Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   28   29   30   31   32   33   34   35   ...   85

 
 
118
iki iynənin ulduzlu tərəfinə pambıq dolayır və  hərəsini bir tərəfdən suya salırlar. 
Sonra iynələrin hərəkəti ilə mülahizələr söyləyirlər. Uğurlu halda iynələr müxtəlif 
səmtlərə  hərəkət etsələr də, axırda bir-birinə yaxınlaşıb bitişirlər.  Əksinə olanda isə 
iynələr o tərəf, bu tərəfə hərəkət edir və bir-birinə qovuşmurlar». (121, 179) 
Bu falın əyani şəklini «Komsomol poeması»nda görürük: Humay qabdakı suya 
iki sancaq salmışdır. Pambıqlı sancaqlar bir-birini suyun üstündə qovurlar. Bu cansız 
əşyalar üz-üzə  gələndə Humayın sevinci aşıb-daşır, rəngi açılır, taleyi gülür, 
«üzündən, gözündən məna tökülür». Bu yerdə şair sual edir: 
 
Bu bayram axşamı, bu əziz gündə 
Humay ürəyində nəyi tutmuşdur? (133, 55) 
 
Elə bu vaxt sancaqlardan biri suya qərq olur. Bundan sonra Humayın vəziyyəti 
də dəyişir. Qışqırmaq istəyir, lakin səsi çıxmır. Ürəyi döyünür, gözləri qaralır, nəfəsi 
təngiyir: 
 
Cəlalın başında xəta var, deyə  
Sinəsi töyşümüş qapıya çıxır.  
Əlini qaldırıb yalvarır göyə,  
Qəlbini yerlər də, göylər də sıxır. (133, 58) 
 
Humay bu vəziyyətdə yenə xalq inamına pənah aparır. O, «qapı pusmağa gedir: 
«Axır çərşənbə günü...axşamçağı qonşuların qapısını pusurlar. Qapıya yaxınlaşarkən 
eşidilən ilk sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. «İşığı 
yandır», «yaxşı olacaq» və s. olarsa, hər  şeyin yaxşı olacağı güman edilir. Əksinə 
«söndü», «viran qalsın» və s. kimi sözlər eşidiləndə pis tərəfə yozulur». (121, 179) 
Şair bu xalq inamını poeziya dilinə çevirir: 
 
Qayda belədir ki, birinci kərə  


 
 
119
Xeyir söz eşitsə şad olacaqdır;  
Yaman söz eşitsə yenə qəmlərə  
Qərq olub, içində qovrulacaqdır. (133, 56) 
 
Humay qorxudan yarpaq kimi əsir. O, necə  xəbər eşidəcəkdir? Bu dəfə tale 
Humayın üzünə gülür, içəridən gələn səs onu göylərə qaldırır: «Toyunu görək!» 
Bu iki kəlmə Humaya bütün dərdlərini unutdurur, onun gözlərində  hər  şey-
dağlar, daşlar, adamlar daha da gözəlləşir, qüzey qarı bir çəmənə çevrilir: 
 
De, qız nə eşitsə yaxşıdır birdən?  
Kimsə öz oğluna: «Toyunu görək!»  
Humay bir quş kimi durdu yerindən,  
Sıçrayıb göylərə qanad gərərək,  
Bir anda seyr edir asimanları,  
Ay kimi göylərə qız şəfəq yayır;  
Öpür, alqışlayır, hey salamlayır  
Dağları, daşları, sıx ormanları... (133, 56) 
 
Xalq inamının obrazın  əhvalına bu cür uyğunlaşdırılması  şairin poetik 
məharətini əks etdirir. 
Xalqımıza məxsus adətlərindən biri də  hər hansı bir arzunun, istəyin həyata 
keçməsi naminə  nəzir və ya sədəqə verilməsidir. Bu baxımdan Humayın xəstəliyi 
zamanı anasının var-dövlətini sədəqə verəcəyi barədə diləyi çox təbii səslənir. O, 
dizinin üstündə «Quran» allaha yalvarır, qızına şəfa diləyir: 
 
O görür, qızının yazıq halını,  
Qəfəsdə quş kimi özünü yeyir.  
Bütün dövlətini, bütün malını  
Humayın başına sadağa deyir,  
Qəfəsdə quş kimi özünü yeyir. (133, 76) 
 


 
 
120
Baş verəcək hər hansı bir hadisəni  əvvəlcədən yuxuda görmək, yaxud yuxu 
yozmaq da xalqımıza məxsus inamları  əks etdirir. Gəray bəy Cəlalı öldürür. Elə 
həmin gecə Humay dəhşətli bir yuxu görür. Bu cür yuxulara el arasında «qara 
basmaq» da deyirlər. Şair də bu ifadədən istifadə etmişdir: 
 
Humayı basmışdır yuxuda qara,  
Yazıq boğazından çəkilir dara.  
Yuxu ölüm kimi... Qız ağır yatmış,  
Vücudu istidən qan-tərə batmış.  
Ondan xəbərsizdir bu qoca dünya,  
Boğur qızcığazı gördüyü röya: 
Pəncəli, caynaqlı anaş qaraquş  
Götürüb Humayı göylərə uçmuş. (133, 66) 
 
Humay bu vəziyyətdə yuxudan oyanır və hiss edir ki, Cəlalın başında bir xəta 
vardır. Bu yuxu Cəlalla yanaşı, həm də Humayın gələcək faciəsinə işarədir. 
Artıq qeyd etdiyimiz kimi, Səməd Vurğun 1920-ci ildə komsomol sıralarına 
daxil olmuş, yeni quruluşu yaradanlardan biri kimi fəaliyyət göstərmişdir. Bununla 
yanaşı, o öz əsərlərində Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) barədə məlumat 
vermiş  (əlbəttə, mənfi planda), Cümhuriyyətin lideri M.Ə.Rəsulzadənin obrazını 
(əlbəttə, mənfi surət kimi) yaratmışdır.  Şair «26-lar» poemasında həmin illərdə 
keçirilmiş bir yığıncağı belə təsvir etmişdir: 
 
İndi xəbər verim oxucuma mən  
O «millət rəhbəri» Rəsulzadədən.  
Toplamış məclisdə müsəlmanları,  
Yağlı vədlərə tutmuş onları;  
Deyir: «Türkiyəni çağıraq gərək,  
Bizə kömək olsun qılınc çəkərək,  


 
 
121
Parlasın ədalət, mehri-hürriyyət,  
Ucalsın göylərə şərəfi-millət».  
-Şarlatan!  
-Afərin!  
Rəhbərə bir bax!..  
-Vətəni yadlara bunlar satacaq!...  
-Bir dayan!  
-Nə dedin?  
-O bir xaindir! 
Sözünün pərdəsi millətdir, dindir... (133, 156) 
 
Göründüyü kimi, şair bu parçada Azərbaycan Xalq Cümhuriyyətinin azadlıq, 
habelə türkçülük və islamlaşma barədə proqramını şərh etmişdir. M.Ə.Rəsulzadənin 
dörd misradan ibarət çıxışına indiki dövrün tələblərilə baxsaq, onda «mənfi planda» 
və «mənfi obraz» sözlərini işlətmərik. Bu barədə M.Ə.Rəsulzadənin özünün də çox 
maraqlı mülahizələri olmuşdur. Türkiyədəki azərbaycanlı mühacir, 
M.Ə.Rəsulzadənin yaxın silahdaşlarından biri Əbdül Vahab Yurdsevər belə 
xatırlmışdır: «...Bir gün Səməd Vurğunun «26-lar» poemasını Məhəmməd Əmin bəy 
Rəsulzadəyə göstərib dedim ki, bu əsərdə sizin adınız anılıb, fəqət satqın kimi.

 O, 
əsəri məndən alıb baxdı, sevincindən  şaşırmış bir halətdə dedi: -Bunu yazan çox 
böyük adamdır, fəqət, adım mənfi planda çəkilsə  də  gələcək nəsillərə varlığımı 
bildirər. Cocuq atasından soruşar, müsavat, müstəqil Azərbaycan haqqında həqiqətlər 
çözülər... Demək bunu yazan şair böyləcə  ağıl sahibiymiş. O ki, qaldı  məni satqın 
kimi göstərməyinə, öylə yazmasaydı, dərc olunmazdı». (42, 156) 
Qeyd etdiyimiz kimi, şairin «Üsyan» poemasında da Azərbaycan Xalq Cüm-
huriyyəti dövrü hadisələrindən bəhs edilir. 
«Komsomol poeması»nın «Kənddə teatr» fəslində də Azər- 
                                           

 «26-лар» поемасында М.Я.Рясулзадя сатгын дейил, дырнаг арасында «миллят рящбяри» кими тягдим олунмушдур. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə