98
deyə mehribanlıqla müraciət etdiyi bu gəncin nakam taleyinə acıyır.
Cəlalı şairin «Xanlar» pyesində yaratdığı doktor Söhbətlə müqayisə etmək olar.
Doktor Söhbət pyesin ən maraqlı surətlərindən biridir. O, həqiqət axtaran, insanların
birlik və qardaşlığını arzulayan, qan tökülməsinə düşmən olan bir ziyalıdır.
Söhbət də əsərdə şair kimi verilmişdir. Onun gələcək haqqında səmimi, təmiz və
humanist arzuları da daha çox romantik sənətkarın diləkləri kimi səslənir və bu
cəhətdən Cəlala xeyli yaxınlaşır. O, ürəkdən sevdiyi Mehribanla söhbətində belə
deyir:
İnsanlar öpüşüb qardaş olsalar,
Dünyada nə matəm, nə məhbəs qalar.
Xəyal da, ilham da o vaxt ucalar. (130, 165)
Cəlalın da gələcək barədə arzuları işıqlıdır:
Şübhəsiz bir zaman gələr,
Tarixdən silinər mübarizələr.
Bu qanlı cəbhələr, qanlı silahlar,
Boğuq hıçqırtılar, dumanlı ahlar
Bütün varlığıyla bir neçə dönər,
Dünya başdan-başa təzə görünər. (133, 59-60).
Müəllif Cəlalı sonralar da unutmamış, əsərlərində xatırlamış, hətta «İnsan»
pyesində yaratdığı şair obrazını Cəlal adlandırmışdır.
Səməd Vurğunun əsərdə böyük məhəbbətlə yaratdığı obrazlardan biri də
Humaydır. Şair onu bu cür təqdim edir:
Humay düşündürür, Humay ağladır...
O nə Tatyanadır, nə Ofelyadır.
Həyata gəldiyi o gündən bəri
O küsgün baxışlı qara gözləri
99
Nələr düşündürür... Onun həyatı.
Sevgisi, taleyi, müqəddəratı
Hər zaman andırır vərəmli bir qış.
Bütün diləkləri gözündə qalmış. (133, 14)
Bu kənd qızı çox kövrək bir ruhda böyümüş, gözünü açandan sazın və çoban
neyinin səsini, bir də quşların nəğməsini eşitmişdir. Neyin səsini eşidəndə onun
gözləri yaşarır. O, heç vaxt böyük şəhərlərin səs-küyünü görməmiş, mütaliə
etməmişdir. Bütün bunların müqabilində o, saf Azərbaycanlı qızı, sevgisinə sadiq
insandır.
Şair bu əyalət qızının həyatda hələ bərkimədiyini bir misra ilə ifadə etmişdir:
Humay tək ayaqlı bir qərinədir. (133, 14)
Humay öz kökünə, mənsub olduğu xalqın adət-ənənələrinə möhkəm tellərlə
bağlıdır. O, Cəlalı böyük bir məhəbbətlə sevir, lakin atasının razılığı və xeyir-duası
olmadan ailə qurmaq istəmir. Buna görə də Cəlalın qoşulub qaçmaq barədə təklifini
qəbul etmir.
Azərbaycanda müxtəlif səbəblər üzündən qızın qaçırılması halları olmuşdur. Bu
səbəblərdən biri azad və qarşılıqlı məhəbbətin valideynlər tərəfindən qəbul
edilməməsi ilə bağlıdır. Tərəflərdən biri və ya hər ikisi bu işə razılıq vermədikdə
oğlanla qız son vasitə kimi qaçmalı olmuşlar. El arasında bu, «qoşulubqaçma»
adlanır. Humayla Cəlal da belə bir yol seçə bilərdilər. Cəlal da əvvəlcə belə bir fikrə
düşür. Onun «Qoşulub qaçmaq! Başqa bir iqlimə doğru yol açmaq!» təklifinə
Humayın cavabı öz kökünə bağlı Azərbaycanlı qızının həqiqi ürək sözləridir:
-Yox, Cəlal, olmadı. Şahiddir hamı,
Görürkən yuxuda qaçaq babamı
100
Hönkürüb ağlaram əlimdə yaylıq...
Bəlkə də bir günlük səfərə getmək,
Eşq üçün babamı atıb, tərk etmək
Ölümdən yamandır el-gün içində...
Sən onu axtar,
Hər nə sözün var
Özüylə danış
Nə yad, nə tanış
Gülməsin ona... (133, 39)
Göründüyü kimi, Humay övlad adını şərəflə daşıyır, «eşq üçün», öz nəfsi üçün
atasını atmır, istəmir ki, atası el tənəsinə məruz qalsın, düşmən ona gülsün. Humay
burada özünü Azərbaycanlı qızı kimi təsdiq edir.
Tədqiqatçı G .Lomidze bir münasibətlə oxucuya cavab olaraq belə yazmışdır:
«Mənə aydın deyildir ki, nəyə görə eyni zamanda həm insan, həm də millətin nü-
mayəndəsi sayılmaq olmaz?.. Cəmiləni (Ç.Aytmatovun «Cəmilə» povestinin qəh-
rəmanı – A.B.) öz çətin, özünəməxsus taleyi ilə, onun cəlb olunduğu konfliktli
mübarizə xüsusiyyətləri ilə başqa bir diyara, deyək ki, Rusiyaya, Belorusiyaya, Lat-
viyaya, yaxud Moldaviyaya köçürün. Cəmilə obrazı solğunlaşacaq, öz mahiyyətini
itirəcəkdir. Onun öz zəmini ilə bağlı iztirabları, əzabları, axtarışları inandırıcı
görünməyəcəkdir». (196, 110)
Görkəmli tədqiqatçının bu sözlərini eyni ilə Humaya da aid etmək olar. Humayın
hərəkətini yalnız onun özü, yəni Azərbaycanlı qızı edə bilərdi. Bəlkə də bu, başqa
birisi üçün təəccüblə qarşılanardı...
Atasının onu çox istədiyi üçün Cəlala verəcəyinə Humayda dərin bir inam vardı.
Humayın faciəsi də elə bunda idi. Burada o, bir xarakter kimi Cəlalla birləşir. Cəlal
kimi o da unudurdu ki, Gəray bəy heç vaxt qızını özünə düşmən hesab etdiyi adama
verə bilməz.
101
Gəray bəyi bir ata kimi ürəkdən sevən Humay Cəlalın qətlindən sonra sanki
«qəddarlaşır», Bəxtiyara belə deyir:
-Bəxtiyar! Babamın qanı halaldır...
Mənim ağladığım yalnız Cəlaldır... (133, 69)
Şairin qələmi ilə Humayın birdən-birə dəyişərək hətta ata qatilinə çevrilə
biləcəyi səhnəsi inandırıcı deyil. Atasının el içində başı aşağı olmasını istəməyən
Azərbayçanlı qızı bu sözləri deyə bilməzdi. Əsərin sonunda xəyalən də olsa, Gəray
bəyə «qatilim olsan da atamsan mənim» deməsi də bu fikrimizi təsdiq edir. Lakin
əsərin yazıldığı dövrdə, yəni Pavel Morozovların öz valideynlərini «sinfi düşmən»
kimi «ifşa etdiyi» həmin illərdə Humayın dilindən məhz bu cür deyilməli idi.
Humay da müəllifin sevimli obrazlarındandır. Şair bu obrazı sevə-sevə yaratmış,
sonradan yazdığı bəzi əsərlərində yenidən onu xatırlamışdır.
Yuxarıda qeyd etdiyimiz kimi, əsərdə mühüm yer tutan obrazlardan biri də
Bəxtiyardır. O, gənc olsa da inqilabi işdə bərkimişdir. Öz əqidəsində möhkəm və
dönməzdir, inqilabi işə sədaqətlidir. «Olsun inqilaba qanımız halal!» şüarına sadiqdir.
Bəxtiyar cəsur bir başçı, ehtiyatlı döyüşçü, xeyirxah insandır. Döyüşçü
dostlarının tənlükəsizliyi üçün əlindən gələni edir. Məhz onun təşəbbüsü və başçılığı
ilə gənclər iməclik təşkil edir, Qızyetər qarının «hisli daxmasını» uçurur, yerində ona
yaraşıqlı bir ev tikirlər.
Mirpaşa məscidə köpək bağlayanda Bəxtiyar onu tənbeh edir. Uzun əsrlər
ərzində xalqın beynində özünə yer tutmuş hər hansı bir adətin aradan götürülməsinə
çalışmağı yolverilməz sayır.
O, milli kökə bağlı bir insandır, gözəl tar çalır...
Bütün bunlarla yanaşı Bəxtiyar «yalnız ideya adamıdır» (B.Vahabzadə). Buna
görə də onun həyat barədə öz qənaətləri var və bunlar Bəxtiyarın «yalnız ideya
adamı» olması ilə şərtlənir.
Dostları ilə paylaş: |