Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə43/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   39   40   41   42   43   44   45   46   ...   57

 
 
 
Solmaz Muxtarova 
 
170
Yəqin ki, başqaları da Mirzənin günündə idi. Hamı 
ürəyində çəkirdi, hamı gözləyirdi. Heç kəs artıq danışıb başını 
bəlaya salmaq istəmirdi. Bir də bu boyda kişilərin qabağında 
kimin cürəti çatardı ki, bir söz desin. Bu, heç məsləhət də 
deyildi – ürəyindəki ürəyində. Atalar nahaq yerə deməyib ki, 
“çax-çax baş  ağrıdar, dəyirman bildiyini edər”. Sən tək 
deyilsən ki?! Bu qədər millətlər necə, sən də elə. Sənə deyirlər 
gözlə, deməli gözlə! Səndən nə gedir ki? 
Mirzə  həmişə belə fikirləşirdi. Amma iş elə  gətirdi ki, 
inana-inana o, inamını itirdi.  
Günləri, ayları, illəri saya-saya baxdı ki, artıq vaxt 
çatıb. 1986-cı ildir və ortada heç nə yoxdur.  
Firavan həyat arzusu elə arzu olaraq qaldı. Bir çox 
millətlərin, yüz milyonlardan da artıq insanların gözlədiyi xoş 
güzəran xülyası boşa çıxdı. Oturub fikirləşəndə az qalırsan 
havalanasan. Ömrün boyu səni uşaq kimi aldadıblar. Sən də 
yalanla saç-saqqal ağartmısan.  
“Ay kişilər, siz də özünüzə görə bir kişisiniz. Dünya 
görmüsünüz, ömür-gün keçirmisiniz. Sizcə bu boyda yalan 
olar? Hələ  də elə bilirəm yuxu görürəm. Baş verənlərə 
inanmağım gəlmir ki, gəlmir. Mən də qəribə adamam.”  
Mirzə gecə-gündüz bu fikirdən yaxasını qurtara bil-
mirdi. Axır ki, o, əsl həqiqəti özlüyündə dərk etdi. “Sən demə 
böyüklərin özü kimi yalanları da böyük olur. Sən bir işə bax, 
bu, kimin ağlına gələrdi?” Nədənsə, bu fikir Mirzəni qorxutdu. 
Özü də yaman qorxutdu. Əvvəlcə niyə qorxduğunu başa 
düşmədi. Qatışıq fikirlər canına sovuşub onu rahat buraxmadı. 
“Bəs bundan belə necə olacaq?” Bu sualın cavabını o, tez tapdı 
və niyə qorxduğunu başa düşdü. Yəqin ki, bundan belə başqa 
yalanlar deyiləcək. Daha böyük... Daha qorxulu yalanlar... Bu 
yazıq, biçarə insanları da, elə bu dünyanın özünü də yalanlar 
idarə edəcək. Doğrudanmı bundan xilas olmağın yolu yoxdur? 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
171
Yox! Bu ola bilməz. Hər şeyin bir sonu olduğu kimi, bunun da 
bir sonu olmalıdır. “Yalançını axıra kimi qovarlar.” Heç bu 
atalar sözü də yerinə düşmür. Atalar bunu deyəndə bir məsələni 
yaddan çıxarıblar. Yalanı deyən kimdir? Elə  əsas məsələ  də 
budur. Yalanı kim deyir. Yuxarıdakılar deyirsə, aşağıdakılar 
yuxarıdakıları  nəinki qova bilməz, heç onların qabağında bir 
söz deməyə  də cürəti çatmaz. Çünki can şirin  şeydir. Kimdir 
canından keçən?! Bir tərəfdən də bizlər böyük-kiçik yeri 
bilənik. Uşaqlıqdan bizə deyiblər ki, böyüklər deyənə kiçiklər 
qulaq asmalıdır. Düz danışır, səhv danışır – kiçiklər bunun 
dərininə gedə bilməz.  
Odur ki, çox şeyləri udmağa məcbur oluruq və uduruq 
da. Boğula-boğula, içimizdən qırıla-qırıla... Amma elə bir vaxt 
çatır ki, doyuruq. Yalandan, böhtandan, ehtiyacdan, 
haqsızlıqdan, çox şeylərdən doyuruq. Bir də baxırıq – bomba 
kimi partladıq. Necə ki, adicə  uşaq oyuncağı  şara həddindən 
artıq hava üfürəndə partlayar, biz də eləcə partlayırıq. Hər kəs 
də bu dünyanın bir zərrəsidir. Bir parçasıdır. Elə ki bu kəslər 
doydu, partladı, dünyada bir hay-haray yaranır ki, gəl görəsən. 
Aləm dəyir bir-birinə. Ağız deyəni qulaq eşitmir.  İnsanın nə 
qədər ağrı-acısı olarmış?! Uzun illər deyə bilmədiklərini, 
içərisində  yığılıb qalanları açıb tökür ortalığa. Bütün giley-
güzarlar dilə  gəlir. Binəvalarda nə günah? Bu vaxta qədər 
çəkdiklərimiz bəs deyilmiş kimi, dərdin üstə dərd gəlir. Yanar 
odun üstünə neft tökəndə necə alovu ərşə qalxarsa, insanlar da 
belə od tutub yanır. Gün-gündən alov hər tərəfi bürüyür. Bir də 
baxırıq ki, aləm od içindədir. Bəd xəbərlər baş alıb gedir, 
ildırım sürətilə  şəhərin başı üstündə qara bulud kimi dolanır. 
İnsanlar da çaş-baş qalıb bilmir nə etsin.  
Böyük yalan – yalan olmuşdu. Hərə bir tərəfə qaçırdı, 
nəyin yalan, nəyin doğru olduğunu bilmək istəyirdi. 
Avtobuslarda, yollarda topa-topa insanlar hərə bir söz deyir, 


 
 
 
Solmaz Muxtarova 
 
172
mübahisə  qızışırdı. Nələrin baş verdiyini bilən yox idi. 
Yuxarıdakılarla  əlbir olub bədnam qonşular növbəti dəfə  nə 
düzüb-qoşmuşdu? Niyyətləri nə idi? İnsanlar dərdini götürüb 
evdən çıxmışdı. Dəstə-dəstə meydana axışırdı. “Azadlıq! 
Azadlıq! Topxana!” Yurd-yuvasından qovulanlar, daxildə baş 
verən çaxnaşmalar... Siyasət oyunları... Yaranmış  vəziyyətdən 
məharətlə istifadə edən qatı düşmənlər... Eləcə  də, millət 
satqınları... Hər  şey nəzarətdən çıxmışdı. Bir tərəfdə 
“Azadlıq!” deyə yollara çıxan mərd oğul və  qızlar, ziyalılar, 
fəhlələr, qocalar; o biri tərəfdə isə vəhşiləşmiş insanlar, şəhərdə 
xüsusi araqarışdıranlar... Hər  şey belə başladı. Plansız, 
pərakəndə... 
Azərbaycan tarixində ilk dəfə olaraq SSRİ rejiminə 
qarşı milli hərəkat başlandı. Azərbaycan xalqının səsi hər tərəfə 
yayıldı. Milyonlarla insan noyabr ayının on yeddisindən 
başlayaraq on yeddi gün fasiləsiz mitinqlərlə xalqın milli-
azadlıq hərəkatı tarixini yazdı. Sovet rejiminə olan inamın puç 
oldduğunu bəyan etdi. Yetmiş ildir qəflət yuxusunda olan 
millət meydanda Azərbaycan Xalq Cəbhəsinin səsinə səs verdi. 
Bu səsi boğmaq istəyənlər boğa bilmədi. İnsanlar əvvəllər belə 
bir günü ağlına da gətirməmişdi. Bu vaxta qədər inandığı, 
arxalandığı köhnə dünya başqa bir dünya ilə üz-üzə durmuşdu. 
Təzə dünyanın qapıları taybatay açılmışdı.  İnsanlar özləri də 
bilmədən iki dünyanın arasında toplaşırdı. Köhnə dünya ac 
qurd kimi dişlərini qıcayıb məqam gözləyirdi. Haqq-ədalət 
axtaran bu insanları udmaq üçün fürsət axtarırdı. Artıq boş vəd-
lərə qulaq asan yox idi. Aşağıdakılar yuxarıdakılara inanmırdı. 
Köhnə dünya can üstə idi. Yeni dünyaya yol isə Meydandan 
keçirdi. Mirzə  də çoxları kimi hər gün Meydana gedən zavod 
işçilərinin önündə olurdu. Bu hərəkata qoşulmaq istəyənləri 
saxlamaq mümkün deyildi. Fəhlələr, ziyalılar, yeni dünyanın 
arzusunda olanlar... Bütün bunlar kimlərəsə xoş  gəlmirdi. 
Kimlərsə  də ehtiyat edirdi, iki yol arasında durub gözləyirdi: 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə