Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə35/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   31   32   33   34   35   36   37   38   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
141
ayaq saxlayıb ağaca söykəndi. Sonra yavaş-yavaş yerə oturdu. 
O, uşaq kimi ağlamaq istəyirdi... “Fərhad, kişi ağlamaz... ” Bu 
səs içərisindən gəldi, lap ürəyinin dərinliyindən. Fərhad əməlli-
başlı bu səsi eşitdi. Sonra da ona elə  gəldi ki, yumşaq bir əl 
onun başına sığal çəkdi, saçlarını  h
amarlayıb, gözlərinə 
dolan yaşı sildi. “Oğlum!..” Fərhad diksindi. Ətrafa 
göz gəzdirdi, heç kəs yox idi. Ayırd edə bilmədi ki, bu 
səs haradan gəldi. Yerin altından, yoxsa başının 
üstündən? “Oğlum!..” Bu səs bir də  təkrar eşidildi... 
Lap uzaqlardan gələn doğma səsdən kövrəldi. Fərhad 
çoxdandır bu səsi eşitmirdi. O, çoxdandır bu səsdən 
yetim qalmışdı. Bəs saçlarına sığal çəkən o yumşaq 
əllər? “İlahi, mən ki, dəli olmamışam... Bu necə ola 
bilər?!” Bir qədər aralıda maşınlar, piyadalar sağa-
sola  şütüyürdü. Həyat qaynayırdı, hər kəs bir işin 
ardınca gedirdi – kimisi piyada, kimisi maşınla. 
Fərhad isə amansız-gümansız bu ağacın altında tək-
tənha oturmuşdu. Gedəsi yeri yox idi.  
Fərhad  əvvəllər özünü güclü hesab edirdi. Hər 
dəfə dostları arasında mübahisə düşəndə inamla 
deyirdi: 
– Bu dünyada insanın bacarmadığı heç nə 
yoxdur. Bir ölümdən başqa. Təkcə o, bizlik deyil.  
– Ay Fərhad, sən çox yuxarıdan gedirsən. Görü-
nür başın daşdan-daşa dəyməyib. Yoxsa belə danış-
mazsan. Elə şeylər var ki, onu nə pulla, nə ağılla, nə 
adamla, heç bir şeylə həll etmək olmur.  


 
 
 
Solmaz Muxtarova 
 
142
– Hər  şey mübarizə ilə  əldə olunur. Kim ki, 
axıra qədər mübarizə apara bilir, o da həyatda udur.  
Fərhada uşaqlıqdan atası belə öyrətmişdi. Atası-
nın dedikləri də onun beynində  həkk olmuşdu. “Bəs 
necə oldu, ata?.. İndi mən kiminlə mübarizə aparım? 
Necə mübarizə aparım?”  
Fərhad yumruqları ilə ağacın gövdəsinə bir neçə 
zərbə endirdi, sanki bütün günahlar bu ağacda idi. 
Sonra qalxıb yavaş-yavaş ordan uzaqlaşdı.  
Əziz dumanlı fikirlər içində idi. Baş aça 
bilmirdi oğlu niyə gəldi, niyə də dönüb tez getdi?! Axı 
o, hər dəfə  gələndə atasına qulluq edirdi, onun 
qeydinə qalırdı.  Əzizin gözünün önündə  hər  şey bir-
birinə qarışmışdı. Hər tərəfdən üstünə qatı duman 
gəlirdi. O, əməlli-başlı  yıxılmışdı, qalxıb dura 
bilmirdi. Görəsən bu vaxta kimi onun yaşadığı o gözəl 
dünya necə oldu? Necə oldu ki, Əziz indi durduğu bir 
parça yerdə çapalayır, bir tərəfə  çıxa bilmir? “Bəs 
Fərhad?! O, niyə çıxıb getdi? Məni tək qoydu...” 
Əzizin başı  nə  qədər dumanlı olsa da, oğlunun 
bu hərəkəti ona toxundu. “Məgər məni tanımırsan, 
ata? Öz oğlunu tanımırsan? Daha bəsdir! Səni belə 
görmək istəmirəm! Səni belə görmək istəmirəm!” Elə 
belə  də dedi. Əziz sərxoş olsa da, bu acıqlı  səs, bu 
sözlər onu kəsib-tökdü. Bundan pis nə ola bilərdi ki? 
Anbaan bu sözlər ona daha çox təsir etdi. Özü ilə 
bacara bilmədi, içmək istədi.  


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
143
Həftədə bir dəfə sürücüsü Vahid onun üçün ba-
zarlıq edirdi. Bir yeşik də araq aldırardı.  Əziz arağı 
həyətdəki balaca damda gizlədirdi.  İstəmirdi Fərhad 
görsün. Hər istəyəndə gətirib içirdi. Bu dəfə sürücü də 
az qala Əzizin üstünə dil açdı: 
– Əziz əmi, bəlkə arağı bir qədər azaldaq?  
Sənə nə deyirlər, onu et! – deyə Əziz sərt ca-
vab verdi. Ona elə gəldi ki, hamı ona qarşı çıxıb.  
Əziz zorla qalxıb həyətə düşdü və dama tərəf 
yönəldi. Başı fırlanır, gözünün önündə al-əlvan qığıl-
cımlar yanıb-sönürdü. O, səntərləyə-səntərləyə gedib 
araqdan ikisini götürdü və geri döndü. Deyəsən kefi 
bir az duruldu. Masanın arxasına keçib şüşəni açdı. 
Dərhal araqdan bir neçə qədəh süzüb içdi.  
O, bütün baş verənləri unutmaq istəyirdi, yadın-
dan silib atmaq istəyirdi. Arağın nəşəsində uymaq, 
keflənmək, bu dünyanı bir anlıq da olsa, tamam 
yadından çıxartmaq, hətta oğlunun səsini də  eşitmək 
istəmirdi. Artıq bu işıqlı dünyada onun payı yox idi, 
heç nəyi yox idi. Onu bütün əzablardan ancaq araq 
xilas edə bilirdi, başqa heç kəs və heç nə.  Şüşənin 
birini içib qurtardı. Ona elə  gəldi ki, araq həmişəki 
kimi ona təsir etmir. Hələ  də  Fərhadın səsi onun 
qulaqlarında idi. Bu səs onu özündən çıxarırdı. O, 
əlini masaya çırpıb qışqırdı: 
– Niyə heç kəs məni başa düşmək istəmir? 
Niyə? Öz doğma balam da üzümə ağ oldu!..  


 
 
 
Solmaz Muxtarova 
 
144
Qəribə  də olsa, Əziz özünün günahkar 
olduğunu ağlına belə  gətirmirdi. Dostları, yaxınları, 
hamı ona nəyisə başa salmaq, düşdüyü bu bəladan 
xilas etmək istəyirdi. “Qardaş, bunun axırı yoxdur... 
Ağlını başına yığ. Oğlun yazıqdır – sən ona çox əzab 
verirsən!..”  
Əziz hər dəfə deyilənlərlə razılaşsa da, düşünür-
dü ki, qıraqdan baxana hər  şey asan gəlir. Hər kəsin 
ürəyindəki ürəyindədir. Nə olsun ki, söz verirdi. Nə 
qədər istəsə  də, o, arağın qabağında tab gətirə 
bilmirdi.  
O, ikinci şüşəni də açdı. Gözünün önündə  hər 
şey boz, bulanıq bir rəng almışdı. Demək olar ki, 
özündə-sözündə deyildi. O, bir neçə  dəfə  yıxıla-dura 
bağda ağacların altında dolandı. Nə isə etmək 
istəyirdi. Sərxoş olsa da, qəribə bir hiss onu 
içərisindən yeyib-tökürdü, rahat ola bilmirdi. Şəhər 
evinə getməyi qərara aldı. Zəng edib sürücünü çağırdı. 
Sürücü Əzizi fikrindən daşındırmaq istədisə də, xeyri 
olmadı.  
– Mən oğlumu görməliyəm!.. 
Axşamdan xeyli keçmiş sürücü Əzizi  şəhər 
evinə  gətirdi. Qoluna girib yuxarı qaldırdı. Fərhad 
atasını qapıda görüb özünü itirdi. Əziz zorla ayaq 
üstündə dururdu. Sürücü sağollaşıb getdi. Atası 
səntərləyə-səntərləyə kandardan içəri keçdi. “Mən 
sənin öhdəndən gələ bilmədim! Heç nə edə 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə