Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə42/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   38   39   40   41   42   43   44   45   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
167
Aradan uzun illər ötsə  də ümidini üzmürdü. “Bəlkə 
qayıtdı...” – deyə Mirzə dünyadan bir möcüzə gözləyirdi. 
Televizorda deyilənlər, mətbuatda yazılanlar, uzun illərdən 
sonra evinə dönənlər, xüsusilə Sovet məkanında axır vaxtlar 
“Gözlə məni” verilişi ilə bağlı baş verən hadisələr.  
Beləcə, Mirzə  həsrətinə  sığınıb atasının yolunu 
gözləyirdi. Bəzən özündən asılı olmadan nağıllar dünyasına 
düşür, gözünün önünə müharibədən qayıdan atası  gəlirdi. O, 
sevincini yığıb-yığışdıra bilmirdi, yetimliyin daşını atıb 
bəxtəvər olurdu, qol-qanad açıb uçurdu. Hara uçduğunu özü də 
bilmirdi. Amma ona elə gəlirdi ki, o, Tanrının dərgahına doğru 
uçur. Ulduzlara yaxın, mələklərin arasında, xoşbəxt uşaqlarla 
bir yerdə, atalı-analı  uşaqların yanında... Onun fikrincə 
bəxtəvər uşaqlar hardasa, yuxarıda – Tanrının yanında idi. 
Mirzə  də onlarla birlikdə. Sonra Mirzə biqəfil yerə  dəyirdi. 
Zərbədən ayılıb baxırdı ki, nə mavi səma, nə min bir rəngə 
çalan ulduzlar, nə də atası var. O, təkdir. Tək... Mirzə qəhərini 
udub bununla barışmalı olurdu. Onun bu acı  həsrətindən 
xəbərsiz olan illər də ötüb gedirdi. Sanki hər ötən il ona acıq 
verir, dərdinin üstünə dərd gətirirdi. Mirzə nə qədər istəsə də, 
atalı bəxtəvər uşaqlara qoşula bilmirdi. Onlar kimi danışıb-gülə 
bilmirdi, onlar açan qapıları aça bilmirdi. Xoşbəxtliyə qıraqdan 
baxırdı. Nə olsun ki, artıq özü də ata olmuşdu? Axı onun üçün 
toy çalınanda atası qapıda durub qonaqları qarşılamamışdı, əl-
qol açıb qonaqların qabağında oynamamışdı, onun yeri boş 
qalmışdı. Atasının yeri təkcə onun toyunda yox, ömrünün-
gününün hər zamanında boş qalmışdı. Bu boşluq içində  də 
Mirzə çox şeylərdən məhrum olmuşdu.  
Mirzənin atası olsaydı doyunca yemək yeyərdi. Kənddə 
kimlərinsə  həyətində  təndirə çörək yapılanda o, özündən asılı 
olmadan həmin qapıya tərəf getməzdi... Çəpərə  sıxılıb, çörək 
ətrini canına sovurmazdı. Aclıq... Çörək ətri... Mirzə heç vaxt o 


 
 
 
Solmaz Muxtarova 
 
168
anları yadından çıxara bilmədi. Aradan çox illər ötdükdən 
sonra bir dəfə Mirzə anasına dedi: 
– Anacan, mən uşaqlıqda doyunca yemək yesəydim 
bilirsən necə oğul olardım?! 
Bu söz deyəsən anasının köz bağlamış yarasını təzələdi. 
Həmişə yol gözləyən gözləri doldu.  
– Doğru deyirsən, oğlum. O zəmanənin uşaqları 
doyunca yemək yemədi. Qırılan qırıldı, qalan qaldı.  Şükür ki, 
biz salamat çıxdıq!..  
Mirzə yersiz danışdığını başa düşdü. Anasını qu-
caqlayıb öpdü: 
– Bağışla, ana!.. Sən çox əziyyət çəkmisən. Bağışla. 
Bağışla məni!..  
Odur ki, vəd olunan firavan dünyanı atasız gözləmək 
Mirzə üçün çox çətin idi. Çox çətin... Təkcə onun yox, hamının 
gözlədiyi, hamının xəyallarında yaşatdığı sehirli, firavan bir 
dünya. Demişdilər gözlə, o da başqaları kimi gözləyirdi. Vəd 
olunan xoş güzaran tez-tez yuxularına gəlirdi. Yaşamağın 
dadını, ləzzətini duyurdu. “Sən demə  cənnət elə bu dünyada 
imiş, bu vaxta qədər bilməmişik. Hər kəsdən bacarığına görə, 
hər kəsə  tələbatına görə!”  İnsan üçün bundan yaxşı  nə ola 
bilər?! Bacardığın qədər işlə, istədiyin qədər al. Allah bunu 
düzüb-qoşanların atasına rəhmət eləsin. Kişilər nahaq yerə 
zəhmət çəkməyib, belə bir güzəran kimin ağlına gələrdi? 
Amma nədənsə bu xoş gün bir xeyli gecikirdi. Bizlər də yaman 
səbirsiz olmuşuq, elə bilirik ki, hər şey asan başa gəlir. Nahaq 
yerə belə düşünürük, səbr etmək lazımdır. Hara qaçırıq? Bir az 
gec, bir az tez!.. 
Sağ olsun yuxarıdakılar da. Bizləri intizarda qoymur. 
Gecə-gündüz ağız dolusu bu barədə danışıb bizləri arxayın 
salırlar. Biz də kafir deyilik ki, Allah bəndəsiyik – deyilənlərə 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
169
inanırıq. Necə  də inanmayasan?! Bu böyüklükdə insanlara 
inanmamaq olar? Əlbəttə yox. 
Allah şeytana lənət eləsin. Elə şeytan ki, şeytan. Tez-tez 
Mirzənin ürəyinə girib hər şeyi alt-üst edirdi. Qoymurdu kişini 
rahat yaşasın. Mirzə  də qalırdı belə, nə etsin? Eşitdiklərinə 
inansın, yoxsa gördüklərinə? Nə isə düz gəlmirdi. Bu şeytan da 
bir tərəfdən. Mirzə ağlını başına yığıb sağa-sola baxıb daha da 
xoflanırdı. “Şeytan olanda nə olar? Deyəsən bu məsələdə 
şeytan haqlıdır.” Sonra da Mirzə özünü qınayırdı. “Yox. Bu 
boyda zarafat olmaz. Az qala dünyanın yarısı Kommunizmdən 
danışır, o günü gözləyir. Bu haqda qalaq-qalaq kitablar yazılıb, 
institutlar açılıb, böyük şəxsiyyətlər yetişib. Ən başlıcası bütün 
dünyaya car çəkilib. Qəribədir, yəni bu böyüklükdə dünyanı 
aldatmaq olar?”  
Yenə  də  şeytan araya girib öz sözünü deyirdi. “Burda 
təəccüblü heç nə yoxdur. Bu dünyada nə desən ola bilər.” Hər 
halda axmaq olar beş nəfər, on nəfər, lap uzağı yüz nəfər. Hamı 
necə, o da elə. Bu qədər millətlər ağlını itirməyib ki, boş yerə 
oturub gözləsin! Deməli, gözləmək lazımdır. Adam bu qədər 
səbrsiz olmaz.  
Baş verənlər Mirzəni çaşdırıb tez-tez ayrı  səmtə 
aparırdı. Firavan həyat, Kommunizm gerçəkliyi 80-85-ci illərə 
vəd olunmuşdu. Artıq həmin illər bir neçə addımlıqda idi. 
“Bəlkə möcüzə baş verəcək? Ola bilməz ki, dünyada özünə 
görə ad-san qazanmış bir nəhəng ölkənin bütün dünyaya car 
çəkdiyi yeni dünya boş bir əfsanə olsun, yalan olsun. Bu ola 
bilməz.” Mirzə inamını itirməkdən qorxurdu. Düşünürdü ki, 
inam hər bir kəsin bel sütunudur, insan ona söykənib yaşayır. 
Arada isə  səbrini cilovlaya bilmirdi. “Əlləşirsən-vuruşursan, 
əvvəlini axırına çatdıra bilmirsən!.. Nə  qədər uşağa “yoxdur” 
demək olar?! Uşağın nə günahı? Bütün bunların axırı  nə vaxt 
olacaq?..”  


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə