Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə57/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   53   54   55   56   57   58   59   60   ...   74

Fəlsəfi Diskurs 
 
 
- 173 -
əqiqəti da-
im axtarmaqdır. Fəlsəfə bütün elmlərdən ucadır. “Bütün elmlər vacibdir, la-
kin fə
qəddəs və qiymətlisi yoxdur” (Aristotel). 
ki, onları aydınlaşdırmadan, bu və ya digər elmi nailiyyətlərin, kəşflərin, 
konsepsiya və nəzəriyyələrin əhəmiyyətini müəyyən etmək qeyri mümkün-
dür. Elm fəlsəfə kimi universal səciyyə daşımır. Fəlsəfə bütün mövcudatı öz 
maraq dairəsinə daxil edir. Düzdür, neopozitivistlər fəlsəfənin verifikasiya-
ya zidd olan bu xüsusiyyətini qəbul etməyərək bildirirdilər ki, fəlsəfəni nə 
elm maraqlandırır, nə dünya, nə də ki siyasət; o, heç ruh haqqında da elm 
deyildir; o, ifadələrin qeyri-müəyyənliklərinin açılmasıdır, onun maraq dai-
rəsi “dilin arxitekturasında yerləşir”. Heç bir elmin fəlsəfəyə ehtiyacı yox-
dur, elm özü-özü üçün fəlsəfədir prinsipini irəli sürən həmin neopozitivistlər 
fəlsəfəni ciddi və məhsuldar elmə çevirməyi təklif edirdilər. Lakin onlar an-
lamırdılar ki, insan fəlsəfəsiz keçinə bilməz, insanı  fəlsəfəyə  gətirən onun 
ruhudur, instinktidir, onu düşünməyə vadar edən həyat üsuludur. Hegel de-
mişkən, “bəşəriyyət həmişə əmin olmuşdur ki, odsuz yaşamaq mümkün ol-
madığı kimi fəlsəfəsiz də yaşamaq mümkün deyil”. Orteqa-i-Qasset deyirdi 
ki, fəlsəfə elm deyildir. O, elmdən artıqdır. Bu o deməkdir ki, filosof həm də 
elmin nailiyyətləri ilə tanış olmalıdır və onları ümumiləşdirməlidir. Bununla 
da o, ayrı-ayrı xüsusi elmlərin verə bilmədiyi yeni bilikləri verir. Xüsusən, 
elmlərin diferensiasiyasının gücləndiyi müasir dövrdə bu çox əhəmiyyətli-
dir. Elm və fəlsəfə tarixi baxımdan da fərqlənir. Əgər elmin mükəmməl so-
sial mənəvi törəmə kimi tarixi XVI-XVII əsrlərdən başlanırsa (Q.Qaliley, 
İ.Kepler, İ.Nyutonun fəaliyyətilə) fəlsəfənin tarixi təqribən 2500 il bundan 
əvvələ gedib çıxır. Bildirilir ki, insanlar ilk dəfə onları əhatə edən ətraf alə-
min necəliyi, şeylərin təbiəti və hadisələrin səbəbi haqqında düşünməyə baş-
layan andan fəlsəfənin də tarixi başlanmışdır. Fəlsəfə daim axtarışdadır. 
Onun mahiyyəti əbədi və mütləq həqiqətə nail olmaq deyil, bu h
lsəfədən daha mü
 
Ervin Səlimov: 
Mən hesab edirəm ki, tarix, ədəbiyyat, riyaziyyat və fəlsəfə elm deyil-
dirlər. Tarix faktların toplusudur, o, keçmişdir, yaddaşdır. Mən tarixi hətta 
faktologiya adlandırardım. Xüsusən də ona görə tarixin elm olması  məndə 
şübhə doğurur ki, hər növbəti dövrdə tarixə yenidən baxış edilir, tarix yeni-


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 174 -
buta yetib-yetməməsidir. Fəlsəfənin isə predmet dairəsinə aid 
olan ş
azdır. Buna görə də, fəlsəfə daha çox dünyagörüşü-
nə aid
dən yazılır, bəs onda həqiqət hanı? Riyaziyyata gəlincə, qeyd etmək istər-
dim ki, hansısa filosof, səhv etmirəmsə, Kant demişdi ki, hər hansı bir elm 
onda riyaziyyatın olması nisbətində elmdir. Yəni riyaziyyat ölçüləcək  şey-
lərdən bəhs edən istənilən elmdə özünə yer alıb özü isə elm deyildir. Ədə-
biyyat isə insanların hisslərinə, duyğularına yönələn bir şeydir və orada el-
milik ola bilməz. İnsanların zövqləri müxtəlifdir. Buna görə də biri poeziya-
ya, biri romanlara, biri komediyaya, digəri isə faciəyə üstünlük verir. Fəlsə-
fə isə ona görə elm deyildir ki, burada söhbət əsasən mütləq həqiqətlərdən, 
əbədi şeylərdən, mütləq mahiyyətlərdən gedir ki, onları sübut etmək müm-
kün deyil. Bildiyimiz kimi, elmiliyin birinci meyarı onun irəli sürdüyü müd-
dəaların sü
eylər sübut olunm
dir. 
 
Üzeyir Fatiyev:  
Fikrimcə, elm özü təbiət və cəmiyyətdə baş verən hadisə, proseslər və 
obyektlər arasında müəyyən nizamlı qanunauyğunluqlar  əsasında fəaliyyət 
göstərən  əlaqələri, asılılığı, təsirləri və  dəyişiklikləri öyrənir və biliklərin 
sistemli toplusudur. Bu mənada, qanunauyğunluqları iki böyük qrupa: a) kə-
miyyət qanunauyğunluqları və b) keyfiyyət qanunauyğunluqlarına ayırmaq 
olar. Tarix yaxın və uzaq keçmişdə baş vermiş hadisələrin təsviri və qısa xü-
lasəsidir. Hər bir fakt öz-özlüyündə fərdidir və fərqlidir. Bu hadisələr arasın-
da hansısa kəmiyyətlərlə (düsturlarla) ifadə olunan ciddi asılılıq(lar) möv-
cud deyil. Həmçinin, tarix keçmiş zamanlarda baş vermiş hadisələrin təsviri 
olduğu üçün onu yazan və qeydə alan şəxslərin baş vermiş həmin hadisələ-
rin real gedişinə və dəyişdirilməsinə faktiki təsir imkanı yoxdur. Sadəcə hə-
min hadisələri qeydə alan şəxs və şəxslər qrupu həmin hadisələri öz üslubu-
na,  əqli və  məntiqi təfəkkürünün səviyyəsinə uyğun təqdim edə bilər. Bu 
təqdimatın özü baş vermiş hadisələr və onların iştirakçıları haqqında yanlış 
təsəvvür də yarada bilər. Hadisə, obyekt və proses real vəziyyəti ilə onun ta-
rixi təsviri arasında əhəmiyyətli fərq ola bilər. Deməli, bu kontekstdə götür-
sək, hadisələr arasında kəmiyyət ifadəsində (riyazi düstur və asılılıq) təsvir 
edilə bilən qanunauyğunluq olmadığını və təsvir edilmiş faktların subyektiv 


Fəlsəfi Diskurs 
 
 
- 175 -
amildən ciddi şəkildə asılı olduğunu nəzərə alsaq, tarix elm sayılmamalıdır. 
Həmçinin hadisəni qeydə alan şəxs baş verən hadisəni müəyyən düstura və 
kəmiyyət asılılığına əsaslanaraq başqa dövr və ya zamanda baş vermiş hadi-
sələrə tətbiq edə bilməz. Başqa sözlə, ciddi kəmiyyət asılılıqlarının olmama-
sı tarixi elm adlandırmağa imkan vermir. Lakin tarixi faktlardan çıxan mən-
tiqi nəticələr oxşar gözlənilən hadisələrin gedişatını və nəticələrini ehtimal 
etməyə imkan verə bilər. Ehtimal olunan nəticə ilə gözlənilən hadisənin baş 
verməsindən sonra yaranacaq faktiki nəticə arasında olan fərq isə, ehtimal 
edən şəxsin fərdi keyfiyyətlərindən də asılı olacaqdır. Bu isə tarixə faktoqra-
fik kontekstdə baxdıqda onun elm adlandırılmasına imkan vermir, lakin 
faktlardan çıxan nəticələrin oxşar gözlənilən hadisələrə tətbiq edilə bilinmə-
si onu elm adlandırmağa şərait yaradır. Tarix faktların sistemli təsviri oldu-
ğu halda, ədəbiyyat sözlərin sistemli təsviridir. Ədəbiyyatın özü deyil, onun 
öyrəndiyi sahənin hansısa bir hissəsi elm sayıla bilər. Məsələn, əruz vəzni-
nin özündə müxtəlif söz və ifadələrin ardıcıllığına tətbiq edilən müəyyən qa-
nunauyğunluq var. Bu qanunuyğunluq sözlərin məntiqi harmoniyasının qey-
ri-riyazi üsulla ifadəsidir. Riyaziyyat isə hadisə, proses və obyektlər arasın-
da ciddi riyazi düsturlarla ifadə oluna bilən kəmiyyət əlaqələrinin araşdırıl-
masıdır. Bu düsturlarda istifadə olunan rəqəm və  işarələr təbiətdə mövcud 
olan müəyyən obyekt və hadisələrin arasındakı asılılıqların simvolik ifadəsi-
dir. Bu düsturlar həmin qanunauyğunluqları (qanunları) oxşar hadisələrə də 
tətbiq etməyə və oxşar nəticəyə (nəticələrə) gəlməyə imkan verir. Bu məna-
da riyaziyyat elm sayılmalıdır. Mənim fikrimcə (bu sırf subyektivdir), təbi-
ət, cəmiyyət və mənəviyyatın özünün inkişafı müəyyən qanunauyğunluqlara 
tabedir və mürəkkəb riyazi düsturlarla ifadə olunur/oluna bilər. Riyaziyyat 
isə təbiətin həmin qanunauyğunluqlarının riyazi düsturlarla ifadə oluna bili-
nən hissəsini öyrənir. Bəs təbiətin qanunauyğunluqlarının riyazi düsturlarla 
ifadə oluna bilinməyən hissəsi necə? Burada isə fəlsəfə bir elm kimi ortaya 
cıxır. Fəlsəfə ciddi riyazi düsturlarla ifadə olunan kəmiyyət qanunauyğun-
luqlarını deyil, kəmiyyət və keyfiyyət qanunauyğunluqlarının  əsasında da-
yanan ümumi qanunauyğunluqları öyrənən bir elmdir. Başqa sözlə, fəlsəfəsə 
ümumi qanunauyğunluqları, riyaziyyat isə, riyazi asılılıqlarda/düsturlarda 
ifadə edilən qanunuyğunluqları öyrənən elm sayılmalıdır. Fəlsəfə elmi fun-


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə