Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə48/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   44   45   46   47   48   49   50   51   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
185
Onlar maşına oturub xəstəxanaya gəldilər. Xəstəxanaya 
yaxın düşmək mümkün deyildi. Iynə atsaydın yerə düşməzdi. 
Hərə bir tərəfə qaçırdı. Meyitləri daşıyan maşınlar, yaralılar, 
fəryad səsləri, yaralılara kömək edən üz-gözü qana batmış 
cavanlar, saçını yolan analar, qız-gəlinlər... Əsl cəhənnəm idi. 
O da bu cəhənnəmin içinə girdi.  
Bu dəhşətli gecə Mirzənin belini qırdı. Hər  şeyini 
əlindən aldı – keçmişini, bu gününü, sabahını. Ona heç nə 
qalmadı. Heç nə.  
Yasəmən yataq otağı ilə qonaq otağı arasındakı keçiddə 
uşaqlarını yanına alıb divara sıxılmışdı. Atışma ara vermirdi. 
Samir bir neçə dəfə atasından xəbər tutmaq üçün evdən çıxmaq 
istəsə  də, Yasəmən buna imkan vermədi. Oğluna nəyisə başa 
salmağa çalışdısa da, bacarmadı.  Əslində özü heç nədən baş 
aça bilmirdi. Küçədə  nələr baş verirdi? Niyə baş verirdi? 
Hərbiçilər kimi atəşə tutmuşdu? Səkkiz yaşlı  qızı tez-tez 
soruşurdu: 
– Ana, soldatlar çox atacaq? 
– Qızım, bir azdan atmazlar. Sən yat!..  
Yasəmən birtəhər uşaqları sakitləşdirməyə çalışırdı. 
Şam işığının tutqun şöləsində divarlar az qala adamın üstünə 
gəlirdi. Hər tərəfdən sağa-sola ötən atəş  səsləri altında oturub 
gözləmək asan deyildi. Amma onlar gözləmək 
məcburiyyətində idi, başqa yol yox idi. Yasəmən məchul bir 
nöqtəyə gözlərini dikib susurdu. Ona elə  gəlirdi ki, bu atışma 
çöldə deyil, onun ürəyinin içində gedirdi. Lap ürəyinin içində. 
İmkanı olsa idi, elə-belə oturub gözləməzdi. Axı Yasəmən nəyi 
gözləyirdi? Nəyi? 
Vaxt isə keçib getmək bilmirdi. Yasəmənə elə  gəlirdi 
ki, bu qaranlıq gecənin sabahı bir də açılmayacaq. Bu sonuncu 
gecədir. O, səbrini boğa bilmirdi. Arada qonaq otağına keçib 
pəncərədən küçəyə baxır, nələrin baş verdiyini bilmək istəyirdi.  


 
 
 
Solmaz Muxtarova 
 
186
Blokun qabağında tank, küçə boyu isə  əli silahlılar 
sağa-sola gedir, avtomatlarını havada oynadıb hara gəldi atəş 
açır... Sanki bundan həzz alırdılar. Yasəmən küçə  işıqlarının 
atəşə tutulub qəsdən söndürüldüyünü görəndə bunun nə üçün 
edildiyini ağlına sığışdıra bilımədi. Bu sual onu qorxutdu
sakitləşməyin yeri yox idi. Baş verənlərdən əməlli-başlı qan iyi 
gəlirdi.  
Axır ki, hava yavaş-yavaş  işıqlanır, zülmət gecənin 
sabahı açılırdı. O, Məlahəti çətinliklə yuxuya versə  də, Samir 
ayıq idi. Elə bil onlar artıq atəş  səslərinə adət etmişdi. Hər 
tərəfdən uğuldayan səslər insanı daha da vahiməyə salırdı. 
Yasəmən qeyri-ixtiyari olaraq bərk-bərk uşaqlarının  əlindən 
tutmuşdu. Bununla nə etmək istəyirdi özü də bilmirdi. Amma 
uşaqlarının əli əlində idi. Onların əlinin istisi düz onun ürəyinə 
axırdı – ona dözüm verirdi. O da göz qırpmadan mənzilin 
küncündə-bucağında bayquş kimi ulayan səslərə qulaq asmaq 
məcburiyyətində idi. Bu, zamanın hökmü idi. Başqa yol yox 
idi.  
Amma birinci mərtəbədən qəflətən qopan dəhşətli 
partlayış səsi binanı lərzəyə gətirdi, qapılar, pəncərələr titrədi. 
Ardınca qatışıq səslər eşidildi. Sonra blok aramsız atəşə 
tutuldu. Yasəmən özündən asılı olmadan uşaqların  əlini 
buraxıb qapıya tərəf getmək istədi.  
– Ana!.. Mən qorxuram!.. – deyə  Məlahət ağlayır, 
qorxudan tir-tir əsirdi. Yasəmən özünü itirmişdi. Nə edəcəyini 
bilmirdi. O, yenidən balalarının yanında oturdu. Bir əli ilə 
bərk-bərk oğlu Samiri, o biri əli ilə isə qızını tutmuşdu.  
– Sakit olun, mənim balalarım! Sakit olun!.. – Yasəmən 
bu sözləri elə-belə dedi. Amma özü az qala havalanmışdı, 
əsəblərini cilovlaya bilmirdi. Bu işgəncələrdən birdəfəlik 
canını qurtarmaq daha yaxşı olardı.  


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
187
Yarım saata qədər blok atəşə tutulduqdan sonra bir 
qədər sakitlik yarandı. Blokda əsgərlərin ayaq səsləri, gediş-
gəliş... Heç nə baş açmaq olmurdu.  
Yasəməngilin mənzilinin altında birinci mərtəbədə rus 
ailəsi Nadya, əri Kostya və  qızı Lena yaşayırdı. Yasəmən 
ancaq indi başa düşdü ki, axırıncı iki gündür onlar görünmür. 
Deməli, harasa gediblər. Bir neçə gün əvvəl arada söz gedirdi 
ki, Hərbi  Şəhərcikdə yaşayan başqa millətlərdən olan ailələrə 
xəbərdarlıq edilib və onlar Şəhərcikdən çıxarılıb. Yasəmən 
bütün bunları şayə bilmişdi, inanmamışdı.  
Nadya ilə üzbəüz mənzildə isə Valya xala yaşayırdı. O, 
kimsəsiz idi, yaşı yetmişi ötmüşdü. Çoxlu pişik və it saxlayırdı. 
Onlara lap uşaq kimi qulluq edirdi. Qıraqdan baxana elə gəlirdi 
ki, qocanın mənzilində ondan başqa kimsə var, o, mənzildə tək 
deyil. Çünki o, öz pişikləri və iti ilə əməlli-başlı söhbət edirdi. 
Hər gün vaxtlı-vaxtında onları havaya çıxarıb gəzdirirdi. Onun 
mənzilində xoşagəlməz iy olduğundan qonşulardan heç kəs 
onunla gediş-gəliş etməzdi. Yasəmən arada ona pay verərdi. 
Elə qapıdan da qayıdardı.  İş onda idi iki, qocanın ayaqyolusu 
blokda ikinci mərtəbəyə qalxan pilləkənlərin altında idi. 
Yasəmən fikirləşdi ki, bəlkə  də gecə qoca ayaqyoluna gedib, 
blokda hənirti eşidən  əsgərlər isə  yəqin ki, blokda ekstremist 
olduğunu güman edib. Ona görə  də  əvvəlcə bloka qumbara 
atıb, sonra da atəşə tutublar.  
Yasəmən özlüyündə belə düşündü, amma əslində 
nələrin baş verdiyini bilə bilmirdi. Baş verənlər bu müdhiş 
gecənin qara pərdəsi arxasında baş verdi. Sanki dünyanın özü 
də qara pərdənin altında can verməkdə idi. Böyüklərin planına 
uyğun növbəti dəfə günahsız bir millətə divan tutulurdu. Bütün 
bir millətə qarşı tələ qurulmuşdu.  
Yanvarın 19-da axşam saat 19.25 radələrində Teleradio 
mərkəzinin enerji bloku partladılaraq  əhali ilə  əlaqə  kəsildi. 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə