Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə41/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   37   38   39   40   41   42   43   44   ...   57

 
 
 
Solmaz Muxtarova 
 
164
qanqaraçılıqdan başqa bir şey deyil. Amma necə olsa, adamın 
əsəblərini qıcıqlandırır. Mahir kimilərinin meydanda at 
oynatması kimi haqsızlıqla barışmaq çətindir. Az qala öz-özünə 
nifrət edirsən.  
Mirzə özünü elə apardı ki, guya heç nə olmayıb, hətta 
həmişəkindən fərqli olaraq Mahirlə rastlaşanda gülümsədi: 
“Filan-filan oğlu! Yəqin ki, sənin də axırını görmək mənə 
qismət olar. Bu gedişlə çox uzağa getməzsən...” 
Bir neçə gün sonra direktorun yanında şikayət məktubu 
ilə bağlı geniş müşavirə keçirildi. Mirzə görülən işlər barəsində 
izahat verdi. Sonra qərara alındı ki, anbara yığılan bütün 
siyirtmələr təkrarən yoxlanılsın, qüsurların aradan qaldırılması 
üçün tədbirlər planı  işlənilsin, sexlərdə  nəzarət gücləndirilsin. 
Bu işə ümumi cavabdehlik baş mühəndislə Mirzəyə  həvalə 
edildisə  də, hər bir məsul işçiyə konkret bir sahə tapşırıldı, 
kimisi istehsal sahəsinə, mexaniki sexlərə, kimisi montaj 
sexinə, kimisə  sınaq sahəsinə, kimisi də  kəski alətlərinin 
keyfiyyətinin təmin edilməsinə. Bu, çoxlarına sərf etməsə  də, 
zavodda yeni bir iş metodu fəaliyyətə başladı.  
Bir neçə gün sonra isə zavoda Başqırdıstanın Neft 
Emalı zavodunun rəhbərliyi tərəfindən məktub gəldi. Mək-
tubda ezamiyyətdə olan işçilərin hər birinin adı, familiyası 
göstərilməklə  işgüzarlığı qeyd edilirdi. Həmçinin onlara 
təşəkkür elan edilməklə yanaşı Mirzəyə yüz manat, qalan iki 
nəfərin hər birinə isə yetmiş manat olmaqla mükafat da əlavə 
edilmişdi.  
Həmişəki qaynar həyat davam etməkdə idi. Səhər 
səkkizdən axşam səkkizə kimi Mirzə sexlərdə ayaq döyürdü. 
Dəzgahların səsi, neft qoxulu ağır hava, hər addımbaşı ortaya 
çıxan çətinliklər, mübahisələr, bir tərəfdən də Mahirlə arasında 
gedən soyuq müharibə. Mirzə  ağır yük altında idi. Bəzən 
daşımağa gücü çatmırdı. Axşamlar ayaqlarını  çəkə-çəkə evə 
dönürdü. Danışmağa da heyi olmurdu.  


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
165
– Belə getsə, bir azdan uşaqların səni tanımayacaq! – 
deyə yoldaşı Yasəmən tez-tez gileylənirdi.  
– Sən narahat olma, uşaqlar məni tanımaz, yenidən tanış 
olarıq. Deyərəm ki, salam mənim balalarım, mən sizin 
atanızam, gəlin tanış olaraq. 
– Mirzə, mən zarafat etmirəm. İşin öz yeri var, ailənin 
öz yeri. Mən nə qədər istəsəm də, sənin yerini verə bilmərəm. 
Atanın öz yeri var. Odur ki, az da olsa uşaqlarına vaxt 
ayırmalısan.  
– Yasəmən, sən haqlısan. Amma istehsalatda başqa cür 
mümkün deyil. Mən sıravi işçi deyiləm ki, iş günü başa çatan 
kimi papağımı başıma qoyub çıxım aradan. Bilirsən ki, mən 
bunu edə bilmərəm, bu mümkün deyil.  
– Özün bilən məsləhətdir. Amma yadından çıxarma ki, 
sənin də ailən, uşaqların var. 
– Əzizim, mənim uşaqlarımın sənin kimi anası var. Mən 
sənə inanıram və başa düşürəm ki, sənin işin heç də 
mənimkindən asan deyil.  
Beləliklə, həyat adəti üzrə öz xoş  məqamları, yaxşı-
yaman güzaranı ilə ötüb gedirdi. Hər kəs bu dünyada nə isə 
etməyə çalışırdı. Qayğısız uşaqlığını yaşayan, təhsil alan, elmlə 
məşğul olan, əmək sahəsində, kolxoz tarlalarında  əzmlə 
çalışanlar öz məqsədləri uğrunda vuruşurdu. Burda qəribə heç 
nə yox idi. Dünya lap qədimlərdən belə olub. Insan zəhməti, 
insan  əqli ilə  həyat gün-gündən dəyişir, hər kəs bacardığı işlə 
məşğul olur. Kimisi həyatda öz yerini tapır, kimisi də ömrünün 
axırına kimi nə isə hey axtarır.  
Mirzə bu barədə tez-tez fikirləşirdi və onun fikrincə hər 
bir körpə bu dünyaya gələndə özü ilə bu dünyaya sonralar verə 
biləcəyi “nə isə” gətirir. Uşaq böyüdükcə bu “nə isə” də 
böyüyür. Sonra da hər kəs öz işi, öz əməli ilə bacardığını bu 
dünyaya verir və əvəzində də bu dünyadan da nə isə alır – az, 
ya da çox. Qəribə  də olsa, bu da insanı çox vaxt qane etmir. 


 
 
 
Solmaz Muxtarova 
 
166
Dünyadan daha çox gözləyir, daha çox istəyir. Əlləşir-vuruşur, 
yaxşı yaşamaq üçün əlindən gələni edir, amma alınmır. Çox 
şeylər alınmır. Kimlərsə bəxtəvər, firavan həyat sürür, kimlərsə 
zillət içində. Sən də günahkar axtarırsan. Günah kimdədir? Bu 
yaşadığın dünyada, yoxsa insanlarda? Baş açmaq olmur. Axı 
dünyanı da idarə edən insanlardır.  Əgər dünya insanların 
əlindədirsə, niyə dünya bu günə qalıb? Niyə? Cavab tapa 
bilmirsən. Zaman elə  gətirir ki, insan öz yaşadığı dünyasına 
sığa bilmir. O, yeni dünyanın arzusunda, yeni bir dünyanı 
qurmaq uğrunda mübarizəyə qalxır. Nə isə axtarır, nə isə 
gözləyir.  
Söhbət heç də xırda məsələlərdən getmirdi. Yeni dünya 
qurmaq xülyası xırda məsələ deyildi. Mirzə də çoxları kimi lap 
uşaqlıqdan bu böyük dünyanın böyük insanlarının onlara vəd 
etdiyi “firavan” günün nə vaxt gəlib çıxacağını gözləyirdi. 
Doğrudur, arada zaman onu sınağa çəkib ümidlərinə kölgə 
salırdı. Amma Mirzə bu qara fikirləri özündən uzaqlaşdırmağa 
çalışırdı. “Axı bu necə ola bilər?! Yox, bu ola bilməz!..” Çünki 
onun həyatda gözlədiyi xırda-para məsələlər çox olub. Bəzisi 
baş tutub, bəziləri də yaddan çıxıb gedib. Çünki xırda 
məsələlərin dərdi də xırda olur, ağrısı da az olur, ona görə də 
yadda qalmır. Amma elə  şeylər var ki, adamın ürəyinə düşüb 
həmişəlik onunla qalır, onunla birgə axşamlar yastığa baş 
qoyur, sabahı da onunla bir açır. Nə  qədər istəsən də, bu 
fikirləri beynindən çıxara bilmirsən. Yeni bir dünya... Firavan 
həyat, xoş güzəran... Hamı kimi sən də gözləyirsən.  
Bəlkə  də Mirzənin atası olsaydı, o, bu qədər  əzab 
çəkməzdi. O, yetim idi. Bu yükü çiynində daşıyırdı. Bir tə-
rəfdən də ehtiyac. Çox vaxt ağrılarını biruzə vermək istəmirdi, 
çalışırdı şux görünsün. Çoxları kimi onun da atası müharibədən 
qayıtmamışdı. Eləcə itkin kağızı gəlmişdi. “Əgər həlak olsaydı, 
qara kağızı gələrdi. Deməli, həlak olmayıb...” 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə