Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə38/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   34   35   36   37   38   39   40   41   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
153
Əziz masaya yaxınlaşıb rahatca araq şüşəsini 
Səmayədən aldı.  
– Çox sağ ol, Səmayə bacı, çox sağ ol.  
Sonra o, qəribə bir tərzdə şüşəni əlində fırlada-
raq bir neçə dəfə havada oynatdı. Onun nə etmək istə-
diyi məlum deyildi. Əzizin baxışlarında ani olaraq təş-
viş, kədər, yalandan gülümsəmək istəyi – hamısı bir-
birinə qarışdı. Fərhadın gözü atasında idi və ona elə 
gəlirdi ki, doğrudan da ürəyi dayanıb, nəfəs ala 
bilmirdi. “Xala, sənin təki düşməni heç kəsə 
arzulamaram! Səni lənətə  gələsən!” Fərhad sarsıntı 
içərisində idi, sanki zaman da dayanmışdı. Taleyinin 
ən talesiz anı idi. Elə bil canı tarıma çəkilirdi: “Birdən 
atam yenə...” Bu fikirn ardını gətirə bilmədi.  
Bu an nə qədər uzandı Fərhad bunu dərk etmə-
di. O, zamanın dar ağacından dara çəkilirdi. Bədəninə 
əvvəlcə isti, sonra soyuq tər gəldi. Ağır sükutu 
atasının səsi pozdu:  
– Səmayə bacı, artıq bununla birdəfəlik qurtar-
mışam. Bu, lazım deyil. – Əziz astadan deyib araq şü-
şəsini qırağa qoydu. Bu anda aramsız olaraq qapının 
zəngi çalıındı. Hələ də şokdan çıxmayan Fərhad qapı-
ya getdi və heç nə soruşmadan qapını açdı, gözlərinə 
inanmadı. 
– Mövlan əmi? 
– Oğlum, Fərhad! 
Mövlan Fərhadı bağrına basıb bərk-bərk sinəsi-
nə sıxdı:  


 
 
 
Solmaz Muxtarova 
 
154
– Mənim balam! 
Səsə  Əziz gəldi.  İki dostun həyəcan dolu səsi 
bir-birinə qarışdı. Mənzildəki ağır sükut sevinc dolu 
baxışların işığında itib getdi. Səmayə bu sevincə 
qoşula bilmədi.  
Beləcə,  Əziz dünyaya yenidən qayıtdı. Təkcə 
oğlu Fərhadı yox, bütün itirdiklərini də bir-bir 
qaytardı. Çörək sexini, işçilərini, yaxınları-uzaqları ilə 
münasibətini, hər şeyi qaytardı. Bircə Sənəmi qaytara 
bilmədi... 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
155
 
 
 
AĞ  GÖYƏRÇİNLƏR HƏSRƏTİ 
 
 


 
 
 
Solmaz Muxtarova 
 
156
 
 
 
A
rtıq iş günü qurtarmışdı. Mirzə  şöbədə oturub 
həftəlik sənədləri gözdən keçirirdi. Daxili telefonun vaxtsız 
zəngi onu əməlli-başlı əsəbləşdirdi. Bütün günü zavodun səsli-
küylü, qaçhaqaç, qovhaqov... İş günündən sonra o, bu sakit 
otaqda fikrini toplayıb işləmək istəyirdi. Sənədləri səhmana 
salmaq, düzəlişlər etmək... Görüləsi işlər çox idi.  
Həvəssiz telefonu götürüb, “Bəli”, deyə cavab verdi. 
Telefonda katibənin cingiltili səsi eşidildi:  
– Mirzə müəllim, saat altıda direktorun yanında 
müşavirədir. Xahiş edirəm gecikməyin.  
– Hansı məsələ ilə bağlı yığışırıq? 
– Bilmirəm – deyib, katibə tələsik dəstəyi asdı. 
Vaxta bir neçə  dəqiqə qalırdı. Mirzə bloknot, qələm 
götürüb şöbədən çıxdı. “Belə təcili yığışmaq boş-boşuna deyil. 
Yəqin ki, vacib məsəlidir. Çünki bu günə müşavirə  nəzərdə 
tutulmamışdı”. Mirzə bu fikirləri beynində dolandıra-dolandıra 
direktorun qəbul otağına daxil oldu. Katibə telefonla danışırdı.  
– Mahir Axmedoviç, hamı yığışıb sizi gözləyir.  
Mahir Axmedoviç zavodun partiya təşkilatının katibi 
idi. Özündən razı, başqalarına yuxarıdan aşağı baxan, 
müəmmalı baxışları ilə insanları alçaltmaqdan həzz alan... 
Bütün bunlar bir yana qalsın, açıq-aşkar hər kəsə bildirmək 
istəyirdi ki, o güclüdür. Nə vaxt kimi istəsə, “yıxa” bilər. Elə 
əlinə girəvə düşən kimi də dediyini edirdi. Mirzə bu insana 
olan pis münasibətini gizlədə bilmirdi. Əslində gizlətmək də 
istəmirdi. Onun adı belə gələndə bədəni qaynayırdı. Düşünürdü 
ki, bu zəmanədə adamı yıxmağa nə var ki?! Təki səlahiyyətin 
olsun, vəzifən olsun. Belə olanda kimi istəsən yıxmaq olar – 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
157
haqq, nahaq, fərqi yoxdur. Elə yaxşısı budur başını sal aşağı, öz 
işinlə  məşğul ol, çalış ki, yaxşı  işçi olasan, belə olanda bəlkə 
xəta-bəladan uzaq olarsan. 
Mirzə texniki-nəzarət  şöbəsinin rəisi idi. Zavodda 
istehsal olunan bütün məhsulların keyfiyyətinə cavabdeh idi. 
Çox cəncəl məsələ idi. Mirzədən yuxarıdakılar onu məhşər 
ayağına çəkirdi, o da, özündən aşağıdakıları. Hamı ilə üz-göz 
olmuşdu. Nə  qədər özünü oda-közə vursa da, istehsalatın öz 
qanunları var idi. Zay məhsuldan yaxa qurtarmaq mümkün 
deyildi. Nə olsun ki, bütün dünya “zaysız istehsal” uğrunda 
mübarizə aparır. Bu sahədə ən yaxşı nailiyyətləri yaponlar əldə 
etsələr də, onlar da zay məhsuldan tam xilas ola bilməyib. 
Amma dünyada ən aşağı göstəriciyə nail olublar. 0.5 – 1.0 faiz 
arasında.  İstehsalatda zay məhsulun alınmasının səbəbləri çox 
idi. Avadanlıqların sıradan çıxması, işçi alətlərin qüsurlu 
olması, texnoloji proseslərin pozulması,  əməliyyatı yerinə 
yetirən işçilərin qeyri-peşəkarlığı  və yaxud səhlənkarlığı. Za-
vodda qırx-əlli il istismarda olan dəzgahlar, digər avadanlıqlar 
demək olar ki, sıradan çıxmışdı, ömrünü başa vurmuşdu. Təzə 
avadanlıqların alınmasına imkan yox idi. Odur ki, bir təhər 
vəziyyətdən çıxmaq lazım gəlirdi. Plan da bir tərəfdən. 
Yuxarıdakılar isə heç nə  eşitmək istəmirdi. Adam nə  qədər 
vuruşar. Mirzə hansı sexə girirdisə, həngamə başlayırdı. 
Detalın ölçüsü düzgün alınmayıb, təmizlik sinfi aşağıdır, 
dəqiqlik təmin edilmir və sair... Nə çox səhvlər. Sadalamaqla 
qurtarmır. 
“Kişi də belə çörək qazanar? Əcəb işdir, başqalarının da 
səhvi sənin adına yazılır.  İndi gəl yuxarıdakıların qabağında 
cavab ver, görüm necə cavab verirsən?! Üzünə olmazın sözlər 
deyirlər. Zay məhsul isə 3.0 – 5.0 faiz arasında qalmaqda idi.” 
Mirzə bir neçə dəfə ərizə yazıb işdən çıxmaq, ya da başqa işə 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə