31
köhnə palaz əvəz edirdi
1
.
Çar Rusiyası dövründə Naxçıvan və Şərur qəzalarında
əhali amansızcasına
istismar edilir, onlar arasında profilaktik
və sanitariya-sağlamlıq tədbirləri olduqca zəif həyata
keçirilirdi. Yuxarıda göstərildiyi kimi, tibb müəssisələrinin,
həkim və orta təhsilli tibb işçilərinin sayı son dərəcə az idi.
Iqtisadi gerilik hökm sürür, eləcə də məişət və əmək şəraiti
aşağı səviyyədə idi. Məhz bu səbəblər üzündən ölkədə tez-tez
epidemiyalar baş verirdi.
1892-ci ilin yay ayında baş vermiş vəba epidemiyası
vaxtı Naxçıvan qəzasında 2583 vəbalı xəstə qeydə alınmış,
onlardan 1227 nəfəri (47,5%-i) ölmüşdür. Naxçıvan şəhərində
isə 250 vəbalı xəstədən 157-si (62,8%-i) ölmüşdür.
1904-cü ildə Naxçıvan və Şərur qəzalarında vəba
epidemiyasının baş verməsinin qarşısını almaq və epidemiya
əlehinə tədbirləri gücləndirmək məqsədi ilə 1904-cü ildə Şərur
qəzasının Başnoraşen kəndində (iyul), Ordubad şəhərində
(avqust) və Naxçıvan şəhərində (sentyabr) həkim-sanitar
məntəqələri təşkil edilir. Onlara sanitar tədbirlərin həyata
keçirilməsinə və xidmət dairəsində sanitar vəziyyətinə nəzarət
etmək həvalə olunmuşdur. Xəstəlik hadisəsi baş verən vaxt ona
qarşı bilavasitə mübarizəyə qoşulmaq nəzərdə tutulmuşdur.
1904-cü ilin avqust ayında Naxçıvan şəhərində vəbalı
xəstələr üçün 10 sarpayılıq, sentyabr ayında Şərur qəzasının
Başnoraşen kəndində isə 3 çarpayılıq xəstəxana açılır.
Naxçıvan və Şərur qəzalarında baş verən vəba
epidemiyası zəhmətkeşlər arasında çoxlu qurbanlar apardı.
Təkcə 1904-cü ildə vəba epidemiyası zamanı Naxçıvan
qəzasında vəbaya tutulmuş 837 xəstədən 628 nəfəri (yəni
xəstələnənlərin 74%-i), Şərur qəzasında isə 845 vəbalı
xəstədən 660 nəfəri (yəni xəstələnənlərin 78,1%-i) ölmüşdü
2
.
________________
1
Qafqaz mülki idarələrində xidmət edən həkimlərin birinci
qurultayının əsərləri, II cild, 2-ci buraxılış, Tiflis, 1916, səh.51.
2
Irəvan quberniyasının 1906-cı ilə aid yaddaş kitabı. «Irəvan
quberniyasında 1904-cü ildə
vəba epidemiyasının
xülasəsi»,Irəvan,1905,səh.97.
32
Başqa
sözlə desək, 1904-cü ildə hər iki qəzada
ümumiyyətlə ölmüş 3428 nəfərdən 1288-i (yəni ümumi ölüm
hallarının 37,6%-i) yalnız vəba xəstəliyindən olmuşdur.
Beləliklə, 1904-cü ildə Keçmiş Naxçıvanda əhalinin hər
10000 nəfərinə 110 vəbalı xəstə düşürdü. Elə kəndlər var idi
ki, vəbaya tutulan xəstələrin 90-95%-i, hətta 100%-i vəfat
edirdi. Məsələn, 1904-cü ildə hər iki qəzanın 35 kəndində
xəstələnən 204 vəbalı xəstənin hamısı ölmüşdür. Buna misal
Naxçıvan qəzasının Aşağı Rəmeşin, Kükü, Şada, Payız,
Nehrəm, Yuxarı Uzunoba, Camaldın, Culfa, Əliabad, Şahbuz,
Kolanı, Tumbul; Şərur qəzasının Zeyvə, Keştaz,
Mahmudkənd, Siyaqut, Vayxır, Tumaslı, Qarxın və sair
kəndlərini göstərmək olar.
Irəvan qubernatoru quberniya həkiminin müşayiəti ilə
1904-cü il oktyabr ayının 14-də yerlərdə vəba epidemiyası
əleyhinə aparılan tədbirlərin necə təşkil edildiyi ilə şəxsən tanış
olmaq üçün Naxçıvana gəlir və bir neçə gün burada qaldıqdan
sonra geriyə qayıdır. Çox təəssüflə qeyd etmək lazımdır ki, bu
gəlişin nəzərə çarpacaq dərəcədə elə bir təsiri olmur. Xəstəlik
isə ara vermədən günü-gündən çoxalır. Təkcə bunu göstərmək
kifayətdir ki, 1904-cü il noyabr ayının 1-dən dekabr ayının 1-
nə kimi vəbalı xəstələrin sayı 617 nəfərə çatmışdı ki, bunların
da 481-i (yəni xəstələnənlərin 78%-i) vəfat etmişdi.
Irəvan quberniyasında 1904-cü ildə vəba epidemiyasının
yayılması səbəbləri aydınlaşdırılarkən belə yazılmışdır: «Bu
haqda danışmazdan əvvəl aşağıdakı suallara cavab vermək
lazımdır:… Məgər bizim yaşayış şəraitimizin sanitariya
vəziyyəti o qədər hazır idimi ki, biz vəba kimi qorxulu bir
düşmənin qarşısına cürətlə çıxaq? Biz kifayət qədər hazırdıqmı
ki, vəba xəstəliyini vaxtında aşkar edək və vaxtında onun
qarşısını alaq? Bu sualların yalnız bir cavabı var: Yox! yox!»
1
.
1894-cü ildə Naxçıvan qəzasında 4 nəfər və Şərur
qəzasında bir nəfər cüzəmlı xəstə qeydə alınmışdır. Tədbir
görülmədiyindən xəstələrin sayı ildən-ilə artır. Hər iki
__________________
1
Irəvan quberniyasının 1906-cı ilə aid yaddaş kitabı, üçüncü hissə.
Irəvan, 1905, səh.102.
33
qəzada 1894-1907-ci illərdə xəstəliyin nə dərəcədə yayılmasını
bilmək üçün aşağıdakı cədvəli nəzərdən keçirək:
5-ci cədvəl
1894-1907-ci illərdə cüzam xəstəliyinin gedişi
haqqında məlumat
Yuxarıda deyilənlərdən və cədvəldən göründüyü kimi,
1894-cü ildə qeyd olunan cüzam xəstəliyinə qarşı vaxtında
tədbir görülmədiyindən, xəstəlik yayılaraq 26 kəndi bürüyür və
onun sayı 14 il ərzində (1908-ci ilədək) 5-dən 53-ə çatır ki,
bunun da 48 nəfəri (yəni xəstələnənlərin 90,5 %-i) ölümlə
nəticələnir.
Qəzalar üzrə götürdükdə Naxçıvanda xəstələnən 41
nəfər cüzamlı xəstənin 38-i (yəni xəstələnənlərin 92,7 %-i),
Şərurda isə 12 xəstədən 10-u (yəni xəstələnənlərin 83,3 %-i)
vəfat etdiyi aydın olur. 1907-ci ildə Naxçıvan və Şərur
qəzalarında uşaqlar arasında skarlatina epidemiyası baş verir.
Bu epidemiya zamanı Naxçıvan qəzasında skarlatinaya tutulan
229 uşağın 18-i (yəni xəstələnənlərin 8 %-i), Şərur qəzasında
isə xəstələnən 56 uşağın 20-si (yəni xəstələnənlərin 35,6 %-i)
ölür. Beləliklə, hər iki qəzada skarlatina ilə xəstələnən 285
uşaqdan 38-i (yəni xəstələnənlərin 13,3%-i) ölmüşdür
1
.
Tibbi statistikanın lazımi səviyyədə aparılmaması bir
çox xəstəliklər haqqında dəqiq rəqəmlər göstərməyə imkan
vermir. Lakin bir sıra materiallardan aydın olur ki, o zamanlar
müraciət edən xəstələr içərisində
vərəmli,
____________________
1
Irəvan quberniyasının 1912-ci ilə aid yaddaş kitabı, VII fəsil,
Irəvan, 1912, səh.3-7.
Qeydə alınmış Ölmüş
Qəzalar Yaşayış
məntəqəsi kişi qadın Cəmi kişi qadın cəmi
Naxçıvan 17 24 17 41 23 15 38
Şərur
9 7 5 12 5 5 10
CƏMI:
26 31 22 53 28 20 48
34
traxomalı, dəri-zöhrəvi və bu kimi yoluxucu xəstəliklərə
tutulanların sayı az olmamışdır.
«Qafqaz həqqında məlumatlar məcmuəsi» adlı əsərdə
Naxçıvanda o zamanlar bir sıra xəstəliklərlə yanaşı qanlı
ishalın, qızılcanın, keçəlliyin, müxtəlif göz xəstəliklərinin
hökm sürdüyü göstərilir.
1
Habelə Naxçıvan və Şərur
qəzalarında qarın yatalağının, qanlı ishalın, sifilisin,
vərəmin
olmasını, 1908-1909-cu illərdə Culfada və Yayçı kəndində
çiçək və Nəsirvaz kəndində (Ordubad rayonu) skarlatina
epidemiyasının baş verməsini (60 uşaqdan 50-si ölmüşdür)
təsdiq edən sənədlər də vardır.
Yuxarıda göstərilən fakt və rəqəmlərdən aydın olur ki,
keçmiş Naxçıvanda səhiyyə işlərinin kədərli mənzərəsi necə
idi. Buradan belə nəticə çıxarmaq olar ki, Naxçıvan və Şərur
qəzaları təbii çiçək, qarın yatalağı, vəba, cüzam, qanlı ishal,
dəri-zöhrəvi xəstəlikləri, traxoma, vərəm, göy öskürək, qızılca,
skarlatina və başqa yoluxucu xəstəliklərin mənbəyi idi.
Elə müəllifə rast gəlməzsən ki, o öz əsərində keçmiş
Azərbaycanda, xüsusən Naxçıvanda malyariya xəstəliyinin
vəziyyətindən danışarkən onun xalqın qənimi, bəlası olmasını,
zəhmətkeşlər arasında geniş yayılmasını və çoxlu qurbanlar
aparmasını göstərməsin. Doğrudan da xalq arasında
«qızdırma» adlanan bu xəstəlik keçmişdə hər il yüzlərlə adamı,
xüsusən uşaq və hamilə qadınları məhv edirdi. Əhali arasında
malyariya Naxçıvan qəzasına nisbətən Şərur qəzasında daha
geniş yayılmışdı. Bu haqda «Böyük sovet ensiklopediyası»nda
Naxçıvan MSSR-də səhiyyə işlərinin keçmişdəki zəif
inkişafından, əhali arasında xəstəliklərin yayılmasından bəhs
edilərək göstərilir ki, əhali arasında yatalaq, traxoma,
malyariya (Arazətrafı zolaqda əhalinin 70-80%-i, Noraşendə
isə – az qala 100%-ə qədəri) xəstəlikləri geniş yayılmışdı
2
.
Məsələn, Naxçıvan
______________________
1
«Qafqaz haqqında məlkmatlar məcmuəsi», VII cild, Tiflis, 1880,
səh.258.
2
Böyük Sovet Ensiklopediyası, 29-cu cild, 2-ci nəşr,
Moskva,1954,səh.276.