Ağ göyərçinlər həsrəti



Yüklə 5,41 Kb.
Pdf görüntüsü
səhifə29/57
tarix02.01.2018
ölçüsü5,41 Kb.
#19146
1   ...   25   26   27   28   29   30   31   32   ...   57

 
 
 
Solmaz Muxtarova 
 
122
hər  şeyi qara rəngdə görürdü. Bircə  əlacı ona qalırdı ki, 
hamıdan qaçıb tək-tənha yaşasın, içməklə dərdlərini unutsun.  
Hər dəfə yatağa uzanıb gözlərini bərk-bərk yumsa da, 
yuxusu  ərşə  çəkilirdi. Yata bilmirdi. Xatirələr onu çəkib lap 
uzaqlara aparırdı. Birinci dəfə  Sənəmi gördüyü yerlər. O 
əlçatmaz anlar… O həyət, o bağça-bağ… O sehirli aləm... 
Əzizin yaddaşında qalan, onu bu qara dünyasından ayırıb bir 
qədər təskinlik verən ömrünün bir parçası, ən işıqlı anları, ona 
bəxtəvərlik gətirib arzu-istəklərinə çatdıran o günlər... O 
günlərin səsi qulaqlarından getmək bilmirdi. “Yəqin qismətim 
məni çəkib bu ellərə  gətirdi, Sənəm.” Sonralar Əziz Sənəmə 
belə deyərdi.  
Nə vaxtdır  əsgərlik dostu Mövlan onu evlərinə qonaq 
aparmaq istəyirdi. Əlbəttə, şəhərin səs-küyündən uzaqlaşıb bir 
qədər dincəlmək heç də pis olmazdı. Amma hər dəfə bir iş 
çıxır, getməyə imkan olmurdu ki, rayona gedib bir neçə gün 
ürəkləri istəyən kimi dincəlsinlər. Axır ki, istilər azca 
sovuşanda, avqust ayının axırlarında iki dost yola çıxdılar. İlin 
bu vaxtı rayonda meyvələrin yetişən çağı olduğundan Mövlan 
istəyirdi ki, qonağını ürəyincə qarşılasın.  
Yol boyu gah söhbət edir, gah da nəzərlərini yol 
qırağındakı tez-tez dəyişən mənzərələrə baxıb susurdular. 
Mövlan bu yolları çox gedib-gəlmişdi. Amma Əziz üçün hər 
şey daha maraqlı idi. Şəhərdən uzaqlaşdıqca Əzizin üz-gözünü 
oxşayan təmiz havadan o, ürək dolusu canına sovurub 
xoşhallanırdı. Artıq neft qoxulu bozaran səhralar arxada 
qalmışdı. Xüsusilə  Şamaxı-Muğanlı  aşırımlarından başlayaraq 
hava anbaan dəyişirdi, durulurdu. Get-gedə insan özündə bir 
yüngüllük hiss edirdi. Sanki çəkisi azalırdı. Yamyaşıl 
meşələrin, bağların, hündür, alçaq təpələrin, düzlərin arası ilə 
ilan təki qıvrılıb-açılan yollar elə bil Əzizi öz aləmindən ayırıb 
başqa bir aləmə aparırdı. Təbiətin gözəlliklərinə baxmaqdan 


 
 
 
Ağ göyərçinlər həsrəti 
 
 
123
doymurdu. Xüsusilə hər tərəfdən yaşıl təpələrlə əhatə olunmuş 
rayon mərkəzinin qeyri-adi gözəlliyi onu heyrətləndirirdi.  
– Qardaş, siz ki əsl cənnətdə yaşayırsınız. 
Mövlan iftixar hissi ilə köks ötürdü:  
– Vallah sən doğru deyirsən. Deyəsən əsl cənnət elə bu 
dünyadadır. Mən üç ayda bir dəfə bu yerlərə  gəlməsəm, elə 
bilirəm şəhərdə havam çatmır, boğuluram.  
– Hə, xoşbəxt adamsan, – deyib Əziz susdu.  
Maşın rayon mərkəzinin yaraşıqlı küçələrindən keçib 
mərkəzdən bir xeyli uzaqlaşdı. Kələ-kötür, yöndəmsiz 
yollardan keçib köhnə, iri taxta darvazanın qabağında dayandı. 
Mövlan maşından düşüb darvazanı taybatay açdı. Maşını 
həyətə saldı. Səsə tövlənin yanında zəncirə bağlanmış it bir 
neçə  ağız hürdükdən sonra səsini kəsdi, deyəsən Mövlanı 
tanıdı.  
– Salam, Alabaş. – Mövlan itin başına sığal çəkdi.  İt 
qabaq ayaqlarını qaldırıb Mövlanın qıçlarına söykədi. 
Quyruğunu bulaya-bulaya Mövlana sürtündü.  
Atası  Səməd kişinin səsi eşidildi. O, bir ayağını  çəkə-
çəkə onlara tərəf gəldi.  
– Ay oğul, nə vaxtdır gözümüz qalıb yolda. Axır ki, 
şeytanın qıçını qırdın. 
– Hə kişi, doğru deyirsən. Bütün günahlar bu cavan 
oğlandadır. Tanış ol, mənim dostum, qardaşım Əziz! 
– Oğlumun dostu da elə mənim öz balamdır. Xoş gəlib, 
səfa gətirib. 
Onlar  əl verib görüşdülər.  Əzizin sıxıldığını hiss edən 
Səməd kişi dedi: 
– Oğlum, elə bil öz evindəsən. Biz kəndçi babayıq.  
Cavanlar qabaqda, Səməd kişi onların arxasınca evə 
tərəf yönəldilər. Həyətin baş  tərəfində yaşıllıqlara bürünmüş 
birmərtəbəli  şüşəbəndli ev göründü. Çöl darvazasından evə 


 
 
 
Solmaz Muxtarova 
 
124
qədər xırda çay daşları ilə dar yol döşənmişdi. Evin qabağında 
isə bütün ev boyu daş döşəmə salınmışdı. Sağ tərəfdə su kranı, 
bir qədər sol tərəfdə evin qabağında uzunsov masa 
qoyulmuşdu. Qalan hər tərəf baş-başa verən sıx meyvə ağacları 
ilə  əhatə olunmuşdu. Demək olar ki, səma görünmürdü. 
Yaşıllıqların altında uyuyan bu mənzərə  Əziz üçün sanki 
gözlənilməz oldu. Bu vaxta qədər o, belə bir səfalı  həyət 
görməmişdi. Arabir gedənə-gələnə it hürür, bir də toyuq-
cücələrin, quşların səsi eşidilirdi. Şəhərin hisli-paslı havasından 
sonra  əsl cənnət idi. Ən başlıcası isə, maşınların səsi 
eşidilmirdi. 
Onlar masanın arxasında oturub şirin-şirin söhbət edir 
və samovar çayı içirdilər. Arada vaxt tapıb Səməd kişi də 
onlara qoşulurdu.  
Həyət-bacanın sükutu pozulmuşdu. Mövlanın anası elə 
bil, qol-qanad açıb uçurdu. Bir tərəfdə qoyun kəsilib kabab 
çəkilir, digər tərəfdə samovar pıqqır-pıqqır qaynayırdı. Əziz də 
kənarda qalmaq istəmirdi. Onlara qoşulub nə isə etmək 
istəyirdi. Əslində Əziz görəsi iş yox idi. Odur ki o, dönə-dönə 
bağı o başa, bu başa gəzməkdən doymurdu. Hər bir ağacın 
altında dayanıb məhəbbətlə  ağacdakı meyvələrə baxıb həzz 
alırdı. Arada Səməd kişi ona sarı yan alıb nə isə deyirdi: 
Hə oğlum, bu il meyvə ilidir. Üç ildən bir bol meyvə 
olur. Kasıb da il boyu oturub gözləyir. Başqa əlimizdən nə gəlir 
ki?! Əlavə qazanc yerimiz yoxdur.  
Hər gün Səməd kişi sübh tezdən  əlində köhnə vedrə 
yerə düşən meyvələri yığırdı. Sonra da bütün günü bağda 
fırlanır, ağaclara qulluq edirdi. Qadınlar isə  həyət-bacada, 
mətbəxdə. Iş qurtarmaq bilmirdi. Ancaq nahar vaxtı ailə bir 
yerə yığışıb süfrə başında otururdu.  
Avqustun ortaları olsa da, istilər səngimək bilmirdi. 
Axşamüstü hava sərinləşir, gecələr isə buz təki hava adamı az 


Yüklə 5,41 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə