Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə32/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   28   29   30   31   32   33   34   35   ...   57

 
 
 
Solmaz Muxtarova 
 
132
Səmayə  hərisliklə fikrini tamamladı. Zakirin gözləri 
hədəqəsindən çıxdı. Səmayəni vurmaq istəsə də, özünü saxladı, 
əlləri havada qaldı.  
– Sən nə qədər alçaq qadınsan?! 
Rəngi qapqara qaraldı. “Necə olub ki, bu vaxta qədər 
mən Səmayəni tanıya bilməmişəm?! Bu, necə ola bilər?” 
Səmayə halını pozmadı, gülə-gülə sözünə davam etdi: 
– Məgər bu dünyada varı-dövləti hamı şərəflə qazanır? 
Ay yazıq, sən belə düşünürsən? Əlbəttə yox! Hansı yolla olur-
olsun, əsas odur ki, kişi qazana bilsin.  
– Mən sənin  ərin olduğum üçün özümə nifrət edirəm! 
Nifrət!  
– Bəs mən? Elə bilirsən mən səninlə  bəxtəvər ol-
muşam? Sən mənim həyatımın qara səhifəsisən! Bundan belə 
nə etmək lazım olduğunu mən özüm bilirəm! Artıq sən mənə 
mane ola bilməzsən! Sənsə çalış  şərəfini qoruyub saxlaya 
biləsən! Bəlkə o dünyada lazımın oldu! Məni isə bu dünya, bir 
də öz balalarım narahat edir. Başqa heç nə!.. 
Artıq Zakirin söz deməyə qüvvəsi çatmadı. Bundan belə 
onların münasibəti tamam pozuldu. Heç kəs başa düşə bilımədi 
ki, onların arasında nələr baş verir. Necə deyərlər, qazanlar 
ağzıbağlı qaynadı. Zakirin ürəyində  gəzdirməyə gücü 
çatmadığı bir daş düşüb qaldı. Səmayə isə niyyətindən geri 
çəkilməyi heç ağlına belə gətirmədi.  
Anasının yoxluğu, atasının düşdüyü vəziyyət Fərhadı 
çox sıxırdı. O, bütün günü qaçhaqaçda idi. Institut, şəhər evi, 
bağ, bazarlıq, atasının işlətdiyi müəssisə... 
– Fərhad, xalan qurban. Hər  şey yoluna düşəcək, fikir 
etmə. Mən ölməmişəm ki! Ananı əvəz edə bilməsəm də, sənin 
üçün  əlimdən gələni etməyə hazıram. Sən bacımın bircə 
nişanəsisən. 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
133
– Xala, çox sağ ol. Onsuz da sən  əziyyətimizi çox 
çəkirsən. Bundan artıq nə etməlisən ki?! Artıq biz çalışmalıyıq 
ki, hər şeyi özümüz edə bilək.  
– Yox, elə demə. Bu, mənim borcumdur. Başqa cür ola 
bilməz. Biz can-ciyərik. 
– Xala, nə yaxşı ki, sən varsan. Yoxsa... – Fərhadın 
gözü dolar, Səmayə mehribanlıqla gülümsərdi.  
– Hə, az qala yadımdan çıxmışdı. Vəfa paltarlarınızı 
yuyub-ütüləyib. Gedəndə aparmaq yadından çıxmasın. 
Əlbəttə, bu da bir işarə idi. Səmayə açıq deyə bilməsə 
də, Fərhada çatdırmaq istəyirdi ki, təkcə özü yox, qızı da 
onların qayğısına qalır.  
Fərhad iyirimi yaşın içində idi. O, Moskvaya oxumağa 
getməmişdən azca əvvəl anası Vəfa barəsində Fərhadın fikrini 
öyrənmək istəsə  də, Fərhad bir söz deməmişdi.  Əslində bu 
söhbət onu açmamışdı. Moskvada oxuduğu müddət ərzində isə 
bu fikri tamam yadından çıxartmışdı. Bir tərəfdən yeni bir 
mühit, digər tərəfdən isə müstəqil həyat. Fərhad sanki qaynar 
bir qazana düşmüşdü.  
İlk günlər bu şəhər Fərhadı qorxutdu. Əvvəli, sonu 
bilinməyən, hara baxırdın qaçhaqaç, qovhaqov... Bəlkə də yerli 
əhali buna adət etmişdi. Amma qıraqdan baxana bu aləm çox 
qəribə görünürdü. Bu insanlar hara qaçır belə? Ən qəribəsi də o 
idi ki, hamı bir tərəfə qaçmırdı, hərə bir tərəfə üz tutmuşdu. 
Fərhad sonralar buna adət etdi. Özü də bilmədən bu axına 
qoşuldu. Iki il necə gəldi, necə getdi bilmədi. Bir də onda ayıldı 
ki, Bakıdan teleqram aldı. Bu ağır xəbərlə  Fərhadın nəyi 
vardısa, hamısı bir anda yox oldu. Fərhad bir göz qırpımında 
göyün yeddinci qatından özü də bilmədi yerə necə gəldi. Bircə 
onda ayıldı ki, artıq onun heç nəyi yox idi.  
Fərhad hər tərəfdən onu çuğlayan dərdlərin içərisində 
bəzən nə edəcəyini özü də bilmirdi. Işıq gələsi yer 


 
 
 
Solmaz Muxtarova 
 
134
görünmürdü. Arada dərdini götürüb harasa qaçmaq istəsə  də, 
bu fikri özündən uzaqlaşdırmağa çalışırdı. Düşünürdü ki, hara 
getsə, bu dərd də onunla gedəcək. Həftədə, on gündə bir 
xalasıgilə  gələrdi.  Şəhərdə başqa gedəsi yeri yox idi. Onu 
xalasıgilə dartıb gətirən xalasının qayğısı idi. Xalasının 
göstərdiyi qayğı  məlhəm kimi Fərhadın canına yayılırdı, onu 
xeyli ovundururdu.  
Xalası qazan-qazan xörəklər bişirib onlara göndərir, 
vaxtlı-vaxtında paltarları yuyulur, həftədə bir dəfə onlara gəlib 
evi silib-təmizləyir, səliqə-səhman yaradırdı.  
Fərhad növbəti dəfə xalasıgilə gəlmişdi. Divanda oturub 
dincəlirdi. Bir tərəfdən yorğun, digər tərəfdən də həlli müşkül 
olan problemlər. Fərhad istehsalı yenidən işə salmaq üçün 
sənədləri hazırlayırdı. Bütün günü Ədliyyə Nazirliyində 
olmuşdu. Təşkilatın Əsasnaməsini təsdiq etdirmək üçün haqq-
nahaq deyilən iradların üzərində  işləmişdi. Vergilər 
Nazirliyində qeydiyyata düşmək üçün lazımi sənədləri də 
hazırlamışdı. Artıq yaxşı bilirdi ki, oturub gözləyə bilməz, özü 
nə isə etməlidir. Işləri qaydasına salmaq lazım idi, başqa yol 
yox idi.  
O, xalasının bişirdiyi küftə-bozbaşdan yeyib rahatlandı. 
Səmayə  Vəfa ilə  mətbəxdəydi. O, qonaq otağına keçdikdə 
Fərhadın mürgülədiyini görüb işığı söndürdü. 
– Uzan, bir az gözünün acısını al. 
Xalasının təklifi Fərhadın lap ürəyindən oldu. Səmayə 
odeyalı gətirib Fərhadın üstünü örtdü. Anası da gecələr bir neçə 
dəfə  Fərhadın yatağının başına dolanar, üstünü örtərdi. O, 
uşaqlıqdan narahat yatdığından üstünü tez-tez açardı.  
Fərhadı yuxu apardı. Az yatdı, çox yatdı bilmədi. 
Mətbəxdən gələn qatışıq səslərə ayıldı. O, yarıyuxulu, yarıayıq 
idi. Qonaq otağından mətbəxə açılan qapı azca aralı 
olduğundan mətbəxdən qonaq otağına işıq düşürdü. Fərhad bir 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə