20
Şair bu barədə 1944-cü ildə Respublika Ali Sovetinin sessiyasında danışmış, öz
irad və təkliflərini bildirmişdir. O, yenidən üzünü Azərbaycan tarixinin öyrənilməsi
üçün məsuliyyət daşıyan şəxslərə tutmuşdur: «Bizim tarixçilərimiz, filosof və
alimlərimiz Azərbaycan xalqının qədim bir dövlət quruluşuna sahib olmasını yeni
nəslimizə bir daha xatırlatmaq üçün Azərbaycan xalqının dövlət tarixinə, müxtəlif
əsrlərdə şöhrət qazanmış dövlət xadimlərimizin həyat və fəaliyyətinə, onların bizə irs
qoyub getdikləri dövlət quruluşu ənənələrinə aid böyük elmi əsərlər yaratmalıdırlar.
Bu sahədə bizim yazıçılarımızın da öhdəsinə böyük vəzifələr düşür. Biz, Azərbaycan
yazıçıları öz bədii sözümüz vasitəsilə tə-rəqqipərvər insanlar olmuş dövlət
xadimlərimizin, sərkərdələrimizin, diplomatlarımızın surətini yenidən canlandırmalı
və xalqımıza tanıtmalıyıq .(135,294)
Göründüyü kimi, şair tariximizdə hansı səhifələrin ilk növbədə öyrənilməsi üçün
təkliflər verir, tarixçilər qarşısında konkret vəzifələr qoyurdu. O, belə hesab edirdi ki,
ilk növbədə Azərbaycan dövlətinin və dövlətçiliyinin tarixi, dövlət quruluşu
ənənələri, habelə ayrı-ayrı dövlət xadimlərinin, görkəmli şəxsiyyətlərin həyatı və
fəaliyyəti öyrənilməlidir. Şair öz qələm dostlarını da bu istiqamətdə fəaliyyət
göstərməyə çağırırdı.
Xüsusi qeyd olunmalıdır ki, tariximizin öyrənilməsi sahəsində mütəxəssislərin
fəaliyyəti şairi heç cür razı salmırdı. O, «tarix cəbhəsinin geri qalmasını dözülməz»
hesab edirdi. Şair Azərbaycanın elmi tarixini yaratmağı tarixçilərdən təkidlə tələb
edir və eyni zamanda bu sahədə mövcud olan boşluğu müəyyən qədər doldurmağa
çalışır, bu məqsədlə tarixi mövzuda bədii əsərlər yazırdı. Akademik Məmməd Arif
onun fəaliyyətindəki bu cəhəti belə qiymətləndirmişdir: «Əgər Səməd Vurğun tarixçi
olsaydı, yəqin ki, eyni məqsədi qarşısına qoyar, Azərbaycan xalqının tarixinə aid
əsərlər yazar və bu xalqın tarix kitabında hələ heç kəs tərəfindən açılmamış bir çox
parlaq səhifələr açardı. Çünki tarix elmi hələ o zaman (1930-cu illər nəzərdə tutulur –
A.B.) lazımın-
21
ca inkişaf etməmiş və xalqın qədim zamanlardan bu günə qədər davam edən zəngin
tarixi yazılmamışdı».(111,27-28).
Azərbaycan tarixinin lazımi səviyyədə öyrənilməməsi və yazılmaması problemi
S.Vurğunun 1930-cu ildə qələmə aldığı, lakin sağlığında nəşr etdirmədiyi bir şerinin
də mövzusudur. «Lənkəran şerləri» ümumi başlıqlı həmin şeri şairin qızı Aybəniz
Vəkilova son illərdə üzə çıxarmış və özünün ön sözü ilə birlikdə mətbuatda dərc
etdirmişdir.(60,61) «Şer əski əlifba ilə yazıldığından və 1936-cı ildə şairlə orden
alması münasibətilə Ağdam və Lənkəranda görüşlər keçirildiyindən belə məlum olur
ki, şer məhz həmin il Lənkəran səfəri ilə əlaqədar qələmə alınmışdır».(60)
Şerdə göstərilir ki, uzun illər Azərbaycanın başı üzərində qara yellər əsmiş,
neçə-neçə igidlər dara çəkilmişdir. Lakin xalqımız məhv olmamış, düşmən qarşısında
mərdliklə dayanmış, ona layiqincə cavab vermişdir. Bunlar bizim tariximizdir,
Azərbaycan xalqının yaşamış olduğu taledir. Bütün bunlar elmi əsaslarla öyrənilməli,
qələmə alınmalıdır. Tariximiz elə öyrənilməlidir ki, bunun sayəsində dünya
Azərbaycan adlı bir məmləkəti yaxından tanısın.
Şerdə Azərbaycan tarixinin yazılması üçün məsuliyyət daşıyanlar, onun
araşdırıcıları ciddi tənqid olunurlar:
Bəzən olur yazıq şair
Keçmiş günə, bizə dair
Arxivləri axtararaq,
Yığın-yığın, qalaq-qalaq
Kitablara göz gəzdirir,
Açır, baxır, seçir bir-bir.
Bir parası əfsanədir,
Baş çıxmayır bunlar nədir?
Arif gərək məni qansın
Tarixçilər qoy utansın!
22
Yazılmamış tariximiz,
Tarixsizmi yarandıq biz?!
Şer Xəzər sahilində bitmiş «Qoca çinar»a xitabən yazılmışdır. Əslində bu çinar
Azərbaycanın rəmzidir. Şair də məhz Azərbaycana müraciət edir. Bu çinar ölkəmizə
qoşun çəkib gələnlərin, üzümüzə «dost kimi» gülənlərin üstünə kölgə salmalı olmuş,
elə buna görə də sonradan «pis günə» qalmış, öz müstəqilliyini itirmişdir.
Azərbaycanın rus çarizmi tərəfindən istilasına aid misralar nisbətən yaxın
keçmişimizin səhifələridir:
Külək vurdu çinarlığı...
Əsib coşan rus çarlığı
Üzərinə ordu çəkdi,
O, başında bostan əkdi...
Bu çölləri, bu dağları
Qapladı bir nalə səsi.
Qanlı çarın təntənəsi
Sevincindən göyə qalxdı,
Bizə «tatar» deyib baxdı.
Biz öldürdük generalı
Tapdaladıq o medalı...
Şair xalqımızın həyatında baş vermiş hadisələri xatırlatmaqla onları öyrənməyin
gərəkliyini bildirir, bu işdə tarixçilərə istiqamət verir.
S.Vurğun bunlarla yanaşı tarixi mövzuda əsərlər yazmış, tariximizin öyrənilməsi
işində mövcud olan boşluqların doldurulmasına öz töhfələrini vermək istəmişdir.
Onun tarixi mövzuda əsərləri məhz 1930-cu illərdə qələmə alınmışdır. Şair
Azərbaycan xalqının tarixinə aid əsərlər yazarkən həm bir sıra elmi mənbələrdən
faydalanmış, həm də folklorumuza müraciət etmişdir.
O, 1935-ci ildə mətbuatda «Azərbaycan» poeması üzərində
23
işlədiyi barədə məlumat vermişdi.(88). 1937-ci ildə isə belə yazmışdı: «Son zamanlar
mən «Azərbaycan» adlı böyük bir epopeya yazmışam. Burada mənim Vətənimin iki
min illik tarixinin əsas mərhələləri öz əksini tapmışdır»(135,73). Şair bu epopeyanın
30 poemadan ibarət olacağını bildirirdi.
S.Vurğunun şəxsi arxivində qırmızı cildli bir albom vardır. Albomun titul
vərəqəsində yazılmışdır: «Azərbaycan. Tarixi poema. 1934-1935. Səməd Vurğun.
Bakı» Epopeyaya daxil edilmiş əsərlər bunlardır: «Şairin türküsü» (S. Vurğunun
«Azərbaycan» şeridir), «Torpağın tələbi», «Sərgüzəşt», «Zərdüştün xülyaları», «Ölən
məhəbbət», «Bulaq əfsanəsi», «Qılınc və Quran», «Dar ağacı», «Füzulinin dərdi»,
«Qız qayası», «Şairin ölümü», «Aslan və Mahniyar» («Aslan qayası»)
«Acı
xatirələr», «Ölməz qəhrəmanlar» («26-lar poeması»), «Üsyan və Quran» («Üsyan»
poeması), «Ordenli qəhrəman».
Əlyazmadan görünür ki, şair otuz poemanın hamısını yazmamış və buna görə də
«Azərbaycan» adlandırdığı epopeyanı bütöv şəkildə dərc etdirməmişdir. Bu poe-
malardan bəziləri «Azərbaycan» ümumi qeydi ilə mətbuatda çap olunmuşdur.
Şair özünün məşhur «Azərbaycan» şerini «Şairin türküsü» adı ilə epopeyanın
proloqu kimi buraya daxil etmiş, daha sonra «Torpağın tələbi» adlandırdığı parçanı
vermişdir.
«Torpağın tələbi»ndə sanki şair xalqımızın tarixinin bəzi qaranlıqlarının
işıqlandırılmasını öz öhdəsinə götürmüşdür. Burada «Torpağın tələbi» Vətənin, elin
tələbi mənasında başa düşülməlidir. Şair özündən tələb edir ki, Azərbaycanın durna
gözlü bulaqlarında yadların öz süngülərini yuduğunu, başımızın üstündən fırlana-
fırlana yerə sancılmış oxları, xalqımızın yadellilərə bac verdiyini qələmə alsın:
Şairim, bir yaz ki, məndə nələr var, məndə həqiqətlər, əfsanələr var.
Deməli, şairi narahat edən yenə də xalqımızın tarixinin öyrənilməməsi prob-
lemidir.
S.Vurğun bu epopeyaya daxil etdiyi «Dar ağacı» poemasını
Dostları ilə paylaş: |