Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   24   25   26   27   28   29   30   31   ...   85

 
 
102
Bəxtiyar belə hesab edir ki, sevmək yalnız hissə qapılmaqdır və bu, gəncliyin 
keçici hissidir. Onun fikrincə, həyatını inqilaba sərf edən adam sevməməlidir. O, 
Cəlalın Humayı sevməsini «əyri yol» adlandırır və dostundan tələb edir ki, öz 
məhəbbətindən əl çəksin: 
 
- Kim çağırdı səni bu əyri yola, 
Məhəbbət yararmı bir komsomola? 
Mən də sənin kimi bir gəncəm həmən
Ömrümü cəbhədə keçirməklə mən 
Nə sevda bilirəm, nə də ki, hicran, 
Nələr tutduğunu bir düşün də, qan. (133, 41) 
 
Bəxtiyarın fikrincə, Humay düşmən qızı olduğuna görə  Cəlala sadiq 
olmayacaqdır. O, Humay haqqında hətta təhqiredici sözlər işlədir: 
 
Humay düşmən qızıdır, 
Altun əxlaqsızıdır. 
Gözlərinin önündə 
Qızlığını satacaq... 
Unut onu, sözə bax. (133, 42) 
 
Əlbəttə, bu sözlər artıq Humayı az-çox tanıyan Cəlalı da, oxucuları da 
inandırmır. 
Bəxtiyar Cəlalın qətlində  də  əsas günahkar Humayı hesab edir. Buna görə  də 
kişiyə yaraşmayan bir tərzdə onu təhqir edir: 
 
İtil gözlərimdən qoçunun qızı, 
Tovlayıb azdırdın sən o baxtsızı. (133, 69) 
 
Təbii ki, əsərdə hadisələrin inkişafı müəyyən dərəcədə  Bəxtiyara da təsir 
göstərir, az da olsa onu dəyişdirir, yəni o, «ideya adamı» olmaqla bərabər adi insan 
kimi də görünür, Cəlalın ölüm  


 
 
103
xəbərini eşitdikdə Humay özündən gedir. Bu vaxt Bəxtiyar öz hərəkətindən xəcalət 
çəkir, o, başa düşür ki, Humay Cəlalı həqiqi bir məhəbbətlə sevirmiş. Buna görə də 
ondan üzr istəyir: 
 
- Humay, özünə gəl. Bağışla məni. 
Artıq-əskik deyib incitdim səni. 
Bilmədim Cəlala vurulduğunu, 
Sevdalı bir könül əfv edər bunu. (133, 70) 
 
Bəxtiyarın özünün müəyyən qədər dəyişməsini də şair məhəbbətlə əlaqələndirir: 
 
– Bəxtiyar, məni də komsomola yaz! – 
Deyib sükut edir alagöz Gülzar. 
Qızı dinlədikcə bizim Bəxtiyar 
Titrəyir qəlbində sədəfli bir saz... 
Başını köksünə dayamış Gülzar, 
Mənalı gözləri göl kimi laldır, 
O məsum baxışlar bəlkə xəyaldır... 
Gözlə görünməyən bir aləmi var. (133, 46) 
 
Beləliklə, əvvəlcə «məhəbbət yararmı bir komsomola?» deyən Bəxtiyar Gülzarı 
sevir və onunla ailə qurur. 
Şairin yaratdığı xarakterlər bu və ya digər cəhətləri ilə bir-birindən fərqlənirlər. 
Əsərdə özünəməxsus cəhətləri ilə seçilən obrazlardan biri də Mirpaşadır. O, əsərdə 
məscidə it bağlaması hərəkəti ilə yadda qalır. 
Mirpaşanın bu hərəkəti təsadüfi deyil. O dövrdə komsomolçular arasında bu cür 
hadisələr də baş vermişdir. Mehdixan Vəkilov yazır: «Dinə və mövhumata qarşı da 
kəskin mübarizə aparırdıq. Bir çoxumuz o zamankı «Allahsızlar ittifaqı»nın üzvləri 
idik. Bu sahədə komsomolçular məscidə it bağlamaq, Uzun molla adlanan bir mollanı 
Poylu arxına basıb çıxarmaq və ya azan verən mollaya  


 
 
104
tüfəng atmaq kimi solçuluğa, əyintiyə də yol verirdilər». (173, 61) 
Deməli, bu hərəkəti o dövrdə inqilabi işə qoşulmuş  hər hansı bir gənc edə 
bilərdi. Şair Mirpaşa surəti ilə bu cür adamların tipik obrazını yaratmışdır. 
Əsərdə Mirpaşanın bu hərəkəti yalnız kənd camaatını deyil, komsomolçuların 
özlərini də hiddətləndirir. Qarşı  tərəf bundan istifadə edərək yeni quruluş 
tərəfdarlarını allahsızlıqda, dinsizlikdə günanlandırır. Hər hansı bir uğursuzluğu 
bununla bağlayır: 
 
Toylarda, yaslarda, ağlaşmalarda, 
Hər kimin qüvvəti qalırsa darda, 
Hər kimin taxılı susuz yanırsa, 
Kimin qonşusuna həsədi varsa
Deyir: «Bu kafirlər üzə gələli 
Bizdən uzaqlaşdı allahın əli». (133, 19) 
 
Bu məsələni komsomolçular qapalı iclasda geniş müzakirə edirlər. Bu hissədə 
şair ayrı-ayrı adamların hadisəyə münasibətini göstərmişdir. Bütün yoldaşları 
Mirpaşanın hərəkətini pisləyirlər. Hətta bəziləri buna görə onun ciddi cəzalan-
dırılmasını  tələb edirlər. Mirpaşa isə heç cür təslim olmaq istəmir. O öz hərəkətinə 
haqq qazandırmağa çalışır, hətta mollanı minarədən yıxacağını bildirir. Lakin 
Bəxtiyarın təmkinli çıxışı hamını, hətta Mirpaşanın özünü də sakitləşdirir. 
Göründüyü kimi, şair «inqilabi hərəkatdakı ziddiyyətləri pərdələməmiş, hər şeyi 
açıq və aydın göstərməyə çalışmışdır». (4, 92) Bu, ayrı-ayrı obrazların yaradılma-
sında da özünü göstərir. Bu baxımdan  əsərdəki Komandan surəti xüsusi maraq 
doğurur. 
Tədqiqatçılardan heç kəs bu surətə toxunmamış, onun adını belə  çəkməmişdir. 
Əslində Komandan maraqlı bir obrazdır. 
O, böyük bir atlı ordusunun komandanı, peşəkar hərbçidir.  İnqilabçıların 
tərəfində vuruşur. Lakin vuruşlar onu yormuş,  


 
 
105
özünün dediyi kimi, «iki suyun arasında» qalmışdır. Yer üzündə baş verən qanlı 
döyüşlər, «hər gəlib gedənin yüz qanun uydurması», insanların bir-birinə zülm etməsi 
onu düşündürür və Komandan bütün bu suallara cavab axtarır: 
 
Qanlı döyüşlərin yoxmudur sonu? 
Yüz qanun uydurur hər gəlib gedən.. 
Anlayan varmıdır tarixdə bunu – 
Bəşər bir-birinə zülm edir nədən? 
Yüz qanun uydurur hər gəlib gedən... 
Bəlkə də insanın əslindədir bu...(133, 79) 
 
Sonuncu misradan göründüyü kimi, şair həyatdakı bütün ziddiyyətlərin səbəbini 
məhz insanın özündə axtarır. Səməd Vurğun bu məsələyə Böyük Vətən müharibəsi 
illərində yazdığı bir sıra şerlərində, habelə «İnsan» pyesində yenidən toxunmuşdur. 
Şair Komandanı xəyalən anası ilə görüşdürür. Ana öz oğluna bildirir ki, şəhərdə 
ara qarışmış, ata da «Nökərdən şah olmaz!» – deyərək vuruşlara getmişdir. Deməli, 
ata və  oğul bir-birilə  əks cəbhələrdə vuruşurlar. Ana oğluna yalvarır ki, nəyin 
bahasına olursa-olsun, «ordudan canını qurtarsın», evə qayıtsın. 
Komandan bu düşüncələr içində özünə qəsd edir. O, bir xalqın övladlarının iki 
yerə parçalanıb bir-birini qanına qəltan etdiyi həmin dövrdə başqa çıxış yolu görmür. 
Bununla da şair inqilabın heç də hamı  tərəfindən razılıqla qarşılanmadığına işarə 
etmişdir. 
Əsərdə  Gəray bəy obrazı dolğun, həyati və  hərtərəfli göstərilməsi baxımından 
diqqəti xüsusi olaraq cəlb edir. Bir mülkədar kimi onun öz əqidəsi var və Gəray bəy 
bu  əqidəyə sadiqdir. Şair onun simasında iki cəhəti birləşdirmişdir. Birinci halda 
Gəray bəy var-dövləti  əlindən alınaraq çöllərə salınmış bir qaçaq və buna görə  də 
düşmənə çevrilmiş keçmiş mülkədar, ikinci halda isə qızı Humayın taleyini düşünən 
bir atadır. Əsərdə ayrı-ayrı mə- 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə