126
mədov inqilabi fəaliyyət göstərmiş, sonradan partiya və sovet işlərində çalışmışlar.
Bu şəxslərdən birincisi elə həyatda da «Sarı Şəmistan» kimi tanınmış, ikincisi isə
«Topal Kərəm» adı ilə məşhur olmuşdur.
*
∗
«Şair fəal həyat müşahidəçisi idi. 1947-ci ildə canlı müşahidə etdiyi bir ailə ha-
disəsindən müqəəssir olaraq «İki sevgi» adlandırdığı realist səpgili bir dram əsərinin
iki kiçik səhnəsini yazdı. Burada, şairin özünün dediyi kimi, məqsədi «... böyük ilk
sevgi duyğusunu müqəddəs bir şey kimi necə qorumaq lazım gəldiyindən danışmaq»
idi. Lakin sonralar bu başlanğıç şairi təmin etmədi və həmin yazını birdəfəlik kənara
qoydu. Bunun əvəzində «Aygün» poemasını yazdı». (173, 149)
Səməd Vurğun «Aygün»ü (1952) epik səpgidə qələmə almışdır. Burada
həyatdan götürülmüş canlı lövhələr yaradılmış, daha çox öz fərdi cizgiləri ilə yadda
qalan obrazların daxili aləmi, hiss və düşüncələri, istək və arzuları, əzab və
sarsıntıları göstərilmişdir.
Təəssüflə qeyd etmək lazımdır ki, «Aygün» Səməd Vurğuna qarşı yeni hücum
və ittihamlar üçün növbəti bəhanə olmuşdur. 1937-1938-ci illərdən fərqli olaraq
həmin illərdə, yəni 1952-1953-cü illərdə şairi «hökmdarın hüzuruna» çağırmamışlar,
o özü buna cəhd etsə də imkan verməmişlər. Lakin ona çevrilmiş ittihamlar məhz
respublikanın yuxarı dairələrində hazırlanmış, icrası isə ayrı-ayrı adamlara
tapşırılmışdır, daha doğrusu, həmin adamlar bu aksiyaların məcburi iştirakçılarına
çevrilmişlər.
Vaqif Səmədoğlu bir hadisəni belə xatırlayır: «Qazaxdaydıq. Damcılı bulağa
gedən bir yolun tozunu qaldırırdıq maşınla. Yol qırağında bir oğlan uşağı beş-on
qoyun otarırdı. Atamla endik.
-A bala, adın nədir?- soruşdu Səməd Vurğun.
-Vaqif!
-Bu necə oldu, ə? Sən - Vaqif, bu - Vaqif, mən də Vaqif...
** Профессор Садыг Шцкцров бу барядя айрыжа мягаля йазмышдыр.
127
Kim vardısa orda-hamısı gülüşdü. Atamdan başqa. O, gülə bilməzdi.
Çünki 1952-ci il idi. O il Səməd Vurğunun qulağına tez-tez Cıdır düzündən bir
səs gəlirdi. Beli qırılmış ulu babasının fəryadı:
-A bala, özündən muğayat ol!». (160)
«Hürmüz və Əhrimən» poemasının yazılıb başa çatdırılmasına mane olan,
«İnsan» pyesini «mücərrəd əsər» kimi damğalayan, neçə-neçə dəyərli şerin üstündən
qara xətt çəkən «tənqidçilər» bu dəfə şairin «Aygün» poemasını hədəf seçmişdilər.
Poema «İnqilab və mədəniyyət» curnalında dərc edildikdən sonra «Kommunist»
qəzetində(107) M.Quluzadənin, «Ədəbiyyat qəzeti»ndə (38) isə M.C.Cəfərovun
tənqidi məqalələri çap olundu.
Səməd Vurğunun ev muzeyində mühafizə olunan bir sıra materiallar -onun
respublika rəhbərliyinə yazdığı ərizə və teleqramın surətləri, «M.Quluzadənin «ədəbi
səyanəti» adlı məqaləsi, şair Zeynal Xəlilin xatirələri və s. məhz həmin vaxtlar -
1952-ci ildə şairə qarşı hazırlanmış növbəti aksiya barədə məlumat verir.
∗
Deməli,
«tənqidi məqalələr» Səməd Vurğunu aradan götürmək üçün yeni bir bəhanə
olmuşdur. Mərhum yazıçı Süleyman Vəliyev öz xatirələrində belə yazmışdır: «Hər
işim yaxşı gedirdi. Birdən yenə rüzgar dəyişdi, yenə başımın üstünü qara buludlar
aldı. Böyük Vətən müharibəsində düçar olduğum qəzalarla əlaqədar olaraq məni
daxili işlər idarəsinə çağırıb dindirirdilər. Əsl məqsəd bu idi: bəzi məsələlərdə onlara
«kömək etmək», ən başlıcası Səməd Vurğuna qarşı çıxmaq, onu izləmək, böhtan
atmaq... Məni sorğu-suala çəkən müstəntiq Artur Baxşıyevin
*
bu sözləri indi də
qulağımdadır:
- Səməd Vurğunun evinə gedin. Ona ağır həyatınızdan danışın. O, ürəyi rəhm-
lidir, kömək edər... Söhbətarası eşidəcəksiniz
∗
Бу материалларын бязилярини шаирин гызы А.Вякилова мятбуатда юзцнцн юн сюзц иля дярж етдирмишдир.
*
С.Вялийев мцстянтигин адыны вя фамилийасыны дяйишдирмишдир.
128
ki, o, millətdən danışır, pantürkizmi müdafiə edir...
Mən qəti etirazımı bildirdim:
-Mən belə işlərlə məşğul ola bilmərəm. Əgər razılıq versəm də, Səməd məni
evində qəbul etməz, deyər ki, nasir deyiləm, əsərinizi nasirə oxuyun...»(176, 98)
Şair Zeynal Xəlilin xatirələrində oxuyuruq: «Poema çap olundu. Bir azdan sonra
isə «Kommunist» qəzetində tənqidçi M.Quluzadənin poema haqqında bir məqaləsi
dərc edildi... Bir az da keçdi, daha bir çox məsələlər aydın oldu. Aydın oldu ki, bu
məqalənin dərc edilməsində M.Quluzadə yalnız əldə bir oyuncaq olmuşdur. Məqalə
Səmədi ləkələmək, onu məhv etmək niyyəti ilə Mircəfər Bağırov və onun ən yaxın
əlaltıları olan... şöhrəstpərəst və vicdansız adamlar tərəfindən yazılmış, bu yolla çap
olunması təşkil edilmişdir».(178).
Azərbaycan Respublikası EA-nın müxbir üzvü Əziz Mirəhmədov həmin
məqalənin məhz, bir neçə şəxs tərəfindən yazıldığını belə xatırlayır: «Aygün» haq-
qında Quluzadənin məqaləsi mətbəəyə göndəriləcəyi gün təsadüfən mən redaksiyada
idim. Məqalənin makinadan çıxan səhifələrini iki-iki, üç-üç gətirib oxuyur və
səliqəyə salırdılar... Əlbəttə, redaksiyanın «gizli sirləri»nə hörmət əlaməti olaraq
həmin məqalə haqqında heç bir sorğu-sual verə bilməzdim və vermədim. Amma
məqalənin «Aygün» barəsində olduğunu həm sərlövhəsindən, həm də qeyri-ixtiyari
gözümə sataşan bəzi sözlərdən şəksiz başa düşdüm. Bir şey diqqətimi xüsusi cəlb
etdi. Makinadan gələn çirkli, yəni oxunub təshih olunmuş səhifələr üzərində nə qədər
qələm gəzmişdi... İxtisar və təshihlərdən, sətirlərin arasındakı əlavələrdən başqa,
haşiyələrdə bir çox iri parçalar əlavə olunmuşdu. Deməli, məqalə üzərində kimsə çox
sərbəst «əməliyyat» aparıb, eyni zamanda, ürəyini boşaltmışdı».(97, 235-236).
Zeynal
Xəlilin və Əziz Mirəhmədovun xatirələrindən o da məlum olur ki, bu
məqalə birmənalı qarşılanmamışdır. Şairin bədxahları bundan sevinmiş, onun yara-
dıcılığının pərəstişkarla-
Dostları ilə paylaş: |