Adau nun Elmi Əsə rl ə ri. G ə



Yüklə 139,92 Kb.
Pdf görüntüsü
səhifə5/109
tarix23.01.2018
ölçüsü139,92 Kb.
#22244
1   2   3   4   5   6   7   8   9   ...   109

   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 
11 
 
UOT 664.7:634.8 
SÜFRƏ ÜZÜMÜNÜN  XALQ ÜSULLARI İLƏ SAXLANMASI 
                                                                                                 
Professor T.Ç.Həmzəyev 
                                                         Aqrar elmlər üzrə fəlsəfə doktoru Z.C.Allahverdiyeva 
                                                                                                Alim-aqronom E.M.Pirverdiyeva 
Azərbaycan Dövlət Aqrar Universiteti 
 
Açar sözlər: üzüm, saxlanma, sort, çilik, zirzəmi, çardaq, anbar, asma 
 
Bitkiçilik məhsullarının saxlanması proses-
lərini təkmilləşdirmək məqsədilə anbar, soyuducu  
və  s.  təsərrüfatların  genişləndirilməsi,  onların 
müasir  avadanlıqlarla  təchiz  edilməsinə  diqqət 
yetirilməsi  xüsusi  əhəmiyyət  kəsb  edir.  Bu  gün 
tərəvəz, meyvə və kartofun səmərəli saxlanılması 
əhalinin  həmin  məhsullarla  təminatının  yaxşılaş-
dırılmasında vacib mənbə olub, bu yolla 15-20 % 
əlavə  məhsul  əldə  etmək  olar  [1].  Bunu  nəzərə 
alan Azərbaycan Dövləti bölgələrdə ən mütərrəq-
qi üsulları həyata keçirməyə imkan verən saxlayı-
cıların  tikintisinə    dəstək  verməkdədir.  Tikiləcək 
saxlayıcıların xərclərinin 
 
 
 hissəsinin Dövlət tərə-
findən  maliyyələışdirilməsi  bu  sahədə    əsaslı  dö-
nüş yaratmışdır. Bunun nəticəsidir ki, bölgələrdə  
10-dan  çox  belə  saxlayıcı  tikilmişdir.  Belə  soyu-
ducu  –  saxlayıcılarda  hər  məhsula  uyğun  mikro-
iqlimin formalaşması ilə məhsulun uzun müddətli  
və  keyfiyyətli  saxlanması  mümkün  olur.  Lakin  
təəsüflə qeyd olunmalıdır ki,  bu sahədə çatışmaz-
lıq hiss olunmaqdadır. Qeyd  edə bilərik ki,  əha-
linin  ilboyu  ərzaqla  dayanıqlı  və  təhlükəsiz  qay-
dada  təminatı  üçün  həmin  məhsulların  yeni  elmi 
texnologiyası  işlənib  hazırlanmalıdır.  Lakin  bəzi 
rayon  və  kəndlərdə  belə  saxlayıcıların  olmaması   
və eləcə də məhsulun azlığı cəhətindən bəzi mey-
və-tərəvəz və üzümçülüklə məşğul olan fermerlər 
məcbur  olub  məhsulu  ata-baba  üsulları  ilə  saxla-
mağa  üstünlük  verirlər.  Eləcə  də  üzümçülüklə 
məşğul  olan  fermerlər  üzüm  məhsulunu  qısa 
müddətə saxladıqda xalq üsullarından asma, ban-
daq, tənək üzərində torbalarda, sıx gözlü tor pərdə 
altında  və  taxta  kəpəyində  saxlanma  üsullarına 
daha maraq göstərirlər [2].   
 İnsanlar  üçün  üzüm  o  qədər  əvəzedilməz 
məhsul  hesab  olunmuşdur  ki,  onu  koldan  dərib 
yeməklə  kifayətlənməmiş,  həm  də  məhsulu  uzun 
müddət saxlamaq yollarını da araşdırmışlar. Süfrə 
üzümünün  ata-baba  təcrübəsindən  keçirilmiş 
uzun  müddətli  uğurlu  saxlanma  üsullarından  as-
ma və bandaq üsullarını göstərmək olar [3]. 
Asma  üsulundan  üzümçülər  keçmişdə  və 
hal-hazırda  da  istifadə  edirlər.  Bu  üsulda  saxlan-
ma  zamanı  anbarlardan  istifadə  edilir.  Anbarlar 
kimi quru, yaxşı havalanan dam, çardaq və ya zir-
zəmidən də istifadə etmək olar. Bir şərtlə ki, ora-
da havanın hərarəti 8-10
0
C, nisbi rütubəti isə 65-
70%  həddində  olsun.Burada  taxtalardan  xüsusi 
asmalar düzəldərək, onlara ara məsafəsi 15-20sm 
olmaqla  mismarlar  vurulur.  Bu  mismarlara  ip, 
məftil  və  burğu  bağlanılaraq  üzərinə  aralarında 
müəyyən  məsafə  buraxmaqla  təmizlənmiş  üzüm 
salxımları  asılır.  Beləliklə,  hər  asmada  1-5kq-a 
qədər  üzüm  olur.  Elə  etmək  lazımdır  ki,  asılan 
salxımlar  bir-birinə  toxunmasınlar.  Belə  üsulda 
normal yetişmiş üzüm məhsulu fevral- mart ayına 
kimi  keyfiyyətlə  qala  bilər.  Əgər  saxlanma  müd-
dətində  anbarda  hər  hansı  bir  həşaratın  olması 
müşahidə  edilərsə  o  zaman  kükürd  yandırmaq 
tövsiyə olunur. Asma üsulunun üstün cəhəti onun 
ucuz  başa  gəlməsindən,  çatışmayan  cəhəti  isə 
saxlanma  müddəti  uzandıqca  salxımda  gilələrin 
təbəxxürü  və  tökülməsindən  ibarətdir.  Təbrizi, 
Çəhrayı tayfi, Hamburq muskatı, Ağadayı və hət-
ta  universal  sort  kimi  tanınan  Bayanşirə  kimi 
üzüm  sortlarının  məhsulu  bu  üsulda  daha  yaxşı 
saxlanılır.  
Bandaq  üsulu  ilə  üzümçülük  zonası  kimi 
tanınan Gəncəbasar bölgəsində ta qədimdən üzüm 
məhsulunu  xüsusi  binalarda  –  anbarda,  çardaqda 
və  havalandırılan  zirzəmilərdə  saxlamışlar  [3]. 
Bunun üçün ikillik burğu söyüd ağacından hazır-
lanmış  “bandaq”-dan  istifadə  etmişlər.  Söyüd 
ağacından  2-3metr  uzunluğunda  asma  materialı 
kimi  istifadə  edilən  budaqlar  kəsilir  və  bu  buda-
ğın üzərində olan xırda budaqcıqlar 5-10 sm qal-
maqla, digər hissələr budaqdan kəsilib atılır. Yəni 
hər əsas budaq üzərində çoxlu miqdarda xırda çi-
liklər  qalmış    olur.  Belə  budaqların  5-10  ədədini 
bir yerdə bağlamaqla üzüm asmaq çoxlu çiliklərə 
malik xüsusi dayaqlar  əldə edilir ki, bu da “ban-
daq”  adlanır.  Bandağın  möhkəm  olması  üçün 
onun  aşağı  ucu  anbarın  döşəməsinə  uzadılmış 
taxtaya, yuxarı ucu isə anbarın millərinə mismarla 
möhkəm bərkidilir.  
Bandaqlara  üzüm  asmaq  üçün  üzümlükdə 
yığım vaxtı, üzüm salxımı saplağın hər tərəfindən 
5 sm uzunluqda olmaqla barmaqla birlikdə kəsilir 
ki, salxım xarab gilələrdən təmizləndikdən sonra, 


   ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016, 

1
 
 
12 
 
onun  üzərində  saxlanan  barmaq  bandaqda  olan 
çiliklər arasına salınsın  və lazım gələrsə bərkidil-
sin. Beləliklə, aşağı hissədən başlayaraq bandağın 
qurtaracağına kimi hər tərəfdən  üzüm salxımları 
dairəvi  şəkildə  asılmış  –  bərkidilmiş  olur.  Hər 
belə hazırlanmış bandağa 20-25 kq üzüm salxımı 
asmaq mümkün olur. 
Bu  üsulun  başlıca  tələbi  saxlanma  yerinin 
vaxtlı- vaxtında havalandırılmasından ibarətdir ki
burada  sabit  hərarət    8-10
0
C  və  nisbi  rütubət  65-
70%  həddində  təmin  olunsun.  Əks  halda  saxlan-
ma  yerində  hərarətin  artması  səbəbindən    burada 
inkişaf edən müxtəlif həşaratlar məhsulun kəmiy-
yətinə və keyfiyyətinə ziyan vura bilər. Həşaratla-
rın  inkişafı  müşahidə  edilərsə,  anbarda  kükürd 
yandırmaq  olar.  Bu  üsulda  məhsul  sortaməxsus 
təbii  rəngdə  qalır,  saxlanma  xərci  də  nisbətən 
ucuz başa gəlir. Bandaq üsulunda orta və gecyeti-
şən  süfrə  üzüm  sortlarının,  xüsusilə  də  Təbrizi 
süfrə  üzüm  sortunun  məhsulu  başqa  sortlara 
nisbətən daha yaxşı qalır [2,4,5].  
Son  illərdə  üzümün  payız-qış  dövründə 
saxlanmasının  bir  neçə  üsulları  sınaqdan  keçiril-
mişdir.  Bunlardan  məhsulun  sıx  gözlü  tor  pərdə 
altında  saxlanmasını  qeyd  etmək  olar.  Sıx  gözlü 
tor  pərdə  altında  tənəkdə    cərgələrdə  üzüm  məh-
sulunun  saxlanması  dövründə  ən  güclü  küləklər, 
eləcə  də  həşərat, arı  və  quşlar  azda  olsa  məhsula 
təsir  göstərə  bilmir.  Belə  üsulda  üzümü  uzun 
müddət  ərzində  saxlamaq  mümkündür.  Lakin 
müxtəlif üzüm sortlarının kolda qalma qabiliyyəti 
eyni deyildir. Sıx gözlü tor pərdə altında saxlanı-
lan üzümün əmtəəlik keyfiyyəti daha yüksək olur, 
gilələr mexaniki zədədən və qismən də tozlanma-
dan azad olduğuna görə cəlbedici xarici görkəmə 
malik  olur.  Bu  üsulda  saxlanma  müddəti  sent-
yabr-dekabr ərzində ilk şaxtalar düşənə qədər da-
vam  edə  bilər.  Bu  üsulda  daha  yaxşı  saxlanılan 
Təbrizi,  Şamaxı  mərəndisi,  Ağadayı  və  İtaliya  
süfrə üzüm sortlarının məhsuludur [2,6].   
Üzümçülüklə  məşğul  olan  süfrə  üzüm  sa-
hələri və məhsulu az olan fermer və kənd əhalisi 
bu  yuxarıda  göstərilən  xalq  üsullarından  istifadə 
etməklə,  saxlanma  yerlərini  düzgün  təşkil  edərək 
becərdiyi  üzümü  2-3  ay  saxlayaraq  əlavə  gəlir 
əldə  edə  bilərlər.  Eyni  zamanda  əhalinin  bu  qiy-
mətli  qida  məhsulundan  istifadə  etmək  imkanı 
daha da uzanar. 
 
                                                        
ƏDƏBİYYAT 
1.  Fətəliyev  H.K.  Bitkiçilik  məhsullarının  saxlanması  və  emalı  texnologiyası.  Bakı:  “Elm”, 
2010, 432s. 
2. Şərifov F.H. Üzümçülük. Bakı, Şərq-Qərb nəş., 2013, 513 s. 
3. Həsənova S.X., İsgəndərov Ə.H. Kənd təsərrüfatı məhsullarının saxlanması və emalı. Gəncə: 
1970, 287s. 
4. Əliyev Ş.A., Həmzəyev T.Ç. və başqaları. İnsanın qidalanmasında və sağlamlığında bitkiçilik 
məhsullarının rolu. Gəncə: “Əsgəroğlu” nəş., 2004, 217 s. 
5. Xankişiyev Y.H. Ərzaq malları əmtəəşünaslığı. Gəncə, “Əsgəroğlu” nəşriyyatı, 2007, 263 s. 
6.  Ампелография  Азербайджанской  ССР.  Баку:  Азербайджанское  Государственное 
издательство. 1973, 491c. 
 
Being kept with people methods of the table-cloth grapes 
 
                                                                                      Professor  T.Ç.Hamzayev 
Doctor of Philosophy in Agricultural Sciences
 
Z.J.Allahverdiyeva
 
                                                                        Scientist-agronomist  E.M.Pirverdiyeva 
                                                                                    Azerbaijan State  Agrarian University                        
SUMMARY 
 
Key words: grapes, being kept, sort, we are freckles, basement, garret, storehouse, to hang 
 
Article have been devoted to problem of the being kept with people methods of the grapes. The 
hanging from such methods and show the a bunch grapes methods are possible. Storehouse, garret the 
harvest by such methods and temperature 8-10
0
C in the basements and are possible to keep 2-3 months 
in the relative dampness 65-70%. To keep harvest by such methods is more useful for farmer from the 
economical side. 
 
 


Yüklə 139,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə