Абшерон игтисади ъоьрафи районун шящярляринин


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il



Yüklə 8,01 Mb.
Pdf görüntüsü
səhifə167/200
tarix15.11.2018
ölçüsü8,01 Mb.
#79784
1   ...   163   164   165   166   167   168   169   170   ...   200

Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
312 
daha  sürətli  artmağa  başladı.  Bu  iqtisadi  maraqların  kökündə  enerji  mənbələrinin  mövcud  olması 
dayanırdı.  
ABŞ  Azərbaycanda  enerji  maraqlarını  təmin  edilməsi  məqsədilə  neftin  Rusiyadan  yan  keçməklə 
Avropaya daşınması məqsədilə Bakı Tiblisi ceyhan neft kəmərinin tikintisində yaxından iştirak etdi.  
ABŞ-ın Azərbaycanda enerji maraqlarının reallaşmasına ciddi təsir göstərən amillərdən biri Qərbin 
ərəb  neftindən  aslı  olması  və  ABŞ-ın  Qərbi  Avropanı  bu  aslılıqdan  azad  etmək  istiqamətində 
fəaliyyətindən, digər amili isə neft ixracını Rusiya ərazisindən yan keçməklə Rusiyanı bu layihədən kənar 
qoymaq və onun iqtisadiyyatının zəiflədilməsindən ibarət idi.  
Əsrin  müqaviləsinin  imzalanmasından  sonra  ABŞ-ın  nəinki    Azərbaycanda  eləcə  də,  Cənubi 
Qafqaz regionunda iqtisadi və siyasi fəaliyyəti daha da fəallaşdı.  
ABŞ-ın  Azərbaycanda  enerji  maraqları  bu  gün  də,  onun  xarici  siyasətinin  əsas  istiqamətlərindən 
birini təşkil edir. 
          
AZƏRBAYCANIN ENERJĠ LAYĠHƏLƏRĠNĠN REALLAġMASINDA ABġ-ın 
SĠYASĠ VƏ ĠQTĠSADĠ MARAQLARI 
 
Allahverdiyev R.R. 
Sumqayıt Dövlət Universteti 
 
ABŞ- ın Xəzər regionuna olan enerji marağı hələ  XIX əsrin sonlarından illərindən başlayır. Sovet 
ittifaqının  dağılmasından  sonra  ittifaq  ərazisində  müstəqilliyini  qazanan  yeni  dövlətlərlə  münasibəti 
yaxşılaşdırmağa  xüsusi  diqqət  yetirən  ABŞ,  bu  vasitə  ilə  bir  növ  Rusiyanın  bəzi  postsovet  ölkələrində 
olan təsir dairəsini zəiflətməyə çalışırdı.Lakin İraq-İran savaşından sonra ABŞ  əlehdarları olan Ayətollah  
Xomeyni  hökümətini  devirə  bilməmişdi.  Bölgədə  zəngin  neft  yataqlarının  istismarı  üstündə  gedən 
mübarizə,habelə ABŞ-İran,ABŞ-Rus ziddiyyətləri Azərbaycanın gələcəkdə reallaşacaq enerji layihələrini 
dəstəkləməyə 
əsas  verirdi  və  beynalxalq  münasibətlərdə  ABŞ-Azərbaycan  əməkdaşlığı 
güclənirdi.Uzaqgörən  dahi  liderimiz  Heydər  Əliyev  bütün  siyasi  gərginliklərə  baxmayaraq,  1994-cü  il 
sentyabrın  24-də  imzalanan  ''Əsrin  müqaviləsi''Azərbaycanın    böyük  diplomatik  qələbəsi  idi.Beləliklə 
''Əsrin müqaviləsini''uğurla bağlayan Azərbaycan dövləti bir çox qərb dövlətlərinin,ilk növbədə isə ABŞ-
ın Azərbaycanda iqtisadi maraqlarını təmin etməklə onların diqqətini öz problemlərinə cəlb edə bildi.Bu 
müqavilədə  ən  mühüm  pay  elə  ABŞ  şirkətlərinə  ayrılmışdı.ABŞ-ın  ''Yunokul'',''Amoko'',''Mak 
Dermot'',''Ekson'' kimi  5 şirkətinə üst-üstə 50 %  investsiya  payı ayrılmışdı ki, bu da təqribən 5 milyard 
ABŞ  dollarına  bərabər  idi.Bakı-Supsa  və  Bakı-Novorossiysk  kəmərlərinin  istifadəyə  verilməsinə 
baxmayaraq  ,  bu  kəmərlər  Azərbaycanın  getdikcə  artan  neft  istehsalını  dünya  bazarına  ixrac  etmək 
qabiliyyətində deyildi.Bütün bu səbəblərdən əsas ixrac neft boru kəmərinin qısa zamanda inşası zərurəti 
yarandı.Bakı-Tiblisi-Ceyhan  əsas  ixrac  neft  boru  kəməri  ideyası  ən  aktual  məsələ  olaraq  gündəmə 
gətirildi. 
Azərbaycana qarşı  Tehran-Moskva-İrəvanın yaratdığı  ''geosiyasi üçbucaq'' , ''üç dəniz əfsanəsi''ni 
reallaşdırmağa  mane  ola  bilmədi.NATO-nun  regiondakı  əlaqələndiricisi  rolunu  oynayan  Türkiyə  bu 
məsələdə ABŞ-ın dəstəyini əldə etməklə BTC-nın reallaşdırılmasında yaxından iştirak etdi.             
―11  sentyabr''  hadisələrindən  sonra  ABŞ-ın  xarici  siyasətinin  əsas  istiqamətlərindən  biri    enerji 
mənbələrinin  təhlükəsizliyini  təmin  edilməsi  və  yaxın  Şərq  neftindən  asılılığı  azaltmaq  məqsədi  ilə 
alternativ  enerji  mənbələrinin  tapılması  idi.  Təbii  ki,zəngin  neft-qaz  ehtiyatlarına  malik,inkişaf  yoluna 
qədəm qoymuş,keçmiş Sovetlər ölkəsi olan Azərbaycan Buş administrasiyanısının diqqətini cəlb etməyə 
bilməzdi.Bu  ərəfədə  yenidən  Cənubi  qafqaz  regionunun  əhəmiyyəti  Birləşmiş  Ştatların  rəsmi 
nümayəndələrinin  bəyanatlarında  vurğulanmağa  başlanıldı.Neft-qaz  sərgisinin  açılışı  zamanı  ABŞ 
prezidenti  C.Buşun  Azərbaycan  Respublikasının  prezidenti  H.Əliyevə  göndərdiyi  məktubunda 
Amerikanın neft kəmərləri layihəsini dəstəklədiyi xüsusi qeyd olunurdu. 
Həm    iqtisadi,həm də siyasi xarakter kəsb edən BTC-nin istifadəyə verilməsi 2006-ci ilin 28 may 
tarixinə  təsadüf  etdi  və  boruya  vurulan  neft  Ceyhan  limanına  çıxarıldı.Azərbaycan    Respublikası 
prezidenti  İlham  Əliyevin  qeyd  etdiyi  kimi  bu  kəmər:"Əfsanənin  gerçəkliyə  çevrilməsi-inamsızlığın 
sonudur,regiona  sülh,inkişaf,əməkdaşlıq  gətirəcək  layihədir"..Heydər  Əliyevin  milli  neft  strategiyasının 
təntənəsi  olan  Bakı-Tiblisi-Ceyhan  neft  ,Bakı-Tiblisi-Ərzurum  qaz  boru  kəmərləri  bölgəmizə  yalnız 


Magistrantların XV Respublika Elmi konfransı, 14-15 may  2015-ci il 
 
 
 
313 
iqtisadi  deyil,  daha  çox  siyasi  önəm  gətirmişdi.Enerji  təhlükəsizliyi  birbaşa  regionun  əminamanlığına 
,təhlükəsizliyinə qarantdır. 
ABŞ-ın  enerji  siyasətində  Xəzər  dənizi  regionu  və  potensial  olaraq    Avropanın  cənub-şərq 
sərhədlərindən kənarda yerləşən mənbələrdən Türkiyə vasitəsi ilə Avropaya qazın ixracını nəzərdə tutan 
Cənub  Dəhlizi  üçün  ilk  əhəmiyyətli  qaz  mənbəyi  hesab  edilir.Eyni  zamanda  NABUCCO  və  TAP 
layihələri  çərçivəsində  Şahdəniz  qazının  Avropaya  nəqli  planlaşdırılıb.Həm  siyasi,həm  də  strateji 
baxımdan  əlverişli  sayılan  NABUCCO  layihəsində  dövlətimiz  Avropa  birliyi  və  ABŞ  tərəfindən 
dəstəklənir.Lakin, Russiyanın şirkətlərinin həyata keçirmək istədiyi Cənub axını,NABUCCO layihəsinin 
gerçəkləşməsini ləngidir.Bundan fərqli olaraq TANAP-ın  reallaşması ilə bağlı hazırlıq işlərinə artiq start 
verilmiş və 2017-ci il üçün layihənin işə düşməsi nəzərdə tutulmuşdur. 
 
AKP HAKĠMĠYYƏTĠ DÖVRÜNDƏ TÜRKĠYƏNĠN XARĠCĠ SĠYASƏTĠ 
 
Məmmədli N.N. 
Azərbaycan Dövlət İqtisad Universiteti 
 
Xarici siyasət gündəlik həyatda və ədəbiyyatda tez-tez istifadə olunan anlayışlardan biri olmağına 
baxmayaraq,  anlayışın  mənası  mövzusunda  tam  bir  ümumi  tərifin  olmadığı  bəllidir.  Xarici  siyasət 
anlayışı  beynəlxalq  əlaqələr  anlayışı  ilə  sinonim  olaraq  istifadə  olduğu  kimi,  anlayışın  mənası 
mövzusunda  olduqca  fərqli  görüşlər  də  mövcuddur.  Xarici  siyasət  beynəlxalq  münasibətlər  intizamının 
yalnız bir alt araşdırma sahəsi olub, bir dövlətin digər dövlətə və ya dövlət qruplarına, bir bölgəyə və ya 
ümumiyyətlə beynəlxalq sistemə qarşı meylləri ilə əlaqədardır.   
Hər dövlət sahib olduğu xarici siyasət mədəniyyəti ilə birlikdə müəyyən siyasətlər icra etməkdədir. 
Bu  siyasətlərin  xüsusiyyəti  və  müvəffəqiyyəti    müəyyən  zaman  kəsiyində    ortaya  çıxır.  Türkiyə  üçün 
müzakirə  edilən  ölçü  öz  ənənəsi  ilə  birlikdə,  bu  siyasətlərin  yönəldiyi  ətraf  mühit  və  strategiyalar 
olmuşdur. Türkiyə xarici siyasətinin bir ənənəsi olduğu, bu xarici siyasətin nə zaman, necə fərqlənəcəyi 
sualı  gələcəkdə  də  müzakirə  ediləcək  mövzular  arasındadır.  Bu  işin  məqsədi  xüsusilə  2000-ci  ildən 
sonrakı dövrdə müzakirə mövzusu olan, siyasətin dəyişdirilməsi anlayışının türk xarici siyasətində yerini 
təsbit etməkdir. Bu istiqamətdə Türkiyənin xarici siyasətindəki dəyişiklik qəbulu araşdırılmış, bir bütövü 
meydana  gətirən  xarici  siyasət  analizi  içərisində  qiymətləndirilmişdir.  Siyasətin  dəyişdirilməsi,  xarici 
siyasət ölçüsünün yön dəyişdirmiş yoxsa dərinləşdirmiş olduğu sualının cavabı axtarılmağa çalışılmışdır. 
Bu təsbitin əhəmiyyəti və qavranılması ilə əlaqədar olaraq beynəlxalq inkişaflar və türk xarici siyasətinin 
arxa planı nəzərə alınaraq, dövri fərqliliklər  xüsusi araşdırılmışdır. İşdə türk xarici siyasəti mədəniyyəti, 
fərqli  xarici  siyasət  çıxışları  ilə  birlikdə  qiymətləndirilmiş,  türk  xarici  siyasətində  qərar  alma 
mexanizminin  quruluşu,  xüsusilə  aktual  ölçü  ilə  ələ  alınmışdır.  XXI    əsrdə  dövlətlərin  xarici  siyasət 
fəaliyyətləri qlobal bir ölçüyə çatmışdır. Yeni bir əsrin başlanğıcında türk xarici siyasəti, başda siyasətin 
dəyişdirilməsi    olmaq  üzrə,  iqtisadiyyat  siyasətlə  birlikdə  yeni  bir  araşdırma  və  müzakirə  sahəsinə 
girmişdir.  Bu  müzakirələr  içində  Türkiyənin  xarici  siyasət  istiqamətinin,  yaxın  keçmişi  ilə  birlikdə  ələ 
alınma  gərəyi  hiss  edilir.  İşin  əsas  araşdırma  mövzusu  kimilərinə  görə  dəyişikliyi,  kimilərinə  görə  isə 
yeniylə köhnənin kəsişdiyi və ya birləşdiyi istiqamətdə əhəmiyyətli bir nöqtəni təşkil edir.  Xarici siyasət 
mədəniyyəti və quruluşu hər ölkə üçün fərqli reaksiyalar göstərir. Bu reaksiya bir dövlətin sahib olduğu 
tarixi arxa plan, geosiyasəti və vərdişləri ilə əlaqədardır. Beynəlxalq əlaqələrin analiz səviyyəsi qisimində 
iştirak edən xarici siyasət bu məzmunda hər ölkə üçün fərqli maraq və iş sahələrini araşdırma mövzusu 
etmişdir. Türkiyə üçün tarixi arxa plan, həmişə davamlılıq və ya qırmızı xəttlər deyə təbir edilən faktların 
nəzərə alınması ilə müasir səviyyəsinə çatmışdır. Lakin Türkiyə üçün xarici siyasət analizində davamlılıq 
və dəyişmə müzakirələri son illərdə fərqli ölçülərdə qiymətləndirilmişdir. Bu qiymətləndirmələr edilərkən 
türk xarici siyasəti ilə əlaqədar işlərin, xüsusilə Türkiyə xaricində edilən araşdırmaların və maraq sahəsi 
olaraq  xüsusilə  Türkiyəni  geniş  şəkildə  araşdran  alim  və  tədqiqatçıların  sayı  bir  xeyli  çoxalmışdır. 
Türkiyə  üçün  baş  verən  bu  inkişaf  əslində  sevindirici  bir  faktdır.  Marağın  artmasındaki  ən  təməl 
səbəblərdən  biri  də  xarici  siyasət  mənasında Türkiyənin  daha  aktiv  bir şərait  içində  olmasıdır.  Bu  aktiv 
ölçüdə  Türkiyənin  əlaqələrinin  hansı  sahələrə  keçməsi  və  niyə  belə  bir  dəyişmiklik  yaşanmışdır  sualı, 
yaşanan inkişaflarla birlikdə araşdırmaların maraq obyektinə çevrilmişdir. Türkiyə xarici siyasətinin  bu 
məzmunda təhlili 2009-cu ildən  sonra siyasətin dəyişdirilməsi müzakirələriylə başlamışdır.  


Yüklə 8,01 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə