Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə40/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   36   37   38   39   40   41   42   43   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
161
Növbə Mahir Axmedoviçə çatanda o, şəstlə ayağa 
qalxdı. Həmişəki kimi özündən razı halda irişdi: 
– Mən bu gün heç bir sexdə olmamışam, vaxtım 
olmayıb.  
Direktor daha da əsəbiləşdi. O, yaxşı bilirdi ki, Mahir 
aylarla sexə getmir.  
– Yadınızda saxlayın ki, zavodun əsas işi sexlərdə 
aparılır. Siz də  zəhmət çəkib işlə  məşğul olun!.. İşin içində 
olun. Bu, bizim hər birimizin borcudur! Bura yığışmışıq ki, 
işləyək... Kim işləmək istəmirsə, buyurub gedə bilər. Heç kəsin 
qabağını kəsən yoxdur.  
O, dişlərini qıcıyıb susdu, sözünün dalını gətirmədi.  
Mirzə iki gündən sonra zavodun ən səriştəli çilingəri və 
tornaçısı ilə Başqırdıstana yollandı. 
Namərd insanlar ürəyindəki pis niyyətləri ilə pusquda 
durub gözləyir, axtarır ki, kimi, harada, necə vursun. Və 
vurduğu zərbədən ləzzət alıb bir daha sübut etsin ki, o kimdir. 
Qoy hamı birdəfəlik onun kim olduğunu başa düşsün, 
qabağında əl-qol açıb artıq-əskik danışmasınlar.  
Mahir özünə arxayın idi. Çünki zaman onun tərəfində 
idi, zaman onun arxasında durmuşdu. Nə olsun ki, çoxlarının 
ondan xoşu gəlmirdi. Bəziləri lap ona nifrət edirdi. Nə  qədər 
nifrət etsələr də, ona salam verməyə, qabağında baş  əyməyə 
məcbur olanlar da çox idi. Mahirə  də elə bu lazım idi. 
Doğrudur, Mirzə kimilərini buna məcbur etmək olmurdu. 
Mahirin fikrincə belələrinin ağlı başında tam deyildi. Pisi, 
yaxşını seçməyi, zamanın nəbzini tutmağı bacarmırdı.  Əgər 
insan bunu bacarmırsa, öz həyatını  zəhərləyir, yaşayışını 
çətinləşdirir. Zamanın nəbzini tutmaq! Bu, heç də xırda məsələ 
deyil.  
Hər dəfə Mirzənin tikanlı sözləri, kollektiv qarşısında 
Mahirlə kəllə-kəlləyə gəlib onu alçaltması dözülməz idi. Mahir 
çoxdandır belə bir məqam gözləyirdi. Zalım oğlunu harada 


 
 
 
Solmaz Muxtarova 
 
162
itirsən, sexdə taparsan – vaxt-bivaxt. Nə olsun ki, Mirzə yaxşı 
işçidir? Kollektivin, rəhbərliyin də yanında hörməti var. Amma 
bunlar boş şeydir. Quru hörmətlə uzağa getmək olmur. İnsanın 
gərək səlahiyyəti olsun, hökmü olsun. Lazım gələndə istənilən 
adamı susdura bilsin.  
Odur ki, Mahir fürsəti  əldən vermədi.  Şikayət mək-
tubunu  əlində bayraq edərək bu məsələnin rayon partiya 
təşkilatının bürosunda müzakirə edilməsi üçün əlindən gələni 
etdi. Direktor onunla razılaşmasa da, o, rayon partiya 
komitəsinin birinci katibinin qəbuluna düşdü. Zavodda 
özbaşınalığın baş alıb getdiyini, günahkar işçilərin rəhbərlik 
tərəfindən ört-basdır edilməsini özünəməxsus “yanğı” ilə 
danışıb, sonra da əlindəki şikayət məktubunu ortaya qoydu və 
şikayətlə bağlı baş verənləri istədiyi kimi danışdı. Belə olanda 
onun haqlı olduğuna  şübhəsi olmayan katib bu məsələnin 
büroya qoyulmasına razılıq verdi. Sonra isə direktorla telefon 
əlaqəsi yaratdı.  
– Yoldaş  Əhmədov, bu nə  məsələdir? Səndən  şikayət 
gəlir. Sən rayonumuzda sayılıb-seçilən rəhbər işçilərdənsən. 
Zavodu qabaqcıllar sırasına sən çıxartmısan, buna baxmayaraq 
işdə səhlənkarlığa yol vermək olmaz.  
– Yoldaş katib, bura istehsalatdır. Nə qədər çalışsaq da, 
çatışmazlıqdan qaça bilmirik. Bizdən asılı olmayan məsələlərlə 
üzləşirik. Ən pisi də odur ki, sıramızda olan əqidəsiz insanların 
öhdəsindən gəlmək olmur.  
– Qardaş, bu, olan işdir. Amma elə insanlar da var ki, 
onlarla dərinə getməyin mənası yoxdur. Çalış dərinə getmə.  
– Axı  mərdi qova-qova namərd etmək olmaz... Vallah 
olmaz!.. 
– Sən haqlısan. Bir iş  də var ki, ağıllı insanlar ona 
haradan zərbə vurulacağını  əvvəldən görməyi bacarmalıdır. 
Yoxsa rahat işləmək olmaz, başın çox ağrıyar.  


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
163
İş onda idi ki, birinci katiblə direktorun arasında səmimi 
söhbətlər tez-tez olurdu. Direktor zavodda partiya komitəsinin 
katibi kimi Mahirin fəaliyyətindən razı deyildi. Bunu da açıq-
aşkar dəfələrlə rayon partiya komitəsinin qarşısında bildirirdi. 
Amma Mahirin havadarı yuxarıdan idi. Bunu da hamı bilirdi. 
Mahirin yerə-göyə  sığmamasının səbəbi də elə bunda idi. 
Bəzən utanıb-qızarmadan açıq deyirdi ki, bu dünyada adamın 
adamı olmasa onu qarğa-quzğun yeyər. İşçilər də yaxşı bilirdi 
ki, beləsinə cavab verməkdənsə susmaq daha yaxşıdır. Amma 
susmağın da bir ölçüsü vardı. Elə ki, səbrin kəllə-çarxa çıxdı 
yaddan çıxarırsan ki, kim kimin adamıdır. Sözünü deyib 
ürəyini boşaldırsan. Çox vaxt insan da bir sözün qurbanı olur. 
Odur ki, bəzən susmaq lazım gəlirdi, bacaran susurdu, bacar-
mayan isə dilini farağat qoya bilməyib sözünü deyirdi. 
Mirzəgilə İnstitutun yataqxanasında otaq verdilər. Qışın 
sərt günləri, qar, şaxta... Bu çətinliklərə baxmayaraq, onlar 
gündə on iki saat işlədi. Siyirtmələr bir-bir sökülüb, hissələri 
yoxlandı. Qüsurlar aşkar edildi. Bir sıra detalların yenisi ilə 
əvəz olunması müəyyən edildi. İçliklər dəyişdirildi. Hər bir 
siyirtmə yenidən yığıldı və Başqırdıstan Neft Emalı zavodunun 
təhkim olunmuş nümayəndələrinin iştirakı ilə  sınaqdan 
keçirilib təhvil verildi, aktlaşdırıldı.  
Onlar bir ay, beş gündən sonra işi bitirib Azərbaycana 
qayıtdılar. Zavodda birinci Mirzənin gözünə  dəyən “Elanlar” 
lövhəsindəki töhmət oldu.  
 
“İşdə yol verdiyi kobud səhvinə görə Mirzə Osman 
oğluna şiddətli töhmət elan edilsin.  
Zavod Partiya Təşkilatı 
15 oktyabr 1987-ci il”. 
 
Mirzə  nə  qədər çalışdısa, hirsini boğa bilməyib do-
dağının altında elə Mahirə layiq yaxşı bir söyüş söydü. “Məgər 
bu töhmət nəyisə  dəyişir?!”  Əlbəttə  dəyişmir, boş 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə