Afse a fəLSƏFƏ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə66/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   62   63   64   65   66   67   68   69   ...   74

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 200 -
Sınaq-səhv metodu və qeyri-səlis məntiq 
 
İnsanlığın yaranmasından bəri onun ən çox istifadə etdiyi metod 
sınaq-səhv metodudur. İndi təbiətşünaslıqda, xüsusilə  də empirik elmlərdə 
bu metoddan geniş surətdə istifadə edirlər. Amma belə güman olunur ki, 
insan həyatında, ictimai praktikada sınaq-səhv metodu yolverilməzdir. Belə 
ki, insan taleyi ilə bilavasitə bağlı olan məsələlərdə əmin olmadığın bir şeyi 
təcrübədə yoxlamaq çox böyük riskdir. “Yüz ölç, bir biç” hikməti, görünür, 
buna görə yaranmışdır. 
Bununla belə, biz ictimai həyatda, iqtisadiyyatda bu metoda iki fərqli 
münasibətin şahidi oluruq. Sosializm cəmiyyətində, sosialist təsərrüfat üsu-
lunda hər şey öncədən ölçülür, planlaşdırılır və plan daxilində həyata keçiri-
lirdi. Kapitalizm isə “bazar-iqtisadi münasibətləri” deyilən qaydaya əsasla-
nır. Bu isə  əslində  cəmiyyətdə çox geniş miqyasda sınaq-səhv metodunun 
tətbiqi deməkdir. Yəni vahid bir mərkəzdən hər şeyi ölçüb-biçib geriyə yolu 
olmayan qərarlar vermək yox, bütün mümkün yollara “yaşıl işıq” yandır-
maqdır. Hansı yol daha optimaldırsa, o da rəqabətə davamlı olacaqdır.  Və 
rəqabətə davamlı olan yol  başqaları tərəfindən də seçiləcəkdir. Yəni bu yol-
la daha çox gedən olacaqdır. Bizcə, bu məhz sınaq-səhv metodunun iqtisa-
diyyata tətbiq variantıdır ki, adına azad rəqabət mexanizmi, el arasında  isə  
“tutar qatıq, tutmaz – ayran” deyirlər. 
Bu isə formal məntiqə deyil, Lütfi Zadənin qeyri-səlis məntiq ideyası-
na daha çox uyğun gəlir. Beləliklə, kobud şəkildə desək, sosializm cəmiyyə-
tinin, iqtisadiyyatının məntiqi təfəkkür əsasında, kapitalizmin isə qeyri-səlis 
məntiq əsasında fəaliyyətinə uyğun gəlir. 
 
 
Alın yazısı 
 
Alın yazısı əslində yoldur. Yəni hər bir adamın öz alın yazısı olmur. 
Yollar müxtəlif olur. Adam müəyyən bir yola düşür və gedir. Və bu yolla 
gedənlər hamısı eyni aqibəti yaşayırlar.  
İnsan öz gücü ilə bu yoldan çıxa bilmir. Daha doğrusu, o daha yaxşı 


Fəlsəfi etüdlər 
 
 
- 201 -
bir yola gəlmək istəyir. Və bəlkə də o, nə vaxtsa bu yaxşı yolda idi, amma 
işıqlı yoldan çıxdığından, qaranlıq yola düşmüş olur. Yüksəkdən aşağıya 
düşmək, “yoldan çıxmaq” asandır, yəni  əlavə güc-güdrət tələb etmir. Yola 
gəlmək, yola yüksəlmək, yəni işıqlı yola çıxmaq üçün isə güclü kənar təsir, 
qüdrətin (Qüdrətin) müdaxiləsi lazımdır.  
Bu fikri başqa formada da demək olar. Söhbət yalnız insandan getmir. 
Təbiətdə  nə varsa, onun bir aqibəti var. Təbiətin fundamental qanunları 
əslində öz yolunu tapmış cisimlərin qanunauyğunluğunu (qanun=yol) ifadə 
edir. Məsələn, Yer Günəş ətrafında fırlanır. Və hansısa bir qüvvə onu başqa 
orbitə çıxarmasa, o, öz orbitini dəyişə bilməz. Atomun quruluşu da elədir ki
hər bir elektron öz enerjisinə müvafiq orbitdə yerləşir. Onun daha yüksək 
orbitə qalxması üçün əlavə enerji lazımdır. Buna elektronun həyəcanlanmış 
vəziyyəti deyilir. Burada o, özünü narahat hiss edir. Adi vəziyyətə (öz alın 
yazısına) qayıtmaq üçün enerji artığını şüalandırmaq kifayət edir.  
Elektron orbitini (yolunu) dəyişmək üçün əlavə enerji arzu edirmi-et-
mirmi, deyə bilmərik, amma insan bu enerjini ancaq Qüdrətdən ala bilər. 
Düzdür, Əbu Turxanın bir sözünə görə, “alın yazısını ancaq alın təri ilə sil-
mək mümkündür”, – amma bu o demək deyil kialın təri ancaq zəhmət kimi 
başa düşülməlidir. O şeylər ki, insan özü dəyişə bilər, Quranda dəfələrlə 
vurğulandığı kimi, bunun üçün insana əql və qabiliyyətlər verilmişdir. Am-
ma alın yazısını, yəni energetik səviyyəni, yaxud yolu dəyişmək üçün insan 
ancaq Allaha müraciət edir. “Alın yazısını ancaq Yazan özü poza bilər” 
(Əbu Turxan).  
Alın təri – ibadət də, dua da ola bilər.  İsa peyğəmbərin dediyi kimi, 
“bir  şeyi çox arzu etsən, ona çata bilərsən”. Yeni energetik səviyyəyə 
qalxmaq, yeni yola gəlmək üçün də istək – könül enerjisi lazımdır.
 
 
 
İdrak və elm 
 
Bəli, dünyanı  dərk etməyin birinci şərti onu sonsuzluqdan sonluya 
transfer etməkdir. Bu – fikirdə olur. Dünyanın bizə bəlli olan hadisələrindən 
ibarət bir modeli “düzəldilir” və o məhz “dünya” kimi qəbul olunur. Adi şü-
ur səviyyəsində, hər bir adam üçün bu model daha kiçikdir. Aktiv-real dün-


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 202 -
ya adi adam üçün – onun mühitidir; bilavasitə əlaqədə olduğu, şəxsən görüb, 
bilib, tanıdığı hadisələr və onların yenə də şəxsi təcrübədə toplanmış, tanın-
mış əlaqələr sistemidir. 
Böyük dünya öz sonsuz əlaqələr sistemindən “ayrılır”, daha doğrusu, 
biz bu sonsuzluqdan öz dünyagörüşümüzə uyğun olaraq yeni, fərdi lokal 
“bir dünya” yaradırıq və bunu böyük dünya ilə eyniləşdirmək üçün onun 
sərhədlərini açıq qoyuruq. İstənilən vaxt yeni biliklər sayəsində genişlənə 
bilən “açıq dünya” və hər hansı qərar çıxararkən, real həyatımızı yaşayarkən 
bizim aktiv istifadəmizdə olan nisbi qapalı, lokal dünya. (Yəni elə adam var 
ki, dünya onun kəndindən, hətta evindən və təsərrüfatından ibarətdir, bir də 
yerdə qalan dünya haqqında abstrakt, dumanlı, bəzən metaforik bir təsəv-
vür). 
Bir də var elm adamı üçün dünya! Elm adamı azad deyil. Onun 
dünyası da kollektiv dünyadır. Elmi ictimaiyyət tərəfindən, hamılıqla qəbul 
olunmuş bir dünya və bu dünyanı hamı (həmin elmi ictimaiyyət nəzərdə 
tutulur) tərəfindən qəbul olunmuş dili. 
Hər bir dünyanın öz simvolikası, öz dili var. 
M.Vartovski yazır (s. 11): Model dünyanın müəyyən xassələrinin inan 
tərəfindən seçkili, abstrakt kopiyasıdır (kopirovanie)”. 
 
Fikrin ən böyük azadlığı təklikdə olur. İkinci adamla ünsiyyətdə son-
suzluq lokal bir sahəyə çevrilir. Və ictimai şüur səviyyəsində mümkündür. 
 
 
Ərş 
 
Ərş – mərkəzdədir və hamı onun ətrafına fırlanır.    
Bütün yollar dairə üzrədir.  
Bütün yolların işıqlı  və qaranlıq hissələri var. Yolun işıqlı hissəsinin 
ətaləti qaranlıq hissəsini keçmək üçün yetərli olsa, yenidən işığa çıxacaqsan.  
İşıqda ikən istiqamət seçə bilməyənlər qaranlığın labirintində azmağa 
məhkumdurlar.  
Bir də var qaranlıqdakı nizamı “duymaq” – üzə çıxarmaq, əslində onu 
işıqlandırmaq!  


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə