Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə36/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   32   33   34   35   36   37   38   39   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
145
bilmədim...” deyə  Fərhad acı-acı düşündü, özünə 
yazığı gəldi.  
Bu arada atası səntərləyib yıxıldı. Bir neçə dəfə 
qalxmaq istədisə də, qalxa bilmədi. Fərhadın ürəyində 
atasına olan kin-küdurət, qəzəb, hamısı bir-birinə qa-
rışdı. “İndi mən nə edim?!” Əlacsız halda otağın orta-
sında durub öz-özünə sual verdi. Atası əlini ona tərəf 
uzatdı, qalxmaq istədi: 
– Oğlum?  
Baxışlarında həyat əlaməti olmayan atası ondan 
kömək istədi və yazıq-yazıq Fərhada baxdı.  
– Oğlum... – deyə o, bir də Fərhadı çağırdı.  
Fərhad elə bil yuxudan ayıldı. “Ata!” O, da ürə-
yində atasını çağırdı, lap uşaqlıqda olduğu kimi. 
Uşaqlıqda o, atasını tez-tez çağırardı, ondan kömək 
istərdi. Atası da Fərhadın əlindən tutub hara istəsəydi 
ora aparardı. Bəs indi nə oldu? Necə oldu ki, Fərhad 
atasının ona tərəf uzanan əlindən tutub onu qaldırmaq 
istəmədi. Bu necə ola bilər? Fərhad özünü qınadı  və 
atasına yaxınlaşıb onu ayağa qaldırdı. Sonra yataq 
otağına aparıb soyunduraraq yatağa saldı.  Əziz 
yuxuya getdi. Fərhad qonaq otağına keçib divanda 
oturdu. Bütün gecəni gözünü yummadı. Özündən asılı 
olmadan yana-yana ağladı. Gah vaxtsız itirdiyi anasını 
ağladı, gah atasının bu gününə  ağladı, gah da öz 
halına ağladı. Onun üçün bundan belə yaşamağa işıq 
ucu görünmürdü. Arada fikirləşirdi ki, yenə səhər açı-
lacaq, hər kəs evindən çıxıb bir tərəfə üz tutacaq, bir 


 
 
 
Solmaz Muxtarova 
 
146
işin dalınca gedəcək. Bəs Fərhad? Fərhad nə edəcək? 
Axı o, nə edə bilərdi? Nə olsun ki, o, əvvəllər sərxoş 
olub tinlərdə yatıb qalanlara kənardan baxıb keçmişdi. 
Onları bolluca qınamışdı, hətta onların yerinə xəcalət 
də çəkmişdi. “İnsan da özünü bu hala salar?” Dərddən 
yan keçmək başqadır, dərdi yaşamaq isə tamam 
başqadır. Nədənsə bu vaxta qədər Fərhad bunu başa 
düşməmişdi.  İndi atasının taleyi arağın  əlində idi, 
hakim – araq idi.  
Bir otaqda Əziz, bir otaqda isə Fərhad. Elə bil, 
bu mənzildə  hər  şey can verirdi. İş onda idi ki, Əziz 
bütün bunlardan xəbərsiz idi, o, başqa bir aləmdəydi. 
Sanki nə yerdə idi, nə göydə. Nə bu dünyada idi, nə o 
biri dünyada. O, bu halı ilə  Fərhadı da öz ardınca 
çəkib aparırdı. Fərhad dərin bir uçqunun qırağında 
dolanmaqdaydı. Yaxşı bilirdi ki, bu faciə heç də alın 
yazısı deyil. Yeri-göyü yaradan Ulu Tanrı belə bir 
taleyi yaza bilməz. Bu taleyi yazan elə insanın özüdür, 
başqa bir kəs yox. Necə ki, Əziz də özünə belə bir tale 
yazdı.  
Səhər açılana yaxın Əziz ayıldı. Dili-dodağı qu-
rumuşdu. Mətbəxə keçib iki stəkan su içdikdən sonra 
bir qədər özünə gəldi. Baş verənləri xatırlamağa çalış-
dı. “Axı  mən bağda idim. Məni bura kim gətirib?” 
Beynində ani olaraq elə bil, azca bir işıq yandı. Dünən 
bağda baş verənləri yadına saldı. Ürəyi sıxıldı. 
Nigarançılıq içində  Fərhadın yataq otağına keçdi. 
Fərhad yataqda yox idi. Heç onun yatağı da 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
147
açılmamışdı. “Fərhad harada ola bilər?”  Əziz bu 
sualdan  əməlli-başlı qorxdu və qonaq otağına keçdi. 
Fərhad kresloda oturmuşdu, gözləri yumulu idi. Əziz 
rahat nəfəs aldı, astaca ona yanaşdı. Fərhad atasının 
ayaq səslərini eşitdisə də, gözlərini açmadı. 
– Oğlum!.. 
Fərhaddan səs gəlmədi. Əziz bir də onu çağırdı. 
Fərhad başını qaldırıb zorla gözlərini açdı. O, atasını 
məzəmmətlə süzüb yenə gözlərini yumdu. Fərhadın 
gözləri qan çəkmişdi. Sir-sifəti  şişmişdi, o, pis 
gündəydi. Çoxdandır  Əziz oğluna belə diqqət 
etməmişdi.  
– Oğlum, sənə nə olub?.. 
Fərhaddan yenə səs gəlmədi.  
– Fərhad, sən ağlamısan? – Əziz bu sualı verdi-
sə  də, Fərhadın ağlamasına inanmadı, bəlkə  də inan-
maq istəmədi.  Əziz həmişə  oğlunun möhkəm iradəsi 
ilə fəxr etmişdi.  
– De görüm sənə nə olub? Niyə ağlamısan? 
Fərhad özünü saxlaya bilməyib kreslodan dik 
atıldı:  
– Ata, bilmək istəyirsən mənə  nə olub? Mən 
ölmüşəm! Özü də məni sən öldürmüsən! Sən!  
Əziz qulaqlarına inanmadı: 
– Oğlum, sən nə danışırsan?! 
– Sən soruşursan mənə nə olub?! Mən də həqi-
qəti sənə deyirəm! Bəli! Artıq mən ölmüşəm! Məni 


 
 
 
Solmaz Muxtarova 
 
148
sən öldürmüsən!.. Öz doğma atam! – Fərhad qəzəblə 
sözünü deyib, otaqdan çıxdı.  
Azca sonra qapı  çırpıldı. O, çıxıb getdi. Əziz 
yerindəcə donub qaldı. “Mən ölmüşəm! Özü də məni 
sən öldürmüsən!” Bunu başqası yox, onun doğma 
oğlu dedi. Özü də  rəhmsizcəsinə düz atasının üzünə 
belə bir hökm verdi. Əziz bu sözlərin necə ürəkdən 
gəldiyini hiss etdi. Bu sözlər onu yerbəyerdən kəsib-
tökdü.  
İki saata yaxın eləcə oturduğu yerdən qalxa bil-
mədi. Gah öz-özü ilə, gah da oğlu Fərhadla haqq-he-
sab çəkdi. Bundan belə o, necə rahat ola bilərdi? Qal-
xıb hövsələsiz var-gəl etməyə başladı. Pəncərənin qar-
şısında durub hey yola baxdı. Küçədə sağa-sola gedən 
qayğısız insanlara baxdı. Onların arasında Fərhadı ax-
tardı. “Bu vəziyyətdə o, hara getdi? Cavandır... Bir-
dən?”  Əzizin qorxudan az qala ürəyi dayandı. Nə 
qədər etdisə qara fikirlər onu rahat buraxmadı ki, 
buraxmadı. “Oğlum, Fərhad! Indi hara gedim?! Səni 
harada axtarım?!”  
Fərhad necə evdən çıxdığını özü də bilmədi. 
Nifrəti, qəzəbi, hamısı bir-birinə qarışmışdı. Artıq o, 
belə bir həyatı yaşamaq istəmirdi. Buna gücü 
çatmırdı. Çox gəzdi, dolandı, ona elə  gəldi ki, hara 
baxırdısa, atasının baxışları ilə üzləşirdi. Hər tərəfdən 
Əziz yazıq-yazıq oğluna baxıb ondan kömək istəyirdi. 
Əlini ona tərəf uzadıb “Qaldır məni” deyə  oğlunu 
çağırırdı.  


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə