Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may 2015-ci il
303
VIII BÖLMƏ
ÜMUMĠ TARĠX
SOSĠAL MÜNAQĠġƏLƏRĠN KÖKLƏRĠ
Heydərova G.B.
Sumqayıt Dövlət Universiteti
Sosial münaqişələrin xarakteristikasına nəzər saldıqda aydın olur ki, soaial münaqişələr siyasi
sistemlərlə əlaqəlidir. Həqiqətən, əgər cəmiyyətlərin daxilində münaqişə amilləri olmasaydı, münasibətlər
ahəngdar olsaydı, məcburetmə və münaqişələrin tənzimlənməsi funksiyalarını yerinə yetirən siyasi
insitutların yaranmasını və fəaliyyətini izah etmək mümkün olmazdı. Artıq qeyd etdiyimiz kimi, siyasi
sistemlərdə elitaların əsas funksiyalarından birini münaqişə edən sosial siniflər və qruplar arasında
arbitraj təşkil edir, bundan ötrü zərurət halında onlar fiziki zorakılıq tətbiq edirlər. Beləliklə, sosial
münaqişələr siyasi sistemlərin yaranmasının və inkişafının əsas amillərindən birini təşkil edir.
Sosial münaqişələr ən müxtəlif tiplərə aid ola bilər, lakin siyasət baxımından hakimiyyət, maddi
nemətlər və sosial nüfuz kimi sərvətlərin bölüşdürülməsi ilə bağlı olan münaqişələr daha mühümdür.
Amerikalı politoloq Deviq İston yazır ki, ― bütün cəmiyyətlərdə kasıblıq üstünlük təşkil edir. Bu, siyasi
analizin başlıca ilkin müddəasıdır. Cəmiyyət üzvlərinin tələbatlarını təmin edəcək miqdarda nemətlər
yoxdur. ..Təklifi məhdud olan nemətlərlə bağlı fərqlər və müqanişələr labüddür‖. Aydındir ki, müxtəlif
cəmiyyətlərdə kasıblıq səviyyəsini eyni deyildir, buna görə də onlar az inkişaf etmiş, orta inkişaf
səviyyəsinə malik və yüksək inkişaf etmiş cəmiyyətlərə bölünür.
Beləliklə , kasıblıq nisbi anlayışdır, hətta
―bolluq cəmiyyətləri‖ndə, məsələn, ABŞ- da belə marginal sosial qruplar mövcuddur, ticarət
departamentinin rəsmi statistik məlumatlarına görə, 30 milyondan artıq adam həmin qruplara aiddir.
Başqa sözlə, Con Helbreytin bolluq cəmiyyəri adlandırdığı cəmiyyətdə hökumət sənədlərinin
məumatlarına görə, milyonlarla adam son yoxsulluq həddində yaşayır.
Müxtəlif sosial qrupların can atdıqları müəyyən sərvətlərin çatışmazlığı tamamilə təbii surətdə
yalnız elitalar tərəfindən insitutlaşmış zorakılıqla nizamlana biləcək sosial münaqişələr doğura bilər.
Sosial münaqişələrin siyasi elitalar tərəfindən zorakılıqla nizamlanmasının ən mühüm nəticəsi
müxtəlif qrupların uğrunda mübarizə apardıqları nemətlərin qeyri- bərabər bölüşdürülməsinin təsbiti
olmuşdur. Münaqişələr cəmiyyətin bütövlüyünü təhdid etdiyindən və qruplar arasında danışıqlar yolu ilə
razılaşma əldə etmək mümkün olmadığından, elitalar münaqişələri insitutlaşdırılmış zorakılığı tətbiq
etməklə aradan qaldırırdılar.Lakin artıq göstərildiyi kimi, elitaların münaqişələrə müdaxiləsi heç də
tərəfsiz xarakter daşımır, əksinə, onlar müəyyən qrupların tərəfində çıxış edirlər.
Yuxarıda qeyd etdiyimiz kimi, sosial münaqişələrin əsas mənbəyini hakimiyyət, zənginlik, nüfuz
kimi sərvətlərin çatışmaması təşkil edir. Bu tezisi hətta Marks kimi müəlliflər də bölüşərək göstərirlər ki,
ictimai siniflər arasında münaqişələrin aradan qaldırılması üçün tələb olunan şərtlərdən biri ― hər kəsə -
tələbatına görə‖ prinsipi əsasında bölgünü təmin edən bolluqdur. Marks üçün sosializm strategiyası yalnız
məhsuldar qüvvələrin sürətli inkişafının ― bolluq erası‖nı mümkün etdiyi dərəcədə məna daşıyırdı.
Beləliklə, Marksın fikrincə, kapitalizmdən sosializmə keçid sadəcə mülkiyyət rejiminin dəyişməsi ilə
məhdudlaşmır, bütövlükdə cəmiyyət üçün əmtəə və xidmətlər təklifinin sürətli artımını nəzərdə tutur.
Marksın fikrincə, yalnız bolluq şərtilə sosial siniflər arasında münaqişələr problemi uğurla həll oluna
bilər.
ĠDARƏETMƏ PROSESĠ VƏ ĠDARƏETMƏ MEXANĠZMĠ
Fətullayeva S.A.
Sumqayıt Dövlət Universiteti
Bir cox humanitar elmlərin predmeti olan cəmiyyəti sosiologiya elmi öyrənir.
Belə bir sual meydana cıxır? İnsanlar niyə sosiologiyanı öyrənir? Cavabları aşağıdakı ardıcıllıqla
ümumiləşdirməyə calışaq: