Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə163/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   159   160   161   162   163   164   165   166   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
304 

 
İnsan davranışının sosial faktorlara təsirini başa düşmək ücün

 
Dünyanın başqalarının gözlərindən necə göründüyünü bilmək ücün

 
Sosial perspektivlərin gizli məqamlarını və ümumi dəyərlərdən ətrafa baxmaq ücün  

 
Şəxsi arzuların öz sosial mühitində balanslaşdırılmasına və gercəkləşməsinə cəhd etmək 
ücün; 

 
Geniş dünyanı şəxsi həyatla əlaqələndirmək ücün ; 

 
Öz yerini həm tarixdə ,həm cəmiyyətdə tapmaq ücün; 
Sosiologiyanı bir elm kimi ,cəmiyyəti öyrənən digər elm sahələrindən fərqləndirən ən mühüm cəhət 
insan davranışını ,sosial cəmiyyətdəki instutları elmi aspektdən öyrənməsidir .Hec təsadüfi deyildir ki , 
sosiologiyanın  banisi  O.Kont  eyni  zamanda  pozitivizt  fəlsəfəsinin  atası    hesab  olunur.Pozitivizt 
fəlsəfəsinin mahiyyəti cəmiyyəti dərki təcrübələrə və müşahidələrə əsaslanmada görür.  
Pozitivizm (latıncadan positivus - müsbət deməkdir) - XIX əsrdə meydana çıxan fəlsəfi cərəyanlardan 
biri, banisi fransız filosofu və sosioloqu Ogüst Kont hesab olunur. 
Pozitivizm  konkret  (empirik)  elmləri  həqiqi,  gerçək  biliyin  yeganə  mənbəyi  sayır  və  fəlsəfi  tədqiqatın 
idraki  əhəmiyyətini  inkar  edir,  nəzəri  spekulyativliyi,  biliklər  əldə  etməyin  vasitəsi  kimi 
abstraktlaşdırmanı  qəbul  etmirdi.  Mahiyyətinə  görə  pozitivizm  müəyyən  münasibətlərdə  ifrat  məntiqi 
nəticələrə gətirib çıxarmış empirisizmdir. Bu cərəyanın idealarına əsasən, cəmiyyətdə baş verən hər hansı 
bir hadisəni və hər hansı bir insanın hərəkətini onun yaşadığı mühitə baxaraq başa düşmək olar.  
Məsəl  üçün,  positivism  cərəyanının  ən  görkəmli  nümayəndələrindən  biri  olan  Emil  Durkheym  (fransız) 
hər  kəsə  bir  individual  hərəkət  kimi  görsənən  intihar  hadisəsini  cəmiyyət  tərəfindən  təsirləndiyini  və 
ortaya  çıxdığını  apardığı  empirik  araşdırmalarla  sübut  etmişdir,  amma  təbii  ki  bütün  intihar  hadisələri 
cəmiyyətin  təsirindən  baş  vermir.  Durkheym  araşdırmalarının  nəticəsində  müəyyən  etmişdir  ki  sosial-
iqtisadi və yaxud siyasi böhran keçirən, sosial və ya dini dəyərlərin insanların həyatına ifrat dərəcədə təsir 
edən,  insanın  azadlığının  nəzərə  çarpacaq  dərəcədə  məhdud  olduğu  cəmiyyətlərdə  intihar  hadisələrinin 
sayı  adətən  yüksək  olur.Bu  artıq  başqa  bir  müzakirənin  mövzusudur.Cəmiyyəti  dərkin  cox  şaxəli  və 
coxpilləli bir proses olduğunu bilərək onun pillələrinə ayrı-ayrılqda bir nəzər salaq. 

 
ilahiyyatcı baxış 

 
metafizik və ya abstarkt baxış 

 
pozitiv və ya elmi baxış  
Birinci,ilahiyyatcı  yanaşma  ən  qədim  ,ən  primitiv  yanaşmadır.Buraya  qədim  yunan 
mifoloiyası,əsatirlər,miflər  istənilən  təbiət  hadisələrinin  və  ya  cəmiyyətdə  baş  verən  hər  bir  şeyin 
fövqəltəbii qüvvələr tərəfindən baş verdiyi təsvir edilirdi. Sosioloji metodların dini sahəyə tətbiq olunması 
ilə  ortaya  çıxan  din  sosiologiyası  dinlərin  inanc  sistemlərini,  ibadət  şəkillərini,  qurumlarını,  ictimai 
təzahürlərini, onların sosial şərtlərlə əlaqədar dəyişmələrini, sosial təbəqələrlə münasibətlərini, dini qrup 
və  camaatları,  müxtəlif  dini  əxlaq  növlərini  tədqiq  edən  bir  elm  sahəsi  olaraq  XX  əsrin  əvvəllərində 
təşəkkül  tapmışdır.  ―Ümumi  din  sosiologiyası‖  bütün  dinlərin  tədqiqi  ilə  məşğul  olursa,  ―xüsusi  din 
sosiologiyası‖ bir din, yaxud məzhəbi öyrənir. Din sosiologiyasının mövzusu barəsində elm adamlarının 
müxtəlif  fikirləri  vardır.  Fransız  sosioloqu  E.Durkejm  və  onun  ardıcılları  dinin  mahiyyətini  açıqlamaq 
məqsədi  ilə  ―ibtidai‖  deyə  səciyyələndirdikləri  dinləri  çılpaqlıqla  nəzərdən  keçirərək  tarixi  və  etnoloji 
materiallar vasitəsilə tədqiqatlar aparmışdırlar. 
Əflatunu öz  fikirlərinə  görə  ilk  din sosioloqu hesab edənlər  vardır.  Əflatun  dini  fəlsəfə,  əxlaq  və 
siyasət  sisteminin  təməlinə  qoymaq  istəmiş,  ―Dövlət  və  qanunlar‖  adlı  əsərində  din  və  dinin  cəmiyyət 
həyatındakı  əhəmiyyətindən  bəhs  etmişdir.  Aristotel  din  haqqındakı  görüşlərini  daha  çox  metafizik  və 
psixoloji təməllərə əsaslanaraq izah etmişdir.  
İdarəetmənin  başlıca  mahiyyəti  onun  statik  vəziyyətdə  olmasi  ilə  deyil,  dinamik  vəziyyəti  ilə 
müəyyən  edilir.  İdarəetmə  prosesi  fasiləsiz  bir  prosesdir.  O  idarəetmə  sistemlərinin  strukturu,  onun 
həlqələri arasindaki əlaqələri göstərir. Bu isə idarəetmə prosesinin dinamik xarakterindən irəli gəlir. Ona 
görə  də  idarəetmə  prosesi  həm  də  təsiredici  bir  prosesdir.  Həmin  təsir,  birinci  növbədə  idarəedənin 
idarəolunan  obyektə  təsiri,  habelə  eyni  səviyyəli  yarımsistemlərin  bir-birinə  təsiri  formalarında  olur. 
İdarəedici  təsir  isə  öz  növbəsində  daimi  və  dövrü  xarakter  daşiyir.  İstehsalın  hərtərəfli 
intensivləşdirilməsi  şəraitində  idarəetmə  proseslərinin  sürətləndirilməsi,  onun  səmərəsinin  artırılması 
ümumi  səmərəliliyin  artırılması  sistemində  mühüm  rol  oynamalıdır.  Lakin  bir  çox  hallarda  istehsalın 
intensivləşdirilməsi, idarəetmə proseslərinin intensivləşdirilməsi ilə uzlaşdırılmır. İdarəetmə proseslərinin 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
305 
ardıcılığını, dinamikliyini  təmin etmədən istehsalın hərtərəfli intensivləşdirilməsi, efmi-texniki və digər 
problemləri müvəffəqiyyətlə həll etmək olmaz. 
Əks  təqdirdə  idarəetmə  prosesi  həyata  keçirilməz.  Bu,  birinci  növbədə,  idarəetmə  sisteminin 
vəhdətliyi və idarəetmə sahəsində olan əmək bölgüsü və əmək kooperasiyasi ilə şərtlənir. Hər bir proses 
və sistemin mexanizmi olduğu kimi idarəetmə sisteminin də öz mexanizmi vardir. İdarəetmə elminə aid 
ədəbiyyatlarda idarəetmə sisteminin aşağıdaki komponentlərdən ibarət olması göstərilir:  

 
idarəetmə mexanizmi;  

 
idarəetmə strukturu;  

 
 idarəetmə prosesi;  

 
 idarəetmə sisteminin inkişaf mexanizmi. 
Göründüyü kimi, idarəetmə mexanizmi idarəetmə sisteminin komponentlərindən birini təşkil edir. 
 
YERLĠ VƏ REGĠONAL ÖZÜNÜĠDARƏETMƏDƏ BƏLƏDĠYYƏLƏRĠN ROLU 
 
Cəfərov F.E. 
Sumqayıt Dövlət Universiteti 
 
Bələdiyyə idarəetmə sistemi inzibati ərazi idarəetməsinin nisbətən müstəqil bölməsidir, təbii həyati 
ehtiyaclara müəyyən yaşayış məntəqəsində, misal üçün, şəhərdə, qəsəbədə, rayonda və kənddə sakinlərin 
marağına uyğun xidmət edən qurumdur. 
Bələdiyyə  idarəetməsi  həm  də  yerli  özünüidarəetmə  orqanı  adlanır.  Yerli  ərazi  və  orada  yaşayan 
insanların həyat fəaliyyəti, onların sosial məişət tələbatı ilə bağlı olan yerli əhəmiyyətli iqtisadi və sosial 
proseslərin  idarə  edilməsidir.  Bu  idarəetmə  həmin  ərazidə  məskunlaşmış  vətəndaşlardan  olan  şəxslər 
tərəfindən həyata keçirilir. Bələdiyyə idarəetməsinin əsas vəzifəsi insanlara normal yaşamaları, işləmələri 
və başqa fəaliyyət formaları üçün şərait yaratmaq, ərazi vahidinin iqtisadi və soisal sferasının fəaliyyətinə 
kömək etməkdir. 
Bələdiyyə idarəetmə metoduna nəzər saldıqda bir sıra xüsusi cəhətlərə malik olduğu görünür: 
1.
 
Bələdiyyə  idarəetməsi  əhaliyə  yaxındır,  onun  həyat fəaliyyətinin  təmin  edilməsinə,  yaşayış 
şəraitinə və s. bələddir; 
2.
 
Bələdiyyə  mülkiyyəti  şəklində  özünün  xüsusi  idarəetmə  obyekti  var,  onlara  idarəetmə, 
sərəncam  vermə  istifadə  etmə,  gəlir  əldə  etmə,  büdcə  formalaşdırma  və  büdcədən  istifadə 
etmə  hüququ  verilmişdir  və  eyni  vaxtda  onlar  həmdə  bələdiyyə  mülkiyyətinə  münasibətdə 
məsuliyyət daşıyırlar; 
3.
 
Yerli idarəetmənin  əsas funksiyaları – seçkili bələdiyyə orqanları kollektiv özünü idarəetmə 
orqanları    tərəfindən  icra  edilir,  bu  da  imkan  verir  ki,  bələdiyyə  idarəetməsində  əhali 
bilavasitə iştirak edə, öz iradəsini göstərə, bunlarda demokratik başlanğıcı ifadə edə bilər. 
Bələdiyyə idarəedilməsi iqtisadi xarakterli obyektlərə təsir etmə ilə kifayətlənmir, müəyyən dərəcədə 
o  sosial  idarəetmədə  də  yayılır,  regionların  ərazilərində  yerləşən  məhsuldar  qüvvələrə,  təbiət  və 
cəmiyyətdə  baş verən proseslərə kömək göstərir. Bələdiyyə idarəsi təsir sahəsinə geniş iqtisadi obyektlər 
və  həmin  ərazi  ilə  bu  və  ya  digər  dərəcədə  bağlı  olan  sosial-iqtisadi  proseslər  kimi  başa  düşülür.  Misal 
üçün: 
1.
 
Yerli  sənaye  obyektləri,tikinti,  kənd  təsərrüfatı  və  başqa  istehsal  obyektləridir.  Hansılar  ki, 
bələdiyyə mülkiyyətinə aiddir və ya bələdiyyə idarəetməsinə verilmişdir. 
2.
 
Əhalinin  həyat  təminatı  obyektləridir.  Onlara  ictimailəşdirilmiş  yaşayış  fondu,  mənzil-
kommunal təsərrüfatının müəssisə və təşkilatları, ticarət və ictimai-iaşə, məişət xidməti, yerli 
nəqliyyat, istehsalat və sosial infrastrukturların obyektləri, istirahət üçün obyektlər, əhalinin 
sosail müdafiəsi və himayə edilməsi aiddir. 
3.
 
Sosial-mədəni  sferaların  obyektləridir.  Buraya  mədəniyyətin,  təhsilin  səhiyyənin,  bədən 
tərbiyyəsi və idmanın təşkilatları və idarələri aiddir. 
Ərazi  bölgüsünün  bütün  iqtisadi  kompleksini  təşkil  edənlər,  onların  maliyyələşmə  mənbələri  və 
üsulları bu və ya digər dərəcədə bələdiyyə idarəedilməsinin obyektləri olurlar. 
Bələdiyyə  idarə  edilməsi  geniş  planda  öz  fəaliyyətini  bələdiyyə  təşkili  ərazisindəki  təbii 
ehtiyyatların  istifadəsinə  və  ətraf    mühitin  qorunmasına,  tibbi  sanitar  nəzarətinə,  ərazinin 
abadlaşdırılmasına.  Istilik,  enerji  və  su  təchizatı  sistemləri  işinə,  istehsalat  və  sosial  infrasrukturlarının 


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə