Afse a fəLSƏFƏ


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə56/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   52   53   54   55   56   57   58   59   ...   74

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 170 -
fəlsəfənin sərhədsizliyi ilə müqayisə oluna bilməz, amma elmi idrak fəlsəfi 
ədəbiyyatla həyata keçirildiyi vurğulanır. Buna görə də, dünyanı bədii for-
mada əks etdirən ədəbiyyat fəlsəfə üçün ən mötəbər mənbələrdən biri sayı-
lır. Bu sənət növünü müxtəlif rakurslardan tədqiq edən və tədqiqat prosesin-
də heç də onun batini anlamlarını dərk etməyə çalışmayan ədəbiyyat (şünas-
lıq) humanitar elmdir. Ədəbiyyatı elm kimi öyrənmək istəyəndə, onun sahə-
sini daraldıb hüdudlara salırıq, onu idrakın obyekti qəbul edəndə isə, hüdud-
lardan azad edirik. Pifaqorun riyaziyyatı ilə riyaziyyat elmini müqayisə et-
dikdə, həmin mənzərə yaranır. Riyaziyyat həqiqi aləmin fəza formalarını və 
kəmiyyətlər arasındakı münasibətləri öyrənir. Rasional müstəvidən görünən 
"həqiqi aləm" irrasional müstəvidən görünən "həqiqi aləm"dən məhduddur. 
Belə olan halda, riyaziyyat elm çərçivəsində daha dar anlayışdır, idrakın ob-
yekti olan varlığı  əksetdirmə aspektində isə onun hüdudsuzluğu aşkar olu-
nur.  Şopenhauer demişdir: "Bütün təbiət elmlərinin qaçılmaz çatışmazlığı 
var – onlar təbiətin subyektiv tərəflərini unudaraq onu yalnız obyektiv tərəf-
dən qiymətləndirirlər." (Burada təbiətin rasionalla və irrasionalla dərkindən 
söhbət gedir.) "Təbiət elmləri" içərisində yaradılışın (obyektiv və subyektiv 
tərəflərinin) vəhdətdə öyrənilməsinin mümkünlüyü fizika ilə metafizikanın 
birliyində ortaya çıxır. Yalnız belə  vəhdətdə Varlıq haqqında fundamental 
biliklər əldə olunur. Fizika yunan metafizikasından ayrıldıqdan sonra, feno-
menologiya yolu ilə getmiş və yenidən metafizikaya cəlb olunmuşdur. XX 
əsrdəki kəşflər (nisbilik nəzəriyyəsi, kvant nəzəriyyəsi) fizika ilə metafizika 
arasındakı süni sərhədləri silmişdir. Təbiəti və  bəşəriyyəti tədqiq və ifadə 
edən bütün təlimlərə ikili mövqedən yanaşmaq olar: 1. Təlimlər xüsusi me-
todologiyalar vasitəsilə  təlimlərin özlərinin öyrənilməsi məqsədilə inkişaf 
etdirilir və onlar ayrıca elm sahəsi kimi fəaliyyət göstərir. 2. Təlimlər geniş 
anlamda varlığın dərk olunması prosesının tərkib hissəsi kimi çıxış edir, elm 
sərhədlərini aşaraq fəlsəfi koqnisiya statusu alır. Bu zaman təlimlərarası, sa-
hələrarası əlaqələr yaranır, fəlsəfi idrakla elmi metodologiyalar arasında də-
rin daxili əlaqələr üzə  çıxır. Dünyanın, kainatın dərki işindəki uğurlar və 
proqres belə  əlaqələrin realizə olunması  şəraitində mümkündür. Bertran 
Rassel demişdir ki, elm sizin bildiklərinizdir, fəlsəfə isə – bilmədikləriniz. 
İnsanın bildikləri həmişə bilmədiklərindən az olduğu üçün, elmin sərhədləri 


Fəlsəfi Diskurs 
 
 
- 171 -
rdik 
ki, fə
ətdir. Bütün təlimlərin, sənətlərin, sahələ-
rin ba
idraka xidmət edə bilər. Lev Tolstoy elmin missiyasını belə qiymətləndirir: 
"Elmin işi insanlara xidmətdir." Biz bu fikrin davamı kimi demək istə
lsəfənin işi isə insanlığa xidm
şında duran "fəlsəfə bütün elmlərin kraliçasıdır!" (Tomas Mann). 
 
Dos. Dr. Sədaqət Əliyeva: 
Tarixin, ədəbiyyatın, riyaziyyatın, fəlsəfənin elm olub-olmadığını de-
mək üçün əvvəlcə gərək elmin nə olduğunu aydınlaşdırasan. Elm – təcrübi, 
hissi və nəzəri biliklərdən alınan nəticələrin daha mükəmməl simvollaşdırıl-
mış  və sistemli formasıdır, bilik kumulyativ əsaslarla üst-üstə toplanır, in-
formasiya kimi, elm isə əqli nəticə kimi digər düzgün, qəbul edilmiş müha-
kimələrin doğruluğuna istinad edir. Tarix yalnız kontent – analizdə elm kimi 
işlənə bilər, yəni statistik faktlar çox asanlıqla tarixi faktlara, tarixi faktlar da 
asanlıqla statistik faktlara çevrilə bilər, digər heç bir halda tarix elm ola 
bilməz, çünki o, keçmişlə, zamanla bağlıdır. Zaman bölgüləri isə şüur üçün 
bir qavrayış alətidir, zatən bu bölgü mövcud deyil. Antik fəlsəfədə və mifik 
təfəkkürdə belə bir bölgü olmamışdır. Ədəbiyyatı təhkiyə, yaxud poeziya ki-
mi qəbul etsək, Ekonun dediyi kimi ədəbiyyat narrativ analizin fiksiyasıdır. 
Əgər nəzərə alsaq ki, riyaziyyat da real münasibətlərin və ölçülərin idealiza-
siyası ilə formal nəticələr çıxarır və bütün modelləşdirmələrdə idealizasiya 
vardır, deməli, heç riyaziyyat da elm deyil. Yəqin ki, buna görə A. Eynşteyn 
demişdi ki, Dostoyevski ona daha çox şey verib, nəinki Qauss. Qalır bircə 
fəlsəfə.  İ.Kant xalis zəkanı da, praktiki zəkanı da, mühakimə qabiliyyətini 
də  tənqid edib və onları öz transsendental fəlsəfəsində birləşdirib, özündə 
olanla qazanılanı ümumiləşdirdikdə E. Qusserlin “elmi fəlsəfə” adlandırdığı 
fenomenologiya yaranıbdır. Fenomenologiya guya ki, predmetləşməni, in-
tensionallığı  əsas götürüb “təmiz bilik” üzərində  tədqiqat aparır. Guya ki, 
“elm haqqında elm” saf elmi fikir yaradır və çoxluğun içərisindən fenomen-
ləri yuyub arıdıb meydana qoyarkən, E. Qusserl haradasa fenomenoloji re-
duksiyaya ümid edir. Qəribədir ki, istəyirsən predmeti onun haqqında olan 
təsəvvür və mühakimələrdən ayrıca götür, istəyirsən predmeti özündə  şey 
kimi qəbul et, istəyirsən, şüur illüziyasını göylərə qaldır, istəyirsən obyektiv 
reallığın qeyri-obyektivliyinə istinad et, – fərqi yoxdur, bütün hallarda əsas 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 172 -
illiyində deyil, fəlsəfənin gö-
zəlliyi onun birləşə bilmək qabiliyyətindədir, o şüurun bütün momentlərində 
qəlbin
irə bilir. Punto filo... 
məsələ, yalnız kimin nə dərəcədə həqiqətə yaxınlaşa bilməsi məsələsi önəm 
daşıyacaqdır.  Əgər buraya Hegelin məntiqdə tapdığı dialektikanı da əlavə 
etsək, cəsarətlə deyə bilərik ki, fəlsəfə də elm deyil. İ.İ.Qarin fəlsəfəni belə 
xarakterizə edirdi: “Fəlsəfə, düşüncə tərzidir, dialoqdur”. Amma bütün hal-
larda,  əvvəlcə dünyanın hissi modeli mövcud olub, sonra isə elmi modeli. 
Dində əks olunan hissi model, fikirlə ifadə olunan elmi modeldən güclüdür. 
Bütün modellərdə, az və ya çox olmasından asılı olmayaraq, təhrif vardır. 
Fəlsəfənin gözəlliyi onun müdrikliyində, kam
 çalarlarını əks etd
 
Osman Hacıyev: 
Bütün fəlsəfə bir ağaca bənzəyir. Onun kökü metafizika, gövdəsi fizi-
kadır, həmin gövdədən ayrılmış budaqlar isə başqa elmlərdir. R.Dekart. Ta-
rixdə şərhetmə, riyaziyyatda formallaşdırma, ədəbiyyatda gerçəkliyin bədii 
obrazlı inikası. Bəs fəlsəfədə? Fəlsəfədə isə ANLAMA. Tarix, riyaziyyat və 
ədəbiyyatın müxtəlif metodlarının adlarını çəkmək olar. Fəlsəfənin – Anla-
manın isə metodu yoxdur, o, intuitivdir. Elm isə intuitiv ola bilməz. Elm 
faktlardan, nəzəriyyələrdən, fundamental qanunlardan, ideyalar, prinsiplər-
dən ibarət,  əsasında məqsədyönlülük duran, predmetinin “nə  tədqiq olu-
nur?”, metodunun isə “necə  tədqiq olunur?” sualına cavab axtarıldığı bir 
sferadır. Təbii ki, fəlsəfə və elm fərqli ictimai şüur formalarıdır. Bəs fərq nə-
dədir? Əgər elmin əsasında təcrübə durursa, fəlsəfənin təməlində müdriklik 
durur. Təsadüfi deyildir ki, Qədim  Şərqdə hikməti bilən, onu təbliğ edən 
şəxslərə müdrik deyilirdi. Müdriklik üzərində yüksələn fəlsəfə  həmişə za-
manın fövqündədir. Elm üçün isə zaman mühüm şərtdir. Elmin, texniki tə-
rəqqinin üç, beş, on il bundan əvvəl verdiyi artıq bu gün yenilik sayılmır və 
beləliklə,  əhəmiyyətini itirmiş olur. Hansısa fəlsəfi  əsərin və ya filosofun 
yaradıcılığının isə əsrlər keçsə belə, köhnəlməsindən, mənəvi aşınmaya mə-
ruz qalmasından söhbət belə gedə bilməz. Bəlkə də əksinə, zaman keçdikcə 
filosofu daha yaxşı anlamaq olur, onun uzaqgörənliyinin  şahidi oluruq. 
Eynşteyn fəlsəfəni bütün elmi axtarışların anası adlandırıb. Həqiqətən də, 
sırf elmi məsələlərin, faktların arxasında elə ciddi fəlsəfi problemlər durur 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə