Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə44/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   40   41   42   43   44   45   46   47   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
173
“Birdən olmadı elə, oldu belə...” Mirzə isə  həyatının  ən xoş 
anlarını yaşayırdı. Daxilində bir qürur hiss edirdi. “Bəsdir kölə 
kimi yaşadıq!” 
Adəti üzrə  hər gün işçilər saat 12-də Meydana yol-
lanırdı. Mirzə  həmin gün sexlərdə növbətçilər təyin edib 
şöbəyə döndü. Bir stəkan çay içib çıxmaq istəyirdi. Artıq vaxta 
on dəqiqə qalmışdı. Bu dəmdə Mahir Axmedoviç zəng edib 
onu kabinetinə çağırdı. Mirzə bir istədi getməsin, sonra 
fikrindən daşındı.  
Mahir masanın yuxarı başında oturub işgüzarcasına 
qarşısındakı  sənədlərə baxırdı. O, saymazyana Mirzənin 
salamını alıb sənədlərə baxmağa davam etdi. Mirzə keçib 
oturdu və bir qədər gözlədi. Handan-hana Mahir başını qaldırıb 
mənalı-mənalı ona baxdı: 
– Bilirsən səni niyə çağırmışam? 
– Yox, bilmirəm. Deyərsən bilərəm.  
– Özün başa düşmürsən? Sən ki, özünü ağıllı adam 
hesab edirsən...  
Mahir Axmedoviç, açıq deyin görüm söhbət nədən 
gedir, məni niyə çağırmısınız?! Mən tələsirəm.  
Mahir onun hara tələsdiyini yaxşı bilsə  də, özünü 
bilməməzliyə qoydu. 
– Onsuz da sizləri başa salmaq çətindir. Amma elə 
şeylər də var ki, onu başa salmaq lazım deyil. Hər kəs özü 
bilməlidir, nəyi etmək olar, nəyi etmək olmaz.  
Mirzənin hövsələsi daraldı. Bir istədi söhbəti yarımçıq 
qoyub çıxsın. Amma bunu etmədi. “Tələsmək lazım deyil. 
Görək nə demək istəyir. Sözünün canı nədir?!” 
Mahir oturacaqdan qalxıb qamətini düzəltdi. 
Mirzə kişi, elə bilirsən mənim heç nədən xəbərim 
yoxdur? Yığışıb ağzınıza gələni danışırsınız, millət belə gəldi, 
Qarabağ elə getdi. Yekə kişisən başa düşmürsən ki, siyasətlə 
oynamaq olmaz? Özün də cibində partiya bileti gəzdirirsən.  


 
 
 
Solmaz Muxtarova 
 
174
– Harada yazılıb ki, insanlar bir yerə  yığışıb öz 
problemlərindən danışa bilməz? 
– Mən sənə xəbərdarlıq etmək istəyirəm. Özünə olmasa 
da, balalarına yazığın gəlsin. Ağlını başına yığ! 
– Mənim ağlım başımdadır. Nə etdiyimi də yaxşı 
bilirəm. Məni qorxutmaq lazım deyil.  
– Mirzə kişi, hər  şey başqa cür ola bilər. Sabah bizi 
nələr gözləyir? Bunu heç kəs bilmir. Odur ki... 
Mirzə onun sözünü ağzında qoydu. 
– Mən millətimin bu günü ilə fəxr edirəm.  
Mahir ayağa qalxıb dedi: 
– Muradov, mən istədim səni başa salım... Amma başa 
düşmədin. 
– Mən qanmaz deyiləm. Bir də  hər kəs öz yolunu özü 
seçir. Vaxt gələr hamının iç üzü açılar, baxarıq kim kimdir. 
Məni isə heç bir qorxu, hədə yolumdan çıxara bilməz. 
– Sənin ağzından qan iyi gəlir. Belə getsə, axırın pis 
olacaq, ay yazıq. Mən sənə kömək etmək istəyirdim.  
– Sənin kimilər ancaq yuxarıların qabağında məharətlə 
oynamağı bacarır, aşağıdakılara isə cəza verməkdən həzz alır. 
Sən nə vaxtdan başqalarına kömək etmək niyyətinə düşmüsən? 
Çox qəribədir... 
– Muradov, sözlərinə fikir ver, yoxsa... 
– Yoxsa nə edərsən? Bilirsən ki, mən səndən 
qorxmuram! – deyib Mirzə kabinetdən çıxdı.  
Camaat zavodun həyətində toplaşıb onu gözləyirdi. 
Onlar al bayraq əllərində  səs-səsə verib “Oyan, Azərbaycan! 
Qalx, Azərbaycan!” deyə-deyə  həyətdən çıxdılar. Yollar boyu 
zavodlardan, fabriklərdən, başqa iş yerlərindən Meydana üz 
tutan dəstələr bir-birinə qoşulur, şəhərin küçələri ilə möhtəşəm
insanların heç vaxt görmədiyi insan dalğası Meydana tələsirdi. 
Bu yol sadəcə Meydana gedən yol deyildi. Bu yol Meydandan 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
175
keçib Azadlığa, Müstəqilliyə doğru gedən yol idi. Nəyin 
bahasına olur-olsun bu yolu axıra kimi getmək lazımdır. Mirzə 
arxaya baxanda qanı qaralırdı. 1905-ci il, 1915-18-ci illər... O 
vaxt baş verən hadisələr, zaman-zaman payimal olan torpaq-
larımız, bütün bunlar niyə yadımızdan çıxdı? Nədən biz öz 
evimizə sahiblik edə bilmədik? Bu qədər bacarıqsız, səriştəsiz 
olduq.  Ən yüksək vəzifələrdə,  ən yaxşı  mənzillərdə, 
torpağımızın ən gülşad yerlərində, süfrəmizin başında... Bu da 
növbəti dəfə arxadan vurulan zərbə. Həmişə olduğu kimi, 
düşmən göz qabağındadır, amma görmək istəmirik. Gözümüz 
ki kor deyil?! Niyə birdəfəlik başa düşmürük ki, düşməndən 
dost olmaz. Səbəbi nədir? Niyə bunu dərk edə bilmirik? 
Həmişə özümüz-özümüzü aldadırıq. Unuduruq ki, “böyük 
qardaşlarımızın” gözlərinə bizlər qara rəngdə görünürük. 
Insafən bizlər ki, belə qara deyilik. Aramıza  şeytan girib, 
nədir? Ha əlləşirik, vuruşuruq xeyri yoxdur ki, yoxdur. 
Deyəsən rəngimiz dəyişən deyil. Yaxşısı budur ağlımızı 
başımıza yığaq, gec də olsa. Qalx ayağa! Səsini qaldır! Qoy 
dünya səni eşitsin! Qoy dünya bilsin ki, sən də varsan! Sən də 
sənsən, özünə görə.  İmkan vermə  səni bu dəfə  də tapdalayıb 
keçsinlər! Oyan, Azərbaycan! Qalx, Azərbaycan! 
Meydanda  ən çox eşidilən Nemətin səsi idi. O, çox 
çağırışlar edirdi – xoşa gələn ya da xoşa gəlməyən. Iş onda idi 
ki, Meydanda hər an millətin sayı artmaqda idi. Mirzə isə 
düşünürdü ki, hər yeni başlanan işin yaxşı tərəfi olduğu kimi, 
pis tərəfi də olur. Qoy kim nə deyir desin. Tarixən bütün 
inqilablar, çevrilişlər belə olub. Bundan qaçmaq mümkün 
deyil. Amma əsas məsələ  məqsəddir... Məqsəd! Sovet 
faşizmindən birdəfəlik qırılmaq! Əsarətdən xilas olmaq! 
Mirzə Meydanla fəxr edirdi. Fərəhindən yerə-göyə 
sığmırdı. Millət iradəsini ortaya qoymuşdu. Sovet rejiminə olan 
nifrətini bəyan edirdi. Bu rejimdən xilas olmaq istəyi necə 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə