Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə166/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   162   163   164   165   166   167   168   169   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
310 
POSTSOVET MƏKANI UĞRUNDA ABġ-LA RUSĠYA ARASINDA MÜBARĠZƏ 
 
Hüseynova N.Ə. 
Sumqayıt Dövlət universiteti 
 
Sovet  rejimi  çökdükdən  sonra  ABŞ-ın  xarici  siyasətinin  əsas  istiqamətlərindən  biri  Postsovet 
ölkələrində öz mövqeyini gücləndirilməsindən ibarət idi. Mübarizənin kəskinləşməsinə təsir göstərən əsas 
amillərdən  biri  Rusiyanın bu  ölkələrdə  ciddi  maraqlarının  olmasından irəli  gəlirdi.  Rusiya  bu  ərazilərdə 
keçmiş mövqelərini pərpa etmək istiqamətində ciddi cəhd göstərəcək.  
ABŞ-a qarşı mübarizə aparmaq üçün, NATO ölkələri qarşısında tab gətirmək məqsədilə Amerika 
əlehinə olan Avrasiya təşkilatını yaratmağı  məqsəd olaraq qarşısında qoymuşdur. Lakin Rusiya iqtisadi 
cəhətdən  zəiflədiyi  və  keçmiş  SSRİ  tərkibində  olan  respublikalar  üzərində  nəzarətini  xeyli  dərəcədə 
itirdiyi üçün bu cəht nəticə vermədi. 
SSRİ-nin  dağılması  ABŞ-ın  nəinki  Postsovet  ölkələrində  eləcədə  beynəlxalq  münasibətlərdə 
mövqeyinin  güclənməsinə  gətirib  çıxardı.  Bu  regionda  yaranmış  şərait  ABŞ  üçün  geniş  imkanlar 
yaradırdı.  Böhran  içərisində  olan  bu  olkələrin  ABŞ  –ın  dəstəyinə  eləcədə  Rusiya  tərəfindən  hələdə 
mövcud olan təhlükənin aradan qaldırılması üçün mühüm rol oynayırdı. 
Rusiya  Postsovet  ölkələrini  qərbə inteqrasiyasını  qəbul etmir,  NATO ilə  hərbi və  siyasi  cəhətdən 
yaxınlaşmanı təhlükəli bir hal kimi qiymətləndirirdi. ABŞ-la Rusiya arasındakı mübarizə bəzən hətda açıq 
qarşıdurma səviyyəsinə qədər kəskinləşirdi.  
Vaxtilə  Rusiya  tərəfindən  həyata  keçirilən  ruslaşdırma  siyasətinin  nəticəsi  olaraq  keçmiş  SSRİ 
respublikalarında  etniq  baxımdan  rus  olan  xeyli  əhali  yaşayırdı.  Ümumilikdə  keçmiş  müttəfiq 
respublikalar ərazisində 25 milyon etnik rus yaşayırdı. Rusların ən çox yaşadığı respublikalar Qazaxıstan 
və  Ukranya  hesab  olunur.  Rusiya  bu  etnik  ruslardan  Postsovet  respublikalarında  sosial  və  siyasi  dayaq 
kimi istifadə etməyə cəhd göstərirdi.  
Sovet  rejimi  dağıldıqdan  sonra  Postsovet  respublikalarının  əksəriyyəti  istər  çar  rusiyası  zamanı, 
istərsədə sover rejimi zamanı müəyyən təziq və təqiblərə məruz qaldığı üçün (Bakıda 20 yanvar, Vilnus 
Tiblisi, Almaata və s. qırğınlar) ABŞ-a və Avropaya meyilli idilər.  
Sovet  rejiminin  çökməsi  nəticəsində  postsovet  ölkələrinə  çoxlu  sayda  ekspert  və  məsləhətçilərin 
gəlməsi  ABŞ-ın  mövqeyini  gücləndirirdi.  Bu  regionda  baş  verən  rəngli  inqilablarla  məhz  bu 
münasibətlərin nəticəsi idi.  
ABŞ  bu  regionda  öz  təhlükəsizliyini  təmin  etmək  məqsədilə  bir  çox  tədbirlər  həyata  keçirməyə 
başlamışdır.  Bu  məqsədlərdən  biri  də  1997-ci  ildə  Azərbaycan,  Gürcüstan,  Moldova  və  Ukraniyadan 
ibarət  birliyin  yaradılmasından  ibarət  idi.  Bu  birlik  Rusiyanın  təziqlərinə  və  Amerikanın  mövqeyinin 
güclənməsinə birbaşa təsir edirdi. 90-cı illərin sonlarından etibarən GUAM-a daxil olan ölkələr NATO-
nun  hərbi  təlimlərində  mütamadi  olaraq iştirak  edirdilər  ki,  bu  da  Rusiyanın  maraqlarına tamamilə  zidd 
idi.  
Nə  qədərki  Rusiya  iqtisadi  və  beynəlxalq  münasibətlər  mövqeyi  baxımından  zəif  idi.    ABŞ-ın  bu 
regiondakı siyasətinə qarşı ciddi müqavimət göstərə bilmirdi. Ancaq 90-cı illərin ortalarından başlayaraq 
Rusiya bu regonida ABŞ-ın mövqeyinin güclənməsinə qarşı etirazlarını açıq şəkildə bildirməyə başladı.  
Rusiya bir çox Postsovet respublikalarını öz təsiri altında saxlamaq məqəsədilə silahlı münaqişələr 
törətməkdən  belə  çəkinmirdi  (Qarabağ  problemi,  Abxaz,Asetin,  Dinestryanı    və  s.  bölgələrdə  Rusiya 
tərəfindən  yaradilan  problemlər)  lakin  butun  bunlara  baxmayarq  Rusiya  Postsovet  məkanında  ABŞ-ın 
maliyyə  və  iqtisadi  gücü  qarşısında  tam  şəkildə  mübarizə  apara  bilmir  və  proses  ABŞ-ın  üstünlüyü 
istiqamətində davam edir. Bunu Ukranya hadisələri timsalında da göstərmək olar.  
 
QAFQAZDA ALMAN KOLONIYALARININ ĠQTĠSADĠ VƏZĠYYƏTĠ 
 
Həmidov R.A. 
Sumqayıt Dövlət Universiteti 
      
XIX əsrin  əvvəllərində  çar Rusiyasının işğalçılıq siyasətinin tərkib hissəsini onu iqtisadi siyasəti 
təşkil  edirdi.  Bu  məqsədlə  Qafqazda  bir  çox  iqtisadi  tədbirlər  həyata  keçirmək  planlaşdırlımışdır.  Bu 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
311 
planın  tərkib  hissəsi  olaraq  alman    kolonistlərinin  Qafqazda  yerləşdirməklə  sənətkarlığın,  ticarətin  və 
kənd təsərrüffatının ayrı-ayrı sahələrinin inkişaf etdirmək nəzərdə tuturdu.   
Alman  kolonistlərinin  dövlət  torpaqlarında  yerləşdirilməsi  Rusiyanın    iqtisadi  siyasətinin 
mahiyyətini təşkil edirdi. Çar hökümətinin siyasətinə görə onlar iqtisadi, hüquqi və şəxsi cəhətdən sərbəst 
olmalı mülkədarlardan aslı vəziyyətə düşməməli idilər. 
Qafqazda  yerləşdirilən  kolonistlər  Rusiyanın  digər  ərazilərində  məskunlaşdırılan  kolonistlərlə 
müqayisədə  nisbətən  məhdud  hüquqlara  malik  idi.  Bu  ərazilərdə  kolonistlərin  torpaqlarda 
məskunlaşdırılması baxımından da ciddi fərqlər var idi.  
       Cənubi  Qafqazda  məskunlaşdırılmış  kolonistlərin  əksəriyyəti  Rusiya  ərazisindəkindən  fərqli  olaraq 
dövlət torpaqlarında məskunlaşdırılmışdır.  
Kolonistlər    məskunlaşdırılan    zaman  müxtəlif  kateqoriyaların  formalaşması  ilə  yanaşı  ,  həmdə 
torpaqdan  istifadəyə  görə  fərqli  kateqoriyalar  yaranmışdır.  Qafqazda  alman  koloniyalarında  torpaqdan 
istifadənin fərqli forması mövcud olmuşdur.  
Ümumi koloniyaya məxsus olan torpaqlar icma üzvləri arasında bölüşdürülmüş, ayrı-ayrı kolonist 
təsərrüffatları müxtəlif miqdarda torpaq sahəsinə sahib olmuşdur. 
Çar  Rusiyası  alman  kolonistlərinin  vasitəsilə  kəntdə  fermer  təsərrüffatının  inkişaf  etdirilməsi  və 
sənayedə  əl  əməyinə  əsaslanan  manafakturanın  sayının  artırılmasına  cəhd  göstərirdi.  Qafqazda 
məskunlaşan  kolonistlərin  torpaq  sahələri  ümumi  icma  mülkiyyətində  olsa  da,  kolonistlərin  ailələrinə 
məxsus öz torpaq sahələri, bununla yanaşı özlərinin təsərrüffatları mövcud idi. Bu torpaq sahələri onlara 
daimi istifadəyə verilmiş və irsən nəsildən nəsilə keçə bilərdi. Torpaq sahələrindən istifadədə  hər hansı 
bir yenilik olardısa buna dair qərarlar koloniyanın ümumi iclaslarında qəbul edilə bilərdi.  
Qafqazda koloniyalarda əkinçiliklə yanaşı, üzümçülük və şərabçılıq, bağçılıq və heyvandarlıqla da 
məşğul olurdular. Koloniyaların əkinçilik sahəsində əldə etdiyi naliyyətlər daha böyük idi.  
Koloniyaların  məskunlaşdığı  ərazilərin  böyükl  əksəriyyəti  münbit  və  məhsuldar  olduğu  üçün 
koloniyalar daha sürətli inkişaf edirdi. 
     
ABġ-ın AZƏRBAYCANDA ENERJĠ MARAQLARI 
 
Əliyeva D.Q. 
Sumqayıt Dövlət Universiteti 
 
XX  əsrin  80-ci  illərində  Beynəlxalq  münasibətlərdə  və  SSRİ-də    gedən  proseslər  sovet  rejiminin 
dağılmasına  və  ABŞ-ın  timsalında  birqütblü  güc  mərkəzinin  yaranmasına  gətirib  çıxardı.  Bu  dövrdə 
beynəlxalq güclərin o cümlədən ABŞ-ın xarici siyasətinin əsas istiqamətlərindən biri enerji mənbələrinin 
ələ keçirilməsi istiqamətində göstərdiyi fəaliyyətlərindən biri hesab etmək olar. 
Sovet  rejiminin  çökməsi  Xəzəryanı  bölgələrdə  yeni  müstəqil  dövlətlərin  yaranmasına  gətirib 
çıxardı. Xəzəryanı ölkələr böyük dövlətlərin diqqət mərkəzində idi. Bunun əsas səbəblərindən biri böyük 
karbohidrogen  ehtiyatlarının  bu  regionda  yerləşməsindən  irlıəi  gəlirdi.  Ona  görə  də  bu  region  ABŞ-ın 
diqqət mərkəzində idi.  
Xəzəryanı bölgələrdə ən ciddi təbii enerji ehtiyatlarına malik olan və sovet rejimi dağıldıqdan sonra 
öz müstəqilliyini elan edən resuplikalardan biridə Azərbaycandır. Prespektivli inkişaf imkanlarına malik 
olan  Azərbaycan  90-ci  illərdən  etibarən  ABŞ-ın  diqqətini  daha  çox  cəlb  etmişdir.  Bunu  əsas 
səbəblərindən biri Azərbaycanın zəngin enerji ehtiyatlarına malik olmasından ibarətdir.  
1994-cü  il  sentyabr  ayının  20-sində  tarixə  əsrin  müqaviləsi  adı  altında  düşən  böyük  dövlətləri  və 
şirkətlərin iştirakı ilə bağlanan neft müqaviləsində ABŞ aparıcı mövqelərdən birini tuturdu.  
Əsrin müqaviləsində ABŞ-ın payı digər dövlətlərlə müqayisədə daha çoxdur. ABŞ-ın aşağıdakı neft 
şirkətləri göstərilən faizlərlə paya sahib olmuşdur. 
1.
 
AMOKO 17,1%, 2. YUNOKL 10,0489%, 3. EKSON 8,0006%, 4. PENZOY 4,8175%. 
    Yuxarıda  göstərilən  rəqəmlərdən  də  aydın  olur  ki,  ABŞ-ın    Azərbaycanda  enerji  maraqları  son 
dərəcə  ciddi  və  yüksəkdir.bütün  bunların  nəticəsi  olaraq  ABŞ  Azərbaycanla  iqtisadi  və  siyasi 
münasibətlər qurmaq istiqamətində olduqca ciddi addımllar atmışdır.  
Azərbaycanda  enerji  layihələrinin  reallaşdırılması  məqsədilə  böyük  miqdarda  investisaylar 
yatırmışdır. Əsrin müqaviləsinin imzalanmasının nəticəsi olaraq ABŞ-ın Azərbaycanda iqtisadi maraqları 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə