə 
malik  olmayıb,  eyni  zamanda  orqanizmə  tənzimləyici  yaxud  müalicəvi  təsir  göstərməlidir.  Bu  nöqteyi-
nəzərdən  son  illər  funksional  məqsədli  məhsullar  böyük  populyarlıq  qazanmaqdadır.  Dünya  bazarının 
təhlili əsasında funksional məqsədli məhsulları istehsal həcminə görə 3 qrupa bölürlər: funksional çörək-
kökə  məmulatları və qəyanaltılar (18%), süd məhsulları (23%) və funksional içkilər (59%). Müalicəvi-
profilaktiki  funksional  məhsullar  yaradılması  və  tətbiqinin  aktuallığı  onunla  müəyyən  olunur  ki,  bu 
istiqamət həm də BMT-nin qəbul etdiyi hümunatar proqrama daxil edilmişdir.  
Çörək-kökə məmulatları istehsalında funksional məqsədli əlavələr kimi paxlalılar və müxtəlif taxıl 
bitkilərindən istifadə oluna bilər. Belə ki, buğda çörəyinə soya, acı paxla və tritikaledən alınan un əlavə 
olunması  buğda  zülalının  tərkibində  çatışmayan  aminturşuları  tamamilə  nizamlayır.  Tritikaledən  alınan 
unun  əlavə  olunması  çörəyin  mütləq  həcmini  artırmış  olur.  Soya  və  acı  paxla  ununun  miqdarının 
yüksəlməsi  xüsusi  həcmin  azalmasına  və  nəticədə  kleykovinanın  miqdarının  aşağı  düşməsinə  gətirib 
çıxarır.  Eyni  zamanda  bu  bitkilərin  mövcudluğu  nəmliyin  absorbsiya  olunmasını  artırır,  bu  isə  hazır 
çörəyin  mütləq  həcmi  və  çıxımını  müsbət  yöndə  korrelyasiya  edir.  Yeyinti  sənayesində,  o  cümlədən 
çörəkbişirmədə  bioloji  fəal  əlavə  kimi  amarant  unundan  istifadə  olunması  yeni  kəşf  olub,  zülalların, 
antioksidantların  (rutin,  izokveresitin  və  nikotinflorin),  vitaminlər,  mikroelementlər  və  sellülozanın 
yüksək  miqdarı ilə  səciyyələnir.  Amarant  dənindən  differensasiya  olunmuş  üyünmə  və  hava  seperasiya 
yolu ilə 3 fərqli fraksiya almaq olur: 40%-ə qədər zülalı olan yüksək proteinli və yağ fraksiyalı un; 78%-ə 
qədər yüksək miqdar nişastalı un; sellülozanın yüksək, yəni 47%-ə qədər miqdarına malik olan un. Buğda 
ununun  8%-ə  qədər  amarant  unu  ilə  əvəz  olunması  formalı  çörəyin  reseptini  və  texnoloji  hazırlanma 
prosesini dəyişmədən aparıla bilir.  
Qarabaşaq – az əhəmiyyət kəsb etməyən funksional əlavə olub, onda olan balanslaşmış aminturşu 
tərkibli zülalın miqdarı (10-12,5%) ilə izah olunur. O, çoxlu miqdarda əvəz olunmayan aminturşulara, o 
cümlədən  lizinə  malikdir. O  isə  buğda  üçün  əhəmiyyətlidir.  Buğda  ununun  15%  miqdarında  qarabaşaq 
unu  ilə  əvəz  olunması  çörəyin  mütləq  həcmində  əks  olunmur.  Qarabaşağın  funksional  əlavə  kimi  əsas 
dəyəri onun darı və arpaya nisbətən daha yüksək antioksidant fəallığa malik olmasındadır.  
Araşdırmalar  göstərir  ki,funksional  qida  məhsulları  istehsalında  buğda  kəpəyi,  düyü  kəpəyi  və 
digər əlavələrdən də istifadə oluna bilər.  


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə