Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə50/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   46   47   48   49   50   51   52   53   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
191
tuşlanan silahın vahiməsindən iflic vəziyyətində idi... Handan-
hana özünə  gəldi. Yerə oturub, balalarını qucaqlayıb acı-acı 
ağladı.  
Xəstəxananın həyətində, dəhlizdə, palatalarda, hər 
tərəfdə adam adam üstündə idi. Həkimlər, şəfqət bacıları, şəhər 
sakinləri – hərə bir tərəfə qaçırdı. Həyat uğrunda mübarizə 
gedirdi. Mirzə  də bu insanların arasında idi. Təcili yardım 
maşınlarında gətirilən meyitlərin, yaralıların daşınmasına, 
palatalara yerləşdirilməsinə kömək edirdi, üstü-başı qan içində 
idi. Arada ona elə gəlirdi ki, Yasəmən onu çağırır. O, bu səsi 
açıq-aydın eşidirdi. Dayanıb diqqətlə qulaq verirdi. Sonra 
sağına, soluna baxıb özünü qınayırdı. Amma çox narahat idi. 
Ürəyi Mirzəyə xəbər verirdi ki, nə isə baş verib.  
Səhərə yaxın o, xəstəxananın həyətindən çıxıb ara 
yollarla Tiflis prospektinə gəldi. Hərbi şəhərciyə giriş tanklarla 
və  əlisilahlılarla bağlanmışdı. Atışma səsləri isə  eşidilməkdə 
idi. Mirzə dönüb evlərin arasl ilə 153 saylı  məktəbə  tərəf üz 
tutdu. Məktəbin həyətinə tərəf qalxıb yuxarı yönəldi. “Yaxşı ki, 
pasportum yanımdadır. Lazım olsa, göstərib keçərəm.” O, belə 
düşündü.  
Yoxuşu bir qədər qalxmışdı ki, gözlənilmədən atəş 
açıldı. Mirzə  yıxıldı. Yoxuş olduğundan bir neçə  dəfə di-
yirlənib binaya tərəf sürüşdü. Ardıcıl atılan güllələr başının 
üstündən ötüb keçdi. Mirzə bir xeyli hərəkətsiz qaldı. Handan-
hana özündə qüvvə tapıb üzbəüz binaya tərəf süründü. Blokun 
qabağında daşın üstündə oturub başını əlləri arasına aldı. Indi o 
nə etsin, hara getsin? Yadına Yuxarı Dağlıq küçəsində yaşayan 
həmyerlisi  Ədalət düşdü. Bəlkə onlara getsin? Bu fikir ağlına 
batdı.  
Ədalətin pəncərəsi düz küçəyə baxırdı. Mirzə ehtiyatla 
şüşəni döydü. Evdən işıq gəlməsə  də, dərhal  Ədalətin səsi 
eşidildi: 
– Kimdir? 


 
 
 
Solmaz Muxtarova 
 
192
– Ədalət, oğlum, mənəm Mirzə əmidir.  
– Bu dəqiqə, Mirzə əmi, bu dəqiqə... 
Ədalət tələsik qapını açdı. Mirzənin üstü qan, toz-
torpaq içində idi.  
– Mirzə əmi, sən yaralısan?..  
– Yox oğlum. Mən yaralı deyiləm. Bir də mən kimdən 
artığam ki?! – Mirzə qəhərlə dilləndi.  
Ədalət kişiyə təmiz pencək, şalvar gətirdi. 
– Dəyiş paltarlarılnı. Çimnaz, çay hazırla. 
– Yox, yox... Heç nə lazım deyil. Sizi vaxtsız narahat 
etdim. 
– Mirzə əmi, elə danışma. Yaxşı edib gəlmisən. Mən də 
şəhərdən təzə qayıtmışam. Bizi pis günə qoydular.  
– Hə, doğru deyirsən, – deyib Mirzə köks ötürdü. 
Paltarını dəyişib otağa keçdilər. Mirzənin fikri özündə deyildi. 
Yasəmən, uşaqlar. Məhəllədə ondan sonra daha nələr baş 
verdi? Xəstəxananın həyətində gördükləri, eşitdikləri... Şəhərin 
içində belə bir müsibət...  
– Mirzə əmi, kimin ağlına gələrdi ki, dinc əhaliyə belə 
divan tutula bilər? 
– Oğlum, görünür günah özümüzdədir. Nə arxaya baxıb 
nəticə  çıxara bilirik, nə  də sabahkı günü görə bilirik. Kor-
koranə başımızı salıb gedirik. Hara gedirik? Kimin arxasınca 
gedirik? Özümüz də bilmirik.  
Onlar bir xeyli dərdləşdilər. Mirzə iki stəkan çay içdi. 
Saat yeddiyə az qalırdı.  Ədalət nə  qədər etdisə, o, yatağa 
girmədi. Elə kresloda oturduğu yerdə gözlərini yumdu. 
Gözləyirdi ki, bir qədər vaxt keçsin. Gözlərini yumsa da, çox 
şeylər gözlərinin qabağında idi. “Qardaş... Qardaş...” deyib 
nalə çəkən qızın surəti. Yəqin ki, o səs ömrünün sonuna kimi 
Mirzənin qulaqlarından getməyəcək. Bu gecə baş verənlər 
onun sinəsinə qanla yazılıb.  


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
193
O yuxuya getdi və yuxuda gördü ki, Yasəmən uşaqlarla 
harasa qaçır. Mirzə onu çağırmaq istəsə  də, səsi çıxmırdı. 
“Yasəmən... Yasəmən...” 
– Mirzə əmi. Mirzə əmi... – deyə Ədalət onu ayıltmağa 
çalışdı. Mirzə  tər içində idi. Deyəsən Mirzə  əvvəlcə harada 
olduğunu dərk etmədi. Təəccüblə bir ətrafına, bir də  Ədalətə 
baxdı.  
– Mirzə əmi, deyəsən pis yuxu görürdün.  
– A bala, bundan belə yuxularımız elə belə olar...  
Nə  qədər etdilərsə, Mirzə qalxıb sağollaşdı. Çimnazın 
təmizləyib səhmana saldığı paltarlarını geyinib çıxdı. Artıq 
səhər saat səkkiz idi. Mirzə  təkcə evindən, ailəsindən yox, 
dünyadan, hər  şeydən nigaran idi. Bomboz küçələr, sağa-sola 
var-gəl edən silahlılar...  İnsanlar elə bil qeyb olmuşdu. “Ölü 
şəhər!” Bu fikirdən  əti ürpəşdi. Bu fikri özündən 
uzaqlaşdırmağa çalışdı. “Düşmənin qabağında sınmaq olmaz!” 
Sonra da düşündü ki, bunu dildə demək asandır. “Bizi atam-
anam deyib güvəndiyimiz “Ana Vətən” vurub! Biz “Ana 
Vətən”in silahına tuş gəlmişik.” 
Mirzə Sovet küçəsindən qalxıb Statistika idarəsi 
tərəfindən Hərbi  şəhərciyə  tərəf yönəldi. Tində yol bağlı idi, 
içəri keçmək mümkün deyildi. Nə edəcəyini bilməyib 
dodağının altında bir yağlı söyüş söydü. Sonra pasportunu 
çıxarıb havada qaldıraraq qətiyyətlə əsgərlərə tərəf getdi. 
– Stoy! Strelyat budu! 
Mirzə dayanmadı. “Nə olur-olsun evə gedib uşaqlardan 
xəbər bilmək lazımdır...”  
O, pasporta işarə edib bildirmək istədi ki, evinə gedir. 
Əsgərlərdən biri ona yanaşıb pasportunu diqqətlə gözdən 
keçirdi. Sonra qıraqda var-gəl edən tosmərək hərbiçiyə 
yaxınlaşıb sənədi ona göstərdi və nə isə dedi.  
O gecə Mirzənin qaməti  əyilmişdi. Sanki on beş il 
qocalmışdı. Kənardan baxana elə gəlirdi ki, bu, əldən düşmüş 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə