Ајәтуллаһ-үзма Мәһәммәд Фазил Ләнкәрани



Yüklə 2,08 Mb.
səhifə2/23
tarix01.11.2017
ölçüsü2,08 Mb.
#7817
1   2   3   4   5   6   7   8   9   ...   23

هذَا مَا أَمَرَ بِهِ عَبْدُ اللهِ عَلِيٌ أَميِرُ الْمُؤْمِنِينَ، مَالِكَ بْنَ الْحَارِثِ الاَْشْتَرَ فِي عَهْدِهِ إِلَيْهِ، حِينَ وَلاَّهُ مِصْرَ


Bu fərman Allah bəndəsi Əli Əmirəl-mö’minin peymanı əsasında Haris oğlu Malik Əştər Misirə hakim seçilərkən ona ünvanlanır.”

Belə görünür ki, həzrət Əli “Allah bəndəsinin əmri əsasında tə’birləri ilə İslam maarifinin iki mühüm və əsas nöqtəsinə işarə edir: qəflətin aradan qaldırılması və Allaha bəndəlik sayəsində ağalıq.


QƏFLƏTİN ARADAN QALDIRILMASI


Qüdrət sahibləri üçün ən böyük bəla (onların əksərini fəsada, günaha, zülm-sitəmə, istismar və qətlə sürükləyən səbəb) özlərindən və necəliklərindən qəflətdir. Əgər istənilən bir məqama yüksəlmiş hakim və qüdrət sahibi öz fiziki və mə’nəvi qüvvələrinin başqa bir mənbədən qaynaqlandığını bilsə, bütün bu imkanların əta edən varlıq tərəfindən istənilən bir anda geri alına biləcəyinə inansa, kimsəyə zülm etməz, savaş və tüğyan fikrinə düşməz. Bu bəlaya diqqətsizlik göstərib Allahın əzəmətini və öz heçliyini anlamayan şəxsin azğınlığı hər an güclənəsidir. Zahiri məqam və taxta oturmuş Əli (ə) da özünə xitabən deyir: “Agah ol ki, nəyin varsa Ondandır və Ona doğrudur.”

ALLAHA BƏNDƏLİK SAYƏSİNDƏ AĞALIQ


Həzrət Əlinin (ə) düzgün İslam dünyagörüşünün əsasını təşkil edən baxışına əsasən, məqam və rəyasət gücü, mə’nəvi nüfuz, bir sözlə, ağalıq (qarət və sitəmkarlıq yox, həqiqi ağalıq) Allaha bəndəlik sayəsində mümkündür.

Həzrət Əli (ə) bu mövzunu bəyan etmək üçün “əmr” sözündən sonra “Allahın bəndəsi” tə’birini qeyd edir və bu bəyanla həqiqi ağalıq səbəbini, yə’ni bir olan xaliqin varlığını önə çəkir.


VALİNİN MƏS’ULİYYƏTLƏRİ

جِبْوةَ خَرَاجِهَا، وَجِهَادَ عَدُوِّهَا، وَاسْتِصْلاَحَ أَهْلِهَا، وَعِمَارَةَ بِلاَدِهَا


Misir vilayətində Malikin vəzifələri bunlardır: Xərac (vergi) toplamaq, düşmənlərlə cihad, əhali arasında sülh və əmin-amanlıq yaratmaq, şəhərlərin abadlığı.”

Həzrət Əli (ə) bu bəyanla Malik Əştərə həvalə olunan hakimiyyətin çərçivəsini dörd məsələ əsasında müəyyənləşdirir: Xərac, müdafiə, islah, abadlıq.


XƏRAC TOPLANMASI


“Xərac” dedikdə xüsusi bir vergi nəzərdə tutulur. Bildiyimiz kimi, Misir camaatı İslamı könüllü şəkildə qəbul etməmişdi. Onlar müsəlmanlara müqavimət göstərə bilmədiklərindən təslim olub İslamı qəbul etmişdilər.

Fiqhi terminalogiyada İslam qoşununun sülh-sazişsiz, hərbi qələbə ilə əldə etdiyi torpaqlar “əraziyyu məftuhətil-ənva” adlanır. Belə torpaqlar bütün müsəlmanlara məxsusdur və hamının bu torpaqlarda payı var. Bu əsasla İslam dövləti və İslam hakimi uyğun torpaqları müsəlmanlar arasında bölüşdürür. Pay torpağın müqabilində illik icarə alınır. Belə bir icarə haqqı fiqhi terinalogiyada “xərac” adlanır.


DÜŞMƏNLƏRDƏN MÜDAFİƏ


“Cihadə əduvviha” tə’birindən aydın olur ki, həzrət cihad dedikdə müdafiə savaşını nəzərdə tutmuşdur. Əhli-beyt (ə) rəvayətlərinə əsasən (eləcə də şiə fəqihləri icmasına görə), ibtidai cihad, yə’ni müsəlmanların ilkin olaraq hücum çəkməsi yalnız mə’sum imamın hüzuru ilə mümkündür. Qeyb dövründə ibtidai cihada icazə verilmir. Aydın olur ki, mə’sum imamın birbaşa nəzarətindən xeyli uzaq məntəqəyə göndərilən Malik qeyb dövründəki kimi hərəkət etməli, hərbi yürüşlərdən çəkinib, müdafiə işləri ilə məşğul olmalı idi. Mə’sum imamdan uzaqda olan valinin ibtidai cihad icazəsi yox idi.

XALQIN İSLAHI


Deyilənlərdən aydın olur ki, valinin vəzifəsi təkcə xalqın iqtisadi və dünyəvi işləri ilə məşğul olmaq deyil. Xalqın islah və tərbiyəsi də valinin əsas vəzifələrindəndir.

Beləcə, mə’sumlar diqqət yetirməlidirlər ki, onların işi küçələri asfaltlamaq, əhaliyə məişət xidmətləri göstərməklə başa çatmır. İslam cəmiyyətində hər bir məs’ul insanların mə’nəvi durumuna diqqət yetirməli, mə’nəvi məsələlərin tənzimində aparıcı rol oynamalıdır. Onlar “bu iş ruhanilərin vəzifəsidir və bizə aid deyil” deyib uyğun insani və islami məs’uliyyətdən qaça bilməzlər.


ŞƏHƏRLƏRİN ABADLIĞI


Valinin mühüm vəzifələrindən biri şəhər və kəndlərin öhdəsində olan ərazilərin abadlığını tə’min etməkdir.

Tarix boyu İslamın ünvanına yazılmış böhtan və iftiralara baxmayaraq, İslam xristian rahibliyindən fərqli olaraq İslam cəmiyyətinin maddi və rifah problemlərinə yetərincə diqqət ayırmış və ayırmaqdadır. İslam Allahı yaddan çıxarmayacaq həddə, zülm-sitəm və istismara səbəb olmayan qədər dünyəvi ne’mətlərdən və maddi ləzzətlərdən faydalanmağı qanuni sayır.


CƏMİYYƏTİN İSLAH VƏ TƏRƏQQİSİ ÜÇÜN ÖZÜNÜTƏRBİYƏ ZƏRURƏTİ

أَمَرَهُ بِتَقْوَى اللهِ


(Həzrət Əli (ə)) Maliki ilahi təqvaya (Allahdan qorxmağa) çağırır.

Əgər təqva əmri əvvəlki cümlələrlə əlaqəli nəzərdən keçirilsə, aydın məfhum və yetərli mə’na kəsb edər. Ötən cümlələrdə həzrət Əli (ə) xalqın islah və tərəqqisini bir vali vəzifəsi kimi Malikin nəzərinə çatdırır. Mə’lum məsələdir ki, təqvası olmayan, nəfs istəkləri və heyvani hisslər sorağınca gedən bir vali tabeçiliyində olan xalqı doğru yola sövq edə bilməz. Çünki hidayətçi (doğru yola çağıran) insanın təbliğdə ilk rabitəsi özü ilədir. Əgər bu insan azğın nəfs istəklərini cilovlayıb, ağıl və mə’nəviyyata tabe edə bilsə, özünü hidayət etmiş olacaq. Yalnız bu işdən sonra o vücudundan xaricdə, tə’sirli olub, cəmiyyəti xeyirə sövq edə bilər. Amma özü ilə rabitədə azğın nəfs istəklərinə tabe olan, öz tərbiyəsində müvəffəqiyyət əldə edə bilməyən insan başqalarını doğru yola sövq edə bilməz. Təbii ki, həmişə yanında olan nəfslə mübarizədə müvəffəqiyyət qazana bilməyən insan arabir rastlaşdığı fərdlərlə rabitədə, həm də cəmiyyət səviyyəsində qalib gələ bilməyəcək.

Mə’sum imamların təqva mövzusundakı bəyanatlarından mə’lum olur ki, təqva insanın özünə baxışı, nəfsə nəzarəti və hakimiyyəti mə’nasındadır. Təqva bir qrup rahattələb xanənişinin özünə şüar etdiyi kimi, mübarizə meydanını tərk edib, İslam cəmiyyəti və ümmətdən uzaqlaşmaq deyil.

SƏADƏT VƏ BƏDBƏXTÇİLİK YOLU


İslam dünyagörüşündə ilahi göstərişlərə itaət səadət, ilahi göstərişlərə itaətsizlik bədbəxtçilikdir. Bu islami me’yarı ətraflı şəkildə açıqlamazdan öncə həzrət mövlanın buyuruqlarına nəzər salaq:


Yüklə 2,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə