Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə33/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   29   30   31   32   33   34   35   36   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
135
istədi dursun. Amma dura bilmədi, bədəni ağırlaşmışdı. 
Təzədən gözlərini yumdu. Bayaqdan ara verən səslər yenə 
eşidildi. Xalasının səsi idi. Astadan da olsa o, hisrsli-hirsli nə 
isə deyirdi. Fərhad arada Əziz sözünü eşidib söhbətin onlardan 
getdiyini başa düşdü. Bir istədi qulaq asmasın. “Başqasının 
söhbətinə qulaq asmaq yaxşı deyil.” Amma hansısa bir qüvvə 
onu bu fikirdən daşındırdı. O qulaq verdi.  
– Qızım, heç kəs mənim qədər sənin xoşbəxtliyini 
istəmir. Mən sənin ananam, çalışıram ki, sən xoşbəxt olasan.  
– Mən bu barədə  eşitmək istəmirəm! Nahaq yerə 
əziyyət çəkirsən. İmkan ver dərsimi oxuyum. 
– Qızım, sən ağlını başına yığ. Fərhad yaxşı  uşaqdır. 
Tək oğlandır.  Əlinə-ayağına dolaşan olmayacaq. Ortada bir 
Əzizdir. Artıq onun da kitabı bağlanıb. Çətin ki, bundan belə o, 
adam ola.  
– Əl çək bu bəd niyyətindən. Onsuz da sən deyənlər baş 
tutmayacaq. Yaxşısı budur məni rahat burax!  
Fərhad keyləşdi. Xalasının dediyi sözlər sillə kimi üz-
gözünə çırpıldı. “Artıq onun kitabı bağlanıb. Çətin ki, bundan 
belə o, adam ola!” Bu kimin ağlına gələrdi? Handan-hana 
özündə qüvvə tapıb qalxdı. Odeyalı  səliqə ilə qatlayıb qoydu. 
İşığı yandırdı.  
Qonaq otağında işığın yandığını görən Səmayə  əlində 
çay otağa daxil oldu. Fərhadın getməyə hazırlaşdığını görüb 
təəccübləndi.  
Xalan qurban, hara tələsirsən? Çay iç, sonra gedərsən.  
–  İşim var, getməliyəm, – o, bunları xalasının üzünə 
baxmadan zorla deyə bildi.  
Özü də bilmədi necə sağollaşıb çıxdı. Bağa, atasının 
yanına getmək fikrindən daşınıb şəhər evinə gəldi.  
Fərhad bütün gecəni yata bilmədi. Bir tərəfdən atasını 
itirmək qorxusu, digər tərəfdən də taqətdən düşdüyünü hiss 


 
 
 
Solmaz Muxtarova 
 
136
edirdi. Bəzən ona elə  gəlirdi ki, artıq qüvvəsi tükənib. O, hər 
tərəfdən bağlı yollar arasında boğulurdu. Atasının dönə-dönə 
verdiyi sözlər elə söz olaraq qalırdı.  Əziz arağın qabağında 
duruş gətirə bilmirdi. Araq maqnit kimi onu özünə çəkərək bu 
dünyadan ayırıb aparırdı.  
Fərhad Moskvanın küçələrində hər addımbaşı rastlaşdığı, 
üfunət iyi verən sərxoş insanları tez-tez gözünün önünə gətirib 
az qala havalanırdı. Bir tərəfdən də bu gün xalasının dediyi 
sözlər. “Artıq onun kitabı bağlanıb...” – “Yox! Atamı bu 
bəladan xilas etmək lazımdır! Nəyin bahasına olur-olsun, mən 
onu xilas etməliyəm!..” 
Fərhad ümidini tamam üzmək istəmirdi. Amma yaxşı 
bilirdi ki, artıq ümidləri puç olmaq üzrədir. Bir ildən də çox idi 
ki, Fərhad bu vuruş meydanında idi. O, nələr etməmişdi?! 
Həkimlər, psixoloqlar, lazımi müalicələr... Bəzən də özü 
atasının qabağında diz çöküb yalvarmışdı:  
– Ata, daha bəsdir! Mən səni uşaqlıqdan tanıdığım kimi 
görmək istəyirəm, sənə güvənmək isytəyirəm. Yenə də səninlə 
fəxr etmək istəyirəm.  
– Tanrının üzü qara olsun! Məni yaman yerdə vurdu! 
– Ata, belə getsə, bizi faciə gözləyir. Buna yol vermə! 
Nə  qədər ki, gec deyil qayıt bu yoldan. Ata, atacan... Sənə 
yalvarıram... Özünü ələ al! Bu dünyada hamının dərdi var, 
dərdsiz insan yoxdur. Özünə də, mənə də yazığın gəlsin...  
– Mənim yazıq balam, mən sənə  nə boyda dərd ol-
muşam... Sən elə bilirsən bütün bunlar mənə xoşdur?.. Mən 
özüm özümə nifrət edirəm. Amma.. – o, sözünün ardını gətirə 
bilmədi. Sənəmdən sonra lap kövrək olmuşdu. Bir tərəfdən də 
arağın təsiri. Tez-tez xəlvətə çəkilib uşaq kimi ağlayırdı. Bəzən 
oğlunun qabağında da özünü saxlaya bilmirdi. Gözü dolur, əli-
ayağı əsirdi.  
– Ata, bu, çıxış yolu deyil.  


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
137
– Sən haqlısan, mənim balam. Mən yaxşı ata ola 
bilmədim.  
– Hər şey öz əlindədir! Hələ ki, gec deyil...  
Belə söhbətlər, ya da buna bənzər söhbətlər çox olub 
keçmişdi. Amma faydası olmamışdı.  
Bu çətin həyatın keşməkeşində Fərhad vaxtından qabaq 
yaşa dolurdu, kamilləşirdi. Düşdüyü vəziyyətdən çıxmaq üçün 
yollar axtarırdı. Yaxşı bilirdi ki, ümidini itirmək – atasını 
itirmək demək idi. O, bu fikri yaxına buraxmırdı.  İlahi bir 
qüvvəyə inanmaq istəyirdi.  
“Bu da, dövrün bir bəlasıdır. İş ondadır ki, bu bəladan 
xilas olmağın yolunu həkimlər də tapa bilməyib. Milyonlarla 
insan məhv olub gedir. Onlar həyatın bütün naz-nemətini, öz 
yaxınlarını, həyatda nəyi varsa, hər  şeyini,  ən başlıcası isə öz 
simasını qurban verir. İnsan kimi yaşaya bilmir, öləndə  də 
insan kimi ölmür.” 
Qara fikrilər Fərhadı boğurdu. Nə  qədər istəsə  də 
onlardan xilas ola bilmirdi. Dərd üstündən dərd gəlirdi. Bu da, 
növbəti zərbə. Heç gözləmədiyi, ağlına belə  gətirmədiyi 
yerdən. Elə bil dünya bu kiçik ailəyə nə qədər zalım olduğunu 
göstərmək istəyirdi. Onu məhv etmək üçün hər tərəfdən quduz 
canavar təki üstünə gəlirdi. Bu döyüşdə Fərhad tək idi.  
Fərhad atasının vəziyyətini gizli saxlayırdı. Ancaq 
qonşu Həsən kişi, bir də Zakir məsələdən xəbərdar idi. Onlar 
tez-tez Əzizə baş çəkir, onunla həmsöhbət olub kömək etməyə 
çalışırdılar.  
– Oğlum, mən səni qonşu yox, öz balam bilirəm. 
İstəmirəm xətrinə dəyim, amma el var, oba var. Ayıbdır. Sənə 
yaraşmaz...  
Həsən kişi hər dəfə belə deyirdi. Sözləri elə yumşaq, elə 
qılıqla deyirdi ki, Əziz nəinki ondan incimir, əslində  xəcalət 
çəkirdi.  


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə