15
vəzifəsi ilə məşğul olduğundan onlar falçıların, ara
həkimlərinin və ruhanilərin əlində qalan kənd əhalisinə lazımi
qədər tibbi yardım göstərə bilmirdilər»…
1
XIX əsrin 70-ci illərin axırlarında kənd əhalisinə həkim
köməyini təşkil etmək məqsədi ilə əvvəlcədən yeni əsasnamə
layihəsi hazırlanmasına başlanıldı.
18 fevral 1880-ci ildə Qafqazda mülki idarələrin tibb
hissəsinin hazırladığı layihə «Cənubi Qafqaz ölkəsinin
quberniyalarında kənd həkim sahələrinin təşkil edilməsi
haqqında» Dövlət Şurasının əsasnaməsi təsdiq edildi.
2
Əsasnamədə hər qəzada 4 çarpayıdan ibarət (ikisi kişi və
ikisi qadın) qəbul otağı, ambulatoriya və aptek açılması
nəzərdə tutulurdu. Stasionar şöbəsində xəstələrə ilk yardım
göstərmək, lazım gəldikdə isə xəstəni xəstəxanaya qəbul
etmək qeyd olunurdu.
Ambulatoriya təyin edilmiş saatlarda xəstələri hər gün,
təcili hadisələrdə isə günün hər vaxtında qəbul etməli idi.
Xəstələr həkimin resepti əsasında apteklərdən pulsuz
dərmanlarla təchiz edilməli idilər.
Kənd – həkim sahəsinə bir həkim, iki feldşer və bir
mama nəzərdə tutulmuşdur. Əsasnaməyə əsasən aptek müdiri
vəzifəsi xəstəxananın həkiminin mülahizəsinə əsasən
feldşerlərin birinə həvalə olunmalı idi.
________________
1
Qafqaz mülki idarələrində xidmət edən həkimlərin birinci
qurultayının əsərləri, I cild, 2-ci buraxılış, Tiflis, 1914 il, səh.40.
2
Rusiya imperiyasının qanunlarının bütün toplusu. II toplu, 7-55, II
şöbə, əlavə Sankt-Peterburq, 1884 il, səh.38.
2-ci cədvəl
16
Cənubi Qafqaz quberniyasında kənd həkim
sahəsinin xərcləri (manatla)
Yemək
xərci
Cəmi
Kənd həkimi 600
575
300
1475
Böyük tibb feldşeri 250
-
50
300
Kiçik tibb işçisi 200
-
50
250
Mama 250
-
50
300
Sair xərclər (istilik, işıq-
landırma, dərmanlara
əlavə)
- -
-
1100
Bundan başqa ştat cədvəlində hər bir qəzaya birdəfəlik
xərc nəzərdə tutulurdu: a) qəbul otağının ilkin yerləşdirilməsi
üçün 350 man., b) aptekin yerləşdirilməsinə 350 man., c) qəbul
otağına, feldşer və mamalara cərrahi alət almaq üçün 90 man.
Əsasnamədə Qafqaz nümayəndəsinə ölkədə kənd –
həkim sahəsini xüsusi təlimatla təyin etmək səlahiyyəti
verilmişdir. Belə təlimat və qayda yalnız 4 ildən sonra, yəni 27
fevral 1884-cü ildə təsdiq edildi. Bu vaxtdan etibarən
Naxçıvan və Şərur qəzalarında qəbul otaqları təşkil edildi.
Ilk qəbul otağı (4 çarpayı) 1889-cu ildə Şərur qəzasının
Bafnoşaren kəndində açıldı.
Naxçıvan qəzasında ilk qəbul otağı (4 çarpayı) 1892-ci
ildə Cəhri kəndində açıldı. Beləliklə XIX əsrin axırında
Naxçıvan və Şərur qəzalarının ərazisində cəmi 8 çarpayıdan
ibarət iki kənddə qəbul otaqları olmuşdur ki, burada da 4
həkim (onlardan 2-si qəza həkimi idi) və 6 orta tibb işçisi
çalışmışdır.
Xəstəxana təşkil edilən illər və hətta ondan bir neçə il
sonra əhali xəstəxanaya çox təsadüfi hallarda müraciət edirdi.
Əhali «insanın alnında nə yazılıbsa, o da olacaq» və ya
«xəstəlik allah əmridir» – deyə xəstələnən adamın üstünə
həkim çağırmırdılar. Sonralar el arasında «Allah dərd verib,
onun dərmanını da göndərib» – deyə həkimə müraciət
17
edənlərin sayı bir qədər çoxalır. Kənd həkimi Y.Kaminski
(1911-ci ildə) «Naxçıvan qəzasının 2-ci tibb məntəqəsinin
tibbi-sanitariya vəziyyəti» adlı məqaləsində yazır ki,
müsəlmanlar təsadüfi hallarda, özü də könülsüz olaraq,
xəstəxanada yatırdılar»
1
.
Habelə Şərur qəzasının həkimi H.Səfiyev Başnoraşendə
xəstəxana təşkil olunan birinci illərdə, xəstələrin xəstəxanaya
müraciət etmələri haqqında belə yazır: «…Ilk əvvəllər tibbi
yardım üçün xəstəxanaya çox az
müraciət olunurdu, çünki ona etibar etmirdilər…»
2
.
Tarixi materiallar göstərir ki, əhali doğrudan da ilk
əvvəllər həkimlərə etibar etmir və onları «allahın» düşməni
sayırdı.
Deyilənlərə bir daha inanmaq üçün satirik «Molla
Nəsrəddin» jurnalının nömrələrinin birində (1910-cu ildə)
rəssam Rotterin ustalıqla çəkdiyi iki şəkli nəzərdən keçirək.
2-ci şəkildən aydın olur ki, boğazı xəstələnən bir qadın
üzünü həkimə göstərməyin dərdindən, hətta ərinin razılıq
verməsinə baxmayaraq yenə də: «Yox, yox, ölsəm də
açmaram» – deyə üzünü həkimdən gizlədir. Bu, son dərəcə
isbat edir ki, əhali doğrudan da həkimə inanmırdı, çünki onun
zəkası «ilahi» qanunların uydurmaları ilə zəhərlənmişdi. Ona
görə ki, onun bilik səviyyəsi yox dərəcəsində idi. Ona görə də
əhali mollaların dua oxumasına, onların «sehirli» və «gizli»
müalicə üsullarına, ara həkimlərinin apardığı «müalicənin»
gücünə daha çox inanırdı. Əlbəttə, belə inam nəinki insanın
şüuruna, həm də onun sağlamlığına əks təsir göstərirdi. 3-cü
şəkildə həmin xəstə qadın mollaya inanaraq nəinki boğazını,
hətta yarımçılpaq bədənini belə ona göstərməkdən çəkinmir.
Ərinin icazəsini gözləmədən: «Qoy molla göbəyimi yazsın,
bunun zərəri yoxdur» deyə qadın kişisini qabaqlayır.
__________________
1
Qafqaz mülki idarələrində xidmət edən həkimlərin birinci
qurultayının əsərləri, II cild, 2-ci buraxılış, Tiflis, 1916, səh.66.
2
Qafqaz mülki idarələrində xidmət edən həkimlərin birinci
qurultayının əsərləri, II cild, 2-ci buraxılış, Tiflis, 1916, səh.54.
18
2-ci şəkil
- Ay arvad, aç üzünü həkim boğazına baxsın.
- Yox, yox, ölsəm də açmaram.
Əlbəttə «Molla Nəsrəddin» jurnalı bu şəkillərdə
əhalini təbliğ edərək başa salırdı ki,
xəstəni əsil müalicə edən
şəxs həkimdir, molla isə fırıldaqçı, hiyləgər və yalançı bir
şəxsdir.