Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə39/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   35   36   37   38   39   40   41   42   ...   57

 
 
 
Solmaz Muxtarova 
 
158
keçmək haqqında məsələ qaldırsa da, nəticəsi olmamışdı. Hər 
dəfə direktor onun gözünün qabağında ərizəsini cırıb atmışdı. 
– Oğlum, get başını sal aşağı, işinlə  məşğul ol, bura 
istehsalatdır.  İş olan yerdə söz-söhbət də olar. Elə bilirsən 
mənim üzümə söz gəlmir? Hamını plan maraqlandırır. Başqa 
heç nə. Heç imkan vermirlər ki, ağzını açıb dərdini deyəsən.  
Belə olanda Mirzə  də  ağsaqqalın sözünün qabağında 
söz tapıb deyə bilmirdi. Kor-peşman geri qayıdıb başını salıb 
işləməyə məcbur olurdu.  
Mirzə direkrotun kabinetinə girib salam verdi və keçib 
oturdu. Kişinin qanı  bərk qara idi. Hamı narahat idi. Təcili 
iclasın nə səbəbdən çağırılmasını heç kəs bilmirdi. Artıq hamı 
yığışmışdı. Direktor müavini, baş mühəndis, həmkarların sədri, 
satış şöbəsinin müdiri, sex rəisləri, hətta baş mühasib də burda 
idi. Ağır sükutu qapının səsi pozdu. Mahir Axmedoviç şəstlə 
kabinetə daxil oldu. Dodağının altında salam verib, həmişəki 
yerində oturdu. Direktor ağır-ağır başını qaldırıb işçiləri 
gözdən keçirdi. Hamının yığışdığına arxayın olduqdan sonra 
əsəbi halda qarşısındaki sənədləri işçilərə payladı: 
– Alın, tanış olun və  məni başa salın görüm bu, nə 
məsələdir!.. 
Direktor sənədi birinci Mirzənin qabağına qoydu. 
“Yenə  də  mən! Demək çanaq yenə  də  mənim başımda 
sınacaq.” 
Mirzə  tələsik sənədləri oxudu. Siyirtmələr haqqında 
şikayət məktubu idi. Başqırdıstanın neft emalı zavodundan 
yazılmışdı. Bildirilirdi ki, siyirtmələrdə kiplik təmin olunmur, 
sızma halları baş verir, həmçinin,  əl qüvvəsi ilə siyirtmələr 
açılıb-bağlanmır. Bəziləri isə tamam açılmır. Qüsurların aradan 
qaldırılması ilə bağlı  təcili tədbir görülməsi xahiş olunurdu. 
Eləcə də, qüsurların aradan qaldırılması ilə bağlı bütün maliyyə 
xərclərinin istehsalçı tərəfindən ödənilməsi qeyd edilmişdi.  


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
159
Mirzə əsəbi halda sənədləri bir də gözdən keçirib köks 
ötürdü. 
Zavod ildə  əlli mindən yuxarı siyirtmə istehsal edirdi. 
Təkcə respublikanın ehtiyacını deyil, bir çox müttəfiq 
respublikalara da planlı  şəkildə  məhsul göndərilirdi. Bu si-
yirtmələr neft, qaz və başqa məhsulların nəqli üçün istifadə 
olunurdu.  Şikayət məktubu isə istehsalına yeni başlanmış 
keçidi 100mm, işçi təzyiqi 25 atmosfer, temperaturu 450°C-yə 
qədər olan siyirtmələrdən idi. Birinci partiya 250 ədəd 
Başqırdıstana göndərilmişdi. İş onda idi ki, həmin siyirtmələrin 
göndərilməsindən Mirzənin xəbəri olmamışdı. Amma yaxşı 
bilirdi ki, indi bunun mənası yoxdur.  
– Buyur, – deyə direktor nəzərlərini Mirzədə saxlayıb 
ondan cavab gözlədi.  
Mirzə məsələni olduğu kimi danışmağı qət etdi: 
– Doğrudur, bu işlərə mən cavabdehəm. Amma həmin 
partiyanın göndərilməsində  mənim günahım yoxdur. Mən işlə 
bağlı başqa zavoda getmişdim, qayıdanda artıq məhsul yola 
salınmışdı. Mənə bildirdilər ki, yuxarıdan zəng olub, rübün 
sonudur, planı pozmaq olmaz.  
– Günahım yoxdur deməyə  nə var ki?! Necə olur ki, 
texniki-nəzarət  şöbəsi tərəfindən tam qəbul edilməyən məhsul 
başqa respublikaya göndərilir, sənin də bundan xəbərin olmur?  
Bu Mahir Axmedoviçin səsi idi. Mirzə də fikrini kəskin 
bildirdi: 
– Mən özümü kənara çəkmək fikrində deyiləm. 
Günahım varsa, cəzasını çəkməyə hazıram.  
– İstəsən də, özünü kənara çəkə bilməzsən. 250 siyirtmə 
az qala işçilərin yarım aylıq  əmək haqqıdır. Bu ziyanı kim 
ödəyəcək?..  
Bu anda həmkarlar ittifaqının sədri söhbətə qarışdı: 
– Yəqin ki, bu məsələdə hamımızın günahı var. Mən 
təklif edirəm ki, təcili şikayətlə bağlı məsələ həll edilsin. Qoy 


 
 
 
Solmaz Muxtarova 
 
160
söhbət yuxarılara çıxmasın, sonra günahın kimdə olduğu 
araşdırılar.  
– Mənsə  təklif edirəm ki, ən birinci günahkar cəza-
landırılsın.  Əmək kitabçasına yazılmaq  şərtilə  şiddətli töhmət 
verilsin, – deyib Mahir daha inadla fikrini bildirdi.  
Direktor qalxıb ötkəm səslə söhbəti kəsdi: 
– Mən sizi bura mübahisə etməyə yığmamışam, – deyib 
o, baş mühasibə müraciət etdi – Nə lazımdır hazırlayın. Qoy 
Mirzə özü ilə iki nəfər ixtisaslı işçilərdən götürüb günü sabah 
birinci reyslə yola düşsün. Gedib hər  şeyi yerində yoluna 
qoysun. Sonra məsələni aydınlaşdırarıq və günahkar da 
cəzasını alar. Yüz dəfə sizə demişəm ki, planı yerinə yetirmək 
üçün işə ayın əvvəlindən başlamaq lazımdır. Ayın axırında əl-
ayağa düşməyin mənası yoxdur. Nə  qədər bu sözü demək 
olar?! Elə bil divara deyirsən!.. – Sonra o, dönüb baş 
mühəndisə  və satış  şöbəsinin rəisinə üz tutub acıqlı-acıqlı 
soruşdu – Sizə kim icazə verib ki, qəbul edilməyən məhsulu 
zavoddan kənara çıxarasınız? Özü də başqa respublikaya? 
Bəsdir! Bu qədər özbaşınalıq olmaz!.. Hamınız rahat 
kabinetlərdə oturub gözləyirsiz ki, iş günü başa çatsın... Bilmək 
olmur bütün günü nə ilə məşğulsunuz, iş qalır bir qıraqda! 
Direktor az hallarda özündən belə çıxardı. Bu dəfə hər 
şey gözlənilməz oldu. O, birinci olaraq öz müavinindən 
soruşdu: 
– Bu gün hansı sexdə olmusan? 
Müavin özünü necə itirdisə, ilk ağlına gələn sexi dilinə 
gətirdi. Onun yalan dediyini hamı bildi, elə direktorun özü də. 
Amma hamı bu yalanı uddu. Sonra direktor hamını bir-bir sual-
cavab etdi, doğru-yalan hərə bir söz dedi. Əslində  işçilər bir-
birini yaxşı tanıyırdı. Bütün günü sexlərdə ayaq döyən Mirzə 
yaxşı bilirdi ki, baş texnoloqdan başqa qalanların ayağı 
həftələrlə sexə dəymirdi, arada gözdən pərdə asmaq üçün bir-
iki dəqiqə sexdə görünməklə kifayətlənirdilər.  


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə