Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə31/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   27   28   29   30   31   32   33   34   ...   57

 
 
 
Solmaz Muxtarova 
 
128
– Yox, ata, belə danışma! Mən həmişə  səninlə  fəxr 
etmişəm! 
– O günlər arxada qalıb. Artıq sənin fəxr etdiyin Əziz 
yoxdur. Onun əvəzində günlərini sərxoşluqla keçirən rəzil bir 
insan qalıb.  
– Yox! Sən bu yoldan qayıdacaqsan! Mütləq qayı-
dacaqsan!  
– Nə edim?! Bacarmıram. Anandan sonra yaşamaq çox 
çətindir. Düzünə qalanda heç yaşamaq istəmirəm.  
– Yox, ata! Sənin buna haqqın yoxdur! Axı mən sənin 
oğlunam. Yəni mənim varlığım sənin üçün heç nədir? 
– Yox! Yox! Bu belə deyil! Əlbəttə, belə deyil. Məni 
bağışla oğlum, məni bağışla, sənə əzab verirəm.  
– Ata, sən bu ətalətdən çıxmağı bacarmalısan. Biz belə 
yaşaya bilmərik.  
Ata-oğul arasında belə söhbətlər tez-tez olsa da, Əziz 
əvvəlki halına qayıda bilmədi. Bu vəziyyət Fərhadın da 
həyatını  dəyişdi. O, tələbə yoldaşları ilə qaynayıb-qarışa 
bilmədi. Yaşıdlarının getdiyi əyləncələrdən də, gəzintilərdən də 
uzaq oldu. Boş vaxtı olan kimi atasının yanına tələsdi. 
Moskvada oxuduğu iki il ərzində o, azdan-çoxdan mətbəx işləri 
ilə  məşğul olmuşdu. Hətta bir neçə  dəfə yarpaq və  kələm 
dolması da bişirmişdi. Doğrudur, birinci dəfə yarpaq dolmasına 
düyü qatmaq yaddan çıxmışdı. Dolma bir qədər bərk çıxsa da, 
uşaqlar pəh-pəhlə yemişdi. Odur ki, Fərhad mətbəx işlərinə özü 
girişdi, arada atası da ayıq olanda ona kömək etdi. Ikisi əl-ələ 
verib özlərini yola verməyə çalışdılar. Bir qədər sonra Əziz 
yığışıb bağa getdi.  
Əziz tək qalmaq, öz aləminə sığınıb yaşamaq istəyirdi. 
Belə olanda heç kəs onu məzəmmət etmir, içdiyinə görə onu 
qınamırdı. Bağlı qapı arxasında tək-tənha... Öz istədiyi kimi.  


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
129
Bir müddət belə oldu. Fərhad başa düşdü ki, atası 
uçuruma gedir. Nə olur-olsun, bunun qarşısını almaq lazımdır. 
O da, şəhərdə qərar tuta bilməyib tez-tez atasının yanına bağa 
getməli olurdu. Vaxt-bivaxt... Arada axşamdan xeyli keçmiş 
küçə qapısının döyülməsi Əzizi xeyli təəccübləndirdi. “Bu vaxt 
kim ola? Kimdir məni itirib-axtaran?” 
Hər dəfə qapıda oğlunu görüb elə bil narahat olurdu. 
– Fərhad, xeyir ola? 
– Ata, darıxdım. İstəmədim sən də tək qalasan.  
Əziz oğlunun fikrini başa düşsə də, üstünü vurmazdı.  
– Hə, nə deyirəm ki, elə mən də darıxıram. Yaxşı edib 
gəlmisən.  
Axırıncı dəfə Fərhad bağa axşamdan xeyli keçmiş gəldi. 
O,  əlindəki zənbili mətbəxə qoydu. Səmayə yarpaq dolması 
göndərmişdi. Bilirdi ki, Əziz xoşlayır. Fərhad xalasının 
göndərdiyi göyərtini, qatığı, duz-çörək, hər nə lazımdırsa, 
süfrəyə yığdı. Birlikdə nahar etdilər. Arada Əziz bir neçə dəfə 
araq  şüşəsini gətirib içmək istədi. Özünü zorla saxladı: 
“Uşaqdan ayıbdır...” 
Fərhad  əl-qolunu çirmələyib süfrəni yığışdırdı. 
Mətbəxdə yığılıb qalan çirkli qabları yuyub-yığdı.  
– Ata, sən samovar çayı xoşlayırsan, – deyib həyətə 
düşdü, samovara od saldı. Gecədən xeyli keçmiş ata-bala 
oturub çay içdilər. 
Fərhad atası üçün nə isə etmək istəyirdi.  
– Çox sağ ol, oğlum! – deyə Əziz minnətdarlıqla oğluna 
baxdı. “Mən elə bilirdim ki, sən hələ  uşaqsan... Amma belə 
deyil, artıq sən böyük oğlan olmusan! Sənə güvənmək olar! Nə 
yaxşı ki, sən varsan...”  
– Ata, biz əl-ələ verib yaşamalıyıq! 


 
 
 
Solmaz Muxtarova 
 
130
Fərhadın səsində bir eyham da vardı. Əziz bilmədi ona 
nə cavab versin, nə desin. Yazıq-yazıq oğluna baxıb dərindən 
ah çəkdi.  
Səmayə daxilən bir dəqiqə  də olsun rahatlıq tapa 
bilmirdi. “Nə etsin, necə etsin ki, qızı tezliklə Əzizin mülkündə 
gəlin olsun?! Bu imkanı əldən vermək olmaz!” Səmayə işi elə 
düzüb-qoşmalıdır ki, Əziz bu məsələnin baş tutmasını özü 
istəsin, başa düşsün ki, bu, onlara daha çox lazımdır. Onsuz da 
bir qız bir oğlanındır. Bir az gec, ya da bir az tez. Qohum, ya 
da özgəsi. Nə  fərqi var ki? Təki xeyirli olsun. Nə  qədər ki, 
Əzizin başı araqdan ayılmayıb məsələni həll etmək lazımdır. 
“Bəxtəvərin ölüsü də hörmətli oldu. Əzizə baxanda adamın 
ürəyi sökülür. Kişi arvadını  nə  qədər istərmiş?! Yoxsa 
mənimki?.. Elə bil, ölənlərini mən öldürmüşəm! Sancmaqdan 
başqa  əlindən heç nə  gəlmir.  İndi gəl beləsi ilə yaşa görüm 
necə yaşayırsan?!” 
Zakirin etirazlarına baxmayaraq Səmayə öz işində idi. 
Hər dəfə bir bəhanə ilə süfrə açıb Əzizi, Fərhadı çağırır, canla-
başla onlara qulluq edib, sonra da bir qazan xörək verib onları 
yola salırdı.  
– Özgə deyilik ki?! Ağır gündə bir-birimizə  həyan 
olmalıyıq. Bəs qohum qohuma nə gündə  gərəkdir?! – deyib 
Səmayə şirin dilini də işə salırdı.  
– Sizə çox əziyyət veririk. Gərək belə olmayaydı, – 
deyə  Əziz də minnətdarlıq edirdi. Amma axır vaxtlar Zakirin 
soyuqluğu onun gözündən qaçmırdı. O, öz süfrəsinin başında 
özgə kimi oturub hey susurdu. “Görən nə olub? Bu Zakir 
əvvəlki Zakir deyil. Yəqin nə isə baş verib?” 
Axır ki, bir gün Əziz Zakiri bir kənara çəkib söz açdı: 
– Zakir, gözümə bir təhər dəyirsən. Bəlkə  nədənsə 
narazısan? Bu gediş-gəliş sənə xoş deyil? 
Zakir elə bil yuxudan ayıldı.  


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
131
–  Əziz, sən nə danışırsan? Bu fikir haradan ağlına 
gəldi? Mən səni həmişə özümə böyük qardaş bilmişəm, axıra 
kimi də belə olacaq.  
– Bəs onda sənə nə olub? 
Zakir baxışlarını endirdi və susdu.  
– Bəlkə bir kömək lazımdır? 
– Yox, yox! Bu, başqa məsələdir.  
– Zakir, sən mənə etibar edə bilərsən. 
– Yox, Əziz! Yaxşısı budur üstünü vurma. Həyatın işini 
bilmək olmaz. Bəlkə də vaxt gələr bilərsən.  
– Nə deyirəm?! Özün bilən məsləhətdir.  
Söhbət beləcə bitdi. Amma Zakir yaranan vəziyyətdən 
çıxmağa yollar axtarsa da, əli boşa çıxırdı. Qınayan olmasaydı, 
Səmayədən ayrılıb bir dəfəlik bu bəladan canını qurtarardı.  
Səmayə isə  hər addımbaşı Zakiri acı dili ilə  zəhər-
ləməkdən elə bil həzz alırdı.  
– Sən fərli kişi olsaydın, mən bu günə qalmazdım! 
Kişi üçün bundan ağır nə ola bilər? Səmayənin apardığı 
şərəfsiz oyundan Zakir nə  qədər istəsə  də, özünü kənara çəkə 
bilmirdi. Özünü bu oyunun içində hiss edirdi. Kimə deyə 
bilərdi ki, arvadının öhdəsindən gələ bilmir?! Bu, kiməsə 
deyiləsi söz deyildi. Hər dəfə isə Səmayənin başqa üzü açılırdı. 
Axırıncı dəfə söhbət öz əndazasından çıxdı.  
– Qoy içsin, nə qədər çox içsə, yaxşıdır. Onun sağlam 
olması bizə sərf eləmir, belə daha yaxşıdır. 
– Sən bununla nə demək istəyirsən? 
– Mən nə deyə bilərəm ki? Özü bilər. Içir qoy içsin! 
Içəni saxlamaq olmaz! O ki, qaldı onun aqibətinə, bunu vaxt 
göstərər. Hamı bilir ki, tüfeylinin axırı yoxdur. Vəssəlam! 
Bununla da Əzizin kitabı bağlanır, Əziz oyundan çıxır.  


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə