Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə30/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   26   27   28   29   30   31   32   33   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
125
qala kəsib-tökürdü. Bu yerlərdə yayın cırcıramasında da isti 
yorğanla yatmaq lazım gəlirdi. Əziz əvvəlcə buna təəccüblənsə 
də, gecənin soyuq havası onu fikrindən daşındırdı, isti yorğanı 
başına çəkib ləzzətlə yatdı.  
Üçüncü gün idi ki, onlar dincəlirdi. Bu vaxt ərzində 
rayon mərkəzinə, bir də meşəyə gəzməyə getmişdilər. Əslində 
Əziz bu həyətyanı bağda olmaqdan daha çox ləzzət alırdı. Onu 
bir qədər sıxan ev sahiblərinin hədsiz qayğısı idi.  
Həmin axşam Mövlanın bibisi onları qonaq çağırmışdı. 
Bu yerlərdə  şəhərdən gələnləri qonaq etmək adət idi. Yaxın 
qohumlar, dostlar növbə ilə süfrə açıb onları evlərinə  dəvət 
edirdilər.  
Qonaqları küçə qapısında bibisinin həyat yoldaşı Kərim 
qarşıladı. Orta yaşlı, qıvraq, zarafatçıl. Mövlan şəstlə dostunu 
ona təqdim etdi: 
– Əziz dostum, qardaşım Əziz. 
Gülüşdülər...  
– Ağsaqqal, sən keç yuxarı başa, qonağımızı da al 
yanına. – deyə Kərim yer göstərdi.  
Çığırtma-plovun  ətri hər yana yayılmışdı. Artıq hava 
qaralmaq üzrə idi. Hamı çay süfrəsinin başına toplaşıb çay içir, 
şirin-şirin söhbət edirdi. Elə bu an küçə qapısı açıldı. Həyətə ağ 
paltarlı  gənc bir qız girdi. O, qonaqları görüb özünü bir az 
itirdi. Mövlan qalxıb ona tərəf getdi. Mehribancasına 
görüşdülər. Hal-əhval edib qonaqlara tərəf yönəldilər.  Əzizin 
üzü qapıya tərəf olduğundan baş verənlər diqqətindən 
yayınmadı. Onlar masaya yaxınlaşdı. Qız sıxıla-sıxıla salam 
verdi.  
– Dostum Əziz. Bu da, istəkli bibimqızı Sənəm... 
Tanışlıqdan sonra Sənəm dərhal keçib getdi. Məclis 
gecədən xeyli keçənə kimi uzandı. Amma qız bir daha 
görünmədi, elə bil heç yox imiş. Əvvəlcə Əziz buna əhəmiyyət 


 
 
 
Solmaz Muxtarova 
 
126
vermədi. Amma nədənsə bu ağpaltar qız onun gözünün 
önündən getmədi. Bütün gecəni bir neçə  dəfə bu barədə 
fikirləşdi. Özü də bilmədi onun diqqətini çəkən nə oldu. Qızın 
uzun qara kiprikləri az qala üzünə kölgə salırdı. Deyəsən 
gözlərinin rəngi qəhvəyi idi. Nazik uzun qaşları, ağ  bənizi... 
Axı, bu qızda qəribə nə var idi ki, Əzizi bu qədər narahat etdi? 
Əziz bu barədə çox fikirləşdi və ona elə gəldi ki, bu yad qızın 
gözlərinin dərinliyindən xəfif bir kədər boylanır. Qız nə qədər 
onu gizlətməyə çalışsa da, gözləri onu ələ verirdi. Axır ki, Əziz 
özünü saxlaya bilməyib şəhərə qayıdanda söhbəti dostuna açdı. 
Mövlan Əzizin sualından tutuldu.  
– Gəl bu barədə danışmayaq... – deyə ona cavab verdi. 
– Bağışla. Əgər nişanlıdırsa başqa məsələ.  
– Yox. Nişanlı deyil.  
Əziz artıq heç nə soruşmadı. Söhbət beləcə bitdi. Amma 
bir xeyli müddət bu fikir onun beynində dolandı. “Qəribədir. 
Niyə bu barədə söhbət açılanda Mövlanın qanı qaraldı? Nə 
məsələdir?” O, bu suala cavab tapmaq istədi.  
Aradan üç ay ötdü. Əziz yenidən bu söhbəti açdı  və 
məlum oldu ki, iki il əvəl Sənəmi qaçırıblar. Sənəm isə bununla 
barışmayıb, qohumun-yadın qınağına baxmayıb və qayıdıb 
atasının evinə.  
Bu xəbər çox gözlənilməz olsa da, Əziz bu xəbərdən 
yüngülləşdi. Elə bildi üstündən dağ götürüldü. Başqa bir 
tərəfdən də özünü qınadı. “Əziz, ağlını başına yığ! Məgər 
dünyada qız qurtarıb?” Düşüncələri ilə üz-üzə qaldı. Hər dəfə 
evlənmək barəsində söz düşəndə Sənəm gözünün önünə gəldi. 
Özü də baş açmadı ki, bu, nə məsələdir.  
Artıq  Əzizin iyirmi səkkiz yaşı var idi. Azdan-çoxdan 
qızlarla ünsiyyətdə olmuşdu. Bəs niyə  Sənəm onu belə 
ovsunladı?  Əslində bir kəlmə  də  kəsməyiblər, söz-sözə 
gəlməyiblər. Elə uzaqdan uzağa.  Əziz  əvvəlcə özü üçün nəyi 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
127
isə aydınlaşdırmağa çalışdı. Sənəmi qaçırıblar. Deməli, bu qız 
artıq həyatdan zərbə alıb. Kiminsə  bəd  əməlinə tuş  gəlib. 
Amma o, bununla barışmayıb, bəlkə də barışa bilməyib.  
Əziz özlüyündə  qərar verdi və elçi göndərdi. Bir neçə 
dəfə gediş-gəlişdən sonra, tanışlıqdan sonra məsələ  həll 
olundu. Ürəyi Əzizi aldatmadı. Sənəm onu xoşbəxt etdi. Bu qız 
hər an Əzizin gözündə böyüdü. Öz saflığı, incəliyi, başlıcası isə 
Əzizə olan qayğısı ilə.  Əzizdən ancaq bir xahişi oldu – “Heç 
vaxt mənim keçmişimi dilinə gətirmə.”  
Beləcə onlar bəxtəvər oldular. Kimsə buna sevindi, 
kimsə paxıllığını gizlədə bilmədi. “Mənim də  Əziz kimi ərim 
olsa idi, bir gün görərdim. Sənin bəxtin gətirib, Sənəm.” Hər 
dəfə bacısı  Səmayə belə deyərdi. Sənəm də zarafata salıb 
üstünü vurmazdı.  
Sənəmdən sonra isə Əzizin həyatı alt-üst oldu. Özü də 
alt-üst olan bu dünyanın içində  qərar tuta bilmədi, içməyə 
başladı. Hər dəfə Fərhada söz verdisə də, sözünün üstündə dura 
bilmədi. On gün, on beş gün ara verdikdən sonra yenə içdi. 
Çıxılmaz vəziyyətdə qalan Fərhad bu hal ilə barışmadı, nəyin 
hesabına olur-olsun atasını bu bəladan qurtarmağa çalışsa da, 
çətin oldu. 
– Ata!.. 
– Hə, bilirəm, oğlum. Mən sənin başını  aşağı edirəm. 
Mənə görə utanırsan. Kim istər ki, sərxoş bir kişinin oğlu 
olsun?.. 
– Yox, ata. Mən sənə inanıram! Yaxşı bilirəm ki, bu 
çətin günlər keçib gedəcək.  
– Mən də bunu ustəyirəm. Çox istəyirəm... Görünür 
kişiliyim çatmır. Hər dəfə səni də, özümü də aldadıram. Buna 
görə xəcalət çəkirəm. Oğlum olanda nə olar?! Üzünə baxmağa 
utanıram...  


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə