Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə37/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   33   34   35   36   37   38   39   40   ...   57

 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
149
Artıq gecə saat ikini keçmişdi. Fərhad isə 
yolunu azmış  səyyahlar kimi şəhərin küçələrini 
dolanmaqda idi. Bir neçə saat əvvəl ürəyində tüğyan 
edən kini-küdurəti yavaş-yavaş  əriyib getməkdəydi. 
Əvəzində bir nigarançılıq, narahatçılıq baş qaldırdı. 
Handan-hana başa düşdü ki, evə qayıtmaq lazımdır. 
Atasını bu vəziyyətdə tək qoyduğu üçün özünü qınadı. 
Nə olur-olsun onun atasından üz döndərməyə haqqı 
yoxdur. O, bir ayaq irəli, bir ayaq geri evə gəldi.  
Əziz Fərhadı elə bil birinci dəfə görürdü.  
– Oğlum!  
– Ata!  
– Oğlum! 
Əziz Fərhadı itirməkdən necə qorxmuşdusa
uzun-uzadı oğlunu bağrına basıb buraxmadı və bir də 
təkrar etdi: 
– Oğlum, məni axırıncı  dəfə bağışla! Axırıncı 
dəfə sənə söz verirəm. 
Az sonra evdə bir canlanma baş verdi. Sanki 
Əzizin beynində bir işıq yandı. Birlikdə nahar etdilər. 
Səhərin açılmasına xeyli qalsa da, Əziz zəng edib sü-
rücünü çağırdı. Fərhad ondan heç nə soruşmadı. Onlar 
birgə bağa getdi.  
Bağa çatan kimi Əziz sürücüyə dedi: 
– Vahid, get araqları gətir. 
Sürücü lal-dinməz yeşikdəki araqları  gətirib 
Əzizin qarşısına qoydu.  
– İndi bunların hamısını vur sındır! Məhv elə! 


 
 
 
Solmaz Muxtarova 
 
150
– Əziz müəllim, bəlkə dükana təhvil verim get-
sin? 
– Dedim ki, hamısını  sındır! Məhv elə! Bir də 
gözüm onları görməsin! 
Buna bənzər hallar çox olmuşdu.  Əvvəllər də 
ata oğluna söz vermişdi, ümid vermişdi, amma boş 
yerə.  İnsan inamını itirəndə daha heç kim ona 
inanmaq istəmir, inana bilmir. Yenə  də belə bir hal 
baş verdi. Əziz araqla bir dəfəlik qurtardığını növbəti 
dəfə  oğluna bildirdi. Fərhadın üzüntülü, nigaran 
günləri, ayları daş kimi sinəsindən asılı qaldı. Hər 
dəqiqə, hər an qorxu içində... Çalışdı ki, bir an da 
atasını gözdən qoymasın.  
Fərhadın axırıncı dəfə tələsik çıxıb getməsi Sə-
mayəni təəccübləndirmədi. “Yazıq uşaq, bir yerdə ra-
hatlıq tapa bilmir. Atası onu yaman günə qoyub. Bir-
dəfəlik ölüb getsəydi uşağın canı qurtarardı!” Səmayə 
belə düşündü. Amma bir də o vaxt ayıldı ki, Fərhad 
onlardan ayağını  kəsib. Hətta xalasının telefon 
zənglərinə də soyuq cavab verir. Hər dəfə bir bəhanə 
ilə onlara gəlməkdən boyun qaçırırdı. Belə olanda 
Səmayənin ağlına min bir fikir gəlsə  də, axırda yenə 
də bütün baş verənləri  Əzizin vəziyyəti ilə 
əlaqələndirdi: “Yəqin başı atasına qarışıb. Yazıq 
uşaq... Başqa nə ola bilər ki?!” Özü onlara getməyi 
qət etdi. Düşbərə bükdü, bir xeyli ət qutabı bişirdi, bir 
neçə göyərti qutabı da etdi. Göyərti qutabından Əzizin 
xoşu gəlirdi. “Qoy onlar görsün ki, Səmayə onlardan 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
151
ötrü necə can yandırır. Öz ailəsi üçün etmədiyini də 
onlar üçün edir.” Beləcə süfrəyə başqa nə lazımdırsa, 
yığdı – qatıq, sumaq, sirkə, quru nanə... Elə getməli 
idi ki, evdə adam olsun. Axır ki, dəstəyi Fərhad 
götürdü. Səmayə cavab verməyib dəstəyi qoydu və 
tələsik evdən çıxdı. Çörək, bir araq da alıb taksiyə 
öturdu. 
Qapını Əziz açdı. Səmayə özünü itirdi. Təəccü-
bünü gizlədə bilmədi: 
– Əziz qardaş?! 
– Hə, Səmayə bacı. Mənəm. 
Əziz Səmayənin nə üçün təəccübləndiyini başa 
düşüb gülümsədi və onu evə dəvət etdi.  
Əziz bir qədər arıqlamışdı. Özü də ayıq idi. 
Ağlı da üstündə idi. Səmayənin qanı  bərk qaraldı. 
Bunu bildirməməyə çalışdı. Yaxşı ki, bu an səsə 
Fərhad çıxdı. O, heç nə olmayıbmış kimi xalası ilə 
görüşdü. Səmayə incikliyini gizlətməyib gileyləndi: 
– Ay xalan qurban, bilmirsən ki, mən sizdən ni-
garanam? Nə vaxtdır gəlib-getmirsən. Bu bir yana 
qalsın, bir zəng də etmirsən ki, bilək nə var, nə yox.  
Əziz söhbətə qarışdı:  
– Səmayə bacı, Fərhaddan incimə. Onun başı 
mənə qarışıb, mən ona çox əziyyət verdim. 
– Bu, onun borcudur. Bəs övlad nə üçündür?  
– Mən öz günahımdan cəhənnəmi bu dünyada 
gördüm. Oğlum da mənimlə birgə  əzab çəkdi. Allah 
bu günü heç kəsə qismət etməsin!..  


 
 
 
Solmaz Muxtarova 
 
152
Əziz  əslində başqa söz demək istədi. “Allah 
ölən günə kimi insanın ağlını  əlindən almasın!..” 
Nədənsə bu sözü dilinə  gətirməyə utandı. Baş 
verənləri yadına salıb xəcalətindən pörtüb bir an 
susduqdan sonra dərindən köks ötürdü. Nə 
fikirləşdisə:  
–  Şükür, çox şükür... – deyə bir neçə  dəfə bu 
sözləri təkrar etdi. 
Sonra mətbəxə keçdilər. Fərhad günorta süfrəsi-
ni hazırlayırdı.  
– Səmayə bacı, yaxşı oldu sən də  gəldin. Bir 
yerdə nahar edərik. Çoban bozartması bişirmişəm, – 
deyə Əziz təklif etdi. 
Səmayənin elə bil əli-qolu qırılmışdı. “İlahi... 
İnsan da o dünyadan qayıdarmış...” Zorla 
gülümsəməyə çalışdı.  
– Yox, Əziz qardaş, mən sizin üçün düşbərə, 
qutab gətirmişəm. Çoban bozartması qalsın sonraya.  
– Nə deyirəm ki, qoy sən deyən olsun. Amma 
sizə çox əziyyət verdik. Çox sağ olun. Borclu 
borclunun sağlığın istər. Daha bəsdir. 
Səmayə  zənbildəkiləri bir-bir masanın üstünə 
yığdı. Araq şüşəsini əlinə götürdükdə əli havada qaldı. 
O, Fərhadın iti baxışları ilə rastlaşdı. Nə vaxtdır hər 
anını nigarançılıq içərisində keçirən Fərhad bir araq 
şüşəsinə, bir atasına, bir də  Səmayəyə baxıb donub 
qaldı. Ona elə gəldi ki, ürəyi dayandı.  


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə